Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə7/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   52

Şərh etdiyimiz dövrdə tibbi coğrafiyanın da bünövrəsi qoyulmuşdur ki, bu da məşhur yunan həkimi, 

«təbabətin atası» Hippokratın (e.ə. 460-377) adı ilə bağlıdır. O, «Havalar, sular, məhəllələr haqqında» 

adlı  əsərində xalqların məişəti, sağlamlığı  və xarakterinin ətraf mühitlə  əlaqələrini açıb göstərmişdir. 

Əlbəttə, ətraf mühitin insanın sağlamlığına, onun psixikasına təsir göstərməsi ideyası özlüyündə müsbət 

haldır. Lakin Hippokrat bu məsələni bir qədər bəsitləşdirmiş, insanların həyatında təbii mühitin təsirini 

tarixi inkişaf baxımından xeyli şişirtmişdir. Onu da qeyd edək ki, müxtəlif  şəraitdə  həyatın, məişətin, 

xarakterin  ətraf mühitdən asılılığını Herodot da göstərmiş, lakin tarixin inkişafında onu həlledici hesab 

etməmişdir. 

 

Gördüyümüz kimi, qədim dünya coğrafiyasında iki müxtəlif istiqamət yaranmışdı.  Ən çox Strabon 



tərəfindən qəbul edilən təsviri diyarşünaslıq xarakterli xoroqrafiya istiqaməti. Bu istiqamət daha çox 

humanitar məzmunda qurulmuşdu, yəni bu istiqamətə uyğun gələn coğrafiyada  ən çox xalqların 

həyatından, ölkələrin siyasi quruluşundan, şəhərlərdən və s. danışılırdı. 

 

Coğrafiyanın xoroqrafiya istiqaməti fiziki coğrafiya məsələlərini arxa plana çəkir. Fiziki coğrafiya burada 



yardımçı rol oynayır. 

 

Riyazi coğrafi istiqamət. Bu istiqamət daha çox Ptolemeyin adı ilə bağlıdır: məzmunu yerin forması, 



böyüklüyü, onun xəritədə əks etdirilməsi yolları, kartoqrafik proyeksiyaların tərtibi, yerin dərəcə toru və 

s. ibarətdir. Uzun müddət ümumi coğrafiya adı ilə tanınmış həmin istiqamət müasir dövrdə Yerşünaslıq 

kimi məşhurdur. 

 

Yuxarıda haqqında danışdığımız alimlərin heç biri öz ixtisaslarına görə coğrafiyaçı olmamışlar. Onların 



əksəriyyəti filosof və tarixçi idi. Coğrafi fikirlər isə onların fəlsəfi fikirlərində və digər elmi əsərlərində öz 

əksini tapmışdır. 

 

Qədim dünyanın sonunadək sırf coğrafiyaçı meydana gəlməmiş və coğrafiya elmi yaranmamışdı. 



Praktikaya istinad edən, elmi tədqiqatlar nəticəsində yaranan coğrafiya elmi sonrakı dövrlərdə Avropada 

və Yaxın Şərqdə elmin inkişafına çox böyük təsir göstərmişdir. Bu təsirin bəzi əlamətləri coğrafiya 

elmində son illərədək özünü büruzə verməkdədir. 

 

* * * 



 

Coğrafiya tarixi,  

Tapdıq Həsənov,  

Əbdürrəhim Hacızadə 

 

II fəsil 



 

 

ORTA ƏSR COĞRAFİYASI (V-XV əsrlər ) 

 

Erkən orta əsrlərdə Avropada elm və mədəniyyət dinin təsiri altında durğunluğa uğradı. Quldarlıq dövrünün 



mütərəqqi elmi fikirləri yaddan çıxırdı. Hər cür təbii proseslər və hadisələrin baş verməsi maddi varlıqların 

yaranması haqqındakı fikirlər Allahın iradəsi ilə bağlanır, dini əfsanələr ilə əlaqələndirilirdi. 

 

Həmin dövrdə coğrafi təsəvvürlər Bibliya ehkamları və antik elmin bütpərəstlikdən təmizlənmiş bəzi nəticələri 



əsasında yaranırdı. Bu zaman Avropada coğrafiya elminin ən görkəmli nümayəndəsi (VI əsr) bizanslı Kosma 

İndikoplo idi. O, «Xristian topoqrafiyası» əsərində Avropa kosmologiyasını Ptolemey sistemindən uzaqlaşdırmış və 

bununla da orta əsrlər astronomiyasında və coğrafiyasında Yerin kürə formasında olması ideyasının əleyhinə çıxan 

sxolastik təsəvvürlərin yaradılmasında böyük rol oynamışdı. O, məskunlaşmış dünyanı uzunsov, düzbucaqlı 

şəklində təsəvvür edirdi. Bu düzbucaqlı okeanla və ikiqat qübbə formasında olan asimanın divarları ilə əhatə 

 

14



olunmuş, ondan yuxarıda «Allahın səltənəti» yerləşmişdir. Yer səthinin şimal hissəsində konusabənzər yüksək təpə 

var. Günəş bu təpənin ətrafında hərlənir, gecə-gündüz bir-birini əvəz edir. 

 

K.İndikoplonun əsərinin müəyyən elmi əhəmiyyəti də var idi. Bu əsər o zamanlar Avropada, Ərəbistan dənizi 



sahillərində yerləşən limanlar, Seylon, Hindistan, İran, Ərəbistan və Şərqi Afrikada aparılan ticarət haqqında yeganə 

məlumat mənbəyi idi. Kosma bu ölkələri ya tacir kimi şəxsən gəzib görməsilə, ya da ki, sorğu-sual vasitəsilə əldə 

etdiyi məlumatlar əsasında təsvir etmişdir. Ümumiyyətlə, bu dövrdə Avropa ölkələrində coğrafiya inkişafdan geri 

qalmışdı. 

 

 

2.1  Ərəb coğrafiyası 



Avropa ölkələrindən fərqli olaraq ərəb ölkələrində, Yaxın Şərqin və Orta Asiyanın digər ölkələrində antik Yunan və 

Roma coğrafiyasının irsi hifz edilib saxlanılır, onun ən yaxşı nümunələri ərəb dilinə tərcümə edilirdi. Ərəb 

coğrafiyaçıları Eratosfenin, Aristotelin, Strabonun, Ptolemeyin və b. əsərlərindən istifadə edirdilər. Bu zaman Şərqin 

feodal ölkələrində elm nisbətən daha çox inkişaf etmişdi. Çinlilər, ərəblər, farslar və Orta Asiya xalqları bir çox 

dünya əhəmiyyətli diyarşünaslıq əsərləri yaratdılar, riyazi coğrafiya və xəritələr tərtibi işi xeyli inkişaf etdirilirdi. 

 

Ərəbistan yarımadasında yaşayan ərəblər b.e. VII əsrindən başlayaraq islam dinini, ərəb dili və mədəniyyətini və 



biliklərini böyük ərazilərdə sürətlə yaymağa  girişirlər. Ərəblər Şimali Afrikanı, bütövlükdə Kiçik Asiyanı, Qafqazı, 

İranı və Orta Asiyanı istila etdilər. Və beləliklə onlar Aralıq dənizini Hindistan və Çinlə birləşdirən bütün boğazları, 

körfəzləri, bərələri və Böyük İpək yolunun qərb  hissəsini ələ keçirirlər. Bunun sayəsində ərəblər Çinlə, Avropa və 

Cənubi-Qərbi Asiya arasında aparılan ticarət şərikçisinə çevrilirlər. 

 

Hind qozu ağacının gövdəsi və qabığından hazırlanmış  yastıdibli və yelkənli yüngül ərəb qayıqları sahil dəniz və 



körfəzlərdə şütüyürdülər. Ərəb tacirləri şimalda Rusiya, cənubi-şərqdə Malaya və hətta Mikroneziya adalarına qədər 

gedib çıxmışlar. Mozambik sahillərinə qədər gələn ərəblər artıq musson küləklərindən məharətlə istifadə edərək 

Hindistan sahillərinə qədər gedən dəniz yolunda bələdçilik edir və qızğın ticarətlə məşğul olurdular. Ərəblərin İran 

körfəzindən Bağdada və yaxud Qırmızı dənizlə Süveyş bərzəxi və Aralıq dənizinə göndərdiyi əsas Asiya ticarət 

malları – bahalı parçalar, fil dişi sümüyü, qiymətli daş-qaş, mirvari, qızıl, müxtəlif ədviyyat və qara qullar idi. Onlar 

həmçinin şimalın xəz-dərisi və cənubun ədviyyatının qarşılıqlı alış-verişinə eyni dərəcədə maraqlı idilər.  

Avropalıları  ən çox Hindistandan gətirilən müxtəlif ədviyyatlar maraqlandırırdı. Belə ki, Avropada payızın son 

aylarında otlaq mövsümü başa çatdıqdan sonra mal-qaranın kütləvi kəsilməsi və ətinin qışa hazırlanması əməliyyatı 

aparılırdı. Duzlanmış ətin keyfiyyətini saxlamaq üçün ədviyyatdan geniş istifadə olunurdu. Və ona görə də Avropa 

bazarlarında ədviyyat qızıla bərabər tutulurdu. Tropik bitki ədviyyatlar o zamanlar yalnız cənubi və cənub-şərqi 

Asiyada  yetişdirilirdi. Ticarətdə  birinci yeri Asiyanın tropik bölgələrində yayılmış istiot ədviyyatı tuturdu. Onun 

əkinləri ən çox Malabar (Qərbi Hindistanda) sahillərində yayılmışdır, oradan həmdə zəncəfil və hil ədviyyatları 

göndərilirdi. İndoneziya mixək, muskat qozu, Şri-Lanka darçın yola salırdı. Və özü də Hindistanın Avropa ilə olan 

ticarətini ərəblər inhisara götürmüşdülər. 

 

Qədimdən sivilizasiya mərkəzləri olan geniş  ərazilərin ərəblərin nəzarəti altına keçməsi  ərəb coğrafiyasının 



formalaşmasına güclü təkan vermişdir. Ərəblərin riyazi coğrafiya, xəritələşdirmə, diyarşünaslıq məlumatlarının 

yüksək səviyyədə olması göstərirdi ki, onlarda coğrafi təfəkkür xristian dünyası ilə müqayisədə daha dərin 

olmuşdur. 

 

Ərəb xilafəti ölkələrində  VIII-IX əsrlər mədəniyyətin və elmin görünməmiş çiçəklənməsi dövrü olmuşdur. 



 

Xilafətin paytaxtı və ən böyük mədəniyyət mərkəzi olan Bağdada çoxlu var-dövlətlə yanaşı həm də müxtəlif 

xalqların qiymətli kitab və əlyazmaları toplanırdı. Bağdadda elmin və mədəniyyətin mərkəzi olan Müdriklər evi 

yaradılır, buraya çoxlu xarici ədəbiyyat toplanır və görkəmli alimlər dəvət olunurlar və həmçinin rəsədxanalar tikilir. 

O dövrün böyük Orta Asiya alimi Əl-Xarəzmi Müdriklər evinə dəvət olunmuşdur. Onun əsərlərində ərəb 

coğrafiyasında ilk dəfə olaraq astronomiya və coğrafiyanın qovşağında inkişaf edən riyazi-coğrafiyanın əsası 

qoyulmuşdur. Bütün coğrafiya və astronomiya əsərlərində qısa nəzəri icmaldan sonra mütləq riyazi məlumatlar və 

cədvəllər verilməli idi. Belə cədvəllərdə yeni kəşf olunmuş ölkələrin, şəhərlərin və digər coğrafi obyektlərin 

koordinatları haqqında məlumatlar verilirdi. 

 

 



15


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə