Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə5/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   52

Təxminən e.ə.517-ci ildə Dara Kabul çayının ağzında kiçik donanma düzəldir. Hind çayı ilə üzü aşağı 

enərək  Ərəbistan dənizinə, oradan isə e.ə.514-cü ildə Süveyş körfəzinin lap qurtaracağına qədər üzüb 

gəlir və orada üstü yazılar qoyur. Dara Aralıq dənizinin  şərq sahillərindən başlamış Hind çayına qədər 

uzanan ərazidəki dövlətlər və torpaqları özünə qatır. 

 

Farsların məlumatından istifadə edən Herodot Xəzər dənizinin ölçüləri haqqında düzgün məlumat verir. 



Onun heç bir dənizlə  əlaqəsi olmayan qapalı su hövzəsi olmasını söyləyir. Dənizin uzunluğu avarlı 

qayıqlarla 15 günlük, eni isə ən geniş yerdə 8 günlük məsafədir. Avarlı qayıqların o zamanlar gündəlik 

getdikləri məsafə 80 km və yaxud 15 gündə 1200 km olar ki, bu da  Xəzərin indiki uzunluğuna 

bərabərdir. 

 

Aralıq dənizinin  şərq sahillərindəki Sidon, Tir və b. şəhər-dövlətlərdə    yaşayan  finikiyalılar  özlərinin 



səyahətləri haqqında az yazılı mənbələr qoysalar da, Avropa və Şimali, Qərbi Afrika sahillərini və çoxlu 

adları ilk dəfə kəşf edənlər məhz onlar olmuşlar. Bacarıqlı dənizçilər olan Finikiyalılar e.ə. XII-X əsrlərdə 

sahil boyu ilə Aralıq dənizini başdan-başa üzüb keçmişlər. 

 

E.ə. VIII əsrdən başlayaraq finikiyalılar müntəzəm olaraq Kanar adalarına üzürlər. Burada onlar şibyənin 



xüsusi növündən boyaq, əjdaha ağacından isə  qətran  əldə edirlər, bunlardan isə müxtəlif rənglərin 

istehsalında istifadə olunurdu. 

 

Finikiyalıların dəniz  əməliyyatlarının miqyası daha böyük olmuşdur. Demək olar ki, məhz finikiyalılar 



Afrikanı ilk dəfə  kəşf edənlərdir. Oların Afrika ətrafında dolanaraq Qırmızı  dənizdən Aralıq dənizinə 

misilsiz keçidi yalnız iki min il sonra təkrarlanmışdır. Naməlum finikiya dənizçiləri birinci olaraq 

ekvatoru kəsib keçmişlər və ilk dəfə günorta vaxtı günəşi şimalda görmüşlər. Onların bu məlumatlarına 

hətta tarixin atası hesab olunan Herodot belə inanmışdır. 

 

 

Karfaqenin (e.ə. VII-VI əsr) Şimali Afrikada finikiyalılar tərəfindən əsası qoyulsa da, sonralar müstəqil 



qüdrətli dövlətə çevrilir. Məhz Atlantik okeanındakı Azor adaları,  Şimali Afrikadakı Atlas dağları 

haqqında ilk məlumat verən karfaqenlilərə coğrafiya minnətdar olmalıdır. Karfaqenlərin ticarət karvanları 

müntəzəm olaraq Saxara səhrasını  kəsib keçərək Niger çayına çıxmışdır. E.ə. VII-V əsrlər Karfaqen 

Afrikanın Atlantik okeanı sahillərini və Piriney yarımadasının Aralıq dənizi sahillərini ilk 

mənimsəyənlərdən olmuşlar. 

 

Cənubi Asiyanın Hind çayı hövzəsindəki qədim mədəniyyət e.ə. III-II əsrlərdə mövcud olmuşdur. 



Xarappa şəhərində (müasir Pakistan) tapıldığından xarappan mədəniyyəti adlanırdı. Tapılmış abidələr və 

yazılar əsasında müəyyən edilmişdir ki, onlar Hind-Qanq ovalığını, Tar səhrasını, möhtəşəm dağ sistemi 

olan Himalayı  kəşf etmişlər və geniş Hindistan yarımadasına çıxmışlar.  Ərəbistan dənizi və Oman 

körfəzində üzərkən xarappanlar sahilə perpendikulyar əsən mövsümü küləklər haqqında topladıqları 

biliklərdən istifadə edirdilər. 

 

İşgüzar hind tacirləri Mərkəzi Asiya səhraları və dağlarından yollar salaraq e.ə.II əsrdən mövcud olan və 



Çini Aralıq dənizi ilə birləşdirən Böyük İpək yolunu açmışlar. 

 

Yeni  ərazilərin öyrənilməsi və  mənimsənilməsində tacirlərlə yanaşı buddizm rahibləri də böyük rol 



oynamışlar. Qayaüstü yazılarda deyilirdi ki, onlar Suriya, Misir, Şimali Afrika, Liviya və Yunanıstanda 

olmuşlar. E.ə. I əsrdə rahiblər Göylər dağının (Tyan-Şan) cənub yamaclarındakı  vadilərdə öz 

monastırlarını tikmişlər. Onlar VII əsrdə Hindistandan Tibetə çətin, lakin qısa yol açmışlar. 

 

 



10


Hindi-Çin yarımadasını kəşf etmək şərəfi qədim hindlilərə məxsusdur. Onlar Asiyanın bu iri cənub-şərq 

çıxıntısını Qızıl Torpaq adlandırmışlar, sahildə olan adaları  və  dənizləri öyrənmişlər. Qədim hindlilərin 

ümumiləşdirilmiş ilkin coğrafi bilikləri onların müqəddəs kitablarında toplanmışdır. 

 

 



Qədim Çin mədəniyyəti e.ə.II-I minillikdə Xuanxe və Yantsız çaylarının aşağı axınlarındakı düzənlikdə 

yaranmışdır. Qədim çinlilər Xuanxe və Yantsızı çayları boyunca yuxarı qalxaraq dağlıq əraziləri və aşağı 

enərək Sarı və Cənubi-Şərqi Çin dənizləri sahillərini, Koreya Yarımadasını və həmçinin Tayvan adasını  

kəşf etmişlər.  

E.ə. IV əsrdə və III əsrin başlanğıcında Çində coğrafiyaya həsr olunmuş  əsərlər yaranmağa başlayırlar. 

Belə ki, e.ə.III  əsrdə Çin çarlığının anonim coğrafiyaçısı o dövrdə  məlum olan ərazinin ilkin təsvirini 

vermişdir. 

 

E.ə. II əsrdə coğrafiyaya dair əsərlərin xüsusi forması-səyahətlərin yol təsviri yaranır. Belə  təsvirin 



müəlliflərindən biri olan Çjan-Syan e.ə.138-ci ildə Çin imperatoru tərəfindən Mərkəzi Asiyanın 

Yeddiçaylıq (Semireçye-rus.) rayonunda köçəri həyat sürən sakların düşərgəsinə göndərilir, lakin onu 

yolda Mərkəzi Monqolustan və Trans-Baykal yüksək düzənliklərində hökmranlıq edən hunlar əsir 

götürür. On il əsirlikdə qaldıqdan sonra  Qaçmağa müyəssər olur. Mərkəzi Tyan-Şanın hündür 

aşırımlarından keçib donmayan İssık-Kul gölünün cənub sahilinə köçəri sakların düşərgəsi olan – Çiqu 

şəhərinə gəlib çıxır, oradan yenidən dağ aşırımlarını keçərək Narın çayı dərəsi boyunca Fərqanə vadisinə 

– Quşyan (Kassan) şəhərinə gəlir. Bir il sonra vətənə qayıdan  Çjan-Syan Pamir dağlarını şimaldan (Alay 

vadisindən) keçərək Təklə-Məkan səhrasına gəlib çatır. Onun səthi ilə bir vadidən digərinə    keçərək 

axarsız duzlu göl (Lobnor) yerləşən geniş yastı çökəkliyə çatır. Özünün hesablamalarına görə 14.2 min 

km. yol qət etmiş Çjan-Syan ilk dəfə çinliləri Mərkəzi Asiyanın çölləri, səhraları, iri dağ sistemləri-Tyan-

Şan və Pamir, bu dağlardan başlayan və «Qərb dənizinə» (Aral) tökülən Amu-Dərya və Sır-Dərya çayları 

haqqında dürüst məlumatlarla tanış etmişdir. Onun keçdiyi marşrutla e.ə. II-I əsrlərin sərhədlərində 

Böyük İpək yolunun cənub qolu salınmışdır. 

 

Tarixi məlumatlara görə e.ə. XI-VIII əsrlərdə Çində ipək parça üzərində yüksək səviyyədə tərtib olunmuş 



torpaq və poçt yolları  və digər xəritələr düzəldilirdi. Onlardan biri olan «hərbi» xəritədə yollar, çaylar, 

dağlar, hərbi postlar, siqnal qüllələri, yaşayış yerləri və orada olan evlərin sayı  və s. əks olunmuşdur. 

Xəritələrdə yerlər dəqiqliklə göstərilirdi. Bunun üçün ən mükəmməl alət olan kompasdan istifadə 

olunması haqqında çin səyyahları hələ e.ə. III əsrdə məlumat verməyə başlamışdılar. 

 

Bizim eranın III əsrində məsafə ölçən alət icad olunur; yüngül arabacığın təkəri və barabanı dişli ötürücü 



ilə birləşdirilirdi. Hər «li» (576 m) barabana vurmaqla qeyd olunurdu. Bu icadın köməyi ilə Çində ipək 

parça üzərində 18 səhifədən ibarət böyük regional atlas düzəldilmişdir ki, bir adam onun səhifəsini güclə 

çevirə bilirdi. 

 

 



 

1.4 Avropa antik dövrünün xalqlarının coğrafi ideyaları 

Quldarlıq quruluşunun  ən yüksək inkişaf səviyyəsinə çatdığı  qədim yunan və Roma dövlətlərində 

incəsənət, elm və ədəbiyyat sahəsində, şəhərsalma, memarlıq işində böyük nailiyyətləri əldə edilmişdi. Bu 

ölkələrdə bir sıra elmi məktəblər yaranmışdır. 

 

E.ə. VI-V əsrlərdə yunanların  İon dənizi sahilində yerləşən Milet şəhərində onun adını daşıyan  İon 



(Miletli) natur fəlsəfə məktəbi fəaliyyət göstərirdi. Onun nümayəndələri arasında Heraklit (e.ə. 540-480-

cı illər) xüsusilə fərqlənirdi. 

 

 

11




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə