Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə13/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   52

 

1470-1473-cü illərdə portuqaliyalılar Qvineya körfəzinin sahillərini mənimsəməyə başlayırlar və bu zəngin yerlərə 

müxtəlif adlar verirlər: Fil Dişi Sümüyü sahilləri, Qızıl sahil, Gölə sahil və s.. İlk dəfə 1441-ci ildə buradan 

Avropaya aparılan qara qul əsl sensasiya doğurur. Sonrakı illərdə portuqaliyalıların təşkil etdikləri bir çox 

ekspedisiyaların başlıca məqsədi rüsvayçı  və qeyri-insanı qul ovu idi, belə ki, qul alveri böyük gəlir gətirirdi. 

Qvineya körfəzindən cənuba hərəkət edən portuqaliyalılar sahilin görkəmli yerlərində daş sütunlar-padranlar 

qoyurdular. Onun yuxarı hissəsi xaç şəklində olurdu, üzərində isə Portuqaliya kralının və həmin sahilə ilk dəfə çıxan 

dəniz səyyahının adı yazılırdı. 

 

Padranlar gələcək dəniz səyahətləri üçün oriyentir (mayak) rolunu oynayırdı  və Portuqaliyanın bu yerlərin 



kəşflərində olan üstünlüklərini sübut edirdi.  

Hindistana yol axtaran Diaş Bartolomeu (1450-1500) ilk dəfə 1487-1488-ci illərdə  Afrikanın cənub ucqarlarından 

keçərək indiyə qədər qapalı hesab olunan  Hind okeanına çıxır. Lakin güclü  fırtınalar  onun gəmilərini əldən elə 

salır ki, o, həmən burnu «Fırtına burnu» adlandırır. Amma indi biz coğrafiya xəritələrində bu ada rast gəlmirik, ona 

görə ki, Portuqaliya Kralı II Juan «Fırtına burnu»nu «Ümüd burnu» adlandırmağı  əmr edir. Çünki Diaşın kəşfi 

portuqaliyalılara zəngin Hindistana dəniz yolu ilə gedib çıxmaq ümidini verirdi və doğrudan  da bundan on il sonra 

Vasko da Qamanın səyahəti bu ümidi doğrultdu. 

 

Portuqaliyalılar Afrikanın sahilləri ilə  hərəkət etdikləri bir vaxtda, digər yerdə Hindistana və Çinə  qərb dəniz 



yolunun axtarılması ideyası yetişirdi. Bu ideya antik coğrafların ideyaları ilə tanışlıq  əsasında yaranan ümumi 

coğrafi baxışlar idi.  

 

3.3 Böyük coğrafi kəşflərin birinci dövrü (1492-1550-ci illər) 

Xristofor Kolumbun 1492-ci ildə ilk dəfə Atlantik okeanını üzüb keçməsi Böyük coğrafi kəşflərin başlanğıcı kimi 

qəbul olunur (şəkil 10). Amerika sahillərinə yaxınlaşan Kolumbun gəmiləri ilk dəfə olaraq 12 oktyabr 1492-ci ildə 

sahildə qurunu görürlər və sonrakı gün özlərinin kəşf etdikləri torpağa ayaq basaraq onu Vest-İndiya adlandırırlar. 

Bu, birinci səyahəti zamanı (1492-1493-cü illər) X.Kolumb Baham, Kuba və Haiti (Espanyola) adalarını kəşf edir. 

 

Onun ikinci səyahəti  (1493-1496-cı il) Kiçik Antil adalarının bir qrupunun, Puerto-Riko və Yamayka adalarının 

kəşfinə gətirib çıxarır; bundan başqa Kubanın cənub sahillərini tədqiq edir (materikin bir hissəsi kimi başa düşürdü).  



Üçüncü səyahəti (1498-1500-cü il) zamanı cənubi Amerika materikinin şimal sahillərindəki Orinoko çayının ağzı 

və Trinidad adası kəşf olunur.  

Kolumb cənubi Amerika materikinin sahillərində olsa da, onu Köhnə Dünyanın bir adası hesab edirdi və Yeni 

Dünyanı kəşf etdiyini heç təsəvvürünə belə gətirmirdi.  



Dördüncü səyahəti zamanı (1502-1504-cü ildə) o, Mərkəzi Amerikanın 2 min  km. uzunluğundakı sahillərini kəşf  

edir və Panama bərzəxinə yaxın hissədən qərbə yol axtarır. X.Kolumb daha sonra Honduras Nikaraqua, Kosta-Rika 

və Panama sahilboyu üzərək cənub-şərqə gedib Daryen körfəzinə çıxır. 

 

Kolumbun hələ sonuncu səyahəti başa çatmamış, 1497-ci ildə  İspan dövləti tərəfindən yeni torpaqların 



mənimsənilməsinə icazə verilir və buraya avropalıların – konkistadorların böyük axını başlayır. Tarixçilərin qeyd 

etdiyi kimi, «onlar buraya əllərində xaç və ürəklərində qızıla olan hərisliklə gəlirdilər».  

Mərkəzi Amerikanın kəşfi və  mənimsənilməsi ildırım sürətlə baş verdi. Bir-birinin ardınca qərbə  İspan və daha 

sonra isə Portuqal gəmiləri gedirdi. 

 

Varlı  İspan gəmi sahibləri 1499-1500-cü illərdə  Ameriqo Vespuççinin iştirakı ilə  cənubi Amerikaya dörd 



ekspedisiya təşkil edirlər. Onlar 700-800 mil uzunluğunda sahilləri öyrənirlər və Amazon çayının ağzını kəşf edirlər. 

 

1500-cü ildə Hindistana yollanan portuqaliyalı Pedro Kabralın gəmilərini fırtına Braziliya sahillərinə atır, buranı o 



Santa-Krus adası adlandırır. Sonralar Portuqaliya tacirləri buraya boyaq ağacı (Braziliya) üçün üzməyə başlayırlar.  

Kolumbun birinci ekspedisiyasının nəticələri məlum olan kimi İngiltərə  Con Kabotun başçılığı ilə 1497-ci ildə 

Hindistana dəniz yolu açmaq üçün qərbə  gəmilər göndərir. Kabot Kolumbdan əvvəl  Şimali Amerika materikində 

(ehtimal ki, bu yerlər Nyufaundlend adası  və Labrador yarımadası imiş) olmuşdur. Beləliklə, məlum olur ki, 

normanlardan sonra Şimali Amerikanı həqiqi kəşf edən Kabot olmuşdur. 

 

 



26


1498-ci ildə olan ikinci səfərində Kabot Nyufaundlenddən başlayaraq Floridaya qədər uzanan Şimali Amerika 

sahillərini tədqiq edir. Kolumb kimi Kabot da gördüyü yerləri Şərqi Asiyanın – Çin sahilləri hesab edir. Dünyada ən 

zəngin balıqçılıq rayonlarından biri olan Böyük Nyufaundlend dayazlığını da Kabot kəşf etmişdir.  

1513-cü ildə Vasko Nunyes Balboa ilk dəfə Panama bərzəxini kəsib keçir və ispanların çoxdan axtardıqları cənub 

dənizini (Sakit okeanı) kəşf edir.  

Ernan Kortes 1519-1521-ci illərdə asteklər dövlətini (müasir Meksika ərazisində) talan edir, Yukandakı yüksək 

inkişaf etmiş maya xalqını əsarət altına alır, çoxlu qızıl və cavahirat əldə edir.  

Kortesin yürüşləri nəticəsində İspaniya Amerikada ilk böyük ərazi ələ keçirir və Mərkəzi Amerikanın şimal hissəsi 

işğal olunub İspaniya dövlətinə birləşdirilir. 

 

Fransisko Pisarro qardaşları 1524-1537-ci illərdə digər konkistadorlarla birlikdə (Almaqro Diyeqo və b.) Cənubi 

Amerikanın (Peru və Çili) qərb sahillərini kəşf edirlər və inklərin güclü imperiyasını tuturlar. 

 

İspaniya konkistadorları tarixdə görünməmiş vəhşiliklərlə yerli xalqları qırırdılar, onların mədəniyyətini dağıdırdılar 



və böyük acgözlüklə sərvətlərini qarət edirdilər. 

 

Fransanın Yeni Dünyaya təşkil etdiyi ekspedisiyalar Şimali Amerikanın okeanı sahillərini öyrənir, Hudzon çayını 



kəşf edir və buradan qərbə keçid yolu axtarırlar. 1554-cü ildə fransız səyyahı Jak Kartye həmin dəniz keçidini 

axtararkən Nyufaundlendi və Müqəddəs Lavrentiya körfəzini tədqiq edir. Bir ildən sonra o Müqəddəs Lavrentiya 

çayı ilə yuxarı – hazırkı Monreal şəhəri olan yerə köçkünlər gətirmiş  və 1541-ci ildə Kvebekin bünövrəsini 

qoymuşdur. 

 

Beləliklə, XVI əsrin ortalarına  Şimali Amerikanın qərbdə 400, şərqdə 600 şm.e. qədər olan sahilləri avropalılara 



artıq bəlli idi; onlar Cənubi Amerikanın  ətrafına fırlanmış və Amazon çayı ilə qərbdən şərqə keçmişlər. İspaniya 

konkistadorları Meksikanı, Mərkəzi Amerikanı, Perunu, Çilini  tutmuşlar, La-Plata, Orinoko, Kolorado, Maqdalen, 

Missuri çayları hövzələrinə daxil olmuşlar.  İngilislər və fransızlar isə  Şimalı Amerikanın  şərq, orta və  şimal 

hissələrini tədqiq etməyə başlamışlar.  

Böyük coğrafi kəşflərin əsasını qoyan Xristofor Kolumb ömrünün axırına kimi (1506-cı ildə vəfat edib) elə bilirdi 

ki, Hindistana qərbdən yol açmışdır. Öyrəndiyi  əraziləri o Vest-İndiya, yerli əhalini isə indular adlandırmışdır. 

Kolumb hələ də bilmirdi ki, «Yeni Dünyanı» Asiyadan böyük okean ayırır və kəşf etdiyi coğrafi adalar heç də Asiya 

adaları deyildir. 

 

Lakin bir az sonra Kolumbun müasirləri və davamçıları bu adlar toplusunun arxasında avropalılara indiyə  qədər 



məlum olmayan nəhəng materikin ilkin cizgilərini görürlər.  Ədalət naminə qeyd etməliyik ki, bu yeni materik 

Kolumbun adını daşımalı idi. Lakin Amerika adını alır. Bütün qitələrdən təkcə biri real adamın şərəfinə Amerika 

adlandırılmışdır. Bu adam Ameriqo Vespuççi idi. 

 

Coğrafiya tarixçiləri arasında  Ameriqo Vespuççinin (1451-1512) səyahətləri haqqında müxtəlif fikirlər vardır. 



Dürüst məlumatlara görə o, 1501-1502-ci illərdə  portuqaliyalıların ekspedisiyalarında iştirak etmiş, Cənubi 

Amerikada ekvator üzərində olmuş, Braziliya sahillərinin bir hissəsini xəritəyə köçürmüşdür.  Əlbətdə, bir dəniz 

səyyahı kimi onun xidmətləri yuxarıda deyilənlərlə kifayətlənə bilərdi. Bəs belə bir halda necə olmuşdur ki, Yeni 

Dünya Ameriqo Vespuççinin adı ilə adlandırılmışdır. Ona əbədi şöhrət gətirən işlər tamamilə başqa yönlü olmuşdur. 

 

Vespuççiyə qədər heç kim yeni kəşf olunmuş torpaqların 7 min km. uzunluğunda olan sahil xəttlərinin müşahidəsini 



aparmamışdır. Ona görə də Atlantikanın o tayında kəşf olunan torpaqların Asiya olmadığı fikrinə ilk dəfə Kolumb 

yox, məhz Vespuççi gəlmişdir. O yazırdı ki, bu ölkələri Yeni Dünya adlandırmaq lazımdır. Bu dünya haqqında 

bizim nəsillərin indiyə  qədər heç bir təsəvvürləri olmamışdır. Və o həlledici dəlil gətirir: artıq çoxdan müəyyən 

edilib ki, Asiya şimal yarım kürəsində yerləşir və ekvator materik xəttini heç bir yerdə kəsmir. Halbuki, yeni kəşf 

olunan torpaqlar təkcə ekvatora yox, həm də cənub tropikindən də cənuba uzanırdı. 

 

Ameriqo Vespuççiyə şöhrət qazandıran digər səbəb onun Avropaya göndərdiyi məktublar olmuşdur. O zaman yeni 



coğrafi kəşflərə Avropa oxucuları böyük maraq göstərirdilər, lakin belə  məlumatlar çox az verilirdi: dəniz 

səyyahlarının hesabatları nadir hallarda çap olunurdu, məzmunu  quru olurdu və ehtiyatla yazılırdı. Belə ki, İspaniya 

hökuməti Kolumbun və digər səyyahların kəşfləri haqqında olan məlumatların çapına qadağa qoymuşdu. Belə bir 

məlumat qıtlığı şəraitində kəşf olunan torpaqların təbii mənzərəsi, orada yaşayan əhalinin məişəti haqqında ilk dəfə 

Ameriqo Vespuççi tərəfindən yazılmış çox səmimi və maraqlı  məktublar Avropada sürətlə yayılmağa başlayır. 

 

27




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə