Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə16/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   52

Böyük kəşflərin sürəti XVII əsrin ortalarına zəifləyir. Bu müddətdən sonra materiklərin daxili hissələri və onların 

təbii sərvətlərinin öyrənilməsinə daha çox diqqət yetirilir. Materiklərin təbii zonalarının bitki, heyvan aləmi, faydalı 

mineralları öyrənilir və əhalinin demoqrafik vəziyyəti üzərində müşahidələr aparılır. 

 

 Göstərilən dövrdə  ən çox coğrafi tədqiqat işlərini Rusiya təşkil edirdi və bu tədqiqatlar – Sibiri, Uzaq Şərqi və 



Şimali Amerikanın şimali-qərb sahillərini əhatə edirdi. 

 

Rusiyanı böyük dəniz ölkəsinə çevirmək haqqında I Pyotrun cəhdlərilə bağlı olaraq ölkədə coğrafi ekspedisiyaların 



sayı artırılır. Onun təkidi ilə 1717-1720-ci illərdə Qotlib Şober Volqaboyuna, Xəzər sahilinə və Qafqaza səyahətlər 

edir və buraların iqlimini, heyvanlar aləmini və əhalisini öyrənir. I Pyotr Xəzərə və Xəzərsahili vilayətlərə böyük 

maraq göstərirdi. Buradan Çinə və Hindistana qısa yollar axtarışına və səpinti qızıl yataqlarına xüsusilə əhəmiyyət 

verilirdi. 1703-1726-cı illərdə bu böyük göl-dənizin artıq xəritəsi çəkilir və Amu-Dərya çayının Xəzərə tökülmədiyi 

müəyyənləşdirilir. 

 

Şimal Buzlu okeanından Sakit okeana gedən dəniz yolunu tədqiq etmək üçün  I Pyotr Vitus Berinqin (1681-1741) 



başçılığı ilə Kamçatka ekspedisiyasını təşkil edir. 

 

Berinqin təşkil olunan ekspedisiyası  nəticəsində: Alyaska sahillərinin bir hissəsi, Aleut, Komandor, Müqəddəs 



Lavrentiya adaları kəşf olunur. Şimal Buzlu okeanı (Kolımadan şərqə), Kuril adalarının bir hissəsi, Şimali Yaponiya 

sahil xəttləri başdan başa təsvir olunur və sonralar onun adını daşıyan Berinq boğazı və dənizi kəşf olunur. İlk dəfə 

xəritələrdə uzunluğu 9 min km-dən çox olan Arxangelskdən Çukotkaya qədər uzanan Rusiyanın bütün şimal 

sahillərinin real şəkli yaranır. 

 

XVII əsrin ortasından XVIII əsrin ortalarına qədər olan Yeni dövrdə dünya və onun ayrı-ayrı hissələrinin xəritələri 



düzəldilməyə başlanır,  iri həcmli coğrafi tədqiqatlarla zənginləşir. Bununla belə    hər bir ölkədə coğrafiya həmin 

ölkənin xüsusi tələblərinə uyğun inkişaf etdirilirdi.  

Bürokrat, mühafizəkar və yarımfeodal Almaniyada idarə sistemini təmin etmək üçün  XVIII əsrin başlanğıcında sırf 

inzibatçılıq formasında kameral statistik coğrafiya meydana gəlir. Bu yeni coğrafiya məktəbi sonralar müxtəlif 

kameral, statistika, ticarət coğrafiyası adları altında inkişaf etdi. Bu məktəblər alman dövləti üçün iqtisadi səviyyəni 

göstərən müxtəlif məlumatlar hazırlayırdı. Statistik coğrafiyanın inkişafı ilə bağlı Almaniyada Axenval (1719-1772) 

və Buyuşinq (1724-1793) kimi alimlər yetişir. 

 

 İngiltərədə XVII əsrin axırlarında təbiəti və sosial həyatı ayrı-ayrılıqda  öyrənən, yeni əsaslar üzərində qurulmuş 



ideyalar meydana gəlirdi. Bu ideyaların çoxu xüsusilə siyasi iqtisadın atası, ingilis fiziokratı Vilyam Pettiyə (1623-

1687) məxsus idi. Fiziokratlar kapitalın ilk təhlilini vermiş, onun maddi tərkibini və istehsalın formalarını 

müəyyənləşdirmişlər. Əgər Varenius XVII əsrdə genişlənən dəniz ticarətinin təbii məsələlərini elmi cəhətdən təhlil 

etmişdisə, V.Petti onun iqtisadi tərəfini aydınlaşdırmışdır. Petti əhali artımını nəzərdən keçirmiş və bir əsr keçdikdən 

sonra Maltusun söyləyəcəyi «əhali artımı  bəşəriyyətin bədbəxtliyidir» fikrinə tamamilə zidd olan müddəa irəli 

sürmüşdür. O belə hesab edirdi ki, əhalinin çox olması varlılıq, əhalinin az olması isə yoxsulluqdur. 

 

 XVIII əsrdə Rusiyada müxtəlif təsərrüfat sahələrinin güclü inkişafı başlanmışdır. Yeni-yeni torpaqlar zəbt etmiş və 



mənimsəmiş Rusiya artıq nəhəng bir əraziyə malik idi. Bu nəhəng imperiyanın idarə olunmasına, onun təbii 

ehtiyatlarının mənimsənilməsinə, istehsalın inkişafına, xarici və daxili əlaqələrin genişləndirilməsinə kömək edə 

biləcək coğrafi biliklərə ehtiyacın artması Rusiyada coğrafiyaya aid əsərlər yazılmasına və xəritələr tərtib edilməsinə 

təkan verdi. 

 

Rus alimi V.N.Tatişev (1686-1750) coğrafiyanın məzmununu, mahiyyətini təyin edən və onun vəzifələrini göstərən 



«Ümumi coğrafiya və Rusiyanın coğrafiyası» adlı  əsər yazmışdır.  Əsərdə göstərilir ki, coğrafiya üç hissədən 

ibarətdir: 1) riyazi coğrafiya, 2) geodeziya və kartoqrafiya, 3) fiziki və siyasi coğrafiya. 

 

Qərbi Avropada coğrafiyanın əsas vəzifəsi dəniz gəmiçiliyinin və ticarətin inkişafına kömək etmək idisə, Rusiyada 



coğrafiyanın mühüm vəzifəsi ən böyük quru hissəsini tutan ölkənin zəngin təbii ehtiyatlarının mənimsənilməsinə, 

onun ərazisində yeni istehsal sahələrinin yaradılmasına təkan vermək idi. 

 

Alim göstərirdi ki, fiziki coğrafiyanın vəzifəsi təbiətin fiziki vəziyyətini, təkcə yerin səthini deyil, həm də onun 



tərkibini və quruluşunu, daxili sularını öyrənmək, onlardan istifadə yollarını, kortəbii proseslərin qarşısını almaq 

işlərinin çox vacib və əhəmiyyətli olmasını aydınlaşdırmaqdan ibarətdir. 

 

32



 

Siyasi coğrafiya isə V.N.Tatişevə görə, böyük və kiçik kəndlərin, limanların, ölkələrin mülkiyyətini və 

hakimiyyətini, onların inkişafını, başqa ölkələrə münasibətlərini, burada yaşayanların sənətini və əmək vərdişlərini, 

adət-ənənələrini, hansı mənəviyyata malik olmalarını və necə dəyişmələrini öyrənməlidir. 

 

Tatişevin kitabında ilk dəfə olaraq coğrafiya elminin çox orijinal təhlili verilir. O, coğrafiyanı 3 cəhətli, 3 tərəfli və 3 



tərkibli təsvir edir. 

 

I. Tədqiqatın miqyasına görə: 

a) bütün planeti və ya onun quru və su hissələrini təsvir edən universal və baş hissə; 

b) müxtəlif ölkələrin xüsusiyyətlərini öyrənən coğrafiya; 

v) topoqrafiya və yaxud yerin kiçik hissələrini öyrənən coğrafiya 

II. Keyfiyyət göstəricilərinə görə: 

a) riyazi coğrafiya. Yer kürəsinin böyüklüyü, həmçinin onun dərəcə torunu və s. öyrənən coğrafiya; 

b) Yerin fiziki xüsusiyyətlərini, yeni təbii coğrafi məsələlərini öyrənən coğrafiya; 

v) əhalini, onun əmək vərdişlərini, adət və ənənələrini və gəlirlərini öyrənən siyasi coğrafiya. 

 

III. Zaman dəyişikliklərinə görə: 

a) qədim dünya coğrafiyası; 

b) orta əsrlər coğrafiyası; 

v) müasir coğrafiya. 

 

Beləliklə, Vareniusdan fərqli olaraq, Tatişev tarixiliyi qəbul edir və onu öyrənməyi lazım bilir. Siyasi coğrafiyada o, 



əhali coğrafiyası məsələlərinə, o cümlədən əhalinin təsərrüfatla əlaqəsi məsələlərinə böyük yer verir. 

 

Alim coğrafi tədqiqatların aparılması üçün ekspedisiyaya gedənlərə    kömək məqsədilə xüsusi proqramlar tərtib 



etmişdir. Çox maraqlıdır ki, onun proqramında coğrafiya tarixində ilk dəfə olaraq ərazi və əmək bölgüsünə xüsusi 

diqqət verilmiş, müxtəlif  ərazilərin bu və ya digər istehsal sahələri üzrə ixtisaslaşmasını öyrənməyi irəli 

sürülmüşdür. 

 

Rusiya coğrafiyasının başında V.N.Tatişevlə yanaşı ensiklopedik biliklərə malik böyük  istedad sahibi, Rusiyada 



elmin təşkilatçısı, geoloq, fizik, kimyaçı, coğrafiyaçı, kartoqraf, filoloq və  şair  M.V.Lomonosov  (1711-1765) 

dururdu. Alimin fikrincə, coğrafiya geniş aləmi vahid şəkildə öyrənir. Onun bu fikri indiki ümumi coğrafiya 

konsepsiyasına uyğun gəlir. Bu yerin varlığını bütövlükdə, kompleksli öyrənmək deməkdir. M.V.Lomonosov da 

V.N.Tatişev kimi tarixiliyi əsas hesab edirdi. O, Yerin tarixi ilə cəmiyyətin tarixini sıx əlaqədə götürmüşdür. «Yerin 

qatları haqqında» əsərində o, qeyd edir ki, Yer üzərində gördüyümüz nə varsa, hər şey – cisimlər, canlılar və bütün 

aləm öz yarandığı dövrdə olduğu kimi qalmamış, onlarda çox böyük dəyişikliklər baş vermişdir.  

İqtisadi coğrafiya terminini ilk dəfə M.V.Lomonosov işlətmişdir. O, iqtisadi coğrafiyaya aid bir sıra qiymətli əsərlər 

yazmış, Rusiyada ilk  iqtisadi coğrafi xəritələr və atlaslar tərtib etmişdir. Alim Rusiyanın öyrənilməsində ayrı-ayrı 

inzibatı bölgüləri tədqiq etmək üçün xüsusi proqramlar hazırlamış, elmin və ali təhsilin yaradılmasının təşkilatçısı 

olmuşdur.  

O, uzun müddət imperator akademiyasının coğrafiya departamentinə rəhbərlik etmişdir. Onun göstərişi ilə bir neçə 

coğrafi ekspedisiyalar Rusiya rayonlarına tədqiqata getmişdir. Beləliklə, M.V.Lomonosov Rusiya coğrafiyasının 

inkişafına təkan vermişdir. 

 

V.N.Tatişevin və M.V.Lomonosovun  dövründə Rusiyada coğrafiya elmi dünya şöhrəti qazanmışdı. Sonralar onların 



ardıcılları, elmi axtarışlarının davamçıları yarandı. Kamçatkanın tədqiqatçısı S.P.Kraşennikov, Orenburq 

quberniyasını  dərindən öyrənən  P.İ.Rıçkov  (1712-1777) və b. alimlər yetişdi. Rusiyada praktik coğrafiya inkişaf 

etdiyi bir zamanda, Avropada coğrafiyanın nəzəri istiqaməti üstünlük təşkil edirdi. 

 

 



3.6 Yeni dövrün coğrafiyası (XVIII əsrin ortasından – XIX əsrin ortasına qədər) 

 

33




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə