Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə3/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   52

Hələ lap qədimlərdən Çində  məhsuldar qüvvələrin və bütövlükdə elmin inkişafı kompasın  ixtirasına 

səbəb oldu, bu ixtira isə öz növbəsində coğrafi biliklərin və kəşflərin genişlənməsinə güclü təkan verdi. 

 

Coğrafiya tarixi bu elmin keçdiyi yolu dövrlərə bölməyi tələb edir. Coğrafiya tarixi kursun aşağıdakı 



dövrlər ayrılır: 

 

1. Qədim dünya coğrafiyası V əsrə    qədərki dövrü əhatə edir. Bu dövrdə inkişaf edən Aralıq dənizi 

mədəniyyəti antik coğrafi kəşflərə güclü təkan verir, geniş  ərazilərin coğrafi xəritələri tərtib olunur. 

Qədim xalqların ilkin coğrafi təsəvvürləri və  səyahətləri haqqında məlumat verilir. Antik 

coğrafiyaşünaslardan Eratosfen, Aristotel, Ptolemey, Strabon və b. klassik əsərlərinin coğrafiya tarixində 

yeri müəyyənləşdirilir. 

 

 

2. Orta əsr coğrafiya tarixinin (V-XV) ümumi icmalı, xristian dünyasında təbiətə dair mütərəqqi və 



mürtəce baxışların mübarizəsi,  Ərəb coğrafiyası  və kartoqrafiyası,  İbn-Bətuti, Marko Polo və b. 

səyahətləri əks olunur. İndiyə qədər Ərəb coğrafiyası tərkibində verilən türk xalqları və onun Əl-Xarəzmi, 

Əl-Biruni, Nəsrəddin Tusi, Mahmud Kaşqari və s. kimi alimlərin astronomiya, riyazi coğrafiya, 

xəritəşünaslıq və s. aid bilikləri ayrıca bölmə şəklində verilir.  

 

3. Yeni dövrün coğrafiyası (XV-XIX əsrlər) Böyük Coğrafi kəşflər kapitalist manufakturasının inkişafı 

(XYI əsrin ortalarından XYII  əsrin ortalarına qədər) və yeni dövrün (XYII əsrin ortaları və XYIII və XIX 

əsrlərədək) tarixini əhatə edir. Bu dövr  coğrafiya tarixinin qızıl dövrü adlanır. 

 

 



4. Müasir dövrün coğrafiya tarixi Arktika və Antarktidanın, Dünya okeanının və kosmosdan Yerin 

öyrənilməsini, müxtəlif coğrafiya elmi məktəblərinin yaranmasını, ətraf mühitin mühafizəsi və bərpasını, 

Azərbaycanda coğrafiya elminin  inkişafını və s. əhatə edir. 

 

 



Beləliklə, «Coğrafiya tarixi» kursunda verilən «coğrafiya» anlayışı bu elmlər sisteminin hamısına – fiziki 

və iqtisadi coğrafiyaya, kartoqrafiyaya şamil edilir. Özü də coğrafiya təbiət və cəmiyyətin qarşılıqlı təsiri 

gedişində yer səthində yaranan ərazi sistemlərinin inkişafı  və idarə olunmasının qanunauyğunluqları 

haqqında elm kimi başa düşülür. Landşaft, okean, çay, göl, relyef formaları, biosenozlar, əhali 

məskunlaşması, şəhərlər, istehsal, rekreasiya və s. belə sistemlərdəndir. Onlar ümumi və tematik xəritələr  

üzrə öyrənilə və müxtəlif xəritə miqyasları ilə nəzərdən keçirilə bilərlər. 

 

Coğrafiya elmlərinin tarixi ali  məktəb fənni kimi tarixin inkişaf mərhələlərində coğrafi kəşflərin və 



ideyaların tarixindən bəhs edir. 

 

Dünya coğrafiya ədəbiyyatında bu mövzuya aid bir sıra  sanballı  əsərlər yazılmışdır. Həmin əsərlərdən 



alman coğrafiyaşünası A.Hetnerin «Coğrafiya: onun tarixi və metodları», «Amerika coğrafları», 

R.Hartşorın «Coğrafiyanın mahiyyəti» və «Coğrafiyanın perspektivləri», P.H.Ceymsin «Dünyada coğrafi 

fikirlər»,  İngiltərə coğrafiyaçıları P.Haqqetin «Coğrafiya: müasir elmlər sintezi», T.Frimmanın 

«Coğrafiya 100 ildə, Rusiya  coğraflarıdan İ.P. və V.İ.Maqidoviçlərin beş cilddə «Coğrafi kəşflərin tarixi 

oçerkləri», A.İsaçenkovun «Coğrafi fikirlərin inkişafı», Y.Sauşkinin «Coğrafiya elminin tarixi və 

metodologiyası», N.M.Vəlixanlının IX-XII əsrdə Ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında» 

və s. göstərmək olar. 

 

Sonuncu istisna olunmaqla bu əsərlərin heç biri Azərbaycan dilinə  tərcümə olunmadığına görə 



respublikamızın tələbə ictimaiyyətinə, geniş oxucu kütləsinə tanış deyildir. İndiyədək ana dilimizdə 

coğrafiyanın tarixinə aid əsərlər yox dərəcəsində idi. 

 

6



 

Bu baxımdan ölkəmizin coğrafiya ədəbiyyatında ilk dəfə olaraq yazılmış «Coğrafiya tarixi» dərs vəsaiti 

bir tərəfdən, yuxarıda göstərilən çatışmazlıqları aradan qaldıracaq və digər tərəfdən bu sahədə geniş və 

ardıcıl biliklər verəcəkdir, elmi tədqiqat işlərinə marağı artıracaqdır. 

 

 

 



 

I fəsil 


 

QƏDİM DÜNYA COĞRAFİYASI (V əsrə qədərki dövr) 

 

1.1 İlkin coğrafi bilik və təsəvvürlərin yaranması 

İlkin coğrafi biliklər hələ ibtidai  icma quruluşu dövründə meydana gəlmişdi. Bu biliklər öz əksini 

əfsanələrdə və sadə rəsmlərdə – «xəritələrdə» tapırdı. İnsanlar yaşadıqları ərazidə və ona yaxın yerlərdə 

baş verən hadisələr haqqında məlumat toplayır, həmin məlumatların bəzilərini qayalarda həkk edirdilər 

(bunu Qobustan qayalarında da görmək olar) Belə  rəsmlərdən qədim insanların dəniz, yaxud çay 

sahilində yaşadıqlarını, hansı heyvanlara rast gəldiklərini müəyyənləşdirmək mümkündür. Müasir 

dövrdən gəlib çıxmış  ən qədim rəsmlər Qədim  Şərqdə (Babilistan, Misir) və Çində yaşamış xalqlara 

məxsusdur. Salamat qalmış  qayaüstü rəsmlərə  Cənub Amerikanın və  Şimali Asiyanın dağlıq 

rayonlarında da rast gəlinir. Beləliklə, insanların  ətraf mühit haqqındakı empirik təsəvvürləri  əmək 

fəaliyyəti birlikdə meydana gəlmiş və onların malik olduqları informasiyaların əsasını təşkil etmişdir. 

 

E.ə. IV  minilliyin və III minilliyin hüdudlarında Asiyada, Afrikada və Avropada ən qədim quldar 



Dövlətlər yaranmışdır. Bu dövlətlərin apardıqları müharibələr,  şəhərsalma işləri, yeni dəniz yollarının 

kəşfi, uzaq ölkələrlə ticarət əlaqələrinin yaradılması və s. çoxlu biliklər tələb edirdi. Buna görə də Şimali 

Hindistan, qədim Çin, Misir, Finikiya kimi dövlətlərdə  və Finikiyanın müstəmləkəsi olan Karfagen 

sakinləri arasında dəniz və quru yollarını öyrənən, başqa ölkələrin sərvətləri haqqında coğrafi biliklər 

toplayan səyyahlar meydana gəlmişlər. 

 

Ətraf  ərazilərin  təbii  şəraiti, vəhşi heyvanların yaşayış  tərzi, dəniz  və göllərdəki balıqların hərəkəti



mövsümü, otlaqlar və s. haqqında müfəssəl biliklər olmadan təsərrüfatı idarə etmək qeyri-mümkün idi. 

Uzun illərdən bəri insanların apardığı bu təsərrüfat fəaliyyəti gedişində  ətraf mühit, yer, bitki, heyvan 

adları haqqında hafizələr də qalaq-qalaq kitablardakı  qədər biliklər toplanmışdır. Özü də  hər bir yerin 

özünün «yazılmamış»  şifahi xalq coğrafiyası yaranmışdır. Geniş bozqır çöllərdə yaşayan türk xalqları 

müxtəlif otlaq tipləri və heyvan növləri ilə bağlı çoxlu adlar yaratmışlar. 

 

Hələ erkən daş dövründə (neolitdə) ovçular heyvanların arxasınca uzaqlara gedir, yavaş-yavaş Yer 



səthində yayılır və yeni əraziləri  məskunlaşdırırdılar. Müxtəlif yaşayış    şəraitinə malik olan bu yeni 

ərazilər irqi və etnik fərqlərin yaranmasına təkan vermişdir. 

 

Ticarətin inkişafı yeni-yeni qiymətli xammal mənbələri, qızıl, mis, qalay, ağac materialları, fil dişi 



sümüyü və s. əldə etmək cəhdi coğrafi təsəvvürlərin, müxtəlif səyahətlərin başlıca hərəkətverici qüvvəsi 

olmuşdur. Qızıl, gümüş, qiymətli daş-qaş,  ədviyyat, ipək və s. ilə  zəngin olan ölkələr arasında  əlaqələr 

daha əhəmiyyətli idi. 

 

Ərazi  əmək bölgüsünün genişləndirilməsi cəhdi uzaq səyahətlərə, müxtəlif ölkələri tanımağa, 



müstəmləkələr tutmağa yol açırdı və nəhayət coğrafi təsəvvürlər və ümumiləşdirmələr aparmağa imkan 

verirdi. 

 

 

7




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə