Ərəb coğrafiya ədəbiyyatı çox zəngin və mövzuca geniş idi.
Bu kitablarda tacirlərin, zəvvarların müfəssəl
marşrutların və görməli yerlərin təsvirləri verilirdi. Onuncu əsrin birinci yarısında yaşamış Əl-Balxın «Yerin
qurşaqları» adlı fundamental əsəri bir çox digər kəşflərin başlanğıcını qoymuşdur.
Ərəb coğrafları təkcə naməlum torpaqları kəşf etmək və onların geniş təsvirini verməklə məhdudlaşmırdılar. Doğma
ölkələrinin təsvirinin verilməsini ən mühüm vəzifə hesab edirdilər. Yəmən şairi və alimi
Əl-Həmadəninin (X əsr)
«Ərəbistanın təsviri» əsəri belələrindəndir. O, qəsəbələr, bazar və məscidlər, möhkəmləndirilmiş qalalar və gözətçi
qüllələri, həmçinin su nohurları, kənd təsərrüfatı bitkiləri, müxtəlif heyvan növləri haqqında geniş məlumat
vermişdir.
Səkkizinci əsrdən başlayaraq Ərəbistanda xəritələr tərtib olunur. Ərəblərin tərtib etdiyi xəritələr, atlaslar özünün
dəqiqliyi və zəngin məlumatlılığı ilə Ptolemey xəritələrindən daha mükəmməl görünürdü. Bağdadın Müdriklər
evində o zamanlar məlum olan yaşayış məntəqələrinin koordinatları əsasında hazırlanmış dünyanın xəritəsi
(«Mamukovanın xəritəsi») özünün böyük dəqiqliyi ilə fərqlənirdi. Xüsusilə, Əl-İdrisinin tərtib etdiyi xəritə və
atlasların yüksək səviyyəsini qeyd etmək lazımdır. İdrisi çəkisi 91 kq. olan böyük gümüş nimçənin içərisində
dünyanın xəritəsini düzəltmişdir. Məzmununa görə Ptolemeyin coğrafiyası ilə müqayisədə İdrisinin xəritəsi irəliyə
doğru bir addım idi. Orijinalda şimal aşağıda, cənub isə yuxarıda verilmişdir. Xəritədə dərəcə toru verilməyib.
Məşhur xəritə tərtibçisi Əl-Balx ilk izahatlı atlas düzəltmişdir. Şərqi Avropa haqqında ilk dürüst məlumatları ərəb
müəllifləri vermişlər. Əslən isfahanlı olan fars mənşəli
İbn Rusta ( X əsrin əvvəlləri) tərtib etdiyi «Nəfis daş-qaşlar
kitabında» Volqa bulqarları, xəzərlilər, ruslar və digər slavyan xalqları yaşadıqları ərazilərin təbii şəraiti, təsərrüfatı,
ticarət əlaqələri, xüsusilə qiymətli xəz-dərilərlə aparılan alver və s. haqqında məlumatlar verir.
Əhməd ibn Fədlan ( X əsrdə) ərəb xilafəti nümayəndəliyi tərkibində müsəlman Volqa-Kama Bulqariyası ərazisində
olması haqqında qiymətli məlumatlar toplanmışdır. Nümayəndəlik 921-ci ildə Bağdaddan yola çıxaraq İran
yaylasından, Orta Asiyadan, Üstyurd yaylasından keçərək bu ölkəyə gəlir, onun paytaxtı Bulqar şəhərində olur. Çap
etdirdiyi «Qeydlər» kitabında o, Volqaboyu, Zavoljye və Orta Asiyanın xalqlarının orta əsr tarixinə, Xəzərsahili
ovalığı kəsib keçən çayların dəqiq adlarına dair məlumatlar vermişdir.
Bağdadlı Əl-Məsudi (956) bir sıra ölkələri (Suriya, Mərkəzi Asiya, Şərqi Avropa, Şərqi Afrika, Madaqaskar, Misir,
Çin) gəzmiş və öz səyahətləri ilə bağlı «Zamanın xəbərləri» adlı əsərini qələmə almışdır. Kitablarında o, getdiyi
ölkələrin təbiəti, tarixi və etnoqrafiyası haqqında geniş məlumat vermişdir.
İbn-Xaukal (943-967-ci illər) İrana, Mesopotamiyaya və Hindistana səyahət etmiş, bu haqda «Yollar və
məmləkətlər» adlı kitab yazmışdır.
Əl-İdrisi (1100-1165) XI əsrin tanınmış coğrafiyaşünaslarından biridir. O, Suetada (Mərakeş) anadan olmuş,
təhsilini Kordovada (İspaniya) almışdır. Coğrafi yeniliklərlə çox maraqlanan Siciliya kralı Rodjerin (1130-1154-cü
illər) dəvəti ilə onun sarayında yaşayan Əl-İdrisi «Ölkələri gəzməkdən yorulmuşun əyləncəsi» əsərini yazır.
Əsərində Yerin kürə şəklində olmasından bəhs edir, iqlimlərin, dənizlərin, körfəzlərin təsvirini verir. Əl-İdrisi Yeri
yeddi iqlimə, hər iqlimi isə qərbdən-şərqə doğru uzanan on hissəyə bölür və bunların ayrı-ayrılıqda təsvirini verir.
Hər təsvirə aid xəritələr, cəmi 70 xəritə düzəldir.
Əl-İdrisi dövrünə görə böyük ustalıqla Qərbi Avropa (İspaniya, İtaliya, Siciliya, Fransa, Almaniya, Şotlandiya,
İrlandiya, Şimal və Baltik dənizi sahilləri) və Şimali Afrikanın təsvirini vermişdir. Onun cənubdakı Balkan
yarımadası və Rumıniya haqqındakı məlumatları da maraqlı və orijinaldır.
Orta əsrlərin ən böyük səyyahlarından sayılan Mərakeşli İbn-Bətutə (1304-1377) Mərkəzi Ərəbistan yaylasına,
Şimali Afrikaya, Kiçik Asiyaya, Cənubi Rusiyaya, Orta Asiyaya, Qərbi Hindistana, Seylona, Sumatraya, Çinə,
Böyük Səhranı keçməklə Niger çayı sahillərinə və s. səyahətlər etmiş, bu yerlər haqqında ətraflı məlumat toplaşmış
və bir necə kitab yazmışdır (şəkil 1).
İbn Bətutəni Magellana qədər olan bütün dövrlərin ən böyük səyyahı hesab edirlər. Ömrünün 29 ilini səyahətdə
keçirmiş, quru və dənizlə 120 min km yol qət etmiş, 31-dən çox şəhərin adını qeyd etmişdir. O, yeni ölkələr və
şəhərlər kəşf etməsə də, olduğu ölkələrin təsvirini verilmiş kitabları, o cümlədən «İbn-Bətutənin səyahətləri» kitabı
orta əsrin ən qiymətli coğrafiya əsərlərindən hesab olunur.
16
Əhməd İbn-Məcid məşhur ərəb dəniz səyyahı və losmanı olmuşdur. O, 1498-ci ildə Vasko de Qamaya bələdçilik
etmiş, onun gəmilərini musson küləklərindən istifadə edərək Şərqi Afrika sahillərindən Hindistana gətirib
çıxarmışdır.
İbn-Xordadbehin (820-913) əsərlərində («Yollar və məmləkətlər haqqında») Bağdaddan şimala olan Orta Asiyaya
və cənuba olan Hindistana gedən ticarət yolları, bu yollar üstündəki şəhərlər, kəndlər və ölkələrin iqtisadiyyatı və
kənd təsərrüfatı, siyasi quruluşu, vergi sistemi haqqında maraqlı və zəngin məlumatlar vardır.
Sonralar dünyada İslam mədəniyyəti adı altında birləşən Yaxın Şərq ölkələrində qeyri-ərəb xalqlarından olan
görkəmli alimlərin də qiymətli elmi əsərləri meydana gəldi. Məşhur təcik filosofu
İbn-Sinanın (980-1037) bir sıra
əsərlərində ətraf mühitin insanlara təsiri məsələlərindən danışılırdı.
Beləliklə, orta əsr Ərəb dünyasında çox zəngin coğrafi biliklər toplanmış, lakin bu biliklərin bir qismi unudulmuş ən
mühüm digər hissələri isə hər halda Qərbi Avropa elmi ənənələrinə daxil edilmişdir.
Orta əsrlərdə ərəblərlə yanaşı, Çin coğrafiyaçıları və səyyahları Çini, Hindistanı və Cənub-Şərqi Asiyanı
öyrənməklə böyük rol oynamışlar. Məsələn görkəmli Çin səyyahı Fa-Syanyu (399-414), ərəb coğrafiyaçılarından
xeyli əvvəl qiymətli əsərlər yazmışdır.
Beləliklə, orta əsrlərdə Şərqdə nəşr olunan bir sıra qiymətli elmi əsərlər Avropa dillərinə tərcümə olunmuş və qitədə
elmin inkişafına xeyli kömək etmişdir.
2.2 Türk xalqlarının coğrafi kəşfləri və nailiyyətləri
Qədim zamanlardan başlayaraq dünyanın ən böyük materiki olan Avrasiya məkanında formalaşan, onu öyrənən,
kəskin təzadlı təbii mühitinə uyğunlaşan, təsərrüfat sahələrini mənimsəyən və ucsuz-bucaqsız bu yerlərə al-əlvan
coğrafi adlar verən məhz türk xalqları olmuşdur. Onların formalaşdığı ərazilər qərbdə Aralıq dənizindən başlayaraq
şərqdə Sakit okeana, şimalda Buzlu okeandan cənubda Kərkük-Həmədan istiqamətində keçən 35 şim.e. qədər
uzanırdı. Türk xalqlarının yayıldığı geniş Avrasiya ərazilərində oxşar toponimlərə tez-tez rast gəlinir. Bunun başlıca
olaraq iki səbəbi vardır : birinci, müxtəlif ərazilərdə bir dil ailəsinə mənsub dillərlə danışan xalqların
məskunlaşması; ikinci, yerin mənfi və müsbət relyef formalarının çalarlarını bildirən sözlərin eyni olmasıdır.
B.Ə.Budaqov yazır: «Türk dilli xalqların yayıldığı 10 mln.km2 – ərazilərdə yaşayan xalqlar arasında baş vermiş
miqrasiya zamanı onlar ilk növbədə müqəddəs olan coğrafi, eləcə də şəxs adlarını özlərilə apararaq toponimik
estafeti nəsildən-nəsilə, ərazidən əraziyə köçürmüş və beləliklə, onları yaşatmışlar».
Mərkəzi Asiyanın tarixinə dərin təsir göstərmiş qüdrətli köçəri xalqlardan biri də türk mənşəli hunlar (B.Ə.Budaqov,
Türk uluslarının yer yaddaşı. Bakı, 1994, səh.87) olmuşlar. Hunların əsas yaşayış yerləri Mərkəzi Monqolustan və
Transbaykalda olan hündür düzənliklər idi. Onların başçısı Mete xan e.ə. 209-cü ildə şərqə doğru hərəkət edərək
Mancuriyanı, sonra şimala Böyük göl adlanan Baykalın cənubunu, Yenisey çayının yuxarı axınlarında yerləşən
Tuva çökəkliyini, qərbdə Altay dağlarını, İrtış vadisini, cənubi Ural çöllərini tutmuşdur.
Sonrakı illərdə hunlar lap Avropanın içərilərinə qədər gedib çıxmışlar. Qərbi hunlar Qara və Azov dənizləri
sahillərində məskən salmış və Dunay boyu əraziləri mənimsəmişlər. Bizim eranın beşinci əsrinin əvvəllərində hunlar
Dunay sahillərində möhkəm dövlət yaradırlar və Atillanın başçılığı ilə 452-ci ildə hətta İtaliyaya gedib çıxmışlar.
Şərqdə isə Çin hunlarla ticarət əlaqələrini genişləndirmək üçün e.ə.156-cı ildə «sərhəd bazarları» açırdı.
Beləliklə, e.ə. II-I əsrlərdə hunlar şərqdə Böyük Xinqana söykənən, qərbdə İrtış vadisinə çatan, şimalda Baykal
gölündən başlayıb cənubda Qobi səhrasına qədər uzanan bir imperiya yaratmışlar. Ona görə də bütün əsaslarla deyə
bilərik ki, Mərkəzi Asiyanın şimal hissəsini – Monqolustanı, Qərbi Sayanları, Altayı, Transbaykaliya və Baykal
gölünün ilk kəşfçiləri məhz hunlar olmuşdur (şəkil 2).
VI əsrin ortalarından başlayaraq Asiyanın siyasi səhnəsinə yeni fəal qüvvə kimi Türk xanlığı daxil olur. Göstərilən
dövrdə türklər xüsusi Orxon yazı icad edirlər. Daş üzərində həkk olunmuş belə yazılı abidələrdən görünür ki, türklər
Şimali Monqolustan, Yenisey vadisi, Baykal ətrafı, Altay, Şərqi Türküstan, Orta Asiya və hətta Avropada Dunaya
qədər olan ərazilərdə yayılmışlar.
Artıq 560-cı illərin əvvəllərində türklər Qazaxıstan çöllərini bütövlükdə öz tərkibinə qatırlar. Eyni vaxtda şərqə
doğru hərəkət edərək Mərkəzi Tuvaya, Yeniseyin yuxarı axınlarına daxil olurlar. Türklər Anqara çayının Yeniseylə
qovuşduğu yerə çıxaraq ətrafda olan yerli tayfaları özlərinə tabe edirlər. Qərbi Sayanların qarlı aşırımını keçən
türklər Minusink çökəkliyinə daxil olurlar, buradakı qırğız tayfalarının torpaqlarını zəbt edirlər və bununla da orta
Yeniseyin kəşfinin əsasını qoyurlar.
17