Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə44/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   52

geosiyasi və iqtisadi inkişaf xüsusiyyətləri nəzərə alınmaqla Respublikanın bir qrup alimləri – A.A.Nadirov, 

B.Ə.Budaqov, A.K.Ələsgərov, M.A.Müseyibov, Ə.X.Nuriyev, S.K.Hüseynov, T.G.Həsənov 1995-ci ildə 

Azərbaycanın təkmilləşdirilmiş 10 iqtisadi-coğrafi rayon şəbəkəsini təklif etdilər (şəkil 19). Elə həmin il Respublika 

Təhsil Nazirliyinin coğrafiya Metodiki Şurası bu şəbəkənin tədrisdə istifadəsini tövsiyə etmişdir. Coğrafiya elminin 

ayrı-ayrı sahələrinin inkişaf tarixi ətraflı şəkildə aşağıdakı bölmələrdə verilir. 

 

 



 

 

 



6.2. Ümumi fiziki-coğrafiyanın inkişafı  

6.2.1 Landşaftşünaslıq 

Fiziki coğrafiya elminin mühüm sahələrindən biri olan landşaftşünaslıq Azərbaycanda əsasən 60-cı illərdən 

inkişaf tapmağa başlamışdır. Aparılan tədqiqatlar müasir landşaft örtüyünün yaranması, tipləri, növləri, amilləri, 

elementləri və qarşılıqlı əlaqələri, bu prosesdə yeni tektonik hərəkətlərin rolu, zaman və məkan daxilində 

diferensiasiyası və s. öyrənilmişdir.  

Sonrakı illərdə  M.A.Müseyibovun landşaftşünaslığa aid apardığı tədqiqatlar tam yeni istiqamət aldı və 

landşaftın ərazi diferensasiyasına, üfüqi və şaquli strukturuna, dinamikasına, ekologiyasına, antropogen 

transformasiyasına dair yüksək elmi səviyyələrdə sayılan və monoqrafiyalarda əks olunan diqqətəlayiq nəticələrə 

nail olundu. Bu tədqiqatlar Azərbaycan Respublikasının orta miqyaslı, zəngin məzmunlu landşaft xəritəsinin 

tərtibinə imkan verdi. 



M.Ə.Süleymanov, İ.S.Əliyevanın «Landşaftşünaslığın əsasları» (Bakı, 1998) dərs vəsaitini bu elmin son 

illərinin təqdirəlayiq nailiyyəti hesab  etmək olar. 

Monoqrafik məzmunda yazılmış bu əsərdə landşaftşünaslığın nəzəri məsələləri, strukturu, dinamikası, 

təkamülü, antropogen təsirin altında dəyişməsi və s. ilk dəfə azərbaycan dilində aydın və səlist şəkildə öz əksini 

tapmışdır. 

Azərbaycan fiziki coğrafiyasının və landşaftlarının öyrənilməsində prof. Q.K.Gülün, prof. N.K.Kərimovun, 

akad. B.Ə.Budaqovun və prof. M.A.Müseyibovun  böyük xidmətləri olmuşdur. 

 

6.2.2 Paleocoğrafiya 

Ölkə paleocoğraflarının qiymətli tədqiqatları nəzəri cəlb edir. Azərbaycan təbiətinin IV dövrdə dinamikası  və 

Xəzər dənizinin ən yeni geoloji tarixi üzrə bir sıra tədqiqatlar başa çatdırılmışdır. Bu tədqiqatların nəticəsində 1978-

ci ildə çapdan çıxmış Azərbaycanın dördüncü dövr çöküntüləri xəritəsi Dövlət mükafatına layiq görülmüşdür. 

Bundan başqa, Azərbaycanın IV dövr çöküntüləri, bu dövr çöküntülərinin öyrənilməsinə aid qiymətli tədqiqatlar 

aparılmışdır.  

Dördüncü dövrün tədqiqi ilə yanaşı, Azərbaycan paleocoğrafları ibtidai insanın ekologiyası, Cənubi Qafqaz 

ərazisində Pliosenin xronologiyası və təbii şəraiti kimi problemlər üzrə diqqətəlayiq elmi nəticələr əldə etmişdir. 

Azıx qədim Daş dövr düşərgəsi sakinlərinin ekologiyasının tədqiqi nəticəsində ən qədim mədəni təbəqələrin mütləq 

yaşı müəyyənləşdirilmiş və həmin dövrün təbii şəraiti bərpa edilmişdir. 

Paleocoğrafiya sahəsində qazanılmış nailiyyətlərdən biri də Pliosen iqlim optimumu dövründə Azərbaycan 

ərazisində yaranmış təbii şəraitin bərpa edilməsidir. Gözlənilməz qlobal istiləşmənin bu və ya digər ölkənin təbii 

şəraitinə necə təsir göstərəcəyini qabaqcadan müəyyənləşdirməkdə bu tədqiqatların böyük əhəmiyyəti vardır. 

Azərbaycanın paleolandşaftının yaranması və son 13 mln. ildə onda baş verən dəyişiklikləri M.A.Müseyibov 

özünün fundemental tədqiqatlarında ətraflı təhlil etmişdir. (M.A.Müseyibov «Azərbaycanın landşaftları», Bakı, 

1981, rus dilində). Nəhayət, paleocoğrafi tədqiqatların ən görkəmli nailiyyəti 1992-ci ildə iki cildlik «Avrasiya 

şelfləri Mezozoyda və Kaynazoyda» adlı paleocoğrafi atlasın nəşr olunmasıdır. Bu atlasda 129 xəritədən 19-u 

bilavasitə Xəzər dənizinə həsr olunmuş və respublikamızın paleocoğrafları tərəfindən (Ə.V.Məmmədov, 

İ.S.Həsənov, B.C.Ələsgərov) tərtib olunmuşdur. Bu xəritələr Xəzər dənizinin, onun regional və lokal tektonik 

strukturlarının əmələ gəlməsi və inkişafı məsələlərinin araşdırılması, Xəzərin perspektivli neft-qaz ehtiyatlarının 

aşkar edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

Paleocoğrafiyaçı alimlərimizin Fransa alimləri ilə birgə apardıqları «Təbii mühitin ibtidai insan cəmiyyətinin 

inkişafında rolu»na, Amerika alimlərilə «Yerin iqliminin inkişaf tarixi» problemlərinə dair tədqiqat işləri 

diqqətəlayiqdir və beynəlxalq miqyasda onların tanınmasını göstərir. 

Azərbaycanda paleocoğrafi tədqiqatlara respublika Dövlət mükafatı laureatı, prof. Ə.V.Məmmədov rəhbərlik 

edir. Onun çalışdığı şöbə beynəlxalq əhəmiyyətli paleocoğrafiya işlərini davam etdirir. 

 

6.2.3 Geomorfologiya elminin inkişafı 

Azərbaycan coğraflarının ən sanballı işləri arasında geomorfoloji tədqiqatlar xüsusilə fərqlənirlər. Azərbaycan 

EA-nın Coğrafiya İnstitutunda və Bakı Dövlət Universitetində uzun illərdir ki, Azərbaycanın geomorfoloji 

 

77



tədqiqatları aparılmaqdadır. Bu tədqiqatlar nəticəsində: Azərbaycan relyefinin xüsusiyyətləri; onun mənşəyi və 

geoloji quruluşla əlaqəsi; ekzogen proseslərin və zəlzələlərin relyef əmələgətirməsində rolu; aerokosmik metodlarla 

Böyük Qafqazın şərq hissəsinin morfostrukturlarının tədqiqi; paleogeomorfoloji tədqiqatlar əsasında qovşaq 

zonalarında formalaşan müasir relyefin yeni tektonik mərhələdə inkişafı; cənubi Xəzərin morfostrukturu və s. 

öyrənilmişdir. Son dövrlərdə geomorfologiyaya aid çıxan fundemental əsərlərindən  Türkmənistan alimləri ilə 

müştərək hazırlanın «Cənubi Xəzərin neftli-qazlı vilayətlərinin yeni tektonikası və inkişaf tarixi», «Azərbaycanın 

relyefi» (Bakı, 1994) monoqrafiyalarını göstərmək olar.  Sonuncu monoqrafiyada relyefin genetik formaları və 

ərazidə paylanması qanunauyğunluqları; tektonik hərəkətlərin zaman-məkan daxilində sürəti və təzahür formalarının 

kəmiyyət göstəricilərinin müəyyən edilməsi və onların əsasında morfostrukturların ayrılması; geomorfologiyanın 

nəzəri məsələlərinin həllində və faydalı qazıntılar axtarışında onların rolu göstərilir.  

Azərbaycan EA Coğrafiya İnstitutu və Bakı Dövlət Universitetində aparılan geomorfoloji tədqiqatların 

nəticəsində respublikanın geomorfoloji xəritəsi tərtib edilmişdir.  Azərbaycanın ayrı-ayrı ərazilərinə aid daha dəqiq 

iri miqyaslı xəritələr hazırlanır. Belə xəritələrin bilavasitə quruculuq işlərində- şəhərsalma, kənd təsərrüfatı, 

nəqliyyat, sənaye tikintisi, yer quruluşu və meliorasiya tədbirlərinin həyata keçirilməsində böyük əhəmiyyəti vardır.  

Azərbaycan geomorpfoloqları qonşu respublikaların alimləri ilə sıx əlaqə saxlayaraq, Qafqaz regionunun 

geomorfologiyasını öyrənmiş və onun xəritəsini tərtib etmişlər. 

Onlar bu sahədə apardıqları tədqiqatları və əldə etdikləri nailiyyətləri ilə dərin məzmunlu məktəb yarada 

bilmişlər.  

Uzun illərdən bəri apardığı geniş geomorfoloji tədqiqatlara və xəritələrin tərtibinə görə Azərbaycan 

coğraflarından akad. B.Ə.Budaqov keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin M.P.Prjevalski adına Qızıl medal ilə təltif 

olunmuşdur. 

İlk geomorfoloji tədqiqatların başlanğıcını professor B.A.Antonov qoymuşdur. Azərbaycan EA-nın Coğrafiya 

İnstitutunda uzun illərdən bəri geomorfoloji tədqiqatlar aparan respublika Dövlət mükafatı laureatı professor 

N.Ş.Şirinov, BDU-da isə professor M.A.Müseyibov olmuşdur. Onların layiqli ardıcılları (R.Y.Quliyev, 

A.A.Mikayılov, X.K.Tanrıverdiyev, E.K. Əlizadə və b.) yetişmişdir. 

 

6.2.4 İqlimşünaslıq və hidrologiya elmi ideyaların inkişafı 

Ölkədə aparılan coğrafi tədqiqatların ən mühüm  sahələrindən biri iqlimşünaslıq olmuşdur. N.M.Fiqurovski 

tərəfindən əsası qoyulmuş Azərbaycan iqlimşünaslığı həm ölkənin, həm də ona qonşu ölkələrin iqliminin 

öyrənilməsində bir sıra  müvəffəqiyyətlər əldə etmişdir. İqlim qurşaqlarına, günəş radiasiyasına, istilik balansına, 

Ölkədə baş verən sinoptik proseslərə, hava axınlarının xüsusiyyətlərinə, Xəzər dənizinin iqliminə və s. həsr edilmiş 

sanballı tədqiqat işləri aparılmışdır. 

Azərbaycan Respublikasının istilik balansı atlasını tərtib edən müəlliflər ölkənin Dövlət mükafatına layiq 

görülmüşlər. İqlimin təsərrüfatla əlaqələrinə aid xeyli işlər aparılmışdır. Azərbaycan iqlimşünaslığına uzun müddət 

Azərbaycan EA müxbir üzvü Ə.M.Şıxlinski rəhbərlik etmişdir.  

Azərbaycanda aqroiqlimşünaslıq məktəbi 1960-cı ildən geniş inkişaf etməyə başlasa da, ilk sanballı əsər hələ 

1932-ci ildə İ.Fiqrovski tərəfindən («Aqrometeorologiya») yazılmışdır. Sonrakı illərdə bu sahə üzrə geniş tədqiqat 

işləri Ə.C.Əyyubov tərəfindən aparılmışdır. 

Meteoroloqlar, iqlimşünaslar iqlim ehtiyatlarını öyrənmiş və onlardan kənd təsərrüfatında istifadə yollarını 

araşdırmışlar. Respublika ərazisində aqroiqlim rayonlaşdırılması aparılmışdır; müxtəlif kənd təsərrüfatı bitkilərinin 

– pambıq, üzüm, tütün, zeytun və s. inkişafı üçün iqlim ehtiyatlarından istifadə imkanları öyrənilmişdir. 

Ölkəmizin subtropik iqlim zonasında bir ildə 2-3 dəfə məhsul götürməyin aqroiqlim xüsusiyyətləri müəyyən 

edilmiş, Azərbaycan Respublikasının aqroiqlim rayonları atlası tərtib olunmuşdur. Ə.C.Əyyubovun 1960-70-ci 

illərdə aqroiqlimşünaslıq sahəsində nəşr etdirdiyi fundamental tədqiqatlar keçmiş SSRİ-nin mükafatları ilə təltif 

olunmuşdur. Onun «Azərbaycan SSR-nin aqroiqlim rayonlaşdırılması» xəritəsi 1976-cı ildə ölkə xalq təsərrüfat 

sərgisinin bürünc medalına, 1976-cı ildə çap olunmuş «Azərbaycan iqliminin bonitetləşdirilməsi» monoqrafiyasına 

görə SSRİ Coğrafiya Cəmiyyətinin F.P.Litke adına Qızıl medalına layiq görülmüşdür. 

Respublika aqroiqlimşünaslıq məktəbinin nəticələrindən  biri də 1994-cü ildə çapdan çıxmış «Azərbaycan 

Respublikasının aqroiqlim atlası»dır. Bu atlas 125 rəngli xəritədən, çoxlu əlavə yardımçı materiallardan ibarətdir. 

Atlasın elmi əhəmiyyəti onun yetkin proqram əsasında yazılması bir çox xəritələrin orijinallığı, elmi-metodiki 

aparatının mükəmməlliyi, iqlim ehtiyatları haqqında geniş və obyektiv informasiya verməsindədir. Bu atlasın əməli 

əhəmiyyəti isə aqroiqlim ehtiyatlarının düzgün qiymətləndirilməsi, respublikanın istənilən rayonunda aqroiqlim 

ünsürlərinin paylanması, iqlimin məhsuldarlığı haqqında kənd təsərrüfatında çalışan işçilərə  dəqiq sorğu məlumatı 

verməsidir. Coğrafiya elmləri doktoru Ə.C.Əyyubovun rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanan bu atlas 1994-

cü  ildə Zakir Tağıyev mükafatına layiq görülmüşdür. Yenə də bu müəllifin iştirakı ilə Azərbaycan Respublikasının 

iqlim-kurort sərvətləri hərtərəfli öyrənilməyə başlanmışdır. 

 

78




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə