Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə22/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   52

 

Alim 20 il ərzində (1873-1893) «Yer və insanlar» adı altında «Ümumi coğrafiya» əsərini yazmışdır. 19 cilddən 

ibarət olan bu əsərdə planetimizin tayı-bərabəri olmayan coğrafi təsviri verilmişdir. 1890-cı illərin sonunda yazdığı 

«İnsan və Yer» adlı 6 cildlik yeni kitabında insanın qüdrətinə və istedadına, yaradıcılıq bacarığına böyük qiymət 

vermiş, təbiətin bütün insanların xeyrinə şüurlu dəyişdirilməsi ideyasını əsas götürmüşdür. 

 

Reklünün müxtəlif ölkələrdə çoxlu dostları və ardıcılları var idi. Rus alimləri L.İ.Meçnikov (1838-1888)  



P.A.Kropatkin (1842-1921) onun həmfikirlərindən idilər. 

 

Rus demokratı və siyasi mühaciri L.İ.Meçnikov öz vətənində və sonralar isə xaricdə inqilabi fəaliyyətdə olmuşdur. 



O, İtaliyada  «Min Haribaldiçilər» dəstəsində vuruşmuş, İnternasionalın üzvü olmuş, Hertsen və Oqaryovun 

«Kolokol» jurnalında əməkdaşlıq etmişdir. Bunlarla yanaşı, Meçnikov «Xalq üçün yerin təsviri» kitabın 

müəlliflərindən biri olmuş, Reklünün «Yer və insanlar» kitablar külliyyatının yazılmasında da iştirak etmişdir. Onun 

ən böyük əsəri «Sivilizasiya və böyük tarixi çaylar» kitabıdır. Bu kitab müəllifin ölümündən sonra Reklünün 

redaktəsi altında və onun yazdığı girişlə nəşr olunmuşdur. 

 

Meçnikov belə hesab edirdi ki, bəşər tarixi insanları əhatə edən mühitlə sıx əlaqədardır. Lakin ətraf mühit dedikdə, 



o, ilkin təbiəti deyil, əvvəlki nəsillərin əməyi ilə dəyişilən təbiəti nəzərdə tuturdu. O, coğrafi fatalizmi rədd edib 

göstərirdi ki, coğrafi fatalizm yalnız təbiətin insan cəmiyyətinə təsirini görür, insan fəaliyyətinin təbiətə təsirini isə 

nəzərə almır, təbiətlə cəmiyyət arasındakı əlaqəyə səthi münasibət müxtəlif dini fanatik fikirlərin meydana 

gəlməsinə səbəb olurdu. Meçnikov qeyd edirdi ki, bu sahədə daha dəqiq olmaq lazımdır. 

 

Suvarma əkinçiliyinin inkişaf etdiyi Misir, Mesopotamiya və Hindistanın qədim «böyük çay sivilizasiyasından» 



danışarkən, Meçnikov göstərirdi ki, bu böyük sivilizasiyaların çiçəklənməsinin səbəbi suvarma əkinçiliyinin 

inkişafıdır. Suvarma əkinçiliyi çay sahilindəki torpaqları milyonlarla adamı ərzaqla təmin edən taxıl anbarına 

çevirmişdir. Bu yerlərdə sərf olunan əmək insanı xeyli qaldırmış və təbiəti onun xeyrinə dəyişdirmişdir.  

Əlbəttə, Reklü məktəbinin səhvləri də az deyildi, Meçnikovun əsərlərindəki, ziddiyyətlər bunu bir daha sübut edirdi. 

Məsələn, Meçnikov bəşər tarixinin inkişafını sosial-iqtisadi formasiyaların qanunauyğunluqla bir-birini əvəz 

etməsində deyil, təbii əsaslarda görürdü. O, bəşər tarixini çay, dəniz və okean sivilizasiyaları dövrünə bölürdü. 

Bununla da o, iqtisadi formasiyaları, onlara məxsus məhsuldar qüvvələri və istehsal münasibətlərini 

qiymətləndirmirdi. 

 

Meçnikov belə hesab edirdi ki, insanlar könüllü və şüurlu olaraq birləşib təbiətlə mübarizə aparacaqlar. Tarixi 



proseslər insanların könüllü əməkdaşlığı hesabına baş verəcəkdir. Bu fikir Reklü məktəbinə xas olub idealizmə 

yaxın müddəalar ilə bağlı idi. 

 

 

 



4.3  XIX əsrin ikinci yarısında coğrafi ideyaların inkişafı 

XIX əsrin ikinci yarısında Rusiyada  coğrafiya elminin ən görkəmli nümayəndəsi P.P.Semyonov-Tyanşanski 

(1827-1914) idi. O, Almaniyada coğrafi təhsil almış, Humboltun və Ritterin tələbəsi olmuşdur. Parlaq istedadı, geniş 

dünyagörüşü ona Rusiyada və Avropanın bir sıra ölkələrində böyük şöhrət qazandırmışdır. Əsrin ən mədəni 

ziyalılarından olan Semyonov-Tyanşanski elmi fəaliyyətə Tyan-Şan dağ sisteminin fiziki-coğrafi cəhətdən əsaslı 

surətdə öyrənilməsilə başlamışdır. Bu tədqiqata təbiətşünas kimi başlayan P.P.Semyonov-Tyanşanski diqqətini 

sonralar tarix, tarixi coğrafiya, demoqrafiya, əhali coğrafiyası, iqtisadi coğrafiya məsələləri də cəlb etmişdir. Alimin 

apardığı tədqiqatın dərinliyi və metodikası Tyan-Şan dağlarının çox yaxşı öyrənilməsinə yönəldilmişdir. O, Tyan-

Şan dağ sisteminin rayonlaşmasını aparıb, burada təbii mühitin tiplərini göstərmiş, xüsusilə hündürlük qurşaqlarını 

təyin etmişdir, P.P.Semyonov-Tyanşanski bu tədqiqatı  yüksək qiymətləndirilmiş və o zamankı Rusiya Coğrafiya 

Cəmiyyətinin xüsusi qərarı ilə onun familiyasına Tyanşanski sözləri əlavə olunmuşdur. Tyanşanski 40 il rus 

Coğrafiya Cəmiyyətinə rəhbərlik etmişdir. 

 

Tyanşanskinin rəhbərliyi ilə Mərkəzi və Cənubi-Şərqi Asiyanı, Orta Asiyanı, Uzaq Şərqi öyrənmək üçün onlarla 



ekspedisiyalar təşkil olunmuşdur. Tyanşanski bu ekspedisiyalara N.M.Prjevalski, Q.N.Potanin, M.V.Pevtsov, 

A.L.Çekanovski, N.N.Mikloxo-Maklay, A.İ.Voyeykov, İ.V.Muşketov və s. kimi  tədqiqatçıları, görkəmli alim və 

səyyahları dəvət etmişdir. 

 

Alim eyni zamanda uzun müddət ərzində Mərkəzi Statistika Komitəsinin direktoru olmuşdur. O, burada Rusiyanın 



çoxcildli coğrafi statistika lüğətini hazırlayır və statistika idarəsinin geniş imkanlarından istifadə edərək Rusiya 

iqtisadiyyatının statistik və coğrafi tədqiqi işlərinə başlayır. Rusiyada ilk dəfə olaraq elmi əsaslar üzərində qurulmuş 

dəqiq iqtisadi rayonlaşma aparmışdır. Rusiya əhalisinin coğrafiyası, torpaq mülkiyyəti coğrafiyası və s. aid 

çoxcildli, geniş məzmunlu əsərlər yazmışdır. Onun iqtisadi və sosioloji xarakterli əsərləri, bilavasitə iqtisadi coğrafi 

 

42



işləri 1861-ci ilə qədər və islahatdan sonrakı dövrdə Rusiyada kapitalizmin inkişafını göstərən qiymətli sənədlər 

olmuşdur. 

 

Tyanşanski K.İ.Arsenyevin Rusiyanı rayonlaşdırma işini davam etdirmiş, rayonlaşdırma metodunu və prinsiplərini 



praktik cəhətdən xeyli zənginləşdirmişdir. O, təbii rayonlaşdırmanı təbii mühitin tiplərə ayrılması metodu ilə 

aparmış, Rusiyada 4 müxtəlif çöl (step – rus.) tipini əsas götürmüş, Zaalay ölkəsində isə hündürlük qurşaqları 

ayırmışdır. Təbii rayonlaşmanı təbii elementlərin və bütövlükdə təbiətin ərazi üzrə fərqləri əsasında aparmışdır. 

 

Alim müasirləri sayılan Avropa coğrafiyaçılarından fərqli olaraq elmi rayonlaşma işini aparmış və rayonun real 



varlıq olduğunu göstərmişdir. O, təhlili coğrafiya yaratmaqla təbiət və təsərrüfat arasında mövcud olan qarşılıqlı 

əlaqələrdən yaranan sahə qanunauyğunluğunu müəyyən etmişdir. 

 

1880-ci ildə alim ölkənin iqtisadi rayonlaşdırılmasının yeni variantını hazırlamışdır. Elmi ədəbiyyatda bu 



rayonlaşma P.P.Semyonov-Tyanşanski adı ilə uzun müddət yaşamışdır. O, Rusiyanı 19 rayona bölmüşdü: 1.   Ucqar 

Şimal; 2.Göllərətrafı (Şimal-Qərb); 3. Pribaltika; 4. Moskva (Mərkəz) sənaye; 5. Mərkəzi Qaratorpaq; 6. Priuralye; 

7. Volqaboyu; 8. Malorusiya; 9. Novorusiya; 10. Cənub-Qərb; 11. Belorusiya; 12. Litva; 13.Qərbi Sibir; 14. Orta 

Sibir; 15. Şərqi Sibir; 16. Uzaq Şərq; 17. Qırğızıstan -(müasir Orta və Şimali Qazaxıstan); 18. Türkmənistan; 19. 

Qafqaz. Bu böyük rayonların daxilində müxtəlif səviyyəli yarımrayonlar (zolaqlar və digər hissələr)  ayırmışdır. 

Göstərilən rayonlaşdırma iqtisadi əlamətlərin məcmusunu və qismən milli cəhətləri nəzərə almaqla aparılmış iqtisadi 

rayonlaşdırma idi. Təbii şəraitin xüsusiyyətləri və təbii ehtiyatlar iqtisadi göstəricilər vasitəsilə nəzərə alınmışdır. 

 

Tyan-Şanski coğrafiyanın nəzəri məsələləri ilə də məşğul olmuşdur. O, coğrafiyanın predmetini geniş və dar 



mənada izah etmişdir. Tyan-Şanskiyə görə, «geniş mənada coğrafiya» yer kürəsini hərtərəfli tədqiq edən bütöv 

təbiət elmləri qrupudur. «Dar mənada coğrafiya» isə həm yer səthinin təbii xüsusiyyətlərini, həm də onu dəyişdirən 

insan fəaliyyətini öyrənir.  

 «Rusiya Coğrafiya Cəmiyyətinin 1845-1895-ci illərdə yarıməsrlik fəaliyyəti tarixi» adlı üç cildlik əsərin birinci 

cildinə girişdə o, «coğrafiya» terminini «yerşünaslıq» termini ilə əvəz etməyi üstün tutmuş və onun tərkibinə 

kartoqrafiya, oroqrafiya, geologiya, hidrologiya, meteorologiya, klimatologiya, fito və zoocoğrafiyanı daxil 

etmişdir. Tyan-Şanskiyə görə, yerşünaslığın diqqət mərkəzində insan durur. Buna görə o, antropologiya, tarixi 

arxeologiya, etnoqrafiya, demoqrafiya, siyasi və tarixi coğrafiya və statistikanı (hazırki iqtisadi coğrafiyanı) 

yerşünaslığa aid etmişdir. 

 

 Rusiyada klimatologiyanın əsasını qoyan  rus coğrafiyaşünası A.İ.Voyeykov (1842-1916) Rusiyanın Avropa 



hissəsini, Qafqazı, Krımı və Orta Asiyanı dəfələrlə gəzmiş, Qərbi Avropaya, Asiyanın bir çox rayonlarına, Şimali, 

Mərkəzi və Cənubi Amerikaya səyahət etmişdir. Çində, Hindistanda, Seylonda, Şri-Lankada, Yava adasında, 

Yaponiyada və s. yerlərdə olmuş, bu yerlərin təbiətini, iqtisadiyyatını, əhalisinin yaşayış tərzini öyrənmiş, və zəngin 

məlumatlar toplamışdır. Onun yazdığı  bir çox əsərlər arasında 1884-cü ildə nəşr edilmiş «Yer kürəsinin iqlimi» 

kitabı daha böyük əhəmiyyətə malikdir. 

 

Bu kitabda ilk dəfə mürəkkəb iqlim proseslərinin mahiyyəti göstərilmiş, həmin proseslərin strukturu  təhlil edilmiş, 



ayrı-ayrı iqlim əmələgətirən amillərin rolu aydınlaşdırılmış, iqlimə təbiətin digər komponentlərinin qarşılıqlı 

əlaqələri öyrənilmişdir. İqlim və təbiət hadisələrini öyrənərkən alim ilk dəfə balans metodundan istifadə etmiş, qar 

örtüyünün havaya təsirini öyrənmiş və paleoklimatologiyanın  əsasını qoymuşdur. O, torpaqların meliorasiyasının və 

kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasının elmi əsaslarını işləyib hazırlamış, çay bitkisi və sitrus 

bitkiləri əkinləri üçün Cənubi Qafqazda, qiymətli pambıq bitkisi becərilməsi üçün isə Orta Asiyada əlverişli imkan 

və şərait olduğunu qabaqcadan söyləmişdir. 

 

1891-ci ildə Rusiyada baş verən quraqlığa həsr edilmiş «İqlim və xalq təsərrüfatı» əsərində çöllərin quraqlıqdan 



qorunması üçün meşələr salmağı, şumlamada yeni qaydadan istifadə etməyi, suvarma şəbəkələrini genişləndirməyi, 

su və ərzaq ehtiyatları yaratmağı təklif etmişdi. Alimin əsərlərinin böyük bir silsiləsi əhali coğrafiyasına və 

iqtisadiyyata, insanın təbiətə fəal təsirinə həsr edilmişdir. A.İ.Voyeykov Marşdan fərqli olaraq insanın təbiətə daha 

geniş miqyasda təsirini göstərə bilmişdir. O, insanın bütün təbii ünsürlərə təsirini ayrı-ayrılıqda göstərməklə dəqiq 

təhlil aparmış, təbiətə sənayenin daha çox təsir etdiyini göstərmişdir.  

 Aral gölü, Orta Asiya, Qafqaz və s. rayonlar haqqında A.İ. Voyeykovun bir sıra əməli təklifləri var idi ki, bunların 

bəziləri qlobal xarakterlidir. O, bəşəriyyətin kortəbii qüvvələrin qarşısını ala bilmək imkanlarını göstərmişdir.  

Böyük rus kimyaçısı, elementlərin dövrü sistemini kəşf edən D.İ.Mendeleyev (1834-1907) Rusiyada coğrafiyanın 

inkişafına xeyli kömək etmişdir. O, Rusiya iqtisadiyyatının, sənaye və kənd təsərrüfatının yüksəlişi üçün zəngin 

təbii ehtiyatları istehsal dövriyyəsinə cəlb etməyin yollarını axtarmışdır. Rusiyanın təbii cəhətdən zəngin olan 

müxtəlif rayonlarını gəzmiş, onlarda kənd təsərrüfatı və sənayenin inkişaf etdirilməsi imkanlarını öyrənmişdir. 

Qafqazda neft istehsalı və neft emalını inkişaf etdirmək, Uralda, Sibirdə, Ukraynada dağ-mədən sənayesi, kömür 

istehsalı, kimya sənayesi sahələrinin yaradılması və s. məsələlərlə məşğul olmuşdur. O, Rusiyada iqtisadi əlaqələrin 

genişləndirilməsi, kömürün yeraltı qazlaşdırılması, quraq çöllərin suvarılması haqqında qiymətli təkliflər vermişdir.  

 

43



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə