Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə46/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   52

ayrılmış, torpaq kadastrı verilmişdir. Respublikanın ayrı-ayrı regionlarının kənd təsərrüfatı coğrafiyasının müxtəlif 

problemləri üzrə elmi tədqiqat işləri aparılmışdır (S.Qaramollayev, A.Mirzəyev, A.Qurbanov, A.Q.Abdullayev və 

b).  

Azərbaycan nəqliyyatı və iqtisadi əlaqələrinin coğrafiyasına və son illər yaradılmaqda olan Avropa-Qafqaz-



Asiya (TRASEKA) nəqliyyat dəhlizinə dair bir sıra elmi tədqiqat işləri həyata keçirilmiş, (məqalələr yazılmış və 

dissertasiyalar müdafiə olunmuşdur (B.E. Əbdürrəhmanov, C.Məmmədov, Z.S.Məmmədov, T.Gərayzadə və b.). 



Rayon istiqaməti iqtisadi coğrafiyanın həmişə mərkəzi tədqiqat obyekti olmuşdur. Belə ki, dövlətin təsərrüfat 

quruculuğunda, məhsuldar qüvvələrin səmərəli ərazi təşkilində və ölkə coğrafiyasının əhatəli öyrənilməsində 

iqtisadi-coğrafi rayonlar böyük əhəmiyyət kəsb edirlər. Ona görə də Azərbaycan Respublikasının iqtisadi rayon və 

zonaları üzrə müntəzəm tədqiqat işləri aparılmışdır. Bu sahədə son illər maraqlı tədqiqatlar aparılır, sxemlər və 

layihələr irəli sürülür (A.A.Nadirov, Ə.X.Nuriyev, T.G.Həsənov). 

R.X.Şaulov özünün dissertasiya işini («Azərbaycan  SSR-nin iqtisadi rayonlaşdırılması problemləri», Bakı, 

1987, rus dilində) bilavasitə rayonlaşdırmaya həsr etmiş və təsərrüfat sahələrinin strukturunu, ərazidə 

yerləşdirilməsini, daxili və xarici istehsal əlaqələrinin sıxlığının nəzərə alaraq aşağıdakı iqtisadi rayonlara 

ayırmışdır: Abşeron, Xəzərsahili, Şəki, Kür, Gəncə, Qarabağ, Naxçıvan MR. Təklif olunan bu şəbəkədə 

Azərbaycanın təzadlı təbii şəraitinin təsərrüfat sahələrinin ixtisaslaşmasına və strukturuna güclü təsir etməsi zəif 

nəzərə alınmışdır və ona görə də bu şəbəkə tətbiq edilmədi. 

Regional tədqiqatların ilkini A.A.Nadirov özünün «Naxçıvan Muxtar Respublikasının iqtisadi-coğrafi 

səciyyəsi» (1957) əsərində qoymuşdur. Onun ardınca Muğan düzünün (E.Q.Mehrəliyev), Şirvan iqtisadi rayonunun 

(O.V.Vahabov) iqtisadi coğrafi tədqiqatları aparılmışdır. Regional tədqiqatlar arasında M.A.Abramovun «Abşeron 

sənaye qovşağı» (Bakı, 1971, rus və azərbaycan dillərində)  əsəri xüsusi qeyd olunmalıdır. Bu əsərdə  Abşeron 

sənaye kompleksinin tarixi, təbii-iqtisadi amilləri, mövcud sənaye-istehsal strukturu, onun nəqliyyat iqtisadi 

əlaqələri və s. təhlil olunur. Sonrakı illərdə Gəncə sənaye qovşağı (R.H.Məmmədov), Əli-Bayramlı – Salyan 

təsərrüfat kompleksi (H.B.Ağayev), Mil-Qarabağ iqtisadi zonası (Ü.T.Həsənova) yeni yaradılan inzibatı rayonların 

məhsuldar qüvvəsinin kompleks inkişafının coğrafi məsələləri (İ.İ.Əhmədova) və s. dair kompleks tədqiqat işləri 

aparılmışdır. 

Ümumiyyətlə, Bakı və Abşeron regionunun  iqtisadi və sosial coğrafiyası bir neçə nəsil tərəfindən geniş 

öyrənilmişdir və indi də davam etdirilir (Ə.M.Hacızadə, R.İ.Umudova, Z.Abdullayeva, V.Ə.Əfəndiyev və b.). 

Xəzərin iqtisadi-coğrafi cəhətdən öyrənilməsi ölkə alimlərinin daim diqqət mərkəzində olmuşdur. Onun təbii 

ehtiyatlarına, nəqliyyat əhəmiyyətinə, müasir dövrdə Azərbaycanın həyatında oynadığı geosiyasi və iqtisadi roluna 

və s. həsr olunan çoxlu elmi əsərlər və dissertasiyalar yazılmışdır, xəritələr çəkilmişdir. (Q.G.Gül, İ.H.Məmmədov, 

E.Q.Mehrəliyev, C.R.Abbasov, L.İ. Nəsibzadə, Ç.N.İsmayılov və b.).  

Beynəlxalq  şirkətlərin Xəzərin neft ehtiyatlarından istifadəyə cəlb edilməsi, neft kəmərlərinin marşrutlarının 

seçilməsi son illər ölkədə kompleks coğrafi tədqiqatlara tələbatı xeyli artırmışdır. Bakı-Novorossiysk, Bakı-Supsa, 

Bakı-Ceyhan neft kəməri marşrutlarının kompleks fiziki və iqtisadi coğrafi öyrənilməsi işləri aparılır. 

Xarici ölkələrin xüsusilə İran və Türkiyənin iqtisadi və siyasi coğrafiyası üzrə H.B.Əliyevin rəhbərliyi altında 

hələ lap əvvəllərdən elmi-tədqiqat işləri aparılmağa başlanılmışdır. Bu istiqamətdə aparılan mühüm işlərdən 

«Türkiyənin regional siyasəti» (A.İ.İbrahimov), Türkiyənin toxuculuq sənayesinin coğrafiyası» (O.Ə.Əliyev), «İran 

kənd təsərrüfatının suvarma sistemi» (H.B.Soltanova) və bir sıra tədris vasitələrini göstərmək olar. 

Azərbaycanın iqtisadi və sosial coğrafiyasına aid aparılan elmi-tədqiqat və tədris işləri 70-ci illərdən sonra 

tamamilə yeni keyfiyyət müstəvisinə keçirilmişdir. Bu öz, əksini əhali, şəhərlər və sosial sahələrin istehsalla əlaqəli 

və tarazlı inkişafını öyrənən «iqtisadi və sosial coğrafiya» adlı yeni elmin yaranmasında tapdı. Əvvəllər bizim elmin 

diqqəti əsasən istehsal sahələrinin coğrafiyasına yönəldilmişdir. Ölkədə əhali və ona xidmət göstərən sahələrin 

inkişafına ikinci dərəcəli baxılırdı. Bu bütün mülkiyyət formalarını öz əlində cəmləşdirən sosialist iqtisadi sisteminin 

tələbatından irəli gəlirdi. Lakin əhali və onunla bağlı problemin öyrənilməsi sosial-coğrafiyanın diqqət mərkəzində 

olmuş və bütün dünya coğrafiya ədəbiyyatında bu sahənin inkişafına üstünlük verilmişdir.  

Köhnə və yeni tədqiqat metodlarından istifadə edərək iqtisadi və sosial coğrafi obyekt və proseslərin 

öyrənilməsində T.G.Həsənovun 1990-cı ildə nəşr edilmiş «Coğrafiyanın tədqiqat metodları» (iqtisadi coğrafiya 

hissəsi) dərs vəsaitinin böyük əhəmiyyəti oldu. Bu vəsait ali təhsilli coğrafiyaçı kadrların hazırlanması işinin elmi 

metodiki təminatını xeyli gücləndirəcəkdir. 

Sosial coğrafiya istiqamətində yazılan əhəmiyyətli əsərlər içərisində M.A.Abramovun «İstehsal və sosial 

xidmət» (M.1977), «Xidmət coğrafiyası» (M.1988, hər ikisi rus dilində) monoqrafiyalarını göstərmək  olar. Bu 

monoqrafiyalarda ilk dəfə olaraq sosial xidmət sahələrinin nəzəri əsasları verilib və mövcud coğrafiyası təhlil 

olunub. 

 

81




Turizmin coğrafiyası sahəsində mühüm işlər görülmüşdür. Azərbaycanın kurort-rekreasiya ehtiyatlarının 

coğrafiyası, bu ehtiyatların istifadəsi əsasında yaradılan turizm  müəssisələri və onların ərazidə yerləşdirilməsi, 

turistlərin məlumat kitabçaları və xəritələrinin müntəzəm buraxılması və s. aid geniş tədqiqat işləri aparılmış və 

çoxlu kitablar nəşr olunmuşdur və bu gün də davam etdirilir. 

Azərbaycanda turizm coğrafiyasını ilk öyrənənlərdən biri Y.A.Kotlyakov olmuşdur. Onun «İstirahət və 

turizmin coğrafiyası» (M.1978, rus dilində) adlı geniş həcmli əsərində ərazi rekreasiya kompleksinin  formalaşması 

və inkişafı verilmiş, müəllifin uzun illər Azərbaycanda  və MDB-nin digər respublika və diyarlarında etdiyi 

səyahətlərin nəticələri əks olunmuşdur.  



A.H.Salmanovun «Arid rekreasiya sisteminin məkanca inkişafı», «Cənubda istirahət: layihə və həlli» 

(M.1987, rus dilində) monoqrafiyalarında, R.M.Qasımovun və b. bu mövzuda apardıqları tədqiqatlarında 

Azərbaycan rekreasiya ehtiyatları ümumi halda və regionlar üzrə tədqiq olunur, rayonlaşdırılır, turizm və istirahət 

coğrafiyası verilir.  

Azərbaycan iqtisadi coğrafları respublika iqtisadiyyatına  aid bir sıra xəritələr tərtib etmişlər. Bu xəritələrin bir 

qismi respublikanın coğrafi atlaslarına daxil edilmişdir. Azərbaycan EA Coğrafiya İnstitutunun iqtisadi coğrafiya 

şöbəsi indi bir sıra sosial-coğrafi tədqiqatlarını davam etdirir. 

Sosial coğrafiyanın daim diqqət mərkəzində duran məsələlərindən biri də Azərbaycanın əhalisi və şəhərlərinin 

coğrafiyasıdır. 

Əhali coğrafiyasının öyrənilməsi sahəsində qiymətli tədqiqatlar meydana gəlmişdir. Əhalinin məskunlaşması, 

kənd yaşayış məntəqələrinin yenidən qurulması, şəhər aqlomerasiyalarının və regional məsələlərin tədqiqində 

Ş.Y.Göyçaylı, E.Q.Mehrəliyev, V.Ə.Əfəndiyev, Ş.Q.Dəmirqayayev, N.N.Əyyubovun və b. böyük xidmətləri 

olmuşdur. Əhali coğrafiyası  problemləri ilə ölkədə Bakı və Pedaqoji Universitetlərinin müvafiq kafedraları və 

Coğrafiya institutu məşğul olmuşdur. Problemin əhəmiyyəti nəzərə alınaraq Coğrafiya İnstitutunda 1977-ci ildə 

əhali coğrafiyası bölməsi yaradılmışdır.  

Daim diqqət mərkəzində olan əhali  və şəhərlər coğrafiyasına dair ölkədə fasiləsiz elmi-tədqiqat işləri davam 

etdirilmiş, dissertasiyalar yazılmışdır. Bu sahə üzrə yazılmış elmi işlərin sayı iqtisadi və sosial coğrafiya sahəsində  

çap olunan elmi məqalələrin içərisində birinci yerdə durur. 

E.Q.Mehrəliyevin «Azərbaycan  SSR əhalisinin formalaşması və yerləşdirilməsinin coğrafi problemləri» 

(Bakı, 1984, rus dilində) əsərində Azərbaycanda əhalinin formalaşması mərhələləri,  onun sosial-iqtisadi amilləri, 

təbii hərəkətinin xarakteri və ərazi diferensiasiyası, miqrasiyasının regional xüsusiyyətləri, respublika ərazisində 

əhalinin yerləşdirilməsinin təbii iqtisadi amilləri, şəhər və kənd əhalisinin coğrafiyası və s. əsaslı surətdə tədqiq 

olunmuşdur. 

Kənd əhalisinin məskunlaşması, onun ümumi məskunlaşma sistemində yeri və s. problemlər Ş.Y.Göyçaylının 

«Kənd məskunlaşması və onun yenidən qurulması» (Bakı, 1987, rus dilində) monoqrafiyasında əhatəli şəkildə 

tədqiq edilmişdir. Burada həmçinin Azərbaycanda kənd məskunlaşmasının vəziyyəti,  tipləri, onların sistemləri, 

yenidən qurulması proqnozları verilmişdir. Müəllifin Azərbaycan yaşayış məskənlərinə aid tərtib etdiyi iri həcmli 

xəritəsi özünün informasiya yükünün genişliyi və zənginliyi ilə fərqlənir. 

E.Q.Mehrəliyev, N.H.Əyyubov və M.O.Sadıqovun «Azərbaycan SSR-də əhalinin məskunlaşması məsələləri» 

(Bakı, 1988) monoqrafiyası azərbaycan dilində yazılmış və əhalinin ümumi regional coğrafiyasını əhatə edən iri 

həcmli bir əsərdir. 

Əhali coğrafiyasına dair iri və orta miqyaslı xəritələr tərtib edilmişdir. (Ş.Y.Göyçaylı, E.Q. Mehrəliyev, Ş.A. 

Dəmirqayayev və b.). 

V.Ə.Əfəndiyev və Ş.Q.Dəmirqayayevin yazdıqları «Azərbaycan Respublikası şəhərlərinin inkişafının coğrafi 

məsələləri» (Bakı, 1995) ən yaxşı əsər kimi 1997-ci ildə Akademik H.Ə.Əliyev adına mükafata layiq görülmüşdür. 

Kitabda Azərbaycan şəhərlərinin tarixi, sosial-iqtisadi məsələləri, demoqrafik vəziyyəti, sistem halında 

formalaşması, inkişafının tənzimlənməsi və s. nəzərdən keçirilir. 

Azərbaycanın yeni sosial-iqtisadi inkişaf mərhələsinə keçməsi onun əhalisinin demoqrafik şəraitini, əmək 

potensialını, miqrasiyasını, şəhərlərin inkişaf potensialını, Bakı paytaxt regionunun inkişafının tənzimlənməsi və s. 

problemlərinin ətraflı tədqiqini tələb edir. Aqrar islahatlar və bələdiyyə idarəetmə sistemlərinin yaradılması 

kəndlərin coğrafiyasına, onların transformasiyasına təsiri lazımı səviyyədə öyrənilməlidir. 



Ə.M.Hacızadə (1920-1991). Professor Ə.M.Hacızadə Azərbaycanın coğrafiya tarixində şərəfli yer tutan böyük 

simalardan biridir. Onun ən böyük elmi nailiyyətləri Azərbaycanda güclü iqtisadi coğrafi məktəb yaratması, ərazi-

istehsal  və ərazi-sənaye komplekslərinin ölkədə ən böyük tədqiqatçısı olması, ölkəmizi dünyaya tanıtması, yüksək 

ixtisaslı kadrlar hazırlaması olmuşdur. 

Ə.M.Hacızadə 16 fevral 1920-ci ildə Şəki şəhərində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini Şəkidə 

alan  Ə.M.Hacızadə 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsini bitirmişdir. 

 

82



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə