Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə9/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   52

 

Şərqdə bilavasitə Çin ərazilərinə söykənən Türk xaqanlığı Mərkəzi Asiyadakı Soqdiyanadan keçib qərbə doğru 

uzanan ticarət yollarını öz nəzarəti altında saxlayırdı. Həmin yollarda türk, ərəb, iran və b. tacirlər sərbəst fəaliyyət 

göstərirdilər. 

 

Mərkəzi Asiyadakı türklərin hökmranlığı dövründə soqdiyanalılar nəinki ticarətlə həm də yeni torpaqları 



məskunlaşdırmaq fəaliyyəti ilə də məşğul olurdular. Yaranmış əlverişli şəraitdən istifadə edən soqdiyanalılar VI 

əsrin ikinci yarısında böyük məsafə qət edərək Yeddigöl-dən (Semireçye –rus.) Baykala gəlib çıxırlar və Anqara 

çayı sahillərində məskunlaşaraq, özləri ilə gətirdikləri yüksək əkinçilik mədəniyyətini yayırlar. Onlar hətta Anqara 

və Yenisey çayları vasitəsilə lap şimala üzərək hazırkı İqarka şəhərinə qədər gəlib çıxırlar. Mərkəzi Asiyanın 

müxtəlif cənub malları şimala qədər aparılırdı. Əks istiqamətdə isə qiymətli xəz dərilər gətirilirdi. Deməli, məhz 

Mərkəzi Asiyanın türk tacirləri belə böyük əraziləri əhatə edən şimal-cənub ticarətinin ilkin əsasını qoyanlardan 

olmuşlar.  

Çingiz xanın sərkərdəliyi altında monqollar böyük imperiya yaradırlar. Onlar Baykal ətrafını, Amur çayının yuxarı 

axınlarını öz imperiyasına qatdıqdan sonra ucsuz bucaqsız Kulunda, Barabi və İşim çöllərini tuturlar və Orta Urala 

qədər qalxırlar. Orta Asiyanı tutan Çingizxan Səmərqəndi öz iqamətgahına çevirir. Çingiz xanın dövründə 

monqollar ilk dəfə  Burkan-Kaldun yaylasının (hazırkı Xanqay) və buradan öz mənbəyini götürən doqquz çayın, o 

cümlədən Kerulen, Onon (Amurun hövzəsi) və Selenqanın bir sıra qollarının coğrafi səciyyəsini vermişlər. 

 

Monqollar ilk dəfə Kem çayının (Yenisey) böyük hissəsi ilə tanış olurlar, onun Anqaraya töküldüyünü ehtimal 



edirlər, bu çayın isə Böyük dənizə (Kara d.) axdığını, hər yerdə çoxlu gümüş yayıldığını qeyd edirdilər. 

 

Artıq XIII əsrin birinci yarısında monqol-tatar feodal imperiyası geniş əraziləri: Monqolustanı, Şimali Çini, 



Koreyanı, Tanqutu, Mərkəzi və Orta Asiyanı, Zaqafqaziyanı, İranı, Əfqanıstanı əhatə edirdi. Rusiya ərazisi Qızıl 

Ordanın vassalı vəziyyətinə düşmüşdür. Volqa-Kama torpaqları və qıpçaq çölü Qızıl Ordanın tərkibinə qatılır. 

Monqol-tatarları tutduqları ərazilərdə, o cümlədən Rusiyada ən böyük ziyanı şəhərlərə vururdular, onların çoxunu 

dağıdırdılar. Belə ki, həmin şəhərləri özləri üçün təhlükəli müqavimət mərkəzi sayırdılar. 

 

Çingiz xanın Səmərqənddə olan iqamətgahına dəvət etdiyi Çan Çunya türk xalqlarının əraziləri haqqında  zəngin 



materiallar toplamışdır. Pekindən hərəkətə başlayan Çan Çunya Xalxin Qol çayını, Şimali Monqolustanı, Altay 

dağlarını, Şərqi Tyan-Şanı seyr edir. O, Tyan-Şan dağları haqqında yazırdı: buludlar qədər hündür, qum dənələri 

qədər ağdır». Tyan-Şanın Cunqariya düzənliyinə baxan şimal yamacından keçərək qərb istiqamətində hərəkət edən 

Çan (Sayram-Nur duzlu gölün ətrafına fırlanaraq İli, Talas çaylarının vadisinə enir və 1221-ci ildə gəlib Səmərqənd 

şəhərinə çatır. Çan Çunya keçdiyi ərazilərdəki yayla və dağlar, çaylar, göllər, səhralar haqqında qiymətli məlumatlar 

verir. Onun sadaladığı coğrafi adların çox böyük əksəriyyəti türk mənşəlidir. Bu da Mərkəzi Asiyanın 

məskunlaşmasında türk xalqlarının böyük zəhmətinin sayəsində əldə edilmişdir. Mərkəzi Asiyada ticarətin 

inkişafında, onun yollarının qorunmasında əsrlər boyu bu yerlərin hökmranları olmuş türk xalqlarının rolu  

danılmazdır. 

 

Türk xalqlarının yetişdirdiyi bir sıra görkəmli alimlər riyazi coğrafiyanın, astronomiyanın inkişafında Asiyanın və 



xüsusilə Yaxın və Orta şərqin öyrənilməsində əsas rol oynamışlar. Bu alimlərin bir çoxu öz  yaradıcılığını o dövrün 

iri elm və mədəniyyət mərkəzlərində, o cümlədən Bağdadda, Səmərqənddə, Marağada davam etdirirdilər. 

 

Böyük türk alimi Əl-Xarəzmin kitabları coğrafiya və astronomiyanın riyazi hesablama məsələlərinə və həmçinin 



məntəqənin coğrafi enliyi və uzunluğunun dəqiq müəyyən edilməsinə və s. həsr olunmuşdur. 

 

Əl-Xarəzmin «Yerin mənzərəsi kitabı» hətta ərəb coğrafiya Ədəbiyyatının simasını müəyyən edirdi. Onun kitabında 



Yerin 2402 məntəqəsinin koordinatının müəyyən edilməsinin özü coğrafiya tarixində təqdirə layiq hesab olunurdu. 

 

Xarəzmli böyük ensiklopediyaçı alim Əl-Biruni XI əsrin ən böyük coğrafiyaşünası hesab olunur. Əl-Biruni tarix, 



etnoqrafiya, təbiətşünaslıq, riyaziyyat, astronomiya, mineralogiya və s. elm sahələrinə aid 150-dən çox əsərin 

müəllifidir. Özünün  uzun səyahətləri zamanı İran yaylasını, Mərkəzi Asiyanın böyük hissəsini öyrənmişdir. Əl-

Biruni Pəncaba etdiyi səyahət zamanı hind elminə və mədəniyyətinə aid topladığı materiallar və özünün empirik 

müşahidələri əsasında Hindistana həsr olunmuş iri həcmli əsər yazmışdır. Orta Asiyanın topoqrafiyasına dair 

əsərində Amu-Dərya çayının bir neçə dəfə öz yatağını dəyişməsi barədəki tədqiqatları xüsusilə maraqlıdır. Əl-Biruni 

Yerin günəş ətrafında hərəkətini Kopernikdən 500 il əvvəl söyləmişdir. Dünyanın bir çox ölkələri, şəhərləri, o 

cümlədən Azərbaycanın o zaman məlum olan böyük şəhərlərinin enlik və uzunluq dairələrini göstərmişdir. 

 

18




Ömrünün sonuna yaxın yazdığı «Mineralogiya» kitabında müxtəlif mineralların və qiymətli daşların mənşəyi, 

xarakteri və mədənləri haqqında geniş məlumat vermişdir. 

 

Orta Asiyanın ilk türkşünas-ensiklopediyaçı alimi Mahmud Kaşqari həm də coğrafiyaşünas və səyahətçi olmuşdur: 



«türklərin bölgələrini, kəndlərini və çöllərini qarış-qarış gəzmişdir. Uzun illər o, türk, oğuz, qırğız şəhərlərini, 

kəndlərini, düşərgələrini dolaşaraq onların lüğətini yazmışdır». Nəticədə M.Kaşqari Xəzərin şərq sahillərindən 

başlamış Lobnor gölü meridianına və İli çayı enliyindən Kaşqariyanın cənub sərhədlərinə qədər olan geniş ərazini 

öyrənmiş, Orta və Mərkəzi Asiyanın bir hissəsinin ilk rayonlaşdırılmasını aparmış və türk xalqları və abidələrinin 

məskunlaşma sərhədlərini və yerlərini böyük dəqiqliklə müəyyən etmişdir. 

 

Onun məşhur «Divani-lüğət it-türk» (1072-74) əsərində türk qəbilələri, çoxlu dağ, çay, göl, ölkə və dövlətlər 



haqqında geniş məlumatlar toplanmışdır. Tyan-Şan və Yeddigöllük, İssık-Kul gölü, Balasaqun dağları 

(Qırğızıstanda), Altay vadisi və İli çayı və s. ən müfəssəl şəkildə səciyyələndirilmişdir. O, Narının yuxarı 

hövzəsində olmuş, Çatırgöl və Siziç (Songöl) gölünü qeydə almışdır. «Divan»ın sonuna əlavə olunmuş xəritə 

Mahmud Kaşqari dövründə türkdilli xalqların yaşadığı ərazilərin təsvirini verən ilk xəritədir. O, bir sıra paralel 

formada düzülmüş Qərbi Tyan-Şan dağ sistemini öz xəritəsində daha düzgün əks etdirmişdir. Kaşqari Manqışlak 

(Manqıstan) yarımadası ilə də tanış idi – bu yarımadaya ilk dəfə məhz onun xəritəsində rast gəlinir. 

 

Türk xalqlarının tarixi coğrafiyanın formalaşmasında Azərbaycan alimləri də gözəl töhfələr vermişlər. Orta əsrlərin 



məşhur Azərbaycan astronomu, riyaziyyatçısı, Marağa rəsədxanasının əsasını qoyan Məhəmməd Nəsrəddin Tusi 

(1201-1274) Yerin fəzada vəziyyətini göstərmiş və dərəcə torunu tərtib etmişdir. Astronomiya və coğrafiyaya aid 

qiymətli mülahizələr irəli sürmüşdür. Tusinin Təbriz yaxınlığındakı rəsədxanası uzun illər ali tədris mərkəzi kimi 

fəaliyyət göstərmişdir. M.N.Tusi triqonometriyanın əsasını qoymuşdur. Onun ölkə iqtisadiyyatına, idarəetməyə

şəhər təsərrüfatının təşkilinə aid qiymətli fikirləri olmuşdur. 

 

XV əsrdə yaşamış ərəb və fars dillərində yazmış Azərbaycan alimi Əbdürrəşid İbn-Saleh Bakuvini (1402-1473) 



coğrafiyaya aid bir sıra qiymətli əsərləri bizə gəlib çatmışdır. Onun «Abidələrin» xülasəsi və qüdrətli hökmdarın 

möcüzələri kitabı akad. Z.M.Bünyadzadə tərəfindən ərəb dilindən rus və azərbaycan dillərinə tərcümə edilmişdir. 

Bu kitabda Yer səthi yeddi iqlim qurşağına ayrılmış, bu qurşaqların əhatə etdiyi ölkələr, şəhərlər, iri yaşayış yerləri 

və tarixi abidələri haqqında müxtəlif məlumatlar verilmişdir. 

 

Bakı haqqındakı məsələlərə geniş yer verilmiş, müəllif barədə qiymətli mülahizələr yazılmışdır. O, Bakıda anadan 



olmuş və Qahirədə vəfat etmişdir. 

 

 



2.3 Normanların coğrafi kəşfləri 

Vikinqlər adlanan normanlar – «şimal adaları» müasir Danimarkada İsveçin cənubunda və Norveç sahillərində 

yaşamış qədim alman tayfaları olmuşlar. Hələ VIII əsrdən başlayaraq norman gəmiləri Norveç, Baltik, Şimal, 

Barens dənizlərində və Biskay körfəzi sahillərində cəsarətlə üzürdülər. Onlar hətta Ağ, Xəzər, Aralıq və Qara 

dənizlərinə daxil olur, sahildəki kəndləri və şəhərləri viran edirdilər. Çay yuxarı qalxaraq gəmilərini sürükləyib bir 

hövzədən digərinə keçirirdilər. Baltik-Volqa su yolu ilə Xəzər dənizinə gəlib çıxma imkanlarını nəzərə alan 

görkəmli dəniz səyahətçisi Tur Heyerdal Qobustan qayaları üzərindəki gəmi rəsmində normanların izlərini 

axtarmışdır. Normanlar Britaniya adalarını zəbt edib, Normandiyada möhkəmlənmiş və Fransanı qorxu altında 

saxlamış, Siciliyada Norman dövləti yaratmışlar. İki yüz il Avropanı qorxu altında saxlayan normanlar daha mühüm 

olan coğrafi kəşflər etmişlər. Onlar ilk dəfə İslandiyada (860-cı il), Qrenladiyada (982-ci il) və nəhayət şimali 

Amerikada (1000-ci il) olmuşlar. Özü də Amerikanı ilk dəfə Leyf Erikson (Qrenlandiyanı kəşf edən Erik Raduanın 

(«Kürən Erik») oğlu) kəşf etmişdir. Lakin XIV əsrin ortalarından başlayaraq iqlimin soyuqlaşması və bir sıra digər 

səbəblər Qrenlandiyada olan koloniyaların sönməsinə gətirib çıxarmışdı. 

 

Deməli, X.Kolumbdan beş əsr əvvəl normanların Şimali Amerikada məskənlərinin olması bir faktdır. Həm də 



normanlar materikin içərilərinə – Böyük göllər rayonuna, Missisipinin yuxarı  axınlarına qədər gedib çıxmışlar. 

Bunu   XI-XIII-əsrlərə qədər Qrenlandiya sahillərində mövcud olan 50 yaşayış məskəni və 12 kilsə qalıqları sübut 

edirdi. Normanlar suiti, morjlar, ağ ayı, müşk öküzü və balıq ovu ilə məşğul olurdular. O zamanlar yaşıllar ölkəsində 

(Qrenlandiya belə adlanır) iqlim xeyli yumşaq idi. Çətin  inana bilirsən ki, ilk kolonistlər Amerikada əkinçiliklə

atçılıq və qoyunçuluqla məşğul olublar. Onlar hətta alma yetişdirirdilər. Təəccüb olursan ki, Normanların belə 

 

19




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə