Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə14/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   52

Onun göndərdiyi xəritə və məktubları əldə edən alman coğrafiyaşünası Martin Valdzemüller özünün 1507-ci ildə 

yazdığı «Kosmoqrafiyaya giriş» kitabında ilk dəfə «Amerika» adını çəkir. 

 

İlk  dəfə bu ad Ameriqo Vespuççinin öyrəndiyi ölkələrə (Venesuela, Braziliya və bütövlükdə cənubi Amerika) şamil 



edilirdi. Sonralar Herard Merkador 1538-ci ildə ilk dəfə Amerika adını materikin şimal hissəsinə də şamil etmişdir 

və beləliklə  də bu ad başqa coğrafiyaşünaslar tərəfindən təkrar olunmuş, qlobus və  xəritələrdə yazılıb 

əbədiləşdirilmişdir. 

 

Qaldı ki, Hindistana dəniz yoluna, onun Açılmasında portuqaliyalılar ispanları qabaqlayırlar, Kolumbun kəşfləri 



Hindistana təcili olaraq yenidən yol axtarışının başlanmasına təkan verir. 

 

1497-ci ildə kral Manuel Vasko da Qamanın  (1469-1524) başçılığı  altında Hindistana ekspedisiya göndərir. 



Afrika sahillərindəki əks səmt küləkləri və cərəyanlarından yan keçmək üçün onun gəmiləri əvvəlcə qərbə dönərək 

sahildən xeyli aralı üzməyə başlayır və yalnız sonra şərqə istiqamət götürərək sahilə yaxınlaşır. Bu yol uzaq olsa da, 

yelkənli gəmilərin Lissabondan Ümid Burnuna qədər tez və rahat üzə bildiyi yol idi. Nəhayət, onun gəmiləri Ümid 

burnunu dolanaraq Hind okeanına çıxır. Afrikanın şərq sahili boyu üzərək Mozambik adalarına gəlir və burada o 

qızğın ticarət edən  ərəb tacirlərini görür. Şimal istiqamətində üzən Vasko da Qama Malinda limanına gəlib çatır. 

Burada portuqaliyalılar yerli hökmdarların köməyi ilə ən mahir ərəb losmanı və kartoqrafı hesab olunan Əhməd İbn-

Məcidi özlərinə bələdçi götürürlər. Vasko da Qama onun köməyi və musson-səmt (may ayı) küləklərindən istifadə 

edərək 1498-ci ildə Hindistan sahillərinə gəlib çatır. O, yerli tacirlərlə alver edərək, ədviyyat, qızıl və bahalı  daş-

qaşla öz gəmilərini yükləyir və yenə də musson küləklərindən istifadə edərək geriyə – Afrika sahillərinə və oradan 

isə 1499-cu ildə Portuqaliyaya qayıdır. Beləliklə,  Vasko da Qama Afrika ətrafına cənubdan dolanaraq dəniz yolu ilə 

Hindistana gəlmiş ilk avropalı hesab olunur. Bu təkcə Portuqaliya tarixində deyil, dünya ticarəti tarixində də önəmli 

bir hadisə idi. Həmin vaxtdan başlayaraq Süveyş kanalı (1869) açılanadək, Avropa ilə Hindistan və Çin arasında 

ticarət  əvvəlki kimi Aralıq dənizi ilə yox, Atlantik okeanı – Ümid Burnu yanından keçən dəniz yolu ilə aparıldı. 

Yeni açılan bu dəniz yolu tarixi İpək yolunun da tənəzzülünə  səbəb oldu. Sosial-siyasi baxımdan isə Hindistanın 

talan və işğalının başlanğıcını qoydu. 

 

Vasko da Qama 1502-ci ildə top-tüfənglə yenidən Hindistana gəlir. Kəlkədə şəhərini dağıdır və böyük var-dövlətlə 



vətənə qayıdır. Bu ekspedisiya təkcə Hindistanın yox, həm də Hind-Çin və İndoneziyanın zəbt və talan olunması ilə 

nəticələnir. Portuqaliyalılar sonralar Pekinə və Yaponiyanın Kyusuyu adasına qədər gedib çıxırlar və bu ölkələrlə 

ticarət əlaqələrinin əsasını qoyurlar. 

 

Belə bir vəziyyətdə  Amerikanı kəşf etdikdən sonra orada acı bibərdən başqa heç nə tapa bilməyən ispanlar durub 



gözləyə bilməzdilər ki, Hindistan ədviyyatının ticarəti təkcə portuqaliyalıların  əlində olsun. Bu da öz növbəsində 

İspaniyanın hakim dairələrini ədviyyat ölkələrinə (Moluk adaları) qərb dəniz yolunun inadla axtarışına vadar edir. 

 

Fernan Magellan (1480-1521) 1519-cu ilin 20 sentyabrında beş  gəmi ilə  İspaniyadan ilk dünya səyahətinə yola 

düşür. Atlantik okeanını keçdikdən sonra Magellan Cənubi Amerika sahilləri boyu üzərək qərbə gedən boğazı 

axtarır və nəhayət 520 c.e. indi onun adını daşıyan Magellan boğazını böyük çətinliklə keçərək okean ənginliklərinə 

çıxır. Dar, qaranlıq boğaz döngələrindən  sakit bir okeana çıxan ekspedisiya iştirakçılarında xoş təəssürat yaranır və 

bu okeanı Sakit okean adlandırırlar. Dünyada ilk dəfə Sakit okeanın  ən enli yerindən üzüb keçən Magellanın 

gəmiləri xoş və acı günləri yaşamaqla dörd aydan sora gəlib indiki Filippin adalarına çıxırlar. Burada Magellan yerli 

tayfalar arasında gedən vuruşmaya qoşulur və 27 aprel 1521-ci ildə öldürülür. 

 

Qalan gəmilərdən birisi Xuan Sebastyan Elkanonun başçılığı ilə bütün yol boyu portuqaliyalılardan gizli əvvəlcə 



Moluk adalarına gəlir, orada xeyli ədviyyat yükləyir, Timor adasından keçib böyük çətinliklərlə  Hind okeanının 

cənub enliklərilə üzərək, Ümid burnundan keçib 1522-ci ilin 8 sentyabrında salamat qalmış cəmi 18 nəfər dənizçi ilə 

(yola çıxan 265 nəfərdən) gəlib İspaniyaya çatır. 

 

Magellanın başçılığı altında həyata keçirilən Birinci Dünya səyahətinin müəyyən iqtisadi səmərəsi olmasa da, 



tarixdə böyük coğrafi nəticələr qazanmışdır. .Yeni iqtisadi baxımdan  əsas  ədviyyat verən ölkələr – Hindistan və 

digərləri yenə də Portuqaliyanın əlində qalırdı. Coğrafi baxımdan: Yerin kürə şəklində olması qəti sübuta yetirildi; 

Vahid Dünya okeanının mövcudluğu müəyyənləşdirildi və vaxtilə Ptolemeyin də müdafiə etdiyi «kontinental», yəni 

qurunun daha geniş sahə tutması baxışları özünü doğrultmadı. Həm də gec də olsa bəşəriyyət bildi ki, Yer kürəsini 

şərqdən qərbə dolanarkən bir gün qazanırsan. Belə ki, səyahətçilər  İspaniyaya 8 sentyabr, bazar günü gəlib 

çıxmışdılar, gəminin gündəliyində isə şənbə idi.  

 

28



Qısa dövrdə – cəmi yarım  əsrdə bizim planetimizin avropalılara məlum olan sərhədlərinin görünməmiş  dərəcədə 

genişlənməsi baş verdi. Lakin köhnə dünyanın və yeni kəşf olunan materiklərin daxili hissələri hələ də öyrənilməmiş 

qalırdı. Avstraliya, Antarktida, Asiya və Şimali Amerikanın şimal sahilləri hələ kəşf olunmamışdır. 

 

Böyük Kəşflər dövrü coğrafi təsəvvürlərin inkişafı öz əksini parlaq şəkildə dövrün xəritələrində tapırdı. Daha 



düzgün proyeksiyalı və dərəcə toru ilə düzəldilmiş xəritələr (məsələn, Herard Merkatorun xəritəsi) meydana gəldi. 

Ərazi kəşfləri dünyanın coğrafi xəritəsində öz əksini tapdı. Ekspedisiyaların kəşf etdiyi obyektlərin coğrafi mövqeyi 

dəqiq müəyyən edildi. 

 

 



3.4 Böyük coğrafi kəşflərin ikinci dövrü (1550-1650-ci illər) 

Böyük coğrafi kəşflərin mühüm iqtisadi və siyasi nəticələri də olmuşdur. Avropada yayılan yeni burjuaziya üçün 

həm var-dövlət və  həm də geniş bazar tələb olunurdu. Bununla bağlı olaraq Böyük coğrafi kəşflər 

müstəmləkəçiliyin, okean arxasına  əhali köçürülməsinin və beynəlxalq  əlaqələrin bütün dünyaya yayılmasının 

əsasını qoydu. 

 

Coğrafi kəşflər nəticəsində ticarət yolları Aralıq dənizindən Atlantik okeanına doğru yerini dəyişir və bu yollar 



üzərindəki hökmranlıq İspaniya və Portuqaliyanın əlində cəmlənir. Lakin  daha çox sənaye məhsulları istehsalını və 

satışını öz əllərində toplayan İngiltərə, Fransa və Hollandiya sürətlə varlanırdılar. Onlar getdikcə  İspaniya və 

Portuqaliyanı bazarlardan, dəniz yollarından və okean arxasındakı torpaqlardan sıxışdırmağa başladılar. Bütün 

sonrakı  əsərlərdə  məhz  İngiltərə, Hollandiya və sonralar onlara qoşulan Fransa yeni torpaqların kəşfində, onların 

öyrənilməsində və öz müstəmləkələrinə çevirmələrində fəal rol oynamağa başlayıblar. 

 

Magellanın Sakit okeandan keçdiyi yol tədricən intensiv gediş-gəliş yoluna çevrilir. Bu yol boyu Yeni Qvineya



Karolina, Marşal, Solomon, Markiz və b. adalar kəşf olunur və  həm də  məlum olur ki, bu adaların  əksəriyyəti 

avropalılara qədər yerli xalqlarla məskunlaşıbdır. Özü də avropalıların qorxa-qorxa üzdükləri okean sularında yerli 

dənizçilərin gəmiləri sərbəst surətdə şütüyürdülər. 

 

XVI əsrdəki Avropa xəritələrində «Naməlum Cənub Torpağı» (Terra Australis İnkoqnita – latın.) yenidən gündəmə 



gətirilir. Bu torpağın mövcudluğu haqqında fərziyyələr hələ lap qədimdən mövcud idi. Belə ideya irəli sürülmüşdür 

ki, Şimal yarımkürəsinin geniş quru sahəsini müvazinətdə saxlayan cənub torpaqları da mövcud olmalıdır. 

 

Ptolemeyə görə bu torpaqlar cənubdan Hind okeanı ilə  əhatələnir və Afrikanın davamıdır. Flamand kartoqrafı 



Abraham Ortelinin düzəltdiyi xəritədə (1570-ci il) «Naməlum Cənub Torpaqı» bütün Yer kürəsini əhatə etməklə, 

aşağı enliklərə doğru çəkilir. 

 

Bütün ömrünü cənub torpağının axtarışına həsr etmiş Pedro de Kiros Avstraliyanın Kolumbu adlandırılsa da, bu 



torpağı tapa bilməmişdir. Lakin qəribə  təsadüf nəticəsində onun yol yoldaşı Luis de Torres Avstraliyaya xeyli 

yaxınlaşmış, indi onun adını daşıyan Torres boğazını keçmiş və sübut etmişdir ki, Yeni Qvineya materikin çıxıntısı 

olmayıb, müstəqil adadır. Kiros və Torresin səyahətlərinin böyük əhəmiyyəti  var idi. Belə ki, bir tərəfdən cənub 

torpağının axtarışı daimi diqqət mərkəzində saxlanılırdı və digər tərəfdən isə yeni-yeni əhəmiyyətli kəşflər edilirdi: 

Qrenlandiyadan sonra dünyanın ikinci böyük adası olan Yeni Qvineya avropalılara məlum olur. Daha sonra isə 

axtarılan Cənub materikinin sərhədlərinin cənuba doğru uzanması aşkar olunur. Lakin bu kəşflərin çoxu o zamanlar 

gizli saxlanıldığına görə sonralar həmin yerlərin təkrar kəşfləri baş vermişdir. Kiros və Torresin kəşfləri İspaniyanın 

Böyük coğrafi kəşflər erasında sonuncu akkordu oldu. Bundan sonra Pireney ölkələri öz qüvvələrini tamamilə əldə 

elədikləri torpaqların qorunmasına yönəltdilər. 

 

Hollandiya böyük cəsarətlə Yeni kəşflər təşəbbüsünü öz əlinə keçirdi. 1602-ci ildə  təşkil olunmuş «Ost-İndiya 



Hollandiya şirkəti» bir neçə ildən sonra Zond adalarındakı ən mühüm əraziləri portuqaliyalıların əlindən aldı. Yeni 

sərvət mənbələrinin axtarışı onları tezliklə Avstraliya sahillərinə  gətirib çıxartdı. Hollandiya dənizçisi  Villem 



Yanszon Torresdən  bir neçə ay əvvəl Avstraliya sahillərində olmuş ilk avropalı hesab olunur. O, 1606-cı ildə 

Keyp-York yarımadasının qərb sahillərini öz xəritəsinə köçürmüşdür. Artıq XVII əsrin ilk illərində hollandiyalı 

dənizçilər Avstraliyanın «Yeni Hollandiya» sahillərini görürdülər, 1615-ci ildən sonra onun qərb, qismən şimal və 

cənub sahillərinin xəttləri müəyyənləşdirilmişdir. 

 

 

29




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə