Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə2/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   52

lazımlı hissələri yeni əlavələr və məlumatlarla tamamlanaraq dərs vəsaiti kimi iki müəllifin adından çapa 

təqdim olunmuşdur. 

 

Ümid edirik ki, təqdim olunan dərs vəsaiti coğrafiyanın yarandığı dövrdən bu günədək keçdiyi inkişaf 



yolu və  təcrübələri ilə  tələbələri tanış edəcək və onların coğrafi bilik və  mədəniyyətlərini xeyli 

zənginləşdirəcəkdir.     

Dərs vəsaitinin çapa hazırlanmasında böyük zəhmətlərinə görə iqtisadi və sosial coğrafiya kafedrasının 

baş laborantları F.E.Qasımovaya, S.Ə.Allahverdiyevaya öz minnətdarlığımızı bildiririk. 

 

Dərs vəsaitində olan bölmələr müəlliflər tərəfindən aşağıdakı kimi yerinə yetirilmişdir: 



Ə.M.Hacızadə – I fəsil -1.4, II-2.1, III-3.5, 3.6, IV-4.2, 4.3, 4.4,  V-5.2, 5.3,  5.4, VI-6.1 

T.G.Həsənov – Giriş, I fəsil-1.1, 1.2, 1.3, II-2.2, 2.3, 2.4, 2.5, 2.6,  III-3.1, 3.2, 3.3, 3.4,  IV-4.1, V-5.1, 

VI-6.2, 6.3, 6.4, 6.5,  6.6, 6.7.     

    


 

Coğrafiya tarixi kursunun obyekti, məqsəd və vəzifələri 

 

Hər bir elmin tarixinin öyrənilməsi, onun  gələcək inkişafı üçün böyük  əhəmiyyət kəsb edir. 

Keçmişimizin  elmi axtarışlarını, səhvlərini və əldə etdikləri nailiyyətləri bilmədən elmin perspektivlərini 

müəyyən etmək qeyri-mümkündür. Tarix gələcəyin proqnozlarının  əsaslarından biridir. Nə  qədər ki 

insanlar yaşayır təbiətin tarixi və insanların tarixi biri-birilə bağlıdır və biri digərinə əsas yaradır. Vahid 

bir elm kimi formalaşan coğrafiya mürəkkəb inteqrasiya və differensassiya mərhələlərindən keçmişdir. 

İlkin olaraq təbiət və  cəmiyyət elmləri tərkibində yaranan coğrafiyanın qolları sonrakı inkişaf 

mərhələlərində inteqrasiyaya uğrayaraq vahid elmə çevrilmişdir. 

 

Elmin tarixi inkişafı rəvan olmamışdır. Uzun müddət irəliyə doğru yavaş-yavaş hərəkətlə yanaşı birdən 



elə kəskin dönüş mərhələləri olur ki, bu mərhələlərin də daha dəqiq öyrənilməsi xüsusi maraq doğurur. 

Belə  kəskin dönüş  mərhələlərinə XV-XVII əsrlərdə baş verən Böyük Coğrafi kəşfləri,  Şimal-Cənub 

qütblərinin öyrənilməsi və Almaniya da Humbolt-Rixter, Rusiyada Pyotr Semyonov-Tyanşanski, 

Azərbaycanda Baharlı-Qafur Rəşad kimi iri coğrafi məktəblərin və kosmik coğrafiyanın yaranmasını 

misal göstərmək olar. Belə əhəmiyyətli keçid mərhələlərinin və elmi məktəblərin təhlili coğrafiya tarixinə 

daha qabarıq nəzər salmağa imkan verir. 

 

Hazırda adlarının oxşarlığına görə coğrafiya tarixinə daha yaxın olan iki elm – tarixi coğrafiya və 



kəşflərin tarixi elmləri yaranmışdır. 

 

Coğrafiya tarixi elminə  hələlik tam tərif verilməyibdir. Ümumiləşdirilmiş  şəkildə demək olar ki, 



coğrafiya tarixi Yer səthi və onun ayrı-ayrı hissələrinin kəşf olunması, xəritələşdirilməsi və coğrafi elmi 

fikirlərin yaranması və inkişafının tarixini öyrənir. 

 

Tarixi coğrafiya müəyyən ölkələrin, yaxud ərazinin fiziki, iqtisadi və siyasi coğrafiyanın keçmiş 



vəziyyətini öyrənən tarixi-coğrafi biliklər sahəsidir. Coğrafiya tarixindən fərqli olaraq tarixi-coğrafiya 

keçmiş dövrlərin konkret iqtisadi coğrafiyasını tədqiq edir. 

 

Coğrafi kəşflər tarixi özünün yazısı olan (rəsmlərdən əlavə) xalqların nümayəndəsinin ilk dəfə bu və ya 



digər obyektdə (materiklər, okeanlar, dənizlər, adalar, boğazlar, zirvələr, vulkanlar və i.a.) ilk dəfə olması, 

bu obyektlərin təsvirini verməsi və yaxud onu xəritəyə köçürməsidir.  İndi buraya həmçinin coğrafiya 

sahəsində kəşf olunan yeni nəzəriyyələr və qanunauyğunluqların tarixi də əlavə edilir.  

Coğrafi kəşflər dünya tarixinə güclü təsir göstərmişdir: yeni qitələrin, torpaqların tapılmasına, bir ölkənin 

varlanmasına, digərlərinin məhvinə, müstəmləkələrin əmələ gəlməsinə və s. səbəb olmuşdur. 

 

 



4


Bu üç elm biri-birilə  sıx bağlıdır və  hətta bəzi məsələlərdə üst-üstə düşürlər. Bunu, xüsusilə coğrafi 

kəşflər edən, bu elmi  qabağa aparan görkəmli səyyahların əsərlərinin təhlilindən aydın görmək olur. Həm 

coğrafiyanın tarixinə  və  həm də coğrafi kəşflərin tarixinə eyni dərəcədə  mənsub olan belə alimlərdən 

Aleksandr Humboltu, Pyotr Semyonov-Tyanşanskini və b. göstərmək olar. 

 

Aparılan ekspedisiyalar və ayrı-ayrı  səyyahlar tərəfindən həyata keçirilən coğrafi kəşflər bizim elmə 



gələcəkdə nəzəri və praktiki ümumiləşdirmələr aparmaq üçün lazım olan iri  həcmdə material toplamağa 

imkan verir.  

Böyük Coğrafi kəşflərin başlıca məqsədi yüzlərlə    səyahətlər nəticəsində dünyanın fiziki xəritəsinin 

müasir görünüşünün alınması olmuşdur. Bizim zəmanəmizdə dünya xəritəsində artıq «ağ  ləkələr» 

qalmamışdır.  İndi coğrafi kəşflərin məqsədi yeni coğrafi qanunlar və qanunauyğunluqların aşkar 

edilməsidir. Belə coğrafi kəşflər elmi tədqiqatın fundamental sahəsinə aid edilir. Onlar yerin quru səthi və 

Dünya okeanının mənimsənilməsi üçün həyatı  əhəmiyyət daşıyır. Yerin mənimsənilməsi prosesində 

birinci növbədə  təbiətin müxtəlif tiplərinin qarşılıqlı  təsir mexanizmini, insanların müəyyən  tarixi 

biliklərini, təsərrüfatın əlaqələnməsi  formalarını və s. bilmək tələb olunur. Nəzəri kəşflər və onun tətbiqi 

olmadan coğrafiya göstərilən mürəkkəb mexanizmini və onun idarəedilməsini əsaslandıra bilməz. 

 

Beləliklə, coğrafi kəşflərin müasir tarixi, coğrafiya tarixinə açıq-aşkar yaxınlaşır, lakin onunla tam 



birləşmir, Belə ki, coğrafiya tarixi fəlsəfə, nəzəri coğrafiya və digər nəzəri elmlərlə yaxınlaşaraq daha çox 

metodoloji elmə çevrilir. Zamanın  tələbi onun digər elmlərlə inteqrasiyasını gücləndirir. Lakin bununla 

yanaşı coğrafiya tarixi özünün daxili inkişaf məntiqinə və qanunauyğunluqlarına malikdir. 

 

Coğrafi kəşflər tarixi daha çox həyatın praktiki tələbatını əks etdirir. Böyük Coğrafi kəşflər – XV-XVII 



əsrlər dövründə coğrafiya elmlərin «şahı» idi və  cəmiyyət üçün böyük praktiki əhəmiyyət kəsb edirdi. 

Sonralar o arxa plana keçmişdir, lakin indi yenidən elmlərin önünə çıxmışdır. Hazırda elə bir zaman gəlib 

ki, həyatın praktiki tələbatı coğrafiyanın güclü inkişafına  şərait yaradıb. Dünya okeanının, atmosferin, 

biosferin, qlobal ekoloji problemlərin, məskunlaşma, istehsal və xidmətlərin ərazi sistemlərinin dərindən 

öyrənilməsi və s. belə  tələbatlardandır. 

 

Coğrafi kəşflərin tarixindən fərqli olaraq coğrafiya tarixi həyatın tələbatını geniş mənada təmin edir. Bir 



elm kimi coğrafiya tarixi daha mürəkkəbdir, o elmlərin bütöv inkişafından, kadrların hazırlıq 

səviyyəsindən, nəzəri ideyaların yaranması və yayılmasından və s. bəhs edir. 

 

Tarixi faktları  və hadisələri özündə  əks etdirən coğrafiyanın tarixi kursunun başlıca vəzifələri 



aşağıdakılardan ibarətdir:  

- coğrafi ideyaların, prinsiplərin, qanunauyğunluqların və anlayışların yaranması  və inkişafının tarixi 

ardıcıllığını göstərmək, 

- coğrafi biliklərlə  cəmiyyətin həyat fəaliyyəti arasındakı qarşılıqlı  əlaqələrin inkişafının tarixi 

mərhələlərini göstərmək; 

- müasir dövrdə coğrafi biliklərin cəmiyyətin praktiki həyatında istifadə olunmasının istiqamətlərini 

göstərmək və bu sahədə mövcud olan böyük problemləri qeyd etmək. 

 

 



Coğrafiya tarixindən toplanan biliklər bəşəriyyətin bu günü və  gələcəyi üçün böyük fayda verə bilər. 

Məsələn, tarixdən məlumdur ki, Xəzər dənizinin səviyyəsi müəyyən onilliklərdə  gah qalxır və gah da 

enir. Bu tarixi bilgiləri  nəzərə almayaraq dəniz sahillərinin təsərrüfatda mənimsənilməsi sonralar böyük 

ziyana başa gəlir. Bu gün Lənkəran-Astara zonasında, Xəzərin digər yerlərində su altında qalmış on min 

hektarlarla əkinlər, üzümlüklər, yollar və kəndlər coğrafiyanın bizə verdiyi tarixi biliklərin əhali arasında 

zəif yayılması və biganəliyin nəticəsidir. Təbiidir ki, belə biganəliklər ölkəmizə və onun əhalisinə milyard 

manatlarla ziyan vurur. 

 

 



5


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə