Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə8/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   52

Ərəb coğrafiya ədəbiyyatı çox zəngin və mövzuca geniş idi. Bu kitablarda tacirlərin, zəvvarların müfəssəl 

marşrutların və görməli yerlərin təsvirləri verilirdi. Onuncu əsrin birinci yarısında yaşamış Əl-Balxın «Yerin 

qurşaqları» adlı fundamental əsəri bir çox digər kəşflərin başlanğıcını qoymuşdur. 

 

Ərəb coğrafları təkcə naməlum torpaqları kəşf etmək və onların geniş təsvirini verməklə məhdudlaşmırdılar. Doğma 



ölkələrinin təsvirinin verilməsini ən mühüm vəzifə hesab edirdilər. Yəmən şairi və alimi Əl-Həmadəninin (X əsr) 

«Ərəbistanın təsviri» əsəri belələrindəndir. O, qəsəbələr, bazar və məscidlər, möhkəmləndirilmiş qalalar və gözətçi 

qüllələri, həmçinin su nohurları, kənd təsərrüfatı bitkiləri, müxtəlif heyvan növləri haqqında geniş məlumat 

vermişdir. 

 

Səkkizinci əsrdən başlayaraq Ərəbistanda xəritələr tərtib olunur. Ərəblərin tərtib etdiyi xəritələr, atlaslar özünün 



dəqiqliyi və zəngin məlumatlılığı ilə Ptolemey xəritələrindən daha mükəmməl görünürdü. Bağdadın  Müdriklər 

evində o zamanlar məlum olan yaşayış məntəqələrinin koordinatları əsasında hazırlanmış dünyanın xəritəsi 

(«Mamukovanın xəritəsi») özünün böyük dəqiqliyi ilə fərqlənirdi. Xüsusilə, Əl-İdrisinin tərtib etdiyi xəritə və 

atlasların yüksək səviyyəsini qeyd etmək lazımdır. İdrisi çəkisi 91 kq. olan böyük gümüş nimçənin içərisində 

dünyanın xəritəsini düzəltmişdir. Məzmununa görə Ptolemeyin coğrafiyası ilə müqayisədə İdrisinin xəritəsi irəliyə 

doğru bir addım idi. Orijinalda şimal aşağıda, cənub isə yuxarıda verilmişdir. Xəritədə dərəcə toru verilməyib. 

 

Məşhur xəritə tərtibçisi Əl-Balx ilk izahatlı atlas düzəltmişdir. Şərqi Avropa haqqında ilk dürüst məlumatları ərəb 



müəllifləri vermişlər. Əslən isfahanlı olan fars mənşəli İbn Rusta ( X əsrin əvvəlləri) tərtib etdiyi «Nəfis daş-qaşlar 

kitabında» Volqa bulqarları, xəzərlilər, ruslar və digər slavyan xalqları yaşadıqları ərazilərin təbii şəraiti, təsərrüfatı, 

ticarət əlaqələri, xüsusilə qiymətli xəz-dərilərlə aparılan alver və s. haqqında məlumatlar verir. 

 

Əhməd ibn Fədlan ( X əsrdə) ərəb xilafəti nümayəndəliyi tərkibində müsəlman Volqa-Kama Bulqariyası ərazisində 

olması haqqında qiymətli məlumatlar toplanmışdır. Nümayəndəlik 921-ci ildə Bağdaddan yola çıxaraq İran 

yaylasından, Orta Asiyadan, Üstyurd yaylasından keçərək bu ölkəyə gəlir, onun paytaxtı Bulqar şəhərində olur. Çap 

etdirdiyi «Qeydlər» kitabında o, Volqaboyu, Zavoljye və Orta Asiyanın xalqlarının orta əsr tarixinə, Xəzərsahili 

ovalığı kəsib keçən çayların dəqiq adlarına dair məlumatlar vermişdir. 

 

Bağdadlı Əl-Məsudi (956) bir sıra ölkələri (Suriya, Mərkəzi Asiya, Şərqi Avropa, Şərqi Afrika, Madaqaskar, Misir, 

Çin) gəzmiş və öz səyahətləri ilə bağlı «Zamanın xəbərləri» adlı əsərini qələmə almışdır. Kitablarında o, getdiyi 

ölkələrin təbiəti, tarixi və etnoqrafiyası haqqında geniş məlumat vermişdir. 

 

İbn-Xaukal (943-967-ci illər) İrana, Mesopotamiyaya və Hindistana səyahət etmiş, bu haqda «Yollar və 

məmləkətlər» adlı kitab yazmışdır. 

 

Əl-İdrisi (1100-1165) XI əsrin tanınmış coğrafiyaşünaslarından biridir. O, Suetada (Mərakeş) anadan olmuş, 

təhsilini Kordovada (İspaniya) almışdır. Coğrafi yeniliklərlə çox maraqlanan Siciliya kralı Rodjerin  (1130-1154-cü 

illər) dəvəti ilə onun  sarayında yaşayan Əl-İdrisi «Ölkələri gəzməkdən yorulmuşun əyləncəsi» əsərini yazır. 

Əsərində Yerin kürə şəklində olmasından bəhs edir, iqlimlərin, dənizlərin, körfəzlərin təsvirini verir. Əl-İdrisi Yeri 

yeddi iqlimə, hər iqlimi isə qərbdən-şərqə doğru uzanan on hissəyə bölür və bunların ayrı-ayrılıqda təsvirini verir. 

Hər təsvirə aid xəritələr, cəmi 70 xəritə düzəldir. 

 

Əl-İdrisi dövrünə görə böyük ustalıqla Qərbi Avropa (İspaniya, İtaliya, Siciliya, Fransa, Almaniya, Şotlandiya, 



İrlandiya, Şimal və Baltik dənizi sahilləri) və Şimali Afrikanın təsvirini  vermişdir. Onun cənubdakı Balkan 

yarımadası və Rumıniya haqqındakı məlumatları da maraqlı və orijinaldır. 

 

Orta əsrlərin ən böyük səyyahlarından sayılan Mərakeşli İbn-Bətutə (1304-1377) Mərkəzi Ərəbistan yaylasına, 



Şimali Afrikaya, Kiçik Asiyaya, Cənubi Rusiyaya, Orta Asiyaya, Qərbi Hindistana, Seylona, Sumatraya, Çinə, 

Böyük Səhranı keçməklə Niger çayı sahillərinə və s. səyahətlər etmiş, bu yerlər haqqında ətraflı məlumat toplaşmış 

və bir necə kitab yazmışdır (şəkil 1). 

 

İbn Bətutəni Magellana qədər olan bütün dövrlərin ən böyük  səyyahı hesab edirlər. Ömrünün 29 ilini səyahətdə 



keçirmiş, quru və dənizlə 120 min km yol qət etmiş, 31-dən çox şəhərin adını qeyd etmişdir. O, yeni ölkələr və 

şəhərlər kəşf etməsə də, olduğu ölkələrin təsvirini verilmiş kitabları, o cümlədən «İbn-Bətutənin səyahətləri» kitabı 

orta əsrin ən qiymətli coğrafiya əsərlərindən hesab olunur. 

 

 



16


Əhməd İbn-Məcid məşhur ərəb dəniz səyyahı və losmanı olmuşdur. O, 1498-ci ildə Vasko de Qamaya bələdçilik 

etmiş, onun gəmilərini musson küləklərindən istifadə edərək Şərqi Afrika sahillərindən Hindistana gətirib 

çıxarmışdır. 

 

İbn-Xordadbehin (820-913) əsərlərində («Yollar və məmləkətlər haqqında») Bağdaddan şimala olan  Orta Asiyaya 

və cənuba olan Hindistana gedən ticarət yolları, bu yollar üstündəki şəhərlər, kəndlər və ölkələrin iqtisadiyyatı və 

kənd təsərrüfatı, siyasi quruluşu, vergi sistemi haqqında maraqlı və zəngin məlumatlar vardır. 

 

    Sonralar dünyada İslam mədəniyyəti adı altında birləşən Yaxın Şərq ölkələrində qeyri-ərəb xalqlarından olan 



görkəmli alimlərin də qiymətli elmi əsərləri meydana gəldi. Məşhur təcik filosofu İbn-Sinanın (980-1037) bir sıra 

əsərlərində ətraf mühitin insanlara təsiri məsələlərindən danışılırdı. 

 

Beləliklə, orta əsr Ərəb dünyasında çox zəngin coğrafi biliklər toplanmış, lakin bu biliklərin bir qismi unudulmuş ən 



mühüm digər hissələri isə hər halda Qərbi Avropa elmi ənənələrinə daxil edilmişdir.   

Orta əsrlərdə ərəblərlə yanaşı, Çin coğrafiyaçıları və səyyahları Çini, Hindistanı və Cənub-Şərqi Asiyanı 

öyrənməklə böyük rol oynamışlar. Məsələn görkəmli Çin səyyahı Fa-Syanyu (399-414), ərəb coğrafiyaçılarından 

xeyli əvvəl qiymətli əsərlər yazmışdır.  

Beləliklə, orta əsrlərdə Şərqdə nəşr olunan bir sıra qiymətli elmi əsərlər Avropa dillərinə tərcümə olunmuş və qitədə 

elmin inkişafına xeyli kömək etmişdir. 

 

 

2.2 Türk xalqlarının coğrafi kəşfləri  və nailiyyətləri 



Qədim zamanlardan başlayaraq dünyanın ən böyük materiki olan Avrasiya məkanında formalaşan, onu öyrənən, 

kəskin təzadlı təbii mühitinə uyğunlaşan, təsərrüfat sahələrini mənimsəyən və ucsuz-bucaqsız bu yerlərə al-əlvan 

coğrafi adlar verən məhz türk xalqları olmuşdur. Onların formalaşdığı ərazilər qərbdə Aralıq dənizindən başlayaraq 

şərqdə Sakit okeana, şimalda Buzlu okeandan  cənubda Kərkük-Həmədan istiqamətində keçən 35 şim.e. qədər 

uzanırdı. Türk xalqlarının  yayıldığı geniş Avrasiya ərazilərində oxşar toponimlərə tez-tez rast gəlinir. Bunun başlıca 

olaraq iki səbəbi vardır : birinci, müxtəlif ərazilərdə bir dil ailəsinə mənsub dillərlə danışan xalqların 

məskunlaşması; ikinci, yerin mənfi və müsbət relyef formalarının çalarlarını bildirən sözlərin eyni olmasıdır. 

B.Ə.Budaqov yazır: «Türk dilli xalqların yayıldığı 10 mln.km2 – ərazilərdə yaşayan xalqlar arasında baş vermiş 

miqrasiya zamanı onlar ilk növbədə müqəddəs olan coğrafi, eləcə də şəxs adlarını özlərilə apararaq toponimik 

estafeti nəsildən-nəsilə, ərazidən əraziyə köçürmüş və beləliklə, onları yaşatmışlar». 

 

Mərkəzi Asiyanın tarixinə dərin təsir göstərmiş qüdrətli köçəri xalqlardan biri də türk mənşəli hunlar (B.Ə.Budaqov, 



Türk uluslarının yer yaddaşı. Bakı, 1994, səh.87) olmuşlar. Hunların əsas yaşayış yerləri Mərkəzi Monqolustan və 

Transbaykalda olan hündür düzənliklər idi. Onların başçısı Mete xan e.ə. 209-cü ildə şərqə doğru hərəkət edərək 

Mancuriyanı, sonra şimala Böyük göl adlanan Baykalın cənubunu, Yenisey çayının yuxarı axınlarında yerləşən 

Tuva çökəkliyini, qərbdə Altay dağlarını, İrtış vadisini, cənubi Ural çöllərini tutmuşdur.  

Sonrakı illərdə hunlar lap Avropanın içərilərinə qədər gedib çıxmışlar. Qərbi hunlar Qara və Azov dənizləri 

sahillərində məskən salmış və Dunay boyu əraziləri mənimsəmişlər. Bizim eranın beşinci əsrinin əvvəllərində hunlar 

Dunay sahillərində möhkəm dövlət yaradırlar və Atillanın başçılığı ilə 452-ci ildə hətta İtaliyaya gedib çıxmışlar. 

Şərqdə isə Çin hunlarla ticarət əlaqələrini genişləndirmək üçün e.ə.156-cı ildə «sərhəd bazarları» açırdı.  

Beləliklə, e.ə. II-I əsrlərdə hunlar şərqdə Böyük Xinqana söykənən, qərbdə İrtış vadisinə çatan, şimalda Baykal 

gölündən başlayıb cənubda Qobi səhrasına qədər uzanan bir imperiya yaratmışlar. Ona görə də bütün əsaslarla deyə 

bilərik ki, Mərkəzi Asiyanın şimal hissəsini – Monqolustanı, Qərbi Sayanları, Altayı, Transbaykaliya və Baykal 

gölünün ilk kəşfçiləri məhz hunlar olmuşdur (şəkil 2). 

 

VI əsrin ortalarından başlayaraq Asiyanın siyasi səhnəsinə yeni fəal qüvvə kimi Türk xanlığı daxil olur. Göstərilən 



dövrdə türklər xüsusi Orxon yazı icad edirlər. Daş üzərində həkk olunmuş belə yazılı abidələrdən görünür ki, türklər 

Şimali Monqolustan, Yenisey vadisi, Baykal ətrafı, Altay, Şərqi Türküstan, Orta Asiya və hətta Avropada Dunaya 

qədər olan ərazilərdə yayılmışlar.  

Artıq 560-cı illərin əvvəllərində türklər Qazaxıstan çöllərini bütövlükdə öz tərkibinə qatırlar. Eyni vaxtda şərqə 

doğru hərəkət edərək Mərkəzi Tuvaya, Yeniseyin yuxarı axınlarına daxil olurlar. Türklər Anqara çayının  Yeniseylə 

qovuşduğu yerə çıxaraq ətrafda olan yerli tayfaları özlərinə tabe edirlər. Qərbi Sayanların qarlı aşırımını keçən 

türklər Minusink çökəkliyinə daxil olurlar, buradakı qırğız tayfalarının torpaqlarını zəbt edirlər və bununla da orta 

Yeniseyin kəşfinin əsasını qoyurlar. 

 

17



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə