Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə4/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   52

Coğrafi kəşflər, xəritələrin tərtibi və coğrafi təsvirlər isə öz növbəsində  ərazi  əmək bölgüsünün 

genişlənməsinə kömək edirdi. Demək olar ki, coğrafiya ərazi əmək bölgüsünün inkişafından  yaranmışdır; 

əgər ölkələrarası  əmək bölgüsü zəifləyirsə, coğrafiyanın da digər elmlər arasında  əhəmiyyəti itir. Ərazi 

əmək bölgüsünün genişlənməsi və  dərinləşməsi ilə coğrafiyanın inkişafı arasındakı bu əlaqələr nəinki 

təkcə antik, elə hazırkı dövrə də aiddir. 

 

Qədim Şərq xalqlarının ilk yazılı mənbələrində səyyahların təsvir etdiyi ölkələr barədə bir sıra qiymətli 



məlumatlara rast gəlinir. Lakin coğrafi anlayışlar təkcə  səyyahların qeydlərində deyil, nağıllarda, 

dastanlarda, eposlarda və s. əsərlərdə  də öz əksini tapmışdır. Məsələn, hindlilərin Ramayana və 

«Mahabharata» dastanlarında, çinlilərin «Şisezi», «Şuytzit», azərbaycanlıların «Dədə Qorqud», 

qırğızların «Manas» eposlarında təsvir olunan hadisələrin baş verdiyi yerlərin coğrafi  şəraiti haqqında 

zəngin məlumatlar vardır. 

 

Yer haqqında yaranan belə ilkin təsəvvürlər bəzən indiki adamlarda təbəssüm doğuracaq qədər əfsanəvi 



görünürdü. Qədim Babilistanda  Yer haqqında yaranan təsəvvürlərə görə dünya ayrı-ayrı qatlardan təşkil 

olunub. Özləri bu qatın mərəzində, başqaları isə üst və yerin alt qatında yaşadıqları göstərilirdi. Qədim 

Şumerlərin fikrincə dünyada dörd cəhət var və hər cəhətdə bir dünya olur. Hindlilər isə, məsələn, yerin 

müstəvi (yastı) olduğunu və özü də fillərin kürəyində yerləşdiyini təsəvvür edirdilər. Yunanlar hesab 

edirdilər ki, Yer hər tərəfdən okeanlarla əhatə olunmuş qabarıq disk formasındadır. Yazı olmadığı 

tarixdən  əvvəlki dövrə aid yaranan belə  əfsanələr, nağıllar qorunub saxlanılmış,  əlavələr edilmişdi və 

nəsildən  nəslə verilmişdir. 

 

Belə əfsanələrdə coğrafi xarakterli dəqiq təsvirlər ənənəvi mif süjetləri və obrazları ilə  birgə verildi. Yazı  



icad olunduqdan sonra bu biliklərin dəqiq qeydiyyatının  aparılması mümkün olmuşdur. Qorunub 

saxlanılmış yazılı abidələrin köməyi ilə qədim sivilizasiyanın yaradıcıları olan Misir, Assuriya, Hindistan 

və Çinin coğrafi təsəvvürləri haqqında biliklər söyləmək olurdu. 

 

 



1.2 Qədim  misirlərin coğrafi təsəvvürləri 

Qədim dünya onlarca müxtəlif ölkələrin və  mədəniyyətlərin mozaikasından ibarət idi. Yeni torpaqlar 

axtarışına birinci növbədə iqtisadi  ehtiyaclar təhrik edirdi; yeni münbit torpaqlar tapmaq və 

mənimsəmək; əsirlər və  qənimətlər  əldə etmək; uzaq ölkələrlə ticarət  əlaqələri qurmaq. Alimlər Qədim 

misirlərin coğrafiyası haqqında məlumatları müxtəlif abidələr, fildişi və papirus kağızı üzərindəki 

yazılardan  əldə etmişlər. Bu yazılarda və  hərbi yürüşlərdə, Nil vadisində  əkinçilik,  ətraf  ərazilərdə 

yaşayan xalqlar haqqında məlumatlar verilmişdir. Misirlilər  e.ə. XXIX əsrdə Süveyş körfəzinə  və 

bərxəzinə çıxmışlar, orada olan şor sulu gölləri kəşf etmişlər. Həmin  göllərdən indi Süveyş kanalı keçir. 

E.ə. XXVIII əsrdə Sinay yarımadasında vadilərə rast gəlmişlər və qiymətli tikinti materialları, malaxit, 

firuzə daşı tapmışlar və uzun əsrlər ondan istifadə etmişlər. Misirlilər Suriyaya daxil olmuşlar və Fərat 

çayının mənbəyinə çıxmışlar. Aralıq dənizində misirlilər ilk dəfə e.ə. XXVII əsrdən üzməyə başlayıblar, 

daha sonra Nil çayı ilə 2 min km qədər yuxarı qalxmışlar. Qırmızı  dənizin sahillərinə  çıxdıqdan sonra 

misirlilər əmin olmuşdular ki, dəniz yolu quru yoluna nisbətən daha rahatdır. 

 

Afrika sahillərilə Punta (Müasir Somali) qədər olan dəniz yolunun mənimsənilməsində birincilik 



misirlilərə  məxsusdur. Somalidə bitən qiymətli ağac növlərindən alınan qətranlar gəmilərlə Misirə 

gətirilirdi. 

 

E.ə. IV əsrdə Misir Makedoniyalı  İskəndər tərəfindən tutulduqdan sonra misirlilərin topladıqları geniş 



coğrafi biliklər yunanlar tərəfindən  əğz olunmağa başlanır. Bu işdə  İskəndəriyyə  şəhərində yaradılmış 

zəngin kitabxanalar və rəsədxana müstəsna rol oynayır. 

 

 

 



8


1.3 Qərbi, Cənubi və Şərqi Asiyanın qədim xalqlarının coğrafi ideyaları 

Misirlə yanaşı sivilizasiyanın qədim ocaqlarından biri də Dəclə və Fərat çayarası olmuşdur. Onun cənub 

dəniz  sahillərində  şumerlər bir sıra  şəhər-dövlət bina etmişlər.  Şumerlərin coğrafi anlayışları haqqında 

e.ə. XXV əsrdə gil lövhələrin üzərində çəkilmiş xəritədən aydın aydın görmək olar. Ən qədimi olan belə 

xəritələrin birində  Şimali Mesopotamiya kəndləri, çayları  və dağları  əks olunmuşdur. Digərində isə 

Mesopotamiyanın  ən böyük şəhəri olan Vavilyondan Yer Fərat çayının kəsdiyi yastı dairə formasında  

göstərilmişdir. Fərat çayı dağlardan axır və özü də  hər tərəfdən Yerlə  əhatə olunmuş okeana tökülür. 

Okeanın kənarlarında üçbucaq şəklində olan yeddi ada yerləşir. 

 

E.ə. XIII-XII əsrlərdə Ön Asiyanın səhnəsində güclü Assuriya imperiyası görünməyə başlayır. Onların 



hərbi  yürüşlərini tərənnüm edən yazılarda Xəzər, Qara və Aralıq dənizlərini əhatə etdiyi ehtimal olunan 

«Günəş batan dənizlər» təsvir olunurdu. Bu dənizlərin öz arasında birləşmələri haqqında hələ o zamanlar 

yaranmış təsəvvürlər Yeni dövrə qədər gəlib çıxmışdır. 

 

Assuriyalılar e.ə. 802 və 788-ci illərdə İran yaylasından köçərək Türkmənistan-Xorasan dağlarının cənub 



yamaclarına Hərirud və Murqab çaylarına qədər gedib çıxmışlar. Məğlubiyyət bilməyən güclü Assuriya 

çarlarının qoşunları  hərbi yürüşlər zamanı Su riyanı, Fələstini, Finikiyanı  və Kiçik Asiyanın  şərq 

hissələrini kəşf etmişdirlər. 

 

E.ə. I-ci minillikdə Urmiya gölü tökülən Çiqatay çayı  ətrafında qədim Azərbaycan dövləti olan Manna 



yaranmışdır. Onun sərhədləri  şərqdə Xəzər dənizinə şimalda Araz çayına qədər uzanırdı. Manna dövləti 

Azərbaycan xalqının formalaşmasında müstəsna rol oynamışdır. Onun paytaxtı  İzirtu (Zirta) şəhəri idi. 

Manna dövlətinin qala şəhərləri, suvarılan  əkinləri, üzümlükləri, bağları, geniş otlaqları, qoyun və at 

sürüləri olmuşdur. 

 

E.ə. IX  əsrdə indiki Van gölü ətrafında paytaxtı Tuşpa şəhəri olan Urartu dövləti yaranmışdır. Urartulular 



Kiçik Qafqazın şimal yamacları və Kolxida ovalığının cənub kənarı ilə hərəkət edərək, Kür çayının yuxarı  

axınlarına çıxmışlar. Kars yaylası vasitəsilə Araz çayının orta axınına, oradan Zəngi (Razdan) çayı ilə 

qalxaraq Göycə gölünə çıxmışlar. Zəifləyən və dövlətini itirən urartu tayfaları xarici təzyiqlər nəticəsində 

Kiçik Qafqazı  aşaraq Orta Kür vadisinə, bəziləri isə  hətta Böyük Qafqazın  ətəklərinə gedib çıxırlar. 

Ehtimal olunur ki, məhz urartulular Böyük Qafqazı ilk kəşf edənlərdir. 

 

E.ə. 2-ci minilliyin sonunda və 1-ci minilliyin əvvəllərində  İran Azərbaycanı (Cənub Azərbaycan) 



ərazisində paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri olan möhtəşəm və güclü Midiya dövləti yaranmışdır. 

Özünün  ən yüksək tərəqqisi dövründə  Qızıl  İrmak (müasir Türkiyə)  çayından başlanmış  Əfqanıstana, 

Orta Asiya vadilərinə  qədər böyük bir ərazini tutmuş  və Astara ilə Qorqan arasında Xəzər dənizi 

sahillərinə çıxmışlar. Nəticədə Elbrus bütün enlik boyu midiyalılara məlum olmuşdur. Təxminən e.ə. 590-

cı illərdə ayrı-ayrı Midiya dəstələri Kür çayını keçmiş  Xəzər sahili yoldan istifadə edərək Abşeronun 

şimalına, Xəzər darvazasına (Dərbənd) qədər gedib çıxmışlar. 

 

 

Qədim farslarda coğrafiyaya aid qiymətli mənbə Böhüstan yazıları hesab olunur. Bu kitabda çar Daranın 



zəbt etdiyi geniş ölkələrdən, Qərbi Şərqlə birləşdirən karvan yollarından nağıl olunur. Adı çəkilən karvan 

yolu qərbdə Vavilyondan başlayaraq şərqdə Çinə qədər gedib çıxırdı. 

 

Farsların «Böyük İran» adlandırdıqları imperiya fars dilində danışan bütün əraziləri – Orta Asiyanın 



cənubunu, Hindistanın  şimal-qərbini, Qafqazın cənub ucqarlarını  və Mesopotamiyanı  əhatə edirdi. 

Özəyini – mərkəzini müasir İran və Əfqanıstanın bir hissəsi təşkil edirdi. Qüdrətli dövlətin əsasını qoyan 

II Böyük Kir Orta Asiyaya, Qafqaza soxulur.  Qoşunu ilə Amu-Dərya vadilərini tutur, Pamir («Mitranın» 

Çardağı) dağlıq ərazinin ətəklərinə qalxır. 

 

 

9




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə