Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə47/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   52

Ə.M.Hacızadə 1950-ci ildə «Kəlbəcər-Laçın iqtisadi rayonunun iqtisadi-coğrafi səciyyəsi» mövzusunda 

namizədlik, 1971-ci ildə isə «Azərbaycanın sənaye kompleksi: onun inkişafı və ərazi təşkilinin coğrafi problemləri» 

mövzusunda  doktorluq dissertasiyası müdafiə etmiş,  1959-cu ildə dosent, 1973-cü ildə isə professor elmi adına 

layiq görülmüşdür. 

Ə.M.Hacızadənin təşəbbüsü və yaxından iştirakı ilə 1960-cı ildə universitetin geologiya-coğrafiya fakültəsi 

nəzdində yeni  İqtisadi coğrafiya kafedrası yaradılmış və O, 1989-cu ilədək fasiləsiz olaraq həmin kafedranın  

müdiri vəzifəsində işləmişdir. 

Ə.M.Hacızadə 190-dan çox elmi əsərin müəllifidir. Onların arasında «Azərbaycan iqtisadi rayonu», 

«Azərbaycan SSR-nin əhalisi və onun məskunlaşması», «SSRİ-nin iqtisadi coğrafiyası və həmçinin «Zaqafqaziya 

respublikalarının coğrafiyası» və «Qafqaz» kollektiv monoqrafiyaları üçün yazdığı bölmələr böyük marağa səbəb 

olmuşdur. Azərbaycan Respublikasının və Bakının iqtisadi coğrafi səciyyəsinə aid kitabları ilk dəfə olaraq ingilis, 

fransız, ispan, ərəb, hind və başqa xarici dillərə tərcümə olunmuşdur. Alimin bu və digər əsərləri Azərbaycan ölkəsi 

barədə ətraflı məlumatların yayılmasında əvəzsiz rol oynamışdır. Onun beynəlxalq aləmdə görkəmli tədqiqatçı kimi 

qazandığı böyük nüfuz müxtəlif ölkələrin alimləri, xüsusilə, Moskva alimləri ilə birgə tədqiqatlar aparmağına əsas 

vermişdir. Azərbaycanın coğrafiya məktəbini onun ən qabaqcıl dəstələrindən birinə çevrilməsində fəal rol oynayan 

alimlərimizdən biri olmuşdur. Heç kimə sirr deyildir ki, prof. Ə.M.Hacızadənin keçmiş sovet coğrafiya elminin ən 

yeni nailiyyətlərinin Azərbaycana gətirilməsində xüsusi xidmətləri olmuşdur. O, bir sıra əhəmiyyətli kitabların, 

dərsliklərin və dərs vəsaitlərinin Azərbaycan dilinə tərcüməsini həyata keçirirdi. Ümumiyyətlə, onun diqqətindən

demək olar ki, heç bir yeni mühüm coğrafi, iqtisadi və ictimai elmlərin başqa sahəsində işıq üzü görmüş elmi kitab 

və məcmuə yayınmırdı. 

Ə.M.Hacızadənin apardığı tədqiqatların əhatə dairəsi olduqca geniş şaxəli idi. Onun elm yaradıcılığının başlıca 

mahiyyətinin iqtisadi-coğrafi ərazi komplekslərinin araşdırılması təşkil edirdi. İstər bütöv respublika və ya onun 

təsərrüfat sahələrinin, istərsə də ayrı-ayrı regionlarının tədqiqində kompleks yanaşma prinsipinə dönmədən əməl 

etmişdir. 

Bu cəhətdən onun çoxillik yaradıcılıq fəaliyyətinin yekunu olaraq başa çatdırdığı «Azərbaycanın sənaye 

kompleksi», «Azərbaycan sənayesinin inkişafının təbii ehtiyatları» əsərləri elmimizin sanballı tədqiqat nümunəsi 

kimi hesab olunurlar. İlk dəfə olaraq o öz tədqiqatlarında sadə təsvirlərdən dərin təhlilə keçərək təbii ehtiyatların bal 

göstəriciləri ilə iqtisadi coğrafi qiymətləndirilməsini aparmış, sənayenin ümumi və hər birinin ayrılıqda istehsal-

ərazi kompleksləri şəklində formalaşmasının təbii-iqtisadi əsaslarını tədqiq etmişdir. O, Azərbaycan sənaye 

kompleksində tam istehsal silsilələrinin yaradılmasının metodlarını, əhəmiyyətini və əlaqələrini ətraflı şəkildə təhlil 

etmiş və orijinal xəritə-sxemlərini vermişdir. Onun elmi əsərlərindəki əməli təkliflər Azərbaycan təsərrüfat 

sahələrinin daha səmərəli yerləşdirilməsində, düzgün iqtisadi-coğrafi rayonlaşdırma aparılmasında xüsusi əhəmiyyət 

kəsb etmişdir. 

Ə.M.Hacızadə Azərbaycanın dövlət-plan və idarə orqanları tərəfindən sifarişlər verilən böyük iqtisadi 

əhəmiyyəti olan iri miqyaslı elmi konstruktiv xarakterli tədqiqat işlərinin yerinə yetirilməsinə rəhbərlik etmişdir. 

Belə mühüm işlərdən tətbiqi əhəmiyyətli Azərbaycanın alüminium xammal ehtiyatları və istifadəsinin iri miqyaslı 

xəritəsinin, Bakı aqlomerasiyası, Filizçay polimetal, Naxçıvan dağ-kimya komplekslərini və s. göstərmək olar. 

Ə.M.Hacızadə müxtəlif iqtisadi xəritələrin tərtibinə ciddi yanaşırdı. Məktəblər üçün divar xəritələri, 

Azərbaycanın 1963-cü ildə buraxılmış və Dövlət mükafatına layiq görülmüş kompleks atlasında verilən iqtisadi 

coğrafi xəritələrin əksəriyyəti onun müəllifliyi və redaktəsi ilə hazırlanmışdır. Azərbaycan Ensiklopediyası üçün 

yazılan diyarşünaslıq, iqtisadi coğrafiya məqalələrinin, ensiklopediya sözlüyünün çoxunun müəllifi olmuşdur.  

Ə.M.Hacızadənin yüksək ixtisaslı coğrafiya kadrları hazırlanması istiqamətində də böyük xidmətləri olmuşdur. 

Onun təşəbbüsü və yaxından iştirakı ilə 1983-cü ildə Bakı Dövlət Universitetində iqtisadi coğrafiya üzrə elmlər 

namizədi alimlik dərəcəsi almaq üçün müdafiə elmi şurası təşkil olunmuş və həmin şurada Azərbaycandan və qonşu 

Gürcüstan, Ermənistan, Orta Asiya respublikalarından, Ukraynadan, Rusiyanın bir çox cənub regionlarından 20 dən 

çox namizədlik dissertasiyası müdafiə olunmuşdur.  

Bununla yanaşı Ə.M.Hacızadə bir çox Respublikalarda elmi rəhbər olmuşdur. Onun rəhbərliyi ilə 14 elmlər 

namizədi hazırlanmışdır.  

Əbdürrəhim Hacızadə coğrafiya fakültəsinin bacarıqlı və təcrübəli müəllimi kimi auditoriyalara həmişə yeni 

biliklər gətirərdi, yüksək səviyyəli mühazirələr oxuyardı, maraqlı çöl təcrübələri aparardı. Coğrafiyaya o təkcə elmi 

mənbə yox, həm də tələbələrin dünyagörüşlərinin genişləndirilməsində və ümumi mədəni inkişafında mühüm bir 

vasitə kimi baxırdı. 

Ə.M.Hacızadə Azərbaycan Coğrafiya Cəmiyyətinin (1959-cu ildə) vitse-prezidenti, iqtisadi coğrafiya şöbəsinin 

daimi sədri, keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin qurultaylarının iştirakçısı, Universitetlərin Elmi-metodiki 

şurasının iqtisadi coğrafiya şöbəsinin üzvü olmuşdur. 

Professor Ə.M.Hacızadə ömrünü elmə, ixtisaslı mütəxəssislər yetişdirilməsinə sərf etmiş daim axtarışda olan 

yüksək səviyyəli bir alim olmuşdur. 

 

83




 

6.4 Toponimika 

Toponimlərimizin geniş mənada öyrənilməsi nəticəsində həm coğrafiyamızın, həm də xalqımızın və dilimizin 

uzaq keçmişi barəsində çox şey məlum olur. Ona görə də coğrafi adların tarixinə və toponimiyaya aid aparılan 

tədqiqatlar uzaq keçmişdən başlamışdır. M.F.Axundov, A.A.Bakıxanov, İsmayıl bəy Qutqaşınlı və b. coğrafi adların 

mənşəyi ilə yaxından məşğul olmuşlar. 

1947-1950-ci illərdə H.M.Mamayevin mürəkkəb coğrafi adların tərkibindəki sözlərin, adların düzgün 

yazılışından bəhs edən əsəri çap olunur. 

1960-1965-ci illərdə Azərbaycan toponimiyasının öyrənilməsi sahəsində ciddi addımlar atılır. Bu işlərin 

təşkilində və aparılmasında B.Ə.Budaqovun və R.M.Yüzbaşovun böyük xidmətləri olmuşdur.  

Özünün 1966-cı ildə çapdan çıxan «Azərbaycanın coğrafi terminləri» adlı fundamental əsərində R.M.Yüzbaşov 

Azərbaycanın xalq coğrafi terminlərin, toponimik və elmi coğrafi terminlərin geniş təhlilini aparmış və elmi 

sistemləşdirilməsini vermişdir. Ölkədə aparılan toponimika tədqiqatları əsasında müxtəlif illərdə izahlı coğrafi 

lüğətlər tərtib və nəşr olunmuşdur (R.M.Yüzbaşov, O.U.Osmanov, B.Ə.Budaqov və b.).  

1960-cı ildə Azərbaycan Coğrafiya Cəmiyyəti və 1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət 

Heyətinin nəzdində daimi toponimika komissiyası yaradılmışdır. 

Qafqaz və Şimali Azərbaycanda yayılan türk mənşəli toponimləri qoruyub saxlamaq və hərtərəfli tədqiqini 

aparmaq, xəritələrdə coğrafi adların düzgün yazılmasını təmin etmək məqsədilə 1973-cü ildə Azərbaycan EA 

Coğrafiya İnstitutunda coğrafi adlar (toponimika) şöbəsi yaradılır. 1973-cü ildə Azərbaycan toponimikasının 

problemlərinə həsr olunmuş I-ci və 1981-ci ildə isə II-ci elmi konfranslar keçirilir. I-ci konfrans Azərbaycan 

toponimlərinin ümumi məsələlərinə, ayrı-ayrı toponimlərin etimologiyasına, etnonimlərinə, coğrafi adların xəritədə 

yazılmasına və oroqrafiyasına, toponimlərin regional miqyasda tədqiqinə dair məruzələr dinlənilmiş və müzakirə 

edilmişdir. 

II-ci konfrans respublikamızda toponimika məktəbinin yarandığını və bu məktəbin geniş fəaliyyət göstərdiyini 

qəti təsdiq etdi. Bu məktəbin varlığını həmin illər Böyük Qafqazın cənub yamacı (E.B.Nuriyev), Abşeron 

(M.Ə.Abbasov), Dağlıq Şirvan (N.S.Bəndəliyev), Şimali-Şərqi Azərbaycan və Böyük Qafqazın Cənub-Şərq hissəsi 

(X.H.Məmmədov) və s. regionlara dair aparılan tədqiqatlar təsdiq edirdi.  

Y.Yusifov, S.Kərimov «Toponimikanın əsasları», S.Mirmahmudova «Ermənistanın oykonimləri», N.K. 

Məmmədov «Azərbaycanın yer adları (oronomiya)» dair əhəmiyyətli elmi əsərlər yazmışlar. 

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra (1991-ci il 18 oktyabr) toponimikaya və coğrafiyanın 

tarixinə aid tədqiqatlara diqqət xeyli artırıldı və əvvəlki illərdən fərqli olaraq onun tematikası genişləndirildi. 

B.Ə.Budaqovun «Türk uluslarının yer yaddaşı» (Bakı, 1994) adlı geniş həcmli monoqrafiyası toponimika 

elminin inkişafında mühüm bir hadisəyə çevrildi. Hazırda o Qafqazın digər regionlarının toponimikasına dair yeni 

elmi əsərlər üzərində işləyir. Onun «toponimlər tarix elmi olmadan köksüz, dilçilik elmindən kənarda lal, coğrafiya 

elmindən ayrı məkansızdır»

1

 dərin məzmunlu kəlamları bu elmin ölkəmiz və xalqımızın həyatında müstəsna 



əhəmiyyət kəsb etdiyini göstərir. Son illər Coğrafiya İnstitutunda B.Ə.Budaqovun rəhbərliyi altında Dağlıq 

Qarabağın (A.İsmayılova) və Dağıstanın toponimlərinə aid (X.L.Xanməmmədov) əhəmiyyətli elmi-tədqiqat işləri 

başa çatdırılmış və dissertasiyalar müdafiə edilmişdir.  

Toponimika sahəsində qarşıda duran mühüm vəzifələr – mikrotoponimlərin tədqiqini davam etdirmək və geniş 

ərazilərdə yayılan tarixi türk torpaqlarının coğrafi adlarını öyrənmək və lüğətlərini tərtib etməkdir. 

Azərbaycanda coğrafiya elminin tarixi üzrə də elmi-tədqiqat işləri aparılmış və əsərlər yazılmışdır. Bunlardan 

O.U.Osmanovun «Məşhur səyyah və coğrafiyaşünaslar» (Bakı 1970) kitabı özünün geniş məlumatlı olması ilə 

səciyyələnir. Kitabda müxtəlif dövrlərdə yaşamış ən görkəmli səyyahlar, coğrafiyaşünaslar və tədqiqatçıların coğrafi 

görüşləri, kəşfləri və səyahətləri haqqında qısa məlumat verilmişdir. N.K.Kərimovun «Qırx il səyahətdə» (Bakı, 

1977) əsəri əhəmiyyətinə görə xüsusilə fərqlənir. Əsər XVIII əsrin sonu və XIX əsrin əvvəllərində yaşamış Böyük 

Azərbaycan coğrafiyaşünası və səyyahı Zeynalabdin Şirvaninin Asiya və Afrikaya etdiyi 40 illik səyahətlərdən 

danışır. 

Azərbaycanda keçmiş illərdə coğrafi məsələlərlə məşğul olmuş görkəmli alimlərimizin əsərlərinin 

öyrənilməsinin əhəmiyyəti böyükdür. Belə tədqiqatlar bizə ölkəmizin coğrafiyasının tarixi haqqında tam biliklər 

əldə etməyə imkan verir və bu günümüzün tələbatına cavab verə bilənlərdən istifadə edirik. 

Artıq bu sahədə tədqiqatlara başlanılmışdır. Həsən bəy Zərdabinin coğrafi fikirlərinin araşdırılması aparılıbdır 

və gələcəkdə də belə mövzuların davam etdirilməsi əhəmiyyətli olardı.  

Azərbaycanda coğrafiya elminin son 50 ildə  (1945-1995) inkişafına, Coğrafiya Cəmiyyətinin yaranmasının 60 

illiyinə (1937-1997) və tədrisin tarixinə dair sanballı təhlillər və ümumiləşdirmələr aparılan əsərlər yazılmışdır. 

                                                 

1

 Úîüðàôèéà åëìè 50 èëäÿ Á.ßáóäàãîâóí ðåäàêòîðëóüó èëÿ, Áàêû, «Åëì», 1996, ñÿù. 117 



 

84



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə