Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə25/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   52

kömək etməyə çalışırdı. O, sənaye sahələrini inkişaf səviyyəsinə görə təsnifləşdirərək, aşağıdakı qruplara bölür: 1) 

yalnız əl əməyindən istifadə edən ibtidai tipli sənaye; 2) mexaniki dəyirman, taxta zavodu, filiz əridən, konserv 

istehsal edən sadə tipli sənaye; 3) qaz zavodu, su kəməri, poliqrafiya sənayesi, dəmir yolu, çuqun əridən zavodu olan 

ictimai tipli sənaye; 4) bütün başqa sahələri olan kompleksli inkişaf etmiş sənaye. Bu təsnifata görə təbii şəraiti və 

təbii ehtiyatları zəngin olan sahədə qurulan sənaye ən əlverişli tip hesab edilir. Hər hansı rayonda iqlim şəraitinin 

mürəkkəbliyini onun inkişafına mane olan əsas amil sayırdı. Beləliklə, o, sosial-iqtisadi mərhələlərin inkişafına 

tarixi baxımdan yanaşmır, onu iqlim şəraiti ilə bağlayır, sənayenin yerləşdirilməsini coğrafi fatalizm nöqteyi-

nəzərdən izah edir, iqlimin insan fəaliyyətinə optimal təsirini axtarırdı. Bununla əlaqədar o, invayronmetalizm (bizi 

əhatə edən təbii mühit) məktəbinin əsasını qoyur. Bu məktəbə görə insanlar ətraf mühitlə sıx münasibətdədirlər, 

təbii mühit təsərrüfat fəaliyyətinə güclü təsir edir. Bu məktəbin ABŞ-da banisi E.Ç.Simpl idi. Bəzi müəlliflər insan 

davranışının bütün tərəflərini ekoloji səbəblərlə izah etməyə çalışırdılar. 

 

Coğrafi determinizmə cavab olaraq possibilizm (mümkün olan) tezisi irəli sürüldü. Bu tezisə görə, insan təbiətin 



passiv yox, fəal agentidir. 

 

Müasir geosiyasət nəzəriyyəsinin davamçısı və təşkilatçısı Simpl və kontr-admiral Alfred Mexen öz nəzəriyyələrini 



xeyli mürəkkəbləşdirirlər. Məsələn, Mexen dəniz qüvvələri nəzəriyyəsini irəli sürmüşdür. Bu nəzəriyyəyə görə, 

sahil zonaları xalqlarının tarixinə, xarakterinə təbii şərait güclü təsir göstərir. İngilis X.Makkinder «Tarixi 

coğrafiyanın əsasları» adlı kitabında coğrafi mövqeyin hər hansı bir dövlətin taleyində həlledici rolunu şişirtmişdir. 

Onun coğrafiyasındakı ətalət ideyası mövcud dövlətlərin ağalığını saxlamaq siyasətini güdürdü.  

 Geosiyasət (geopolitika) nəzəriyyəsi ilə isveçli sosialist Yohan Kyellen (1864-1922) də məşğul olmuşdur. O, 

«Böyük məmləkətlər» kitabında coğrafi mövqeyin dövlətlərin həyatında həlledici rolunu isbat etməyə çalışmışdır. O 

göstərmişdir ki, imperialist dövlətlərinin vəzifəsi coğrafi bloklar, özü də hərtərəfli inkişaf etmiş bloklar yaratmaqdır. 

 

 Alman imperializmi geosiyasət nəzəriyyəsindən əməli işdə geniş istifadə edib, ona əsaslanaraq faşist dövlətini 



yaratmış və imperialist müharibələri törətmişdir. Faşist Almaniyası akademiyasının prezidenti Karl Haushoferin 

(1869-1946) «Hərbi geopolitika» əsərində əsas məqsəd faşizmin planlarının həyata keçirilməsinə ideoloji baza 

yaratmaq idi. Bu məsələdə Haushofer vulqar coğrafiyadan istifadə etmiş, coğrafi mövqeyin  guya həlledici rol 

oynaması ideyasını əsaslandırmışdır.  

 

* * * 


 

Coğrafiya tarixi,  

Tapdıq Həsənov,  

Əbdürrəhim Hacızadə 

 

 

 

V fəsil  

 

MÜASİR DÖVRÜN COĞRAFİYASI 

 

5.1 Xarici ölkələrin müasir dövrünün coğrafiyası 

 

Qərb ölkələrində iqtisadiyyatı yüksəltmək və onu böhranlardan qurtarmaq üçün ştandort nəzəriyyəsi kimi bir 



sıra yeni ideyalar meydana gəlmişdi. Almaniyada sənaye üçün ştandort nəzəriyyəsi müvafiq olaraq Launqard 

tərəfindən 1882-1885-ci, Lori tərəfindən isə 1885-1888-ci illərdə yaradılmış, sonra (1909) A.Veber tərəfindən 

sadələşdirilərək təbliğ olunmuşdur. Kapitalist istehsalının səmərəli yerləşdirilməsinə həsr edilmiş bu nəzəriyyənin 

mahiyyəti ondan ibarətdir ki, istehsalı ərazidə ən az xərc sərf etməklə yerləşdirmək olar. Burada antaqonist 

ziddiyyətlər, inhisarların yüksək qazanc əldə etmək məqsədilə apardıqları mübarizə və məhsuldar qüvvələrin 

müxtəlif inkişaf səviyyələri, kapitalist təsərrüfatının qanunauyğunluqları nəzərə alınmırdı. Bu nəzəriyyə xəyalən 

düşünülmüş, kapitalist təsərrüfat sistemindən təcrid olunmuş, xəyali ərazi üçün nəzərdə tutulmuşdur.  

A.Veber xammal və yanacaq mənbələri, hazır məhsulları istehlak edən rayonlar  arasında müəssisənin 

yerləşdirilməsində istehsal xərclərinin minimuma endirilməsini nəzərdə tuturdu. Müəssisənin yerləşdirilməsində: 1) 

nəqliyyat amili, 2) fəhlə amili, 3) aqlomerasiya amili əsas olmalıdır. O bu amillərin təsirini müəyyənləşdirmək üçün 

riyazi hesablamalardan geniş istifadə etmişdir. Əlbəttə, onun hesablamalarından hər hansı bir ölkədə istehsalın 

yerləşdirilməsi işində istifadə edilə bilərdi. 

 

48



1933-cü ildə alman alimləri: iqtisadi coğrafiyaçı V.Kristaller yaşayış məntəqələrinin qarşılıqlı əlaqədə 

yerləşdirilməsi və mərkəzi yer nəzəriyyəsini (şəkil 12.), 1943-cü ildə isə A.Lyoş bazarların məkan nəzəriyyəsini 

yaratmışlar. Göründüyü kimi, ştandort nəzəriyyəsinin inkişafında alman alimlərinin böyük xidmətləri olmuşdur. 

Mərkəzi yer nəzəriyyəsinin banisi V.Kristaller belə hesab edirdi ki, məskunlaşmanın ən kiçik hissələri bərabər 

səpələnmələrdir və düz üçbucaq şəbəkəsi yaratmalıdır. Bərabər satış zonası isə düz altıkünclü fiqur içərisində 

paylanmalıdır. Alimin fikrincə, mərkəzə getmə məsafəsi ən qısa yolla seçilməlidir. Çünki hər hansı bir mərkəzin 

ondan asılı olan bərabər miqdarda yaşayış məntəqəsi var. V.Kristaller xidmət və satış mallarından səmərəli istifadə 

radiusunu da hesablamışdır. Bu radiusun mərkəzə münasibətilə qazancın əlverişliliyi təyin olunur. Həmin altıkünclü 

fiqurlar arasında mərkəz şəhərdir. Bu şəhərə şəhər tipli məntəqələr tabedir. Hər bir məntəqə mərkəzinə isə kəndlər 

tabedir. Əmtəənin və xidmətin xarakterindən asılı olaraq optimal mərkəz seçilir. Məsələn, çörək almaq üçün mərkəz 

kənddir, qənd almaq üçün mərkəz şəhər tipli məntəqədir. Kostyum tikdirmək üçün mərkəz şəhərdir. 

Yaşayış məntəqələrinin həcmi satışa, nəqliyyata, inzibatı idarəetməyə görə müəyyən edilir. Əlbəttə, bu bölgü 

şərtdir. Həyatda isə bu cür mərkəz və ona tabe olan məntəqələrdə satış və xidmət heç də həmişə belə 

qanunauyğunluqla paylanmır. Ona görə ki, yaşayış məntəqələrinin böyüklüyü və kiçikliyi var. Onlar çox pərakəndə 

paylanmışdır. Altıkünclü fiquru hər yerə tətbiq etmək olmur V.Kristallerin sxemi cəmiyyətin ictimai quruluşunu 

nəzərə almır, istehsal üsulunun yerləşmədəki həlledici rolunu görürdü.  

Deyilənlərdən aydın olur ki, bu dövrdə coğrafiya məktəbləri sayca artsa da, onların nümayəndələri əksərən 

yanlış mövqe tutmuşlar. Bütövlükdə isə coğrafiya elmində müxtəliflik, hərc-mərcilk, nəzəri böhran hiss edilmişdir. 

Coğrafiya sanki öz yolunu itirmişdi. Onun problemlərini kənar elmlərin nümayəndələri həll etməyə çalışırdılar. 

Onlar da coğrafiyanın elmi-nəzəri əsaslarını bilmədiklərindən, böyük səhvlərə yol verirdilər. Göstərilən dövrdə 

dünyanın bir çox yerlərində coğrafi axtarış və kəşflər davam etdirilmişdir. 

Belə ki, bu dövrdə dünyanın bir sıra Yer kürəsində hələ də insan ayağı dəyməmiş yerlər qalmaqda idi. Elə təkcə 

onu demək kifayətdir ki, Venesuela təyyarəçisi dünyanın ən hündür Anhel (1054m) şəlaləsini yalnız 1935-ci ildə 

kəşf etmişdir.  

Heç indinin özündə də bilinmir ki, Yerin «üçüncü qütbü» sayılan Comolunqmanın (Everest) kəşf olunma 

şərəfi kimə məxsusdur. Belə ki, Yer kürəsinin ən hündür zirvəsi (8848 m) olan Comolunqma (yerli tibet dilində 

«dağlar ölkəsinin anası» deməkdir) hələ 1825-ci ildə şimali Hindistanda aparılan topoqrafik çəkiliş zamanı məlum 

olmuşdur. Ona görə də bu zirvəni Hindistan topoqrafiya xidməti rəisinin şərəfinə 1856-cı ildə Everest adlandırırlar, 

halbuki, onun bu kəşfə heç bir aidiyyatı yox idi.  

Yalnız 1053-cü ildə Yeni Zelandiyalı alpinist Edmund Helari özünün Nepaldan olan bələdçisi Tinq Sinqlə ilk 

dəfə Everest zirvəsinə qalxmışdır. Bu kəşfdən sonra Everest dünya alpinistlərinin əsl Məkkəsinə çevrilir və 30 il 

müddətində burada 18 ölkədən 133 nəfər olmuşdur. 

İsveçli Jak Pikar və amerikalı Don Uolsi 1961-ci ildə ilk dəfə olaraq dünyanın ən dərin Marian çökəkliyinə 

enmişlər. 

Böyük alman coğrafiyaçısı Haydelberq Universitetinin professoru Alfred Hetner (1859-1941) «Coğrafiya, 

onun tarixi, mahiyyəti və metodları» əsərini yazmışdır. Bu kitabda coğrafiya elminin müstəqil metodları və 

coğrafiyanın bir sıra başqa nəzəri məsələləri haqqında çox maraqlı məlumatlar toplanmışdır. 

Hetner Humboltun bir sıra materialist ideyalarını, xüsusilə landşaftın obyektiv varlığı ideyasını qəbul etmişdir. 

Onun ümumi coğrafiyanın bütövlüyü, vahid elmiliyi ideyası, Kantın və Ritterin ideyalarına çox yaxın idi. Alimin 

vahid coğrafiyasında əsas yeri diyarşünaslıq və landşaftşünaslıq tuturdu. O, həm də insana təbii landşaftın bir 

komponenti kimi baxırdı. Coğrafiyada bütövlüyün itməsindən narahat olan Hetner coğrafi tədqiqatların digər elmlər, 

yəni geologiya, fizika, zoologiya, botanika və ictimai elmlər tərəfindən aparılmasına razı deyildi. O, müxtəlif 

tərəflərə parçalanmayan, özünəməxsus mahiyyəti və məzmunu olan coğrafiya yaratmağa çalışırdı. Bunun üçün o, 

Ritterin «yer cisimləri ilə doldurulmuş məkan» konsepsiyasını əsas götürərək qeyd edirdi ki, coğrafiya müxtəlif 

böyüklükdə olan əraziləri, məkanı doldurmuş obyektlərin, əşyaların ərazi münasibətlərini öyrənir. Coğrafiyanın 

mahiyyətini sahə-ərazi münasibətlərində görən Hetner iddia edirdi ki, təbiətdə rayon, landşaft xüsusiyyəti yoxdur, 

onlar tədqiqatçının təfəkkürünün məhsuludur. Buna baxmayaraq, özü landşaft və rayon haqqında xeyli zəngin 

məlumatlar vermişdir. Beləliklə, Hetner də coğrafiya elmi üçün düzgün konsepsiya tapa bilməmişdir. Onun 

xronoloji konsepsiyasının ən böyük nöqsanı aşağıdakılar idi.  

1. O, amillərin mənşəyi, inkişaf tarixini nəzərə çarpan, məkanı dolduran obyektlərin qarşılıqlı əlaqələrini 

öyrənməyi söyləməklə coğrafiyada xronoloji konsepsiyanı əsas götürmüşdür. 

2. Həqiqi varlıq saydığı tədqiqat obyektinin rayona və landşafta subyektiv münasibətini göstərərək, onu 

təfəkkürün inikası hesab etmişdir. 

Onun ideyasının qüvvətli tərəfi hadisələrin və obyektlərin qarşılıqlı əlaqələrinə böyük diqqət verməsində idi.  

 

49



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə