Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə12/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   52

Avropanın bütün saraylarını ipək parça ilə təchiz edən Venesiya öz manufakturalarını sürətlə inkişaf etdirirdi. 

Onların təmin edilməsində Karvan yolları ilə Azərbaycan və digər Şərq ölkələrindən gətirilən xam ipək başlıca rol 

oynayırdı. 

 

Öz əhəmiyyətini təxminən XVI əsrdə itirən Böyük İpək Yolu XX əsrin 90-cı illərinə yaxın yenidən bərpa olunmağa 



başlandı. Avropa-Qafqaz-Asiya (TRASEKA) dəhlizi adı altında bərpa olunan bu tarixi yolun mərkəzində yerləşən 

Azərbaycan iqtisadi və geosiyasi cəhətdən yenidən böyük üstünlüklər qazanmaqdadır.  

 

* * * 


 

Coğrafiya tarixi,  

Tapdıq Həsənov,  

Əbdürrəhim Hacızadə 

 

 

III  fəsil  

 

YENİ DÖVRÜN COĞRAFİYASI (XV-XIX) 

 

3.1 Böyük coqrafi kəşflər dövrü  (XV-XVII əsrlər) 

 

Yeni dövrün ilk əsrləri (XV-XVI əsrlər) Avropa sənayesinin  və ticarətin inkişafı, elmin və  mədəniyyətin sürətli  



yüksəlişi ilə xarakterizə olunurdu. İlk manufaktura müəssisələri yaranır və  əmtəə istehsalı genişlənirdi, istehsal 

edilmiş məhsulları satmaq üçün daxili bazarlar artıq azlıq edirdi, yeni bazarlara ehtiyac duyulurdu. Qiymətli metallar 

– qızıl və gümüş çatışmırdı, bu da mal dövriyyəsini çətinləşdirirdi. Avropaya qızıl, gümüş, ipək, qiymətli xəz dərilər 

gətirilməsi tələb olunurdu. Bundan başqa,  Şərq ölkələrinin tükənməz var dövləti haqqında tacir və  səyyahların 

söhbətləri də avropalıların təsəvvürlərini coşdururdu. Yuxarıda göstərilən malları və Şərqin var-dövlətini əldə etmək 

ümidi ilə yeni torpaqların axtarılıb tapılmasına can atılırdı. Bu məqsədlə Avropanın bir sıra ölkələrindən (İtaliya, 

Portuqaliya, Fransa, Hollandiya və s.) şərqə, Rusiyaya, Afrikaya yeni coğrafi ekspedisiyalar göndərilməyə başlandı. 

Bu ekspedisiyaların göndərilməsi ilə  Qərbi Avropa tacirləri Avropadan Hindistana və  Şərqi Asiyaya gedən yeni 

ticarət yolları axtarıb tapmağa, Asiya ölkələri ilə birbaşa  əlaqə yaratmağa səy göstərirdilər. Beləliklə, yuxarıda 

göstərilən amillərin təsiri altında Böyük Coğrafi kəşflər dövrü başlanır. Bu dövr XV əsrin ortalarından XVI əsrin 

ortalarına qədər olan tarixi dövrü əhatə edir.  

Böyük Coğrafi kəşflərin tarixinə əsaslı diqqət yetirilməsi onunla bağlıdır ki, birincisi, bu kəşflər coğrafi ideyaların 

irəliyə doğru inkişafı nəticəsində mümkün olmuşdur, ikincisi, coğrafi kəşflər öz növbəsində yeni coğrafi ideyaların 

inkişafına güclü təsir göstərmişdir. Məhz bu dialektik əlaqə baxımından Böyük coğrafi kəşflərin əsas məqamlarının 

tarixinə daha geniş yer verilmişdir. 

 

Böyük coğrafi kəşflər həm bəşəriyyətin və  həm də coğrafiyanın tarixində önəmli rol oynamışdır. Həqiqətən də 



"Böyük" adına layiq görülən bu kəşflər planetimizdə bəşəriyyətin bütün inkişaf tarixi boyu baş vermişdir. Heç bir 

dövrün coğrafi kəşfləri bu dərəcədə zəngin olmamışdır və dünyanın müqəddəratında belə fövqəladə əhəmiyyət kəsb 

etməmişdir. Bir neçə dənizçi və səyyahlar   nəslinin ciddi cəhdlərilə oykumenin (məlum olan torpaqlar) sərhədləri 

genişləndirildi: dünya özünün yeni rənglərlə bərq vuran bütün müxtəlifliyi ilə göz önündə canlandı (şəkil 8). 

 

Böyük coğrafi kəşflərə qədər avropalıların təsəvvürlərində dünya Avropa, Şimali Afrika və Asiyanın bir hissəsi ilə 



məhdudlaşırdı ki,  bu da bütün qurunun cəmi 1/4 hissəsini  əhatə edirdi. Bu dövrdə insanlar yaşayan bütün 

materiklərin konturları müəyyənləşdirilir (Amerikanın şimali və şimali-qərb sahilləri və Avstraliyanın şərq sahilləri 

istisna edilməklə), dəniz səthinin geniş sahələri tədqiq edilir: hərçənd ki, Amerika, Afrika, Asiya və xüsusilə 

Avstraliyanın daxili rayonları  hələlik öyrənilməmiş qalırdı. Məhz Böyük coğrafi kəşflər sayəsində Avropaya indi 

hər bir avropalının adət etdiyi kartof, pomidor, qarğıdalı və tütün gətirilmişdir. 

 

Avropada gedən sosial proseslərə  də bu kəşflərin təsiri xeyli güclü olmuşdur. Ticarət yolları  təcili surətdə Aralıq 



dənizindən Atlantik okeanına doğru yerini dəyişirdi. Nəticədə bir ölkə sönürdü, digərləri isə tarixin ön sahəsinə 

çıxırdı. Kəşflər həmçinin vahid dünya bazarının yaradılmasına köməklik göstərdi. Müstəmləkələrin amansız 

istismarı  gələcəkdə bir sıra  ən yüksək inkişaf etmiş ölkələrin iqtisadiyyatının daha sürətlə yüksəlməsinə  şərait 

yaratdı. 

 

24



 

Böyük coğrafi kəşflərin həyata keçirilməsi elm və texnikanın inkişafı sayəsində mümkün oldu. Belə ki, okeanda 

üzmək üçün kifayət qədər möhkəm olan yelkənli karavellər yaradıldı, kompas və dəniz xəritələri təkmilləşdirildi. 

Yerin kürə formasında olması ideyasının get-gedə daha çox qüvvəyə minməsi Böyük coğrafi kəşflər üçün elmi 

nəzəri baza oldu. Atlantik okeanından keçərək Hindistana gedən qərb istiqamətli dəniz yollarının mövcud olması 

haqqındakı düşüncələr həmin ideya ilə bağlı idi. Böyük kəşflər üçün Şərq xalqlarının coğrafi biliklər və dənizçiliyin 

inkişafı sahəsindəki nailiyyətlərinin mühüm əhəmiyyəti olmuşdur. 

 

Coğrafi kəşflər sayəsində toplanan zəngin materiallar coğrafiya elmində uzun müddət davam edən durğunluğa son 



qoydu, aydın olmayan və səhv anlayışların düzgün başa düşülməsinə səbəb oldu. XV əsrin axırında və XVI əsrin 

əvvəlində Vasko da Qamanın,  X.Kolumbun ekspedisiyaları, F.Magellanın Yer ətrafında ilk dəniz səyahəti Yer 

haqqında ümumcoğrafi təsəvvürlərin yaradılmasında  əsaslı bir pillə oldu. Coğrafi xəritələrdə Amerika və Sakit 

okean öz əksini tapdı, Hindistana gedən dəniz yolu, Yer kürəsinin  əksər hissəsi kəşf edildi. Bir sözlə, coğrafiya 

elminin inkişafı üçün münbit şərait yarandı. Böyük coğrafi kəşflər elmin bir çox digər sahələri (botanika, zoologiya, 

etnoqrafiya və s.) üçün zəngin material verdi.  

Coğrafiya tarixində XV əsrə (daha dəqiq desək 1415-1420-ci illərdən başlayaraq 1492-ci ilədək olan dövr) erkən 

orta  əsrdən Böyük coğrafi kəşflərə hazırlıq dövrü kimi baxılır. Məhz bu dövrdə Amerika və Hindistana dəniz 

yollarının açılması üçün tələb olunan sosial-iqtisadi şərait yaranmışdır və bu kəşflərə təkan verən coğrafi konsepsiya 

inkişaf tapmışdır: nəhayət, uzaq okean səfərlərinə çıxmaq təcrübəsi toplanırdı. 

 

 

3.2 Böyük coğrafi kəşflərə hazırlıq dövrü (XV əsr) 



Böyük coğrafi kəşflərin ilkin mərhələsində bir sıra səbəblər üzündən  İspaniya və Portuqaliya digər ölkələrlə 

müqayisədə qarşıda duran mürəkkəb vəzifələrin yerinə yetirilməsinə  daha çox hazır idilər. Məhz bu iki Pireney 

ölkəsinin səyyahları bir neçə onilliklərdə Afrikanın ətrafını dolanmaqla Şərq ölkələrinə və Amerikaya gedən yolları 

kəşf etmişlər, Şərq yolunun axtarışı ilə onlar Hindistanı və Qərb yolunun axtarışı ilə isə iki böyük materiki - Şimali 

və Cənubi Amerikanı kəşf etdilər və öyrəndilər.  

Lakin XVI əsrin ortalarından başlayaraq Pireney ölkələri zəbt etdikləri sərvətlər ilə məhdudlaşaraq, yeni torpaqlar 

axtarışından imtina etdilər və  əsas diqqəti tutuqları yerləri  əldə saxlamağa yönəltdilər. Göstərilən vaxtdan sonra 

onların yerinə daha güclü olan İngiltərə və Hollandiya gəldi. 

 

Deməli, Böyük Coğrafi kəşfləri ilkin hazırlayan və  həyata keçirən iki Pireney dövləti-  İspaniya və Portuqaliya 



olmuşdur. Böyük coğrafi kəşflər dövrü X.Kolumb və F.Magellanın adları ilə bağlı olsa da, bu bir həqiqətdir ki, 

həmin dövrdə uzaq dəniz səyahətlərinin elmi və texniki bazasını böyük təkid və  həvəslə hazırlayan Portuqaliya 

şahzadəsi Henrix Dənizçi (1395-1460) olmuşdur. Dənizçi ləqəbi Henrixə XIX əsrdə verilmişdir. Bu adı almasına 

baxmayaraq, çoxlu ekspedisiyalar təşkil etsə də, onun özü heç bir dəniz səyahətinə çıxmamışdır. 

 

O, hələ  gənc ikən 1415-ci ildə  Şimali Afrika  limanı olan Suyetanın  Portuqaliya tərəfindən alınmasında iştirak 



etmişdir. Hələ orada olarkən  öyrənir ki, bu şəhərdən cənuba - Böyük səhranı  kəsib keçən və  qızılla zəngin olan 

ölkələrə karvan yolu uzanır. Odur ki, Henrix Dənizçi Afrikanın qərb sahili boyu gəmilər göndərib bu zəngin ölkələrə 

çatmağa can atırdı. O, bütün ömrünü belə məqsədlərin həyata keçirilməsinə həsr etmişdir. 

 

Henrix Avropanın ən qərb burnu olan San-Visentedə rəsədxana, kosmoqrafiya və dənizçilik məktəbləri təşkil edir və 



Avropanın hər yerindən buraya ən yaxşı kartoqrafları, astronomları, naviqasiya cihazlarından başı  çıxan 

mütəxəssisləri dəvət edir. Səyahətlər zamanı səmt küləkləri, dəniz axınları, burunlar və adalar haqqında toplanan ən 

yeni məlumatlar burada qeydiyyata alınırdı. Hindistana dəniz yolu axtarmaq üçün Henrix məktəbi tərəfindən ilbəil 

Afrikanın sahilləri boyuna Portuqaliya gəmiləri göndərilirdi.  

Okean qarşısında qorxu hissi insanlarda hələ böyük idi və hətta bəzən heç nə ilə nəzərə çarpmayan adi bir burun 

keçilməz maneəyə çevrilirdi. Henrix Dənizçi adamları  məcbur edirdi ki, bu qorxunu aradan qaldırsınlar, o əsl 

dənizçilər tərbiyə edirdi. Elə Afrikanın cənub ucqarındakı Ümid burnunu keçməyin qorxu xofunu məhz onun 

yetişdirdiyi dənizçilər aradan qaldırdılar. 

 

Portuqaliyalılar hələ lap qədim zamanlardan başlayaraq Afrikanın qərb sahillərini qarış-qarış öyrənirdilər. Henrix 



Dənizçinin yetişdirmələri isə bu prosesi sürətləndirirdilər. Tezliklə Alvize de Kadamosto Yaşıl Burun adalarını kəşf 

edir. Afrika sahilləri ilə cənuba hərəkət edən Perri di Sintra 1462-ci ildə lap sahilə yaxın hündür dağlar görür, onun 

buludlarda gizlənən zirvəsindən pələng nərəsi eşidir və ona görə də bu dağa Syerra-Leone (Pələng dağı) adını verir. 

 

25




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə