Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə6/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   52

Coğrafi hadisələri (qurunun və dənizin bir-birini əvəz etməsi, zəlzələlər, Nil çayının daşması və s.) elmi 

cəhətdən ilk dəfə e.ə.VI  əsrdə  İon məktəbinin nümayəndələri Fales və Anaksimandr izah etməyə (sırf 

mücərrəd nəzəriyyə şəklində) cəhd göstərmişlər. 

 

Məhz həmin məktəbin nümayəndəsi olan Anaksimandr ilk coğrafi xəritə düzəltmişdir. E.ə. VI əsrdə o 



həmin dövrdə Yerin məlum olan hissəsinin ilk xəritəsini tərtib edir və onu hər tərəfdən su ilə  əhatə 

olunmuş yastı dairə formasında göstərir. Belə ki, həmin dövrdə  qədim Yunanıstanda dənizçiliyin və 

ticarətin inkişafı qurunun və dəniz sahillərinin təsvir olunmasını tələb edirdi. Hətati Miletli (e.ə.580-480) 

Yunanıstanı və o zaman məlum olan bütün ölkələrin coğrafi təsvirini vermişdir. 

 

Qədim Yunanıstan filosofu Herodot  (e.ə.486-125) o zamankı  İtaliyaya, Babilistana, Nil çayı vadisinə, 



hətta Don çöllərinə  səyahət etmiş  və  nəticədə qiymətli coğrafi fikirlər irəli sürmüşdür. Onun fikrincə, 

tarix coğrafi fikirlər, coğrafiya isə tarixi biliklər baxımından öyrənilməlidir. O, ilk dəfə Nil çayı vadisinin 

təşəkkülünü və onun deltasının əmələ gəlməsini öyrənmiş, Xəzərin dəniz deyil, göl olmasını söyləmişdir. 

Herodot tarixi coğrafiyanın əsasını qoymuşdur. 

 

Beləliklə, artıq e.ə. VI əsrdən başlayaraq elmdə iki müstəqil coğrafi istiqamət yaranmışdı; ümumi 



yerşunaslıq, yaxud fiziki coğrafiya və ölkəşünaslıq. «Klassik  Yunanıstan» dövrünün ən görkəmli 

nümayəndələrindən sayılan Aristotelin ümumi yerşunaslıq elminin inkişafına böyük təsiri olmuşdur. Elm 

tarixində əvəzedilməz xidmətləri olan görkəmli alim və böyük filosof Aristotelin (e.ə.384 – 322) bir sıra 

qiymətli çoğrafi fikirləri bu gün də öz əhəmiyyətini itirməmişdir. O, «Meteorologiya» əsərində  təbii 

coğrafi məsələlərə geniş yer vermişdir. Bunu nəzərə alsaq, Aristoteli hidrologiya, okeanologiya və 

metereologiya elmlərinin banisi hesab etmək olar. 

 

Aristotel təbiətin elementlərini sadəcə sadalamırdı, qurunun və dənizin bir-birinə qarşılıqlı təsirini tarixi 



metodla öyrənməyi təklif edirdi. Onun əsərlərində digər elmlərin də ilk müddəalarını görürük. O, siyasi 

hadisələri izləmiş, hətta «Siyasət» adlı kitab da yazmışdır. Real gerçəkliyi, hadisələrin səbəblərini riyazi 

yollarla həll etmək istəmişdir. Aristotelin dövrü ilə qədim yunan klassisizmi qurtarır və ellinizm başlanır. 

Bu dövr Aristotelin tələbəsi olan  Makedoniyalı İskəndərin (e.ə.356 – 323), Yunan dövlətinin yeni-yeni 

hərbi qələbələri dövrü, ictimai həyatın bütün sahələrində əldə edilən parlaq müvəffəqiyyətlər dövrü idi. 

Bu dövrdə yunanlar tərəfindən zəbt edilən Misirin, Yaxın  Şərqin, Orta Asiyanın və Hindistanın 

mədəniyyəti yunan mədəniyyəti ilə qovuşur. Yunan alimləri və  səyyahları  həmin  ərazilərdəki zəngin 

elmi, tarixi və  bədii  əsərlərlə tanış olurdular. Beləliklə, dünya görüşləri genişlənir, elmi bilikləri 

dərinləşirdi. Əgər Qədim yunanlar Yaxın Şərqin qədim xalqlarının coğrafi materiallarını, məlumatlarını 

toplayıb və ümumiləşdirib gələcək nəsillərə ötürməsəydilər, bu xalqların coğrafi kəşflərinin çoxu unudula 

bilərdi.  

Həmin vaxtlar elmdə ilk diferensassiya, elmi tədqiqatların ixtisaslaşması prosesi başlamışdı. Bəzi ellərdə 

ellinizm məktəbinin geniş  ərazidən topladığı  məlumatların sintezi gedirdi. Bu işdə  zəngin bilik sahibi 

Eratosfen  (e.ə. 276 – 194) mühüm yer tuturdu. O, coğrafiyanı  dəqiq elmlər sırasına daxil etmiş, onu 

riyaziyyat, fizika, təbiət və tarix elmləri ilə əlaqələndirmişdir. 

 

Eratosfen makedonyalı İskəndərin İskəndəriyyədə yaratdığı böyük kitabxananın materiallarından istifadə 



edərək, bilik dairəsini genişləndirmişdir. Yerin ən dəqiq ölçülərini Eratosfen vermişdir, ilk dəfə 

«Coğrafiya» adlı kitab yazmışdır. Bu kitabda coğrafiyanın tarixi, Yerin, okeanları və qurunun forması və 

ölçüləri göstərilmişdir. O zamandan bəri Yeri və yaxud onun hissələrini təsvir edən elmi coğrafiya 

adlandırmışlar. 

 

Mükəmməl coğrafi xəritələri Eratosfen tərtib etmişdir. Məhz Eratosfen Yerin kürə formasında təsvirini 



vermiş, kürənin dərəcə torunu müəyyənləşdirmiş, ekvatorun uzunluğunu cüzi xəta ilə hesablamışdır. 

Eratosfen təsdiq edirdi ki, Priney yarımadasından qərbə  tərəf üzməklə Hindistana gedib çatmaq olar. 

 

12



Məlum olduğu kimi, 1700 ildən sonra Kolumb bu ideyadan mahiranə istifadə etmişdir. Eratosfen fiziki 

coğrafiyanın əsasını qoymuşdur. Onu «coğrafiyanın atası» hesab edirlər. 

 

E.ə.  II əsrdə Yunan imperiyası süquta uğrayaraq müstəqilliyini itirmiş,  əvəzinə Avropada yeni böyük 



quldarlıq dövləti olan Roma imperiyası yaranmışdır. Roma imperiyası quldarlıq dövrünün elm və 

mədəniyyətinin, ədəbiyyat və incəsənətinin ən yüksək nailiyyətlərinə yiyələnmiş, özündən əvvəlki yunan 

elmini və  mədəniyyətini qoruyub saxlamış, öz mədəniyyətini onun mirası üzərində qurmuşdur. Roma 

imperiyası dövründə yunan elminin bir sıra müddəalarına yenidən baxıldı, ona əlavələr olundu, elm xeyli 

inkişaf etdirildi. Bu zaman yeni bir cəhət də meydana gəldi. Bütövlükdə yunan elmi fəlsəfə, riyaziyyat, 

fizika və  təbiiyyat elmlərilə  əlaqədar yarandığı halda, Roma elmləri, o cümlədən coğrafiya tarixilik 

baxımından yaradılırdı. Bunu Romanın məşhur coğrafiyaçı və tarixçi alimi Strabonun (e.ə.64 – b.e.24) 

fəaliyyətində izləmək olar. İki eranın  qovşağında (e.ə.64 – b.e.24) yaşamış, 43 kitabdan ibarət 

«Coğrafiya»  əsəri yazmış  və ilk dəfə bu termini işlətmiş Strabon coğrafiyada  ərazinin mənimsənilməsi 

prosesini və tarixilik problemini qoymuşdur. O, «Coğrafiya»  əsərində antik dövrün coğrafiyasının 

predmetini tam dolğunluğu ilə izah etmiş və göstərmişdir ki, bu elm dövlətin tələbatına xidmət etməklə 

yanaşı, hökmdarların fəaliyyəti ilə bilavasitə bağlı olmalıdır. Müəllifin fikrincə, onun «Coğrafiya» 

əsərində Roma dövlət başçıları, sərkərdələri, əyalət inzibatı orqanları, tacirlər soraq mənbəyi kimi istifadə 

edə bilərdilər. Buna görə  həmin  əsərdə  təbiət və  təsərrüfatla yanaşı, xeyli tarixi, etnoqrafik, məişət 

məlumatları da var. «Coğrafiya» faktiki olaraq tarixi coğrafiya sahəsində ilk qiymətli  əsərdir. Strabon 

göstərirdi ki, Yer həmişə indiki kimi qalmayacaq, sonralar onun quru səthi ilə su səthi arasındakı nisbət 

tədricən dəyişikliyə  uğrayacaq. Hazırda məskunlaşan quru vaxtilə suyun altı,  sututarlar isə quru 

olmuşdur. Çaylar, göllər indiki kimi olmamışdır,  əvvəlki çayların bəziləri qurumuş, yeniləri  əmələ 

gəlmişdir. 

 

Mütəfəkkir alim coğrafiyada tarixilik metodunu məharətlə  məkanın təhlili ilə  əlaqələndirmişdir. 



Strabonun coğrafiya elmi sahəsindəki xidmətlərindən biri də budur ki, o, coğrafi təsvir daha dolğun və 

bütöv olsun deyə materiki və ya ölkəni hissələrə bölüb, ayrı ayrılıqda öyrənmək metodunu təklif etmişdir. 

Bu gün güclü təsir bağışlayan həmin təklif coğrafiyada rayonlaşma adını almışdır.  

Strabondan sonra Romanın coğrafiya ilə bağlı böyük alimi-astranomu və kartoqrafı  Klavdiy Ptolemey 

(b.e. 90-168) olmuşdur. O da İskəndəriyyə kitabxanasından geniş istifadə etmişdir. Ptolemey 

astronomiyaya aid 13, coğrafiyaya aid 8 kitab yazmışdır. Bu kitablarda orijinal xəritələr və atlaslar da var. 

 

Ptolemey coğrafiyanı  və xoroqrafiyanı bir-birindən fərqləndirirdi və özü coğrafiya ilə  məşğul olmağa 



başladı (müasir terminlə desək, xoroqrafiya kartoqrafiyanı da daxil etməklə ümumi coğrafiyanı  və 

diyarşünaslığı əhatə edirdi). 

 

Ptolemey göstərir ki, xoroqrafiya ayrı-ayrı yerləri müstəqil tədqiqat obyekti kimi götürür və onların hər 



birini xüsusi olaraq öyrənir, həm də  ən xırda obyektləri də, məsələn, kəndləri, dairələri,  əsas çayların 

qollarını və s. təsvir edir. Coğrafiya Yerin bizə məlum olan hissəsini bütövlükdə və fasiləsiz təsvir edir, 

onun təbiətini və vəziyyətini ən ümumi şəkildə göstərir. Həm də xalqları, iri  şəhərləri, körfəzləri, çayları 

və diqqətəlayiq olan başqa  şeyləri qeyd edir. Ptolemeyə görə xoroqrafiya ən kiçik coğrafi obyektlərin 

keyfiyyət göstəricilərini əks etdirdiyi halda, coğrafiya böyük ərazilərin, yaxud bütövlükdə Yer kürəsinin 

ümumi kəmiyyət xüsusiyyətlərini göstərir. 

 

Ptolemey coğrafiya elminə bir sıra anlayışlar – coğrafi və kartoqrafik generalizasiya, tədqiqatın miqyası, 



onun obyekt və  məzmunla  əlaqəsi və s. kimi məsələlər gətirmişdir. Klavdiy Ptolemey b.e. II  əsrində 

Yerin ona qədər heç kim tərəfindən belə  dəqiqliklə düzəldilməyən xəritəsini tərtib etmişdir və onun 

dərəcə torunu göstərmişdir. Onun xəritəsində üç qitə – Avropa, Asiya və Liviya o zamanlar Afrika belə 

adlanırdı, və Atlantik (Qərb) okeanı, Aralıq dənizi və Hind okeanı təsvir olunmuşdur. 

 

 

13




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə