Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə17/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   52

On səkkizinci əsrin ortası və on doqquzuncu əsrin birinci yarısında Avropanın bir sıra ölkələrində sənaye inqilabı 

baş verir, kapitalizm sürətlə inkişaf edir və onun texniki bazası möhkəmlənir. Bu dövrdə, xüsusilə  İngiltərə xeyli 

güclənir və öz rəqiblərini sıxışdıraraq dünyanın ən böyük müstəmləkəçi dövlətinə çevrilir. Həmçinin Rusiyanın da 

beynəlxalq nüfuzu artır, onun ərazisi xeyli genişlənir və ölkə Qara dənizə çıxış əldə edir. Fransanın başı inqilablara 

və Napoleonun apardığı müharibələrə qarışır, nəticədə  Şimali Amerikadakı torpaqlarını itirir. ABŞ 1776-cı ildə 

özünü müstəqil elan edir. 

 

Coğrafiyanın tarixində Yeni mərhələ XVIII əsrin 60-cı illərindən sonra daha qabarıq  şəkildə  nəzərə çarpmağa 



başlayır. Belə ki, istehsal münasibətlərinin inkişafı elmin, ədəbiyyatın, incəsənətin də  hərtərəfli inkişafına səbəb 

olmuşdur, bir sıra yeni elm sahələri meydana gəlmişdir.  İndi artıq adi faktları sadalamaqla məhdudlaşan təsviri 

tədqiqatlar deyil, praktiki əhəmiyyətli eksperiment əsasında qoyulmuş, sistemləşdirilmiş, dərin riyazi təhlillərlə 

əsaslandırılmış yeni elmi tədqiqat işləri tələb olunurdu. 

 

Məhz bu dövrdən başlayaraq elmi-tədqiqat məqsədləri üçün böyük dəniz və quru ekspedisiyaları  təşkil olunur. 



Okeanın öyrənilməsində Kukun səyahətləri yeni dövr açır. Bəzi xarici müəlliflər bu dövrü «Kuk əsri» 

adlandırırdılar. Eyni vaxtda Rusiyada  iri «akademik» ekspedisiyalar təşkil olunurdu. Xəritələşdirilmədə bu dövr 

dövlət kartoqrafiyasının əsasının qoyulması İngiltərə və Fransanın dənizlərdə rəqabətinin güclənməsi ilə eyni vaxta 

düşür. Yeni torpaqlar axtarmaq və onları  ələ keçirmək məqsədilə bu ölkələr müxtəlif dəniz ekspedisiyaları  təşkil 

edirlər. Bunlardan ən görkəmli elmi nəticələri Ceyms Kukun səyahətləri əldə etmişdir. 

 

 



Ceyms Kuk (1728-1779) görkəmli ingilis dəniz səyyahı olub, dünya səyyahları arasında adı Kolumb və 

Magellandan sonra üçüncü çəkilir. Ceyms Kuk ilk dəfə  həm Arktika və həm də Antarktidada olmuş, ilk dəfə cənub 

qütb dairəsini kəsib keçmiş, onun gəmiləri üç dəfə Yer kürəsini dolanmış və altı dəfə ekvatoru kəsmişdir. Kukun 

apardığı coğrafi kəşflərin siyahısını tutmağın özü çox vaxt tələb edərdi. Böyük ingilis səyyahı Avstraliyanın bütün 

şərq sahillərini, Yeni Kaledoniyanı, Havay, Cənubi Georgiya, Yeni Zelandiya və s. adaları kəşf edib. Faktiki olaraq 

Kuk ilk dəfə Okeaniuanı dünyaya tanıdanlardan olmuşdur.  

Onun həyata keçirdiyi ən böyük kəşflər sayəsində Yerin cənub yarımkürəsinin xəritəsi özünün  müasir şəklini ala 

bilmişdir. Kuk böyük elmi nəticələr verən üç dünya səyahəti etmişdir (şəkil 11).  



Birinci ekspedisiyanın (1768-1771) qarşısına qoyulan əsas vəzifə Naməlum Cənub torpağını tapmaq  və əgər o real 

olarsa sərhəd nişanı ilə Britaniya tacına taxmaq. Bu ekspedisiya zamanı Cənub torpağının tapılması ilə ilk dəfə sübut 

edildi ki, Yeni Zelandiya cənub materikinin bir hissəsi olmayan və boğazla iki yerə ayrılan adalardan ibarətdir 

(sonralar bu boğaza Kukun adı verilir). O, Avstraliyanın şərq sahillərini öyrənib onu xəritəyə köçürdü. Yeni Qviney 

adasının Avstraliyadan ayrı olduğu müəyyən edildi. 

 

İkinci ekspedisiya (1772-1775) zamanı Kuk Afrikanın cənub ucqarından cənuba doğru istiqamət götürərək dəniz 

səyahətləri tarixində ilk dəfə 17 yanvar 1773-cü ildə Cənub qütb dairəsini kəsib keçir və heç kimin o vaxta qədər 

enə bilmədiyi 71010 c.e. olur. Antarktida sahillərindəki buzlu sularda xeyli dolaşır və səhv olaraq burada qurunun-

Cənub Torpaqlarının olmadığı qənaətinə gəlir. 

 

Kukun 1776-cı ildə  təşkil olunan üçüncü ekspedisiyasının  məqsədi Atlantik okeanından Sakit okeanına gedən 

yolun axtarışı olmuşdur. Bu axtarış zamanı onun gəmiləri Şimali Amerikanın Alyaska sahillərini tədqiq edir, burada 

tapdıqları buruna Prins Uelsin adını verirlər, lakin keçilməz buzlar onları  dəniz yolu axtarışı fikrində daşınmağa 

məcbur edir və geri dönürlər. 1779-cu ildə geriyə dönən Kuk yolüstü Havay adalarını  kəşf edir və baş verən 

münaqişə zamanı yerli sakinlər tərəfindən həmin ilin 22 fevralında öldürülür. 

 

 

XIX  əsrin başlanğıcında böyük dəniz səyahətlərinin təşkili işində birincilik  Rusiyanın  əlinə keçir. Əvvəlcə 



Amerikanın o zamanlar Rusiyaya məxsus olan Alyaska (1867-ci ildə Çar hökuməti ABŞ-a satmışdır) sahillərinə 

getmək üçün İ.F.Kruzenştern və Y.F.Lisyanskinin (1803-1806-cı illər) başçılığı ilə təşkil olunan ekspedisiya daha 

böyük işlər gördü. Bu dünya səyahəti nəticəsində Saxalin və Yaponiya sahillərinin bir hissəsinin təsviri verilir. 

Okeanoqrafiyaya aid tədqiqatlar aparılır, botanika və zoologiya kolleksiyaları toplanır. 

 

Kuk kimi nüfuzlu səyyahın dediyindən sonra uzun illər cənub materikinin axtarışına fasilə verilmişdir. Nəhayət, 



1819-1821-ci illərdə Rusiya dövləti  F.F.Bellinshauzen və M.P.Lazaryevin başçılığı ilə naməlum Cənub 

materikinin axtarışına ekspedisiya göndərir. Onların gəmiləri bu naməlum materikin ətrafına fırlanır, beş dəfə sahilə 

xeyli yaxınlaşır və Antarktikanın sularında çoxlu yeni adalar kəşf edir. Ekspedisiyanın Antarktida sahillərinə ilk 

 

34




dəfə yaxınlaşdığı gün-28 yanvar 1820-ci il onun kəşf olunma tarixi kimi qəbul olunur. Sonralar bir sıra digər 

ekspedisiyalarda iştirak etmiş F.F.Bellinshauzeni sonuncu böyük dəniz səyyahı adlandırmaq olar. Yerin axırıncı 

materiki artıq kəşf olunmuşdur. 

 

Dəniz səyyahlarının, yəni ilk kəşfiyyatçıların işləri hələlik başa çatsa da, səyahətçilərin işləri davam edirdi. Belə ki, 



bütün materiklərdə hələlik öyrənilməmiş çoxlu «ağ ləkələr» qalırdı. Onlar iki qütb dairəsində daha çox idi. 

 

Rusiyanın özündə olan sosial-iqtisadi vəziyyət ölkənin təbii  şəraiti və  təbii ehtiyatlarının hərtərəfli öyrənilməsinə 



diqqəti artırmağı tələb edirdi. Bu məqsədlə təşkil olunan akademiya ekspedisiyaları (1768-1774-cü illərdə) Rusiyada 

yeni tipli tədqiqatın aparılmasının  əsasını qoydu. Tədqiqatlar geniş  əraziləri  əhatə edirdi: P.S.Pallasın marşrutu 

Volqaboyunu, Xəzər sahillərini, cənubu Uralı, Altayı  kəsib keçirdi; İ.Q.Georqi Baykalın ilk tədqiqini apardı; 

S.Q.Qmelin Don, Qafqaz, şimali İran vilayətlərini tədqiq etdi. 

 

Pallas ilk dəfə Rusiyanın oroqrafiyasının şəklini verir. Xəzər ətrafında cavan relyefin olduğunu göstərir, keçmişdə 



Xəzər-Qara dəniz hövzəsinin bir olması fərziyyəsini irəli sürür.  

 Kanada ərazisinin öyrənilməsi davam etdirilir: A.Makkenzi sonralar onun adı verilən çayla üzü aşağı enərək Şimal 

Buzlu okeanına çıxır və eyni zamanda ilk dəfə Qayalı dağlardan keçərək Sakit okeana enir. 

 

Cənubi Amerika təbiətinin həqiqi öyrənilməsi 1799-1804-cü illərdə Aleksandr Humboltun və E.Bonplanın buraya 



olan səyahətlərindən sonra başlanmışdır. Onların apardıqları  tədqiqatlar Orinoko hövzəsini, ekvatorial Andları  və 

həmçinin Meksika yaylasını  əhatə edirdi. Özünün coğrafi nəticələrinə görə bu XVIII əsrin sonu və XIX əsrin 

başlanğıcında aparılan tədqiqatların ən görkəmlisi hesab olunurdu. 

 

İngiltərə hökuməti Daxili Afrikanın öyrənmək üçün şirkətlər təşkil edir. Bu şirkətlər tərəfindən Qərbi Afrikanın, 



xüsusilə Niger çayı hövzəsinin tədqiqi aparılır.  

Aparılan bütün bu səyahətlərin nəticələri təhlil edilir, ümumiləşdirilir və coğrafi ideyaların sonrakı inkişafına güclü 

təkan verir. 

 

XVIII əsrin ortalarında Fransada klassik coğrafi materializm cərəyanı meydana gəldi ki, bu cərəyanın da görkəmli 



nümayəndəsi fransız filosofu və Böyük Fransa inqilabının ilhamçısı  Şarl de Monteskyö (1689-1755) olmuşdur. 

Onun «Qanunların ruhu haqqında» kitabı  təbii  şəraitin ictimai inkişafa təsirinə  həsr edilmişdir. Bu əsrin ayrı-ayrı 

fəsillərində o, xalqların həyatına, hətta onların siyasi təşkilinə təbiətin təsiri haqqında məlumat vermişdir. Coğrafi 

şəraitin müxtəlifliyinin qanunvericiliyə  təsirinə xüsusilə diqqət yetirən filosof həmin kitabda «İqlimin 

xüsusiyyətlərinə qanunların münasibəti haqqında», «Torpaqların təbiətinə qanunların münasibəti haqqında» adlı 

xüsusi fəsillər verməsi heç də  təsadüfü deyil. O, təbiətin dəyişdirilməsində insanların rolu haqqında mütərəqqi 

fikirlər söyləmişdir.  

Bu dövrün humanitar elmlərində-fəlsəfədə, siyasi iqtisadda, tarixdə yeni qanunlar kəşf edilir, yeni fikirlər  əmələ 

gəlirdi. Kant, Hegel, Feyerbax kimi filosoflar, Adam Smit və David Rikardo kimi iqtisadçılar meydana çıxırdı. 

Fəlsəfə  və siyasi iqtisaddakı yeni fikirlər elmin başqa sahələrinə  təsir etdiyi kimi, coğrafiyanın inkişafında da 

müəyyən rol oynayırdı; filosoflar və siyasi iqtisadçılar coğrafiyanın nəzəri məsələləri haqqında da çoxlu fikirlər 

söyləyirdilər. 

 

Ümumiyyətlə, bu yeni dövr coğrafiya elmində  də  hərtərəfli yüksəliş dövrü oldu. Təsadüfü deyildir ki, XIX əsrin 



ortaları klassik dünya coğrafiyasının başlanğıcı hesab edilir. Məhz bu dövrdə A.Humbolt, K.Ritter, İ.Tünen, İ.Kant, 

kimi nəhəng, dünya şöhrətli coğrafiyaçılar meydana gəldi. Onlardan sonrakı dünya coğrafiyasının inkişafı bu klassik 

coğrafiyaçıların adları ilə bağlıdır. İndiyə qədər də bir çox ölkələrdə onların təsiri hiss edilməkdədir. 

 

Böyük alman filosofu İmmanuil Kant (1724-1804) bir sıra  əsərlərində coğrafiyaya da aid qiymətli fikirlər irəli 



sürmüşdür. Köniqsberq universitetində fiziki coğrafiyadan mühazirələr oxuyan alim coğrafiyanın elmlər sistemində 

tutduğu yeri müəyyənləşdirmişdir və göstərmişdir ki, obyektləri (hadisələri) öyrənmək üçün onları iki üsulla 

qruplaşdırmaq olar: birincisi, harada və  nə vaxt meydana gəlmələrindən asılı olmayaraq onların mənşəyinə görə, 

yaxud bu və ya digər məntiqi təsnifat əsasında; ikincisi, onların məkandakı mövqeyinə və yerinə (coğrafiya) görə və 

ya zamana görə (tarix) yaxud fiziki təsnifat  əsasında təbiət obyektlərinin məkanındakı mövqeyinə görə 

öyrənilməsinə əvvəllər də böyük əhəmiyyət verilmişdi. Amma Kant coğrafiyada sahə (ərazi) konsepsiyasının, yəni 

xorologiyanın əsasını qoymuş, təbiətin sahə cəhətdən öyrənilməsini onun tarixi cəhətdən tədqiqindən ayırmışdı.  

Onun coğrafiyaya aid fəlsəfi ideyalarının bir xüsusiyyəti də o idi ki, Kant təbiəti və insanı bir-birindən təcrid edilmiş 

şəkildə öyrənmiş, təbiəti, əhalini və təsərrüfatı ayrılıqda təhlil etmişdi. 

 

35




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə