Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə52/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   48   49   50   51   52   53   54   55   ...   74

 181
xaraq ondan (borcdan) bir şey  әskiltmәsin.  Әgәr borclu ağılsız 
vә zәifdirsә (qoca vә ya uşaqdırsa), yaxud söylәmәyә qadir de-
yilsә, o zaman gәrәk onun (әvәzinә) vәkili әdalәtlә deyib (bor-
cu) yazdırsın. Öz adamlarınızdan iki kişini dә  şahid tutun! 
Әgәr iki kişi olmazsa, razı olduğunuz bir kişi ilә iki qadının şә-
hadәti kifayәtdir.  Әgәr (qadınlardan) biri (şәhadәti) unudarsa, 
o birisi onun yadına salsın. Şahidlәr (bu işә) dәvәt olunduqları 
zaman boyun qaçırmasınlar. Az vә ya çox olmasına baxmaya-
raq, borcu öz vaxtına qәdәr (nә müddәtә verilmiş olduğunu) 
yazmağa әrinmәyin! Sizin bu işiniz Allah yanında daha әdalәtli, 
şahidlik üçün daha düzgün vә  şübhәyә düşmәmәyiniz üçün 
haqqa daha yaxındır. Lakin aranızda hәmişә dövr edәn aşkar 
(nağd) ticarәt zamanı onu yazmamağınız sizin üçün günah de-
yildir. (Hәr halda) alış-veriş etdiyiniz vaxt şahid tutun! Ancaq 
katibә vә şahidә zәrәr yetirilmәsin. Әgәr zәrәr yetirsәniz, әlbәt-
tә, bu sizin üçün pis işdir. Allahdan qorxun! Allah (ehtiyacınız 
olan  şeylәri) sizә öyrәdir. Allah bütün işlәri bilәndir!” (әl-Bә-
qәrә, 282). 
 “Siz 
dünyanıza daha yaxşı bәlәdsiniz” hәdisindәki mәğ-
zin nәdәn ibarәt olduğunu hәdisin deyilmә sәbәbi bizlәrә başa 
salır, – bu, xurma ağaclarının tozlandırılması hekayәsidir. Belә 
ki, Peyğәmbәr (Ona Allahın xeyir-duası vә salamı olsun!) şәxsi 
fikrinә  әsaslanaraq Mәdinә  әhlinә xurmaları tozlandırmamağı 
tövsiyә etmişdi. Peyğәmbәr әkin-biçin adamı deyildi vә әkinçi-
liyin yayılmadığı yerdә – Mәkkәdә böyüyüb boya-başa çatmış-
dı.  Әnsar müsәlmanları da Peyğәmbәrin tövsiyәsini vәhyin 
göstәrişi, ya da dini göstәriş hesab etmiş, xurmaları tozlandır-
mamışdılar. Nәticәdә, xurma ağacları bar gәtirmәmişdi. Bun-
dan xәbәr tutan Peyğәmbәr demişdi: “Mәn elә  zәnn etdim ki, 
(belә daha yaxşı olar). Elә isә mәni zәnnimә görә mәzәmmәtlә-
mәyin... Siz dünyanıza daha yaxşı bәlәdsiniz!”  


 182
 Bu, 
hәdisin deyilmәsinә sәbәb olan hadisәdir
1

 
“Müşriklərin arasında qalıb‐yaşayan  
hər bir müsəlmandan uzağam” hədisi 
 
 
Hәdislәrin birindә Peyğәmbәr belә deyib: “Mәn müşrik-
lәrin arasında qalıb-yaşayan hәr bir müsәlmandan uzağam. 
Çünki onlar bir-birlәrinin alovunu görmәzlәr!


2
 
 
Ola bilsin ki, bәzilәri bu hәdisdәn qeyri-müsәlman ölkә-
lәrindә qalıb-yaşamağın, ümumiyyәtlә haram olmağı hökmünü 
çıxarsınlar. Özü dә dünyanın böyük bir kәnd halına düşdüyü 
bir zamanda! Elә bir zamanda ki, hәmin ölkәlәrdә tәhsil almaq, 
müalicә olunmaq, işlәmәk, ticarәtlә  mәşğul olmaq, zülm әlin-
dәn qaçıb mühacirәt hәyatı keçirmәk ... vüsәt kәsb edib.  
 
Böyük alim Rәşid Rzaya görә, hәdis Mәkkәdәki müsәl-
manların müşriklәrin yanından ayrılıb Peyğәmbәrә (Ona Al-
lahın xeyir-duası  vә salamı olsun!) kömәk mәqsәdilә hicrәt et-
mәlәrinin zәruriliyi baxımından deyilib. Hәdisi “Sünәn” kitab-
larının müәlliflәri rәvayәt etmişlәr.  
 
Әbu Davud hәdisi Cәrir ibn Abdullaha istinadәn nәql 
edib. Ancaq bildirib ki, bir qrup ravi Cәririn adını çәkmәmişlәr, 
yәni, hәdisi birbaşa Peyğәmbәrdәn rәvayәt etmişlәr. İmam Nә-
sai dә bu fikri bölüşür. Tirmizi hәdisin birbaşa Peyğәmbәrdәn 
rәvayәt edildiyini bildirmiş, istinadı  vә  sәhihliyini tәsdiq-
lәyәrәk demişdir: “Bu, daha sәhihdir”. Tirmiziyә görә, Buxari 
hәdisi sәhih bilәrәk birbaşa Peyğәmbәrdәn rәvayәt etsә dә, onu 
                                                 
1
 Әtraflı mәlumat üçün bax: Yusif әl-Qәrdavi. Sünnә – bilik vә mәdәniyyәtin 
mәnbәyi kimi, Qahirә: “Dar әş-Şüruq” nәşriyyatı.   

 “Bir-birinin alovunu görmәmәk” dedikdә bir-birindәn xәbәr almamaq, bir-
birinә kömәk göstәrmәmәk nәzәrdә tutulur – tərcüməçinin qeydi.  
2
 Әbu Davud. Sünәn, “Cihad” fәsli, hәdis  № 1645; Tirmizi. Sünәn, “Siyәr” 
fәsli , hәdis № 1604. 


 183
“Came әs-Sәhih” kitabına daxil etmәyib. Çünki bu hәdis onun 
qoyduğu sәhihlik şәrtlәrinә cavab vermir. 
 Peyğәmbәrdәn birbaşa rәvayәt edilmiş (mürsəl) hәdislә-
rin dәlil olub-olmamağı barәdә üsul alimlәri ixtilafa düşmüşlәr.   
İndi isә hәdisin tam mәtninә nәzәr salaq:  
“Peyğәmbәr (Ona Allahın xeyir-duası  vә salamı olsun!) 
Xәs`әm әrazisinә bir dәstә döyüşçü göndәrmişdi. Yerli әhalinin 
bir hissәsi müsәlman idi. Ancaq bunu nәzәrә almayan dәstә 
üzvlәri onları  dәrhal qәtlә yetirdilәr. Peyğәmbәr (Ona Allahın 
xeyir-duası vә salamı olsun!) bundan xәbәr tutan kimi әmr etdi 
ki, öldürülәnlәr üçün yarı qanbahası ödәsinlәr. Daha sonra de-
di: “Mәn müşriklәrin arasında qalıb-yaşayan hәr bir müsәlman-
dan uzağam.” “Nә üçün, ey Allahın rәsulu?” – deyә sual etdi-
lәr. Peyğәmbәr dә belә cavab verdi: “Çünki onlar bir-birlәrinin 
alovunu görmәzlәr!”  
Yәni, onlar bir-birlәrinin alovunu görәcәk dәrәcәdә  nә 
qonşuluq edәr, nә dә bir-birinә yaxın olarlar. Bu, onların bir-bi-
rindәn uzaqlığını ifadә edәn sözdür.   
Öldürülәnlәr müsәlman idi. Ancaq Peyğәmbәr (Ona Al-
lahın xeyir-duası  vә salamı olsun!) onlar üçün yarı qanbahası 
verilmәsini  әmr etmişdi. Çünki onlar Allaha vә peyğәmbәrinә 
qarşı vuruşan müşriklәrin arasında qalıb-yaşadıqları üçün özlә-
ri özlәrini mәhv etmiş, bununla da özlәrinә çatacaq qanbaha-
sının yarısından mәhrum edilmişdilәr
1
.   
Zәrurәt olmadan müşriklәrin, kafirlәrin arasında yaşa-
mağa Quranda da qәti etiraz vardır. Mәsәlәn, Allah tәala belә 
insanlar haqda buyurur:  
“İman gәtirib hicrәt edәnlәr, Allah yolunda malları  vә 
canları ilә cihad edәnlәr (mühacirlәr) vә (Peyğәmbәrlә mühacir-
                                                 
1
 Bu  haqda  İmam Xәttabi yazır: “Onlar kafirlәrin arasında qalıb yaşadıqları 
üçün evlәrini öz әllәri ilә başlarına yıxmış oldular. Onların bu xәtası baş-
qalarını da xәtaya saldı. Yәni, cinayәtә ortaq oldular. Bu sәbәbdәn onlara 
yarı qanbahası verilib”. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə