Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə52/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   52

- M.Ə.Məmmədov, N.Fətullayev «Təsərrüfat fəaliyyətinin çayların rejiminə təsiri» (1992), 

- İqtisadi və sosial coğrafiya üzrə – Ə.M.Hacızadə «SSRİ-nin iqtisadi coğrafiyası» (1963), 

- Ş.Y.Göyçayski «Əhali coğrafiyası» (1979), Y.Q.Sauşkin «İqtisadi coğrafiyaya giriş» (Ə.M.Hacızadənin 

tərcüməsi ilə, 1981),  

- R.H.Məmmədov və O.S.Osmanov «SSRİ-nin iqtisadi coğrafiyası. Rayonlar hissəsi» (1984, 1989), 

 - T.G.Həsənov «Coğrafiyanın tədqiqat metodları. İqtisadi coğrafiya hissəsi» (1990),  

- N.N.Allahverdiyev «Azərbaycan SSR-nin iqtisadi və sosial coğrafiyası» (1991),  

- Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası üzrə – C.A.Məmmədov, H.B.Soltanova «İranın və Əfqanıstanın 

coğrafiyası» (1989) və «Ərəb ölkələrinin coğrafiyası» (1992).  

- Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə üzrə – R.B.Abdullayev «Azərbaycanın su 

hövzələrinin mühafizəsi» (1987),  

- Ş.Y.Göyçaylı, N.K.Mikayılov, R.B.Abdullayev və b. «Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli 

istifadə» (1996).  

- Geodeziya və kartoqrafiya üzrə – M.H.Əliyev «Geodeziya və topoqrafik rəsmxətt» (1961),  

- R.X.Piriyev «Kartoqrafiya» (1975, 1964), Geodeziyanın əsasları və topoqrafiya (1994),  

- M.H.Qocamanov, Z.A. Bağmanov «Geodeziya ölçülərinin riyazi hesablanması» (2000) və s.  

Azərbaycanda ali təhsilli coğrafiyaçı kadr hazırlığının həm ixtisas tərkibi və həm də coğrafiyası xeyli 

genişləndirilmişdir. Əvvəllər təkcə Bakının ali məktəblərində coğrafiya ixtisasları üzrə kadr hazırlanırdısa, 80-ci 

illərdən  Naxçıvan, Lənkəran, Gəncə  şəhərlərində də belə ixtisaslar yaradılmışdır.  

1975-1980-ci illərdən etibarən müxtəlif təşkilatların yüksək ixtisaslı kadrlara olan tələbatının artması ilə bağlı 

olaraq BDU-nun coğrafiya fakültəsində mövcud coğrafiya ixtisasları ilə yanaşı hidrometeorologiya, okeanologiya, 

kartoqrafiya, ətraf mühitin mühafizəsi   (bu ixtisas hazırda respublikanın digər ali məktəblərində də yaradılıb) və 

2000-2001-ci tədris ilindən beynəlxalq turizm və sosial-xidmət təsərrüfatı istiqamətində kadr hazırlanır.  1992-ci 

ildən respublikanın coğrafiya tədrisində iki pilləli-bakalavr və magistr təhsil sisteminə keçilmişdir.  

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra qısa vaxt ərzində orta məktəblərdə coğrafiya tədrisi 

sahəsində köklü dəyişikliklər aparıldı. Bu dəyişikliklər birinci növbədə ölkəmizin müstəqilliyini coğrafiya təhsilində 

əks etdirən yeni tədris proqram və dərsliklərin hazırlanmasın olmuşdur. Yeni tipli proqram və dərsliklərin tez 

müddətə hazırlanması və nəşrinin təşkilində Azərbaycan Respublikası Təhsil Nazirliyi və onun nəzdində prof. 

M.A.Müseyibovun sədrliyi ilə fəaliyyət göstərən coğrafiya üzrə Metodiki Şura çox böyük işlər görmüşdür. 

Bu dövrün uğurlu işlərindən biri də orta məktəblərdə  «Türk dünyası coğrafiyası» (XI sinif) kursunun tədrisinin 

təşkili oldu. Qısa müddətdə prof. M.A.Müseyibov, dos. V.Ə.Əfəndiyev və metodist müəllim N.Seyfullayevanın 

müəllifliyi ilə «Türk dünyasının coğrafiyası» dərsliyi yazıldı. Orta məktəbin digər dərsliklərinin yazılmasında akad. 

B.Ə.Budaqov, prof. Ə.C.Əyyubov, Ş.Y.Göyçaylı, N.N.Allahverdiyev, dos. T.Gərayzadə, T.G.Həsənov, B.Paşayev, 

D.Ələsgərov, Y.Qəribov, Ş.Pənahov, E.Əlizadə, M.Mirzoyev, N.Əyyubov və b. fəal iştirak etmişlər.  

Məktəb coğrafiyası sahəsində qısa müddətdə görülmüş bu böyük quruculuq işləri fasiləsiz olaraq indi də davam 

etdirilir. Proqramlar yeniləşdirilir, köhnə dərsliklər təkmilləşdirilir, azərbaycan və rus dillərində təkrar nəşri həyata 

keçirilir. Yeni nəşrində başlıca diqqət əvvəlki dərsliklərin əksəriyyətində yol verilmiş nöqsanlar, çox sözçülüyün, 

mürəkkəb cümlə və fikirlərin, rəqəm aludəçiliyinin və s. aradan qaldırılmasına yönəldilməlidir. Orta və xüsusilə ali 

məktəblərdə coğrafiyanın tədrisinin yaxşılaşdırılması sahəsində də əsaslı işlər görülməlidir. Bir çox hallarda, elə 

indinin özündə də ali məktəb tələbələri auditoriyalarda oxunan mühazirələrin passiv (statik) dinləyicilərinə 

çevrilirlər. Ona görə ali məktəblərin yeni metodikaya böyük ehtiyacı vardır. 

Məktəb coğrafiyasının inkişafında mühüm əhəmiyyəti olan coğrafi atlas və xəritələrin latın əlifbası ilə 

azərbaycan dilində çapa hazırlanması sahəsində də fəal işlər aparılır. Artıq «Yarımkürələrin fiziki xəritəsi», 

«Dünyanın siyasi xəritəsi, «Dünyanın iqlim xəritəsi», «Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü xəritəsi», 

«Yer qabığının quruluşu», «Azərbaycan Respublikasının fiziki, oroqrafiya, geomorfologiya, torpaq xəritələri», 

«Azərbaycan Respublikasının iqtisadi, sənaye, kənd təsərrüfatı, nəqliyyat xəritələri» və b. çap olunmuş və bu iş indi 

də davam etdirilir. Bu xəritələrin hazırlanmasında akad. B.Ə.Budaqovun rəhbərlik etdiyi Azərbaycan EA Coğrafiya 

İnstitutu və onun əməkdaşlarından İ.E.Mərdanovun, prof. Ə.C.Əyyubovun, B.T.Nəzirovanın və BDU-nun fiziki 

coğrafiya kafedrasının müdiri prof. M.A.Müseyibovun müəllifliyi və böyük əməyi olmuşdur. Artıq daha iri həcmli 

atlas və kontur xəritələr hazırlanması mərhələsinə keçilibdir və onların çoxu çapa təqdim edilibdir.  

 

91



Kartoqrafiyanın bu zəngin məhsullarının keyfiyyətli çap edilib Azərbaycanın bütün şəhər və kənd məktəblərinə 

çatdırılması günün vacib məsələlərindən biridir.  

Beləliklə, məktəb coğrafiyasının iki mühüm istiqamətində: a) yeni proqram və dərsliklərin yaradılması; b) 

məktəb xəritələrinin hazırlanması həyata keçirilməkdədir. 

Bu mühüm tədris sahəsində gələcəkdə başlıca məqsəd:  

1)

 



Orta və ali məktəb proqram və dərsliklərinin elmi-metodiki prinsiplərinin işlənməsi;  

2)

 



hər iki tədris mərhələsinin yeni metodikasının və tədris vəsaitlərinin hazırlanması;  

3)

 



coğrafiya təhsil sisteminin Avropa standartlarına uyğun təşkil edilməsidir.  

Bütün bu irimiqyaslı vəzifələrin həyata keçirilməsində respublika coğrafları, coğrafiya cəmiyyəti yaxından 

iştirak etməlidir. Tədris metodikası ilə bağlı olan məsələlərin həllində isə Azərbaycan Dövlət Elmi-Tədqiqat 

Pedaqogika, Azərbaycan Müəllimləri (keçmiş müəllim kadrlarının təkmilləşdirmə institutu) və Bakı Müəllimləri 

Təkmilləşdirmə İnstitutlarının üzərinə mühüm vəzifələr düşür.  

Məktəb coğrafiyasının inkişafında yeni istiqamətlərdən biri də ali məktəblərə qəbul imtahanlarının test üsulu ilə 

aparılması və bu sistemdə coğrafiyaya geniş yer verilməsidir. 

Hər il humanitar və iqtisadi, son illər isə bir çox ixtisasları üzrə qəbul imtahanlarında coğrafiyadan 30 suala 

cavab vermək tələb olunur. Bu isə məktəb coğrafiyasının bütün kurslarının dərindən öyrənilməsini tələb edir və 

bütövlükdə onun səviyyəsinə müsbət təsir göstərir.  

Test sual və proqramlarının, yeni tövsiyələrinin hazırlanmasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 

yanında fəaliyyət göstərən ekspertlər qrupu və daimi seminar əhəmiyyətli işlər görürlər.  

Beləliklə, Azərbaycan Respublikasının ali və orta məktəblərində coğrafiyanın tədrisinin yaxşılaşdırılması üçün 

əlverişli şərait yaradılmışdır. Bu şəraitdən bacarıqla istifadə edərək onun tədrisini daimi təkmilləşdirmək və 

dərinləşdirmək tələb olunur. 

 

 



 

Xülasə əvəzi 

Azərbaycan Respublikası coğrafiyasının tarixinə dair aparılan ümumi tədqiqatları aşağıdakı kimi 

yekunlaşdırmaq olar. 

- Azərbaycan coğrafiya elminin tarixi üzrə axtarışlar davam etdirilməlidir.  

- Coğrafiya elminin qarşısında, xalq təsərrüfatının ərazi təşkili, təbii ehtiyatlarla təmin olunması, əhalinin 

məşğulluğu, sağlamlığı, təhlükəsizliyi, onun təchizatı və istirahətinin daha səmərəli qurulması problemləri üzrə 

elmi-tədqiqat işlərinin aparılması, vəzifəsi durur.  

- Ölkə təsərrüfatının müasir tələblərini ödəmək məqsədi ilə respublikanın təbii və antropogen landşaftlarının 

daha dərindən öyrənilməsini davam etdirmək lazımdır.  

- Coğrafiyanın bütün sahələrində aerokosmik materiallardan və metodlardan geniş istifadə olunmalıdır.  

- Landşaftın dinamikası, geokimyası, inkişaf  proqnozları, onların qruplaşması və s. ən yeni metodlara tədqiq 

edilməlidir.  

- Gələcəkdə də Azərbaycanın və onun qonşu rayonlarının paleocoğrafi inkişafı tarixini öyrənmək zəruridir. 

Faydalı qazıntıların axtarılmasında paleocoğrafi tədqiqatları daha da dərinləşdirmək, müasir tektonik hərəkətləri 

yeni geofiziki və riyazi metodlarla öyrənmək lazımdır.  

- Ölkə təsərrüfatının müxtəlif sahələrində iqlim potensialından səmərəli istifadə etmək üçün respublika iqlimini 

öyrənmək tələb olunur. İqlim ehtiyatlarının, bioiqlim potensiallarının geniş miqyaslı tədqiqi və təcrübi cəhətdən 

qiymətləndirilməsi kənd təsərrüfatının gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir.  

- Aqroiqlim ehtiyatlarının aşkara çıxarılması və bazar iqtisadiyyatı şəraitində onlardan səmərəli istifadənin 

təşkili fasiləsiz şəkildə öyrənilməlidir. İqlim dəyişmələrinin proqnozları hazırlanmalı, təhlükəli atmosfer 

hadisələrinin müxtəlif müddətli proqnozlarının dəqiq metodikası işlənməlidir. 

- Hidroloji hadisə və proseslərin təhlilində aerokosmik metodların tətbiqi genişləndirilməlidir. 

- Respublika su ehtiyatlarından daha da səmərəli istifadə etmək üçün su hövzələrinin qorunmasına dair, su 

daşqınları və sellərlə mübarizə, ekstremal halların qarşısını almaq, su anbarlarının mühafizəsi və qorunması, 

 

92



suvarma şəbəkələrinin daha səmərəli təşkili kimi hidroloji tədqiqatları davam etdirmək lazımdır. Çay hövzələrinin, 

xüsusən tranzit çayların ekosistemini qoruyub saxlamaq məqsədilə çayların ekoloji axımı üzrə tədqiqatlar 

aparılmalıdır. Məcra prosesləri və sel-daşqın hadisələrinin öyrənilməsi əsaslı surətdə genişləndirilməlidir. 

- Respublikanın təbii şəraitini və onun təbii ehtiyatlarını əks etdirən ümumi respublika və ayrı-ayrı regionların 

fiziki-coğrafiyası yeni mərhələdə daha önəmli yer tutmalıdır.  

- İqtisadi və sosial coğrafiya elminin vəzifəsi başlıca diqqəti ölkə təsərrüfatının intensiv inkişafına kömək edən 

geniş tədqiqat işlərinin aparılmasına yönəltməkdir. Yerli ehtiyatları aşkara çıxarmaq, onları ölkə təsərrüfatının 

istifadəsinə vermək sahəsindəki işləri davam etdirməlidir.  

- Ölkədə məhsuldar qüvvələrin tarazlı (kompleksli) inkişafını, müxtəlif miqyaslı sahə və ərazi sistemlərinin 

məqsədəuyğun təşkilini təmin edən tədqiqatlar lazımdır.  

- Əhalinin və əmək ehtiyatlarının coğrafi cəhətdən öyrənilməsini davam etdirmək lazımdır. Kənd və şəhər 

məskunlaşmasını yaxşılaşdırmaq, ətraf mühitin istehsala və insanların həyatına, fəaliyyətinə təsirini daha dəqiq 

öyrənmək tələb olunur.  

- İnsan ilə təbiət arasında münasibətlərin xarakterini öyrənmək və bu münasibətlərdən insanların xeyrinə 

istifadə etmək istiqamətində aparılması lazım gəlir.  

- İqtisadi əlaqələrin yaxşılaşdırılmasına, respublikanın xarici və regional iqtisadi əlaqələrinin 

səmərəliləşdirilməsinə, ərazi əmək bölgüsünün düzgün təşkilinə daha çox fikir verilməlidir. 

- Uzun müddət yaddan çıxmış sosial coğrafi tədqiqatları indi davam etdirmək zəruridir. İnsanların müxtəlif 

təbii-coğrafi şəraitdə həyat tərzini, sağlamlığını, istirahətini və s. yaxşılaşdırmaq üçün ərazinin təbii-iqtisadi 

imkanlarını aşkar etmək və onlardan istifadə yollarını öyrənmək. 

- Bizə qonşu və yaxın olan xarici ölkələri coğrafi cəhətdən öyrənmək, qonşuluq imkanlarından istifadə etməklə 

bu ölkələrlə iqtisadi və mədəni əlaqələrin yaranması imkanlarını müəyyənləşdirmək, regional və qlobal iqtisadi 

inteqrasiyanın inkişafında coğrafiyanın potensialından intensiv istifadə etmək. 

- Əhəmiyyəti nəzərə alınmaqla Xəzərin kompleks tədqiqini genişləndirmək. 

- Respublikanın və onun ayrı-ayrı rayonlarının kompleksli coğrafi xüsusiyyətlərini əks etdirən  əsərlərinin 

sayını artırmaq.  

- Bu tədqiqatları aparmaq üçün yeni, ən qabaqcıl metodlardan, coğrafi tədqiqatlarda komplekslilikdən, sistem 

metodundan, ən yeni və ətraflı məlumat verən kosmik tədqiqatlardan geniş istifadə etməliyik. Kompüterlər sistemi 

və elektron hesablama maşınlarından istifadə edərək informasiya yığmaq və daha dəqiq tədqiqatlar aparmaq tələb 

olunur. 


- Təsərrüfatın, ekoloji mühitin bütövlükdə cəmiyyətin öyrənilməsində coğrafiya elmlərinin inteqrasiyasını 

genişləndirmək. 

 

 

Ədəbiyyat 



1.

 

Античная география. Под. ред. Боднарского- М. 1953 



2.

 

Анучин Д.Н. Географические работы – М.1954. 



3.

 

Баранский Н.Н. Становление Советской Экономической географии. Из-во. «Мысль», М.1980. 



4.

 

Берг Л.С. Очерки по истории русских географических открытии. М.-Л. 1949. 



5.

 

Витвер И.А. Историко-географическое введение в экономическую географию зарубежнего 



мира – М, 1963. 

6.

 



Геттнер А. География, ее история, сушность и методы – М, 1930. 

7.

 



К.Грегори. География и географы. М. 1988. 

8.

 



Гумболдт А. Картины природы – М, 1959. 

9.

 



Qumilyov L.N. Qədim Türklər, Bakı, 1993. 

10.


 

Дитмар А.Б. От Птоломейа до Колумба. М. «Мысль», 1989. 

11.

 

Джонстон Р.Дж. География и географы. М. 1987. 



12.

 

Дробижев В.З., Ковальченко И.Д., Муравьев А.В. Историческая география СССР. М. 1973. 



13.

 

Исаченко А.Г. Развитие географических идеи – М.1971. 



14.

 

Максаковский В.П. Историческая география. М. 1997. 



 

93



15.

 

Максаковский В.П. Географическая культура. Учебн.,М. 1998.  



16.

 

Магидович И.П., Магидович В.И. «Очерки по истории географических открытии». В пяти 



томах. М. 1982-1983.  

17.


 

Мир географии – М. 1984. 

18.

 

Отечественные физико-географы и путешественники – М. 1959. 



19.

 

Саушкин Ю.Г. История и методология географической науки. Курс лекции – М. 1976. 



20.

 

Фрадкин Н.Г. Географические открытия и научное познание Земли. – М. 1972. 



21.

 

Экономическая география в СССР. История и современное развитие – М. 1987. 



22.

 

Энциклопедия. География М. «Аванта», 1997. 



23.

 

Ятунский В.К. Историческая география М. 1955. 



 

Azərbaycan mənbələri 

24.


 

Azərbaycan Coğrafiya Cəmiyyəti 60 ildə: uğurlar, nailiyyətlər və perspektivlər. B. 1999. 

25.

 

Azərbaycan tarixi üzrə qaynaqlar. B. BDU-nun nəşriyyatı. 1989. 



26.

 

Budaqov B.Ə. Türk uluslarının yer adları – B. 1994. 



27.

 

Vəlixanlı N.M. IX-XII əsrlərdə ərəb coğrafiyaşünasları və səyyahları Azərbaycan haqqında. B. 1974. 



28.

 

Гейбуллайев Г.А. Топонимика Азербайджана – Б.1986. 



29.

 

Yaqub Mahmudov. Səyyahlar Azərbaycana gəlir. B. 1986. 



30.

 

Nurəddin Kərimov. Qırx il səyahətdə. B. 1977. 



31.

 

Fəridə Məmmədova. Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası. B. 1993. 



32.

 

Coğrafiya elmi 50 ildə. Akad. B.Ə.Budaqovun red. ilə – B. 1996.  



 

 

* * * 



 

End of the Text 

 

 

 



 

 

 



 

 

 



 

 

94



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə