Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə10/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   52

cəsarətli kəşfləri alimlərin diqqətini cəlb etmədi və faktiki olaraq coğrafi təsəvvürlərin sonrakı inkişafına heç bir 

təsir göstərə bilmədi. 

 

 

2.4 Orta əsr Rusiyasında coğrafi biliklər 



Artıq  XII əsrdə Kiyev Rusiyasının salnaməçisi olmuş Nester tərəfindən qələmə alınan «İqor polku haqqında 

dastandan» görünür ki, o dövrdə rusların coğrafi anlayışları xeyli geniş olmuşdur. Bu da onların Avropa və Asiyanın 

qovşağında yerləşməsi ilə bağlı idi. Salnamədə Baltik dənizindən Karpata, Qafqaza, Qara və Xəzər dənizlərinə 

qədər uzanan geniş Rusiya  düzənliyinin təsviri verilirdi. Burada məskunlaşan Slavyan xalqlarının coğrafiyası, 

təsərrüfat sahələrində məşğuliyyəti və eləcə də «Varyaqlardan yunanlara» və Volqadan Xəzərə gedən qədim Rusiya 

ticarət yolları haqqında ətraflı danışılırdı. 

 

Hələ o zamanlardan Volqa və Orta Asiya, Hindistan və Ərəbistan, Qərbi Avropa, Atlantika və Aralıq dənizi 



sahilləri, Böyük Britaniya və Skandinaviyanın cənubu, Afrika və Kiçik Asiyanın dəniz sahilləri ruslara artıq məlum 

idi. 


 

Şərqi Avropada yayılmış slavyan xalqları (slovenlər, dreqoviçlər, drevlyanlar, kriviçlər, vyatiçilər və b.) öz 

aralarında və qonşuları ilə əlaqələrində yeni ərazilərin mənimsənilməsində hərəkət vasitəsi kimi çaylardan geniş 

istifadə edirdilər. Xüsusilə Volqa, Dnepr, Qərbi Dvina və onların qolları yayda gəmilər və sallarla, qışda isə xizəklə 

hərəkət etmək üçün istifadə olunurdu. Bu çayların yuxarı axınları İlmen gölü və Valday yüksəkliyində biri-birinə 

xeyli Yaxınlaşdığına görə gəmiləri bir çaydan sürükləyib digərlərinə keçirməyi asanlaşdırırdı. Belə ki, çayların 

mənbələrinin biri-birinə yaxınlaşan yerlərində voloklar-sürükləmələr yaradılırdı, yəni gəmilər girdə ağacların üstü 

ilə sürüşdürülərək bir çay sistemindən digərlərinə keçilirdi. Vışnıy-Voloçok, Volokalamsk və b. şəhərlər həmin 

sürükləmə yerlərində salınmışlar. 

 

Sonralar yeni ərazilərin – Avropa Şimalının, Sibir və Uzaq Şərqin mənimsənilməsində, qədim ticarət yollarının 



salınmasında ruslar belə üsullardan geniş istifadə etmişdilər. 

 

Eramızın VI-XI əsrlərində Şərqi Avropanın ərazisində əhalinin üç istiqamətdə kütləvi yerdəyişməsi baş verir: bu 



axınlardan biri aşağı Dunay və Balkanlar istiqamətində; ikincisi şimal və şimal şərq – Belorusiya və Volqa-Oka 

çayarası istiqamətinə; üçüncüsü cənub çöl rayonlarına yönəlmişdir.  

Slavyanların məskunlaşması bu yerlərin toponimikasında da öz əksini tapmişdır. Belə ki, onlar yeni 

məskunlaşdıqları ərazilərdə olan kiçik çaylara slavyan adları verirdilər. İri çaylar isə daha qədim xalqların onlara 

verdiyi köhnə adlarını saxlayırdılar. Belə toponimlərə Şərqi Avropanın hər yerində rast gəlinir. 

 

Cənub çöl zonasının mənimsənilməsində peçeneqlər və qıpçaqların rolu böyük olmuşdur. Azov sahilləri və Aşağı 



Volqada məskunlaşan köçəri peçeneq və qıpçaq tayfaları VII əsrdə Xəzər xaqanlığının təsiri altında parçalandı. 

Onların bir hissəsi Bessarabiyaya, aşağı Dunaya köçüb getdilər. Digərləri isə Orta Volqa və Kamaya gələrək burada 

yerli uqro-fin tayfaları ilə birləşib X əsrdə Volqa-Kama Bulqariyasını yaratdılar. Bu dövlət birliyi türkdilli dövlət 

idi, onun mərkəzi hazırkı Kazan şəhəri olmuşdur. Eramızın X əsrinə yaxın Avrasiyanı qədimdən mövcud olan iki 

böyük Rus ticarət yolları kəsib keçirdi (şəkil 3). Onlardan biri «Varyaqlardan yunanlara» gedən tarixi yol idi. Bu yol 

Baltik dənizindən Qərbi Dvina çayına oradan Dneprə keçirdi və bu çayla Pont dənizinə (Qara dənizə) və 

Yunanıstana gedib. İkinci istiqamətlə Qərbi Dvina çayından İlmen gölünə və oradan gəmiləri sürükləyib Valday 

yüksəkliyindən başlayan Volqaya (həm də Oka qoluna) keçirdilər və bu çayla Xvalın (Xəzər) dənizinə çıxırdılar. Bu 

yolla həm ruslar və həm də Volqa-Kama Bulqarları şərq ölkələri ilə intensiv ticarət əlaqələri həyata keçirirdilər, elə 

Afanasi Nikitin də Hindistana bu yolla getmişdir. 

 

Baltik dənizindən Volqa su yoluna həm də Neva çayı, Ladoqa və Oneqa çay-göl sistemi ilə çıxırdılar. Göstərilən bu 



böyük ticarət yolları ilə şimaldan cənuba meşə materialları xəz-dəri, bal, kətan parça, mum, cənubdan isə bahalı ipək 

parça, silah, ikon, kitablar, meyvə və tərəvəz, şərab, ədviyyat və s. gətirilirdi. 

 

Vikinq mənşəli olan Rusiya knyazları xaricdəki qohumluq xətti ilə Avropa və xristian dininin tarixi mərkəzləri 



hesab olunan Roma, Qüds və Konstantinopolla daimi əlaqələr saxlayırdılar. Özü də belə səyahətlər zamanı 

getdikləri yollar və ölkələr haqqında salnamələr («Xojdenie») yazılması ilə müşaiyət olunmalı idi. Belə ki, Rusiyada 

qəbul olunmuş dövlət qaydalarına görə səfirlər, nümayəndələr xaricdən qayıtdıqdan sonra mütləq ezamiyyət 

hesabatı verməli idilər. Belə hesabatlarda olduqları ölkələr, onların şəhərləri, əhalisinin adət-ənənəsi və s. haqqında 

 

20



müfəssəl məlumatlar verilirdi. Məsələn, 1389-cu ildə Konstantinopola yola düşən moskvalı Pimeninin və 

Florensiyada olmuş (XV əsrin 30-cu illərində) mitropolit İsidorun apardıqları yol qeydləri qiymətli coğrafi 

məlumatlarla zəngin idi. Beləliklə, bu qaydalarla Rusiya özü üçün orta əsr Avropasını kəşf edirdi. 

 

Tver taciri Afanasi Nikitin 1466-1472-ci illərdə Hindistanda olmuş ilk rus səyyahıdır (şəkil 4). Tverdə olan 



Şirvanşah tacirlərinə qoşulan A.Nikitin Volqa çayı ilə Həştərxana, oradan Xəzər dənizi Azərbaycana (Şamaxı və 

Bakı) və İrana gedir, Elbrus sıra dağlarını aşaraq İran körfəzi sahillərindəki Hörmüz şəhərinə gəlir və oradan gəmi 

ilə Hindistana – Kambeyndən cənubi şərqdə yerləşən Çuala şəhərinə gedir. 

 

O, Portuqaliyalı Vasko da Qamadan 30 il əvvəl Hindistanın qərb sahillərini başdan-başa gəzmiş, Dekan yaylasının 



lap içərilərinə doğru girmiş və bu ölkə haqqında doğru dürüst məlumat verən ilk avropalı olmuşdur. Vətəninə 

qayıtmağa can atan Afanasi Nikitin Hindistanın Dabulu limanından yola düşür, Hind okeanı ilə hətta Afrika 

sahillərinə gedib çıxır və sonradan Hörmüzə qayıdır. Oradan isə quru yolla Maskat, Şiraz, Təbriz və Şərqi 

Anadoludan keçərək Trabzona və Qara dəniz vasitəsilə Kafa (Feodesiya) şəhərinə gəlib çıxır. Burada bütün qışı 

özünün yol qeydləri üzərində işləyərək «Üç dəniz arxasına səyahət» əsərinin əlyazmasını tamamlayır. Oradan 

Moskva tacirlərinə qoşularaq Rusiyaya yola düşən Afanasi Nikitin Smolensk yaxınlığında xəstələnir və vəfat edir. 

Yol yoldaşları onun əlyazmasını Moskvaya  çatdırırlar və bununla da Afanasi Nikitinin Hindistana səfəri haqqında 

xəbər yayılır. Beləliklə, Afanasi Nikitin üç qitədə – Avropa, Asiya və Afrikada olmuş və üç dəniz – Xəzər 

(Xvalınski), Ərəbistan (Hind) və Qara (İstanbul) dənizləri arxasına, səyahət etmişdir. 

 

Rusiya tədricən öz ərazilərini şimala Pomoryeyə və Şərqə–Sibirə doğru genişləndirirdi. Əhalinin qədimdən 



məskunlaşdığı şimal-şərqi Rusiya ərazilərindəki çaylar üzərində və keçid məntəqələrində çoxlu şəhərlər salınırdı. 

On ikinci əsrdə belə şəhər toplusuna: Kiyev, Pereyaslav, Çerniqov, Rostov-Suzdal, Polotsk-Smolensk, Qalisiya-

Volın və Ryazan torpaqlarında daha çox rast gəlinirdi. Bu dövrdə  Rusiya torpaqlarında 268-ə qədər şəhər 

yaranmışdır. 

 

Monqol hücumlarından Rusiyanın şəhərləri, kənd təsərrüfatı və sənətkarlığı qismən zərər çəkdi. Xüsusilə, cənub çöl 



zonasında kənd təsərrüfatı fəaliyyəti demək olar ki, tamamilə dayandırılmışdır. Okadan cənubda orta Dneprdən orta 

Volqaya qədər uzanan və heç kim yaşamayan belə geniş ərazilər «Vəhşi çöl» adlanırdı.  Bununla belə, məhz Qızıl 

Ordanın himayəsi altında Rusiyada ticarət və yollar inkişaf etdirildi və İvan Kalitə (Moskva Knyazı) kimi pul 

toplayan tacirlər peyda olurdu. Rusiyanı Qafqaz və Orta Asiya ilə birləşdirən qədim ticarət yolları türk tacirlərinin 

köməyi ilə dirçəlməyə başlayır. XIII əsrin ikinci yarısından başlayaraq Baltik və Qara dənizləri birləşdirən və Polşa 

və Qalisiya-Volın torpaqlarından keçən Visla-Qərbi-Buq-Dnestr xarici ticarət yollarının əhəmiyyəti artdı. 

 

Sibirin öyrənilməsində xidmət adamlarının (drujinniklər) hazırladıqları hesabatlar böyük rol oynamışdır. «Böyük 



xəritənin təsviri kitabı» adı ilə 1627-ci ildə çap olunan kitabda Rusiyanın bütün çayları, yolları şəhərləri ətraflı təsvir 

edilmişdir.  

Novqorodun xidmət adamları XI əsrdə Peçora çayı ilə yuxarı qalxaraq onun Şuqor qoluna, oradan isə Şimali Uralı 

keçərək Ob çayi sisteminə aid olan Sosva çayına keçirdilər. Uralın o tərəfindəki Ob çayının voqunlar (mansılar) 

yaşayan aşağı axınlarındakı ərazilər xəz-dərili heyvanlarla zəngin idi. 

 

Moskva voyevodaları 1438-ci ildə Orta Uraldan Tavya çayına oradan isə İrtışa çıxdılar və Sibiri mənimsəməyə 



başladılar. «Sibir» sözü artıq burada geniş yayılmış ad kimi səslənirdi. L.Qumilyova görə «Sibir» adına iki türk 

xanının: Sibi-xan və Şibi-xan» titullarında rast gəlinir». İlk dəfə 1375-ci ildə Qərbi Avropa xəritələrində peyda olan 

«Sebur» bütün ehtimallara görə müsəlman mənbələrindən götürülmüşdür. 

 

Artıq XV əsrdə yazılan hesabatlarda, tərtib olunan Moskva xəritələrində Şimali və Orta Uralın, Avropa şimalının, 



Qərbi Sibirin böyük hissəsinin torpaqları, çayları, əhalisinin məşğuliyyəti, yaşayış yerləri haqqında geniş məlumatlar 

toplanmışdır. XII-XIII əsrlərdə rus pomorları xəz dərili heyvanlar və suitilərini ovlamaq məqsədilə Qara dəniz 

sahilləri ilə Şərq istiqamətində hərəkət edərək Yamal yarımadası və Ob qubasına çıxırlar. Obun qolu olan Taz çayı 

ilə yuxarı qalxan ovçular burada bir sıra ticarət məntəqələri salırlar və yerli xantı və mansılarla alver edirlər Taz 

çayının Yeniseyə yaxınlaşan yuxarı hissəsində yerli əhali ilə rus tacirlərinin xəz dəri alveri etdikləri məşhur 

Manqaziya yerləşirdi. Buradan  Yeniseyə və «Böyük çay» adlanan Lenaya keçid mövcud idi. Ruslar burada 

Manqazeya (Turuxansk) ostroqunu (möhkəmləndirilmiş qala) yaradırlar və sonrakı əsrlərdə Sibir və Uzaq Şərqə 

hərəkət etmək üçün yolüstü çoxlu belə ostroqlar salırlar. Bu ostroqların çoxu («Yeniseysk, Tomsk, Tobolsk və s.) 

sonralar iri şəhərlərə çevrilmişdir. 

 

 



21


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə