Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə15/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   52

Hollandiyalı  Abel Tasman 1642-1643-cü illərdə Avstraliyanı  cənubdan keçərək Tasmaniya və Yeni Zelandiya 

adalarını  kəşf etdi. Lakin Tasmanın uğursuzluğu onda İndiki o, kəşf etdiyi bu adaların lap yaxınlığında yerləşən 

Avstraliya kimi böyük bir materiki görə bilməmişdir. Materikin kəşfi sonrakı əsrlərə qalmışdır. 

 

XVI əsrin ikinci yarısında qızıl və ədviyyatla dolu portuqal və ispan gəmilərini qarət etmək üçün ingilis, holland və 



fransız dəniz quldarlarının fəaliyyəti güclənir, bir çox hallarda buna dövlətlərin özləri də rəvac verirdilər.  

Böyük dəniz qulduru hesab olunan ingilis Frensis Dreyk 1577-1580-ci illərdə  Magellandan sonra ikinci dünya 

səyahətini həyata keçirir. Bu səyahəti zamanı o cənubi Amerikanı Antarktidadan ayıran ən enli Dreyk boğazını kəşf 

edir, ispanların gözləmədikləri yollarla Cənubi Amerikanın Sakit okean sahillərilə üzərək onların çoxlu qızıl və 

başqa sərvətlər yüklənmiş gəmilərini qarət edir və ələ keçməsin deyə özünün sürətli gəmisi ilə dünyanı  bir daha 

dolanır.  İngiltərəyə qayıdan Dreyk dövlət xəzinəsinə bu ölkənin illik gəlirindən iki dəfə çox dəyərində olan qızıl 

verir, özünə və adamlarına da pay göturür. 

 

Bizim öyrəndiyimiz dövrün mühüm bir mərhələsini də Asiya və Şimali Amerikanı şimaldan dolanmaqla Hindistana 



və Çinə yolların axtarışı təşkil edirdi. Dünyanın əsas dəniz yollarında İspaniya və Portuqaliya dövlətləri hökmranlıq 

etdiklərinə görə yeni Şimal yolunun axtarışının təşəbbüskarları hollandlar və ingilislər olmuşlar. İlk ingilis (1553-cü 

il) və holland (1557-ci il) ticarət gəmiləri Şimali Dvinanın ağzında görünürlər. Ən mühüm elmi əhəmiyyət daşıyan 

ekspedisiya Villem Barensin (1596-1597-ci illər) başçılığı ilə hollandların təşkil etdikləri ekspedisiya olmuşdur. Bu 

ekspedisiya Yeni Torpaq adasını şimaldan keçərək Buzlu adlanan limanda qışlamışdır. 

 

 Xarici ölkələrin belə cəhətlərini görən rus pomorları Asiya materikinin şimalında yeni kəşflər aparmağa girişirlər. 



Əlbəttə, belə işlərlə onlar hələ lap əvvəllər də məşğul olurdular. 

 

Qərbi Avropa  ilə ticarətin  genişləndirilməsi çoxlu xəz-dəri tələb edirdi. Kazan xanlığının süqutu (1552-ci il) xəz-



dəri ilə  zəngin olan Sibirə  qısa və rahat yolların açılmasına səbəb oldu. Yermak tərəfindən Kuçum xanlığının 

məğlub edilməsi (1581-ci il) kazakların və onların arxasınca xəz-dəri tədarükçülərinin Sibirə axınını xeyli 

sürətləndirdi. Yeni torpaqlara doğru hərəkət həm çay yolları  və  həm də  şimal dənizlərinin sahilləri boyu həyata 

keçirilirdi. Cəmi əlli ildən sonra rus səyyahları Çukotkaya və Kamçatkaya gedib çıxdılar. Xəritələrdən görünür ki, 

onlar enlik üzrə 1200 – Yerin çevrəsinin 1/3 bərabər olan məsafə keçmişlər. Bu səyyahlar Yenisey, Xatanqa, Lena, 

Kolıma, İndiqirka, Yana, Anadır və b. çayların ağızlarını kəşf etmişlər. Pomorların qayıqları və buzlu suya davamlı 

olan gəmiləri (koçları) cəsarətlə  Şimal Buzlu okeanına çıxmışdır. 1639-cu ildə  İvan Moskvitin Aldan çayının su 

ayrıcısını aşaraq Oxot dənizinə tökülən çaylarla Sakit okeana gəlib çıxır. 

 

1643-1646-cı illərdə  Vasiliy Poyarkovun dəstəsi Lenadan Amura keçir və Oxot dənizində üzür. 1648-ci ildə 



Semyon Dejnyov Kolıma çayından Çukot dənizinə çıxır və onu böyük çətinliklə üzüb keçərək Asiya ilə Amerikanı 

ayıran Berinq boğazına daxil olur, Asiyanın şimal-şərq ucqarının təsvirini verir və sonralar həmin burun Dejnyov 

burnu adlandırırlar. 

 

Böyük coğrafi kəşflərin ikinci mərhələsində coğrafiyaya aid yazılan  ədəbiyyatların sayı çoxalır, elmi əsasları 



dərinləşdirilir. 

 

Nikolay Kopernik (1473-1543-cü illər) Heliosentrik nəzəriyyəni yaratdı.  Jan Bodenin (1530-1595) «Coğrafi 

mühitin insan cəmiyyətinə  təsiri» kitabı  nəşr (1566) edildi ki, bu da coğrafiyanın nəzəri cəhətdən dirçəlməsində 

xüsusi rol oynadı. Bu əsərdə müəllif antik və  ərəb alimlərinin mühit haqqındakı mülahizələrinə  əsaslanan yeni 

fikirlər irəli sürürdü. Jan Boden antik coğrafi materializm inkişaf etdirməklə, insanı  təbiətdən ayrı götürən və o 

zaman hakim olan xristian dininin doqmatizminə kəskin zərbə endirdi. 

 

Bu dövrdə bir sıra alimlər tarixi coğrafiya ilə  məşğul olurdular. Hollandiya alimi Avraam Orteli (1524-1598) 



coğrafiyanı tarixin gözü adlandırmışdır. O, qədimdə xalqların məskunlaşmasından, o dövrdəki dövlətlərin 

sərhədlərindən danışan elmə tarixi coğrafiya deyirdi və onu tarix elminin yardımçı fənni hesab edirdi. Orteli 1570-ci 

ildə tarixi coğrafi xəritə  və atlasları  nəşr etdirdi. Onun ardınca 1567-ci ildə   İtaliya (Florensiya) taciri Lyudoviko 

Qviççardinin iqtisadi coğrafiya sahəsində ilk əsər sayılan «Niderlanın təsviri» kitabı çapdan çıxdı. 

 

  Əsərin birinci hissəsində Niderlandın bütövlükdə  təbiətindən,  əhalisindən və  təsərrüfatından danışılır. Müəllif 



coğrafi mövqeyin, çayların və dənizlərin ölkələrin həyatındakı rolundan ətraflı bəhs etmiş, həmçinin ölkədə mövcud 

olan sənətkarlıq və ticarətin vəziyyəti, ölkənin idarə olunması haqqında geniş  məlumat vermişdir.  İkinci hissədə 

Niderlandın 17 əyalətinin hər biri haqqında ayrı-ayrılıqda söhbət açılır. Qviççardini bu hissədə  şəhərlərin 

 

30




coğrafiyasına daha çox diqqət yetirmiş, iqtisadi-coğrafi hadisələri və müxtəlif proseslərin səbəblərini daha geniş 

göstərmişdir. Bu əsər coğrafiya tarixində əhəmiyyətli hadisə olub, 35 dilə tərcümə edilmişdir. 

 

 XVII-XVIII  əsrlərdə  təbiiyyat elmində metafizika (mexaniki) materializm hökm sürürdü ki, bunun da əsasını 



Bekonun və Dekartın fəlsəfi  sistemi təşkil edirdi. Empirik təbiətşünaslıq təbiət və sosial hadisələrin öyrənilməsi 

proseslərini bir-birindən ayırırdı. Bu dünyagörüşün mərkəzində  təbiətin dəyişməzliyi haqqında müddəa dururdu: 

madam ki, təbiət mövcuddur necə əmələ gəlməsindən asılı olmayaraq, o həmişə dəyişməz qalmışdır. Yer yaradılan 

gündən bəri necə var, elə  də qalmışdır. Təbiət və sosial hadisələrin öyrənilməsi proseslərini bir-birindən ayıran 

empirik təbiətşünaslıq coğrafiya elminə də neqativ təsir göstərdi. 

 

Təbiətşünaslıqda empirik tədqiqatlar və formal sistemləşdirilmələr aparan tədqiqatçılardan biri olan Hollandiya 



coğrafi Varenius Bernxardın (Bernxard Varen) (1622-1650) 1650-ci ildə «Ümumi coğrafiya» adlı elmi əsəri nəşr 

olundu. Bu kitabla tarixdə ilk dəfə olaraq Yer haqqında bilikləri sistemləşdirən coğrafiya elmi meydana gəldi. Bu 

əsərdə iqtisadi coğrafiya ilə bağlı çoxlu fikirlər var. 

 

Varenius ilk dəfə olaraq coğrafiyanı bütünlüklə (ümumi coğrafiya), iri zonalar (xoroqrafiya) və kiçik sahələr üzrə 



(topoqrafiya) öyrənən təbiiyyat elmi kimi müəyyən etdi. Onun əsərində coğrafiya vahid bir elm kimi qalır, çünki 

tədqiqat olunan obyektlərin miqyasına görə bölünməsi onların öyrənilməsi prinsiplərini dəyişdirmir. Beləliklə, 

müəllif ilk dəfə olaraq Yer barəsindəki biliklər sistemindən ümumi coğrafiyanı  və xüsusi (regional) coğrafiyanı 

ayırırdı. 

 

Vareniusa görə, coğrafiya riyazi elm olub, Yer kürəsinin xüsusiyyətləri, forması, ölçüləri, onda baş verən hərəkətlər, 



hadisələrin dinamikası, quru və dənizlər haqqında riyazi-coğrafi məlumatlar verir, enlik və uzunluq dairəsini təyin 

edir. «Ümumi coğrafiya» xəritədə  məsafəni ölçmək, xəritədən və kompasdan istifadə qaydaları, gəmilərin dəniz 

yollarını təyin etmək və s. kimi əməli biliklər də verir. 

 

Xüsusi coğrafiyanı (müasir mənada, diyarşünaslığı) alim üç yerə bölür: 



1. Günəşin və ulduzların hərəkətinə xas olan əlamətlər; 

2. Yerə məxsus əlamətlər (təbii şərait və ehtiyatlar); 

3. İnsanlara, yaxud ölkənin sakinlərinə xas olan əlamət; 

 

Müəllif üçüncü qrup əlamətləri fərqləndirmədən insan ilə bağlı  məsələlər sırasına daxil edir. Onun fikrincə, bu 



məsələlərin öyrənilməsi coğrafiyaya bilavasitə aid deyil. Vareniusun sosial hadisələrə, insanların yaşayışına bu cür 

münasibəti onun metafizik materializm mövqeyində durması ilə izah olunur. 

 

Kitabda hadisələrin səbəbləri dərin, elmi ardıcıllıq və ümumi səliqə ilə aydınlaşdırılır, bununla əlaqədar çoxlu 



xəritələr və qrafiklər verilir. Kitab metodoloji baxımdan fərqlənir. Bir çox antik coğrafi yazılara xas olan tarixilik 

burada, demək olar ki, yox dərəcəsindədir. Müəllif öz dövrünə görə oxucularına xeyli yeni məlumatlar – yerin quru 

və su hissələrinin nisbəti, relyef, filizlər və s. haqda məlumatlar vermiş, Yerin 5 qurşağını, iqlim müxtəlifliyini, 

başqa  əlamətlərini ilk dəfə geniş izah etmişdir. Lakin onun kitabında  əsrin fəlsəfəsi təsirindən asılı olaraq, insan 

məsələlərinə heç toxunulmamış, yaxud da çox az toxunulmuşdur. Beləliklə, Vareniusun coğrafiyaya gətirdiyi nəzəri 

və praktiki yeniliklər, sistemləşdirmə, təhlil etmə onu coğrafiya elminin banisi etmişdir. Vareniusdan  sonra yeni 

elmi coğrafiya yaranır və inkişaf etməyə başlayır. Bütün ölkələrdə, o cümlədən Rusiyada onun təsiri ilə coğrafiya 

məktəbləri meydana gəlir. 

 

 

3.5  Yeni Dövrün başlanğıcı (XVII əsrin ortası – XVIII əsrin ortası) 



Avropada baş verən ingilis burjua inqilabı (1642-1660) kapitalizm dövrünün başlanmasından xəbər verdi.  İngiltərə 

sənayesinin inkişafına ciddi fikir verir, əvvəlcə Hollandiyanı  və sonralar isə müəyyən müddətə Fransanı satış 

bazarlarından sıxışdırıb çıxarır. İngiltərə  iri müstəmləkəçi dövlətə çevrilir. Lakin buna baxmayaraq məhz Fransa bu 

dövrdə coğrafiya və xəritəşünaslıq sahəsində görkəmli işlər görür.  

Avropa ölkələrində inkişaf etməkdə olan kapitalizmə coğrafi biliklər lazım idi. Dəniz yollarını idarə etmək, ticarəti 

nizama salmaq, fabrik, zavod müəssisələrini yaratmaq və onları xammalla təmin etmək və s. üçün coğrafi 

məlumatlar tələb olunurdu. 

 

 



31


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə