Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə11/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   52

Erkən orta əsrdə (b.e. VII əsrdə) Şimali Qafqazın şərqində, Aşağı Volqada mürəkkəb etnik tərkibli güclü Xəzər 

xaqanlığı yaranır. Onun təsiri daha geniş ərazilərə – Uraldan Karpat  dağlarına qədər uzanan Şərqi Avropada 

yayılmışdır. Xaqanlığın özəyini Aşağı Volqa və orada xaqanlığın paytaxtı İtil şəhəri təşkil edirdi (şəkil 5). Əldə 

olunmuş tarixi mənbələrə görə, ölkə ərazisi az yağıntı alır, çayları balıqla boldur və münbit torpaqları vardır. 

Tarlaları, üzüm və meyvə bağları çay suları ilə suvarılır. Aşağı Donda qara üzüm növlərinin və qırmızı şərab 

istehsalının yayılması bu ölkənin Qafqaz Albaniyası ilə sıx əlaqələrinin olduğunu göstərirdi. Onun İtil, 

Semiqaraqoru, Sarkel, Bələncər, Səməndər və s. adlı şəhər və qalaları vardır. 

 

Volqa, Don, Kuban Terek çaylarının və çayarası ərazilərin ilk kəşf olunma tarixi məhz Xəzər dövlətinin taleyi ilə 



bağlı olmuşdur. 

 

 



2.5 Marko Polo və onun «Kitabı» haqqında 

XIII əsrin ortalarından etibarən avropalıların coğrafi təfəkkür dairəsi genişlənməyə başlamışdı. Bəzi Avropa tacirləri 

Şərqlə ticarətə can atırdılar. Buna misal olaraq İtaliya səyyahı və yazıçısı Marko Polonun mənsub olduğu Venesiya 

tacirlərinin Polo ailəsini göstərmək olar. Atasını və əmisini müşayiət edən Marko 1271-ci ildə Aralıq dənizi 

sahillərindəki Akka şəhərindən yola düşərək Hörmüzə gəlir və oradan karvanla Mərkəzi Asiyanın səhralarından və 

dağlarından keçərək uzun aylar yol getdikdən sonra 1275-ci ildə Şimali Çinə gəlib çıxır (şəkil 6). Marko Polo 

Mərkəzi Asiya vilayətində və Çin kimi böyük dövlətdə olmuş ilk avropalı hesab olunur. Onun ailəsi tam 17 il bu 

qədim diyarın müxtəlif əyalətlərini gəzmiş, onun böyük xanı olmuş Xubilayın (Çingiz xanın nəvəsi) hörmətini 

qazanmış, ticarətlə məşğul olmuşdur. Geriyə daha təhlükəsiz hesab olunan dəniz yolu ilə qayıtmişdır. Marko 

Polonun 14 gəmidən ibarət donanması 1292-ci ildə Zeytun (hazırkı Tyançjou) limanından yola çıxır. Hər yerdə 

Asiyanın şərq və cənub sahillərinə yaxın üzərək Hind-Çinin və Şri-Lankanın yanından keçib Hörmüzə gəlirlər. 

Yalnız 1295-ci ildə Polonun ailəsi böyük varidatla Venesiyaya qayıdır. Onun səyahət təfərrüatları 1298-ci ildə 

«Marko Polonun kitabı» adı altında nəşr olunmuşdur. Bu kitab Markonun gəzdiyi ölkələrin coğrafiyası, 

etnoqrafiyası, tarixi haqqında qiymətli mənbədir. Kitab avropalıların bilik dairəsini əsaslı surətdə genişləndirdi, 

ordan-burdan eşitdikləri ölkələr haqqında müfəssəl məlumat verdi. Marko Polonun – yerdən çıxarılan, yeyiləsi 

olmayan, lakin yana bilən qara daşların  (kömürün) hasilatı haqqında verdiyi məlumatlara ilk zamanlar hətta inana 

bilmirdilər. Onun kitabında Azərbaycan, Rusiya, tarixi İpək yolu və s. haqqında da ətraflı məlumatlar verilirdi. 

 

Geniş fikirli coğraflar Marko Polonun kitabından ən etibarlı mənbə kimi istifadə edərək şərqin adları çəkilən yeni-



yeni ölkə və şəhərləri tərtib etdikləri xəritələrdə göstərirdilər. İlk dəfə 1375-ci ildə düzəldilmiş dünyanın atlasında 

Polonun məlumatlarında geniş istifadə olunmuşdur. 

 

Marko Polonun müxtəlif avropa dillərinə tərcümə olunan kitabı XIV-XVI əsrlərin dəniz səyyahlarına, o cümlədən 



X.Kolumba dərin təsir göstərmişdir. Sonralar nəinki tacirlər, həm də xristian dininin təbliğatçıları – missionerlər də 

Şərq ölkələrinə səyahətlərində coğrafi məlumatlar toplamağa çalışırdılar. Onların sırasında Papa səfirliyi ilə birgə 

1289-1330-cu illərdə Çinə səyahət etmiş C.Montekorvinonun adını çəkmək olar. 

 

Beləliklə, ortaəsrli Avropada zəif də olsa coğrafi fikirlər yaranmışdır. Bununla belə, o zaman coğrafiya yenə də 



müstəqil elm kimi deyil, tətbiqi elm kimi başa düşülürdü. Əvvəlki kimi coğrafi fikirlər fəlsəfəyə, astronomiyaya, 

tarixə aid əsərlərin içərisində şərh edilirdi. 

 

Şərq ölkələrinin səyyahları xeyli məlumatlar toplasalar da, bu materialları ümumiləşdirib sistemə salmaq və nəzəri 



cəhətdən təhlil etmək tam şəkildə mümkün olmamışdır. 

 

 



2.6 Böyük İpək Yolu 

Qədim zamanlardan başlayaraq fəaliyyət göstərən «Böyük İpək yolu» Marko Polonun adı ilə sıx bağlı olmuşdur və 

o, həmin yolla Çinə gedib çıxmışdır. Böyük İpək yolu – qədimdən Avrasiyanın qərb və şərqini birləşdirən ticarət-

karvan yolları şəbəkəsinə deyilirdi. E.ə. II əsrdən yaranaraq XVI əsrdə qədər fəaliyyət göstərən bu yol Orta 

Asiyadan keçərək Çini, Ön Asiya və Aralıq dənizi ölkələri ilə birləşdirirdi. Bu yolla müxtəlif istiqamətlərdə ipək 

parçalar, ədviyyat, xalça, silah, zinət malları, pambıq, və s. daşınırdı. 

 

Şaxəli şəkildə şərqdən qərbə uzanan tarixi İpək yolu Sakit okeanın Çin sahillərində yerləşən Sinan şəhərlərindən 



başlayaraq Lançjoudan keçib Dunxuana uzanırdı (şəkil 7). Dunxuan böyük və şanlı mənasında olub e.ə. 111-ci ildə 

 

22




Çinin xan sülalələri tərəfindən ölkənin qərbində möhkəmləndirilmiş qala kimi bina edilmişdir. Göründüyü kimi 

sonralar bu şəhər həm Çinin qərbi ilə şərqini əlaqələndirir və həm də tarixi Böyük İpək Yolunun başlanğıcına 

çevrilir. 

 

Böyük İpək Yolu Çin kimi qədim və qüdrətli bir ölkədən başlasa da bu dövlətin özü heç də həmişə ticarətə böyük 



həvəs göstərmirdi. Xan sülalələri ölkəni qapalı saxlamağa, onun ipək, saxsı qablar və s. məhsullarının hazırlanması 

sirlərini qorumağa çalışırdılar. Tacirlər isə o zaman qiymətli ipəyi müxtəlif yollarla əldə edə bilirdilər. 

 

Dunxuandan iki yerə haçalanan Böyük İpək Yolunun şimal qolu Turfan çökəkliyindən və Alay vadisindən keçərək 



Orta Asiyanın iri mərkəzləri olan Səmərqənd və Buxara şəhərlərinə daxil olur və oradan isə qərbə istiqamətlənərək 

Mərv şəhərində əsas yolla birləşirdi. 

 

İpək Yolunun təsiri altında baramaçılıq üçün əlverişli təbii şəraiti olan  Orta Asiya vadiləri iri ipək istehsalçılarına 



çevrilirdilər. Burada istehsal olunan keyfiyyətli ipəklər nəinki Avropaya, həm də Səmərqənd-Sır-Dərya vadisi 

Muqocari dağları istiqamətində Volqa (İtil) su yolu vasitəsilə Rusiyaya göndərilirdi. Məhz ipək ticarəti nəticəsində 

şimali Qafqaza, Don çayına, Krıma və Balkanlara qədər uzanan yollar gedirdi. 

 

Böyük İpək Yolunun Dunxuandan ayrılan cənub qolu Təklə-Məkan səhrasının kənarı ilə Xotana, Yarkəndə və 



Pamir dağlarının vadilərindən keçərək  Mərv şəhərində əsas yola çıxırdı. İpək Yolunun bu iki istiqamətinin 

Yarkənd-Kaşqar arasında birindən digərinə keçid var idi. Bundan başqa, İpək Yolunun üzərindəki Bəlx şəhərindən 

cənuba-Hindistana  böyük bir qol ayrılırdı. 

 

Mərv şəhərində birləşərək qərbə uzanan İpək Yolu Nisa-Ekbatan-Knesifon-Bağdad-Nsibin və Aralıq dənizi 



sahilində yerləşən Suriyanın Antioxiya limanına gəlib çıxırdı. Oradan isə dəniz yolu ilə Venesiya, Genuya və Qərbi 

Avropaya gedirdi. 

 

İpək Yolu ilə aparılan, ticarəti əldə saxlamaq uğrunda hələ lap qədimlərdən Roma və Parfiya imperiyası arasında 



qızğın mübarizə getmişdir. Ərəb xilafəti yaranana qədər bu ticarət yolu əsasən İran və Soqdiana tacirlərinin əlində 

olmuşdur. Karvan yolları ilə Orta Asiyadan, Azərbaycandan, Çindən çoxlu vasitəçilərlə Avropaya ipək parçalar, 

metal əşyaları, saxsı qablar, zərgərlik məmulatları aparılırdı. Çinə dəvə karvanları ilə qiymətli daşlar, şüşə 

məmulatları, ətir və s. gətirilirdi. 

 

İpək Yolunun böyük hissəsini öz nəzarətində saxlayan monqol-türk xanlarının yanına Avropadan çoxlu elçilər 



gəlirdi. Bu elçilərin gəldikləri və qayıtdıqları yollar üzərində yerləşən ölkələr, şəhərlər, xalqlar, o cümlədən Şamaxı, 

Təbriz, Xəzər dənizi və s. haqqında çoxlu biliklər toplanır, xəritə təsvirləri verilirdi. Deməli, uzun tarixi kəsim 

daxilində fəaliyyət göstərən Böyük İpək Yolu coğrafiyanın tarixində də dərin izlər qoymuşdur. 

 

İpək Yolunu Azərbaycanla ərazilərini əlaqələndirən şəxsi yol Ekbatandan Təbrizə, Xəzər sahilindən isə Ərəş, Şirvan 



və Bərdəyə gedirdi. Şimal istiqamətində gedən İpək Yolunun bir qolu Dərbəndə və Volqaya çıxırdı. Bərdədən Tiflis 

və Batumi istiqamətində qərbə çıxan qolu da var idi. 

 

Bərdə və Ərəş mahallarından başlayan İpək Yolunun mühüm bir istiqaməti Araz boyunca Naxçıvana və Culfaya 



qədər uzanırdı, oradan isə Təbrizə və Yenə də Qərbə yönəlirdi. Culfada iri ipək anbarları yaradılmışdır və buraya 

Azərbaycanın hər yerindən xam ipək gətirilirdi. 

 

Bütün bu geniş şaxəli İpək yollarının köməyi və həmçinin əlverişli təbii şəraiti nəticəsində Azərbaycan uzun illər 



dünyanın iri ipək istehsalçısı və ticarəti mərkəzi rolunu oynamışdır. 

 

Böyük İpək Yolunun qovşağında yerləşən Təbriz şəhəri o zamanlar Asiya-Avropa ticarətini tənzimləyirdi. 



Təbrizdən keçən ticarət karvanları Azərbaycanı Trabzon, Bursa, Hələb, Beyrut, Dəməşq və s. kimi o dövrün ticarət 

mərkəzləri ilə əlaqələndirirdi. 

 

Asiya və Avropa tacirləri və onların gətirdikləri malların tez-tez göründüyü bu ticarət mərkəzində Qərb ölkələrindən 



gələn tacirlər müxtəlif Şərq mallarını, xüsusən Hindistan ədviyyatlarını, nadir boyaları, qiymətli daş-qaşı, xam ipəyi 

və ipək parçaları alırdılar.  

Bu ticarət yolu ilə avropalıların ən çox alıb apardıqları Azərbaycan və İran ipəyi idi. Avropaya aparılan yüksək 

keyfiyyətli xam ipəyin əsas alıcıları isə İtaliya tacirləri, xüsusən venesiyalılar idi. Bu da səbəbsiz deyildi. Qərbi 

 

23



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə