Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə48/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   52

Belə tədqiqatların davam etdirilməsi yüksək səviyyəli coğrafiyaşünasların tarixi hazırlığına güclü təkan 

verəcəkdir. 

Coğrafiyaya yaxın olan digər təşkilatlardan Azər baycan EA-nın İqtisadiyyat İnstitutunun Regional şöbəsində 

uzun müddətdir ki, Azərbaycan iqtisadi coğrafiyasına dair tədqiqat işləri aparılır. Əvvəlki illərdə bu şöbədə 

akademik A.A.Nadirovun rəhbərliyi altında «Azərbaycan SSR-nin yeyinti sənayesi», «Kiçik şəhərlərin 

problemləri», «Naxçıvan MR» və bir sıra başqa əsərlər hazırlanmış, Azərbaycanda sənayenin yerləşdirilməsi 

problemlərinə aid əsaslı tədqiqatlar aparmışdır. 

Azərbaycan Respublikası İslahatlar Mərkəzi (keçmiş Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutu) 

əməkdaşları, iqtisadi coğrafi cəhətdən xeyli qiymətli tədqiqat aparmaqdadırlar. Azərbaycan Respublikası 

İqtisadiyyat Nazirliyi nəzdində olan Regional siyasət, şöbəsi yeni iqtisadi inkişaf mərhələsində regionların kompleks 

şəklində fəaliyyət göstərməsi, ölkə ərazisində təsərrüfatın bərpası və tarazlı inkişafı istiqamətləri üzrə işlər aparır. 

 

 



6.5 Kartoqrafiya və aerokosmik tədqiqatlar 

Kartoqrafiya. Azərbaycanda kartoqrafiyanın inkişafında M.Əliyevin, R.Piriyevin və Ş.Əliyevin və b. alimlərin 

böyük xidmətləri olmuşdur. Professor M.Əliyev Azərbaycan EA Coğrafiya İnstitutunda və ali məktəblərdə, o 

cümlədən Bakı Dövlət Universitetinin kartoqrafiya kafedrasında uzun müddət böyük yaradıcılıq işləri aparmışdır, 

elmi kadrlar hazırlığının əsasını qoymuşdur. 

Kartoqrafiyanın Azərbaycanda inkişafını dörd dövrə ayırmaq olar: 1920-ci ilə qədər olan dövr; 2. 1920-1945-ci 

illər; 3. 1945-1990-cı illər; 4. 1990-cı ildən sonrakı dövr. Göstərilən dövrlərdə ölkəmizdə topoqrafik, kartoqrafiyanın 

elmi-nəzəri və kadr hazırlığı sahələri inkişaf etdirilmişdir. 

 

Birinci dövr (1920-ci ilə qədər) Şimali Azərbaycanın Rusiyanın tərkibinə qatılması ilə bağlı onun ərazisinin 



hərbi topoqrafiya baxımından ciddi öyrənilməsini əhatə edir. 

Belə xəritələrdə Azərbaycan həmişə Rusiya İmperiyasının ayrılmaz hissəsi olan Zaqafqaziya bölgəsinin 

tərkibində göstərilirdi və onun ayrıca xəritəsi tərtib edilmirdi. 1903-cü ildə Rusiyanın məxfi təşkilatları tərəfindən 

tərtib olunmuş Zaqafqaziya xəritəsi bu regionda türk mənşəli adların coğrafi yayılmasını öyrənmək baxımından 

böyük maraq kəsb edir. 

 

Azərbaycanda kartoqrafiyaya olan tələbatın kəskin surətdə artması ikinci dövrdə (1920-1945) müşahidə olunur. 



Ölkədə yeni rayonlaşdırmanın aparılması ilə əlaqədar olaraq, onun təbiəti və iqtisadiyyatının əsaslı surətdə 

öyrənilməsi və xəritələşdirilməsi tələb olunurdu. İ.P.Vəkilov tərəfindən 1925-ci ildə Azərbaycan dilində ilk dəfə 

respublikanın on verstlik (1:420 000) təbii-siyasi xəritəsi tərtib olunmuşdur. 

Muğanda pambıqçılığın inkişafı, yeni suvarma sistemlərinin yaradılması böyük miqyaslı plan və xəritələrə 

tələbatı xeyli artırdı. Göstərilən tələbatla əlaqədar olaraq hipsometrik (1931, 1993), siyasi – inzibatı (1938), iqtisadi 

(1938, 1937) və s. xəritələr nəşr olunur. 

 

Üçüncü dövrdə (1945-1990) Azərbaycanın elmi kartoqrafiyasının əsası qoyulur, kütləvi xəritəçilik məhsulları 



buraxılmağa başlanır və onların çeşidi genişləndirilir. 1965-ci ildə Z.M.Əfəndiyev tərəfindən Azərbaycan ərazisinin 

kartoqrafik baxımdan tarixi xəritələr (1700-1920-ci illər) üzrə problemləri öyrənilir, 1973-cü ildə Ş.Ç.Əliyevin 

«Xəzər dənizi tarixi xəritələrdə» adlı monoqrafiyası çapdan çıxır. 

Coğrafiyanın müxtəlif istiqamətlərinə aid mükəmməl və yüksək texniki səviyyədə xəritələr tərtib olunur. Belə 

xəritələrin ən başlıcaları aşağıdakılardır: Azərbaycan Respublikasının geomorfologiya (1956, 1959, 1979), 

geologiya (1954), tektonika (1956, 1972), landşaft (1975), torpaq (1957) və s. göstərmək olar. 

Fiziki coğrafiyaya dair bu və ya digər xəritələrin əksəriyyətinin tərtib olunmasında və müəllifliyində 

B.Ə.Budaqov, M.A.Müseyibov, N.Ş.Şirinov, B.A.Antonov, Ə.V.Məmmədov kimi təcrübəli alimlər və gənc nəslin 

nümayəndələri yaxından iştirak etmişlər. 1977-ci ildə Ə.M.Şıxlinski tərəfindən ilk dəfə dərin məzmunlu 

«Azərbaycan Respublikasının iqlim xəritəsi» tərtib olunur (1992-ci ildə təkrar nəşri). Ə.C.Əyyubov kənd təsərrüfat 

sahəsinin inkişafı üçün böyük əhəmiyyəti olan təbii-iqlim ehtiyatları haqqında zəngin informasiyalı «Azərbaycanın 

aqroiqlim rayonlaşdırılması xəritəsini (1976) buraxır».  

Üçüncü dövrdə həmçinin Azərbaycanın siyasi-inzibatı, sənaye, kənd təsərrüfatı (Ə.M.Hacızadə, B.T.Nəzirova), 

əhali (1978, Ş.Q.Dəmirqayayev) və b. xəritələr nəşr edilir. İlk dəfə olaraq bu dövrdə Azərbaycan Respublikasında 

əhalinin məskunlaşması xəritəsi (Ş.Y.Göyçaylı, 1985) tərtib və çap edilmişdir. 

Azərbaycanda fiziki coğrafi atlasların yaradılması işləri ilk dəfə 1919-cu ildən başlanmışdır. Ə.M.Şıxlinskinin 

redaktorluğu ilə 14 çoxrəngli xəritələrdən ibarət olan atlas çap olunur. 

1963-cü ildə respublikanın xəritəçilik sahəsində əlamətdar bir hadisə baş verir-Coğrafiya İnstitutu və digər 

təşkilatlardan olan coğrafiya alimləri tərəfindən 117 çoxrəngli xəritələr, zəngin qrafik materialları və izahlı 

 

85




mətnlərdən ibarət olan «Azərbaycan SSR-nin atlası» (Bakı-Moskva) nəşr olunur. İlk milli atlas hesab olunan bu 

qiymətli əsər dünyada və MDB məkanında həm ölkəmizin coğrafiya elminin nailiyyətlərini nümayiş etdirdi və həm 

də onu tanıtmaqda müstəsna rol oynadı. 

Atlas aşağıdakı beş bölmədən ibarətdir: 1) giriş; 2) təbii şərait; 3) iqtisadiyyat; 4) mədəni quruculuq; 5) 



tarix. Göstərilən sahələr üzrə xəritələr seriyası, onların hər birinin yığcam izahatı, statistik cədvəlləri, diaqram 

materialları və s. verilmişdir. Bütün bunlar atlasın əyaniliyini artırır, oxunması və istifadəsini asanlaşdırır. 

1975-ci ildə Almaniyada nəşr olunmuş: «Azərbaycan respublikasının palçıq vulkanları atlası» (Ə.Ə.Əlizadə, 

M.M.Zeynalov), palçıq vulkanlarının kompleks tədqiqi üzrə bu məzmunda dünya geologiya ədəbiyyatına daxil 

edilən ilk əsərlərdən hesab edilir. Akademik H.Ə.Əliyevin redaktorluğu və böyük müəllif kollektivin iştirakı ilə 

1979-cu ildə Moskvada «Azərbaycan SSR-nin tədris və diyarşünaslıq atlası» çapdan çıxmışdır. Bu atlasın 51 

xəritəsində ölkəmizin fiziki, iqtisadi və tarixi coğrafiyası orijinal və əyani şəkildə verilmişdir. 

Güclü alim potensialına və elmi tədqiqat bazasına əsaslanan iqlim və aqroiqlim xəritəçiliyi Azərbaycanda əsl 

elmi mərkəzə çevrilmişdir. Bu mərkəzin bünövrəsini Ə.Ə.Mədətzadə, Ə.M.Şıxlinski, Ə.C.Əyyubov kimi görkəmli 

alimlər qoymuşdur. Ə.M.Şıxlinskinin redaktorluğu ilə hazırlanmış «Azərbaycan SSR-nin istilik balansı atlası» 

(Bakı, 1978) böyük elmi və təsərrüfat əhəmiyyətinə malik idi. Atlasda hər biri izahlı mətnlə müşaiyət olunan 51 

iqlim xəritəsi izoxətlər ilə tərtib olunmuşdur. 

Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra başlanan yeni dövrü (1991-ci ildən sonra) 

kartoqrafiya sənayesinin inkişafına, onun məhsullarının çeşidinə tələbatı kəskin surətdə artırdı. Azərbaycan Dövlət 

Geodeziya və Kartoqrafiya Komitəsi müstəqil fəaliyyət göstərməyə başladı. Onun nəzdindəki kartoqrafiya fabriki 

ölkənin artan tələbatını ödəmək üçün xəritə məhsulları istehsalını bərpa etdi. Komitə həmçinin 1972-ci ildən BDU-

nun coğrafiya fakültəsində kartoqrafiya ixtisası üzrə kadr hazırlığına diqqəti artırdı. 

Kartoqrafiyaya dair tədqiqat işləri davam etdirilmişdir, bir sıra əsərlər yazılmışdır. Xəritələrin tərtibinin elmi-

metodoloji prinsiplərinin hazırlanmasında, morfometrik xəritələrin tərtibində R.X.Piriyevin böyük xidmətləri 

olmuşdur. Onun «Kartoqrafiya» (Bakı, 1964, 1975) dərsliyi, «Relyefin morfometrik təhlili» (Bakı, 1986) 

monoqrafiyası, «Geodeziyanın əsasları və topoqrafiya» (Bakı, 1994) tədris kitabı və b. kartoqrafiyanın inkişafına 

güclü təkan vermişdir. 

1990-1993-cü illərdə Azərbaycan Respublikası, Yuxarı Qarabağ və Abşeronun yeniləşdirilmiş ümumi coğrafi 

xəritələri nəşr olunur. Orta məktəblər üçün Şimali və Cənubi Amerikanın, Afrikanın, Avrasiyanın fiziki və siyasi-

inzibati xəritələri kiril və latın əlifbaları ilə çap edilir.  

Sosial-iqtisadi və inzibatı ərazi bölgüsü xəritələrinə tələbat artdığından Azərbaycanın orta və kiçik miqyaslarda 

yeni inzibatı-ərazi bölgüsü xəritələri (1993, 1994), statistik məlumatları təzələməklə kənd təsərrüfatı, sənaye 

(B.T.Nəzirova), əhali (Ş.Q.Dəmirqayayev, E.K.Mirəliyev) xəritələri təkrar nəşr olunur. 

M.H.Qocamanov, Z.A.Bağmanovun «Geodeziya ölçülərinin riyazi hesablanması» (Bakı, 2000), dərs vəsaiti 

ölçmə işlərinin riyazi əsaslarından bəhs edir.  Ən yeni geodeziya, kartoqrafiya və aerokosmik topoqrafiya lüğəti 

M.H.Qocamanov tərəfindən hazırlanmışdır. 

Ə.C.Əyyubovun çox böyük əməyi nəticəsində 1993-cü ildə 124 çoxrəngli xəritələrdən ibarət olan «Azərbaycan 

Respublikasının aqroiqlim atlası» azərbaycan və rus dillərində nəşr olunurdu. Özünün elmi metodiki əhəmiyyətinə, 

informasiyasının zənginliyinə, orijinallığına və iri həcminə görə bu atlas dağlıq ölkələrə həsr olunan ilk dəyərli 

atlasdır. 

Bundan başqa, 1994-cü ildə Azərbaycan EA Coğrafiya İnstitutu, BDU-nun fiziki coğrafiya kafedrasının 

əməkdaşları ilə birlikdə «Azərbaycanın oroqrafiya xəritəsi» (B.Ə.Budaqov, İ.E.Mərdanov, R.Y.Quliyev), 1995-ci 

ildə isə BDU-nun adıçəkilən kafedrasında «Azərbaycanın geomorfoloji xəritəsi» (M.A.Müseyibov, B.Ə.Budaqov, 

R.Y.Quliyev, R.Ə.Babayev) nəşr edilmişdir.  

Azərbaycan EA Coğrafiya İnstitutunun çapa hazırladığı qiymətli və faydalı atlaslardan biri də «Azərbaycan 

Respublikasının təbii şəraiti və təbii ehtiyatları atlası»dır. Böyük müəllif kollektivinin iştirakı və son nailiyyətlər 

əsasında tərtib edilən bu atlas ölkənin təbii ehtiyat potensialının aşkar edilib qiymətləndirilməsi, coğrafiyasının 

müəyyən edilməsində və səmərəli istifadəsində müstəsna əhəmiyyət kəsb edəcəkdir. 

Aerokosmik tədqiqatlar. XX əsrdə coğrafiya elmi tarixində baş verən yeniliklərdən biri də kosmosdan yerin 

öyrənilməsinə imkan verən aerokosmik metodun  yaranması oldu. Bunu bir çox hallarda müstəqil kosmik coğrafiya 

elmi kimi də adlandırırlar.  

Yer səthinin məsafədən, yəni yerdən kənarda yerləşdirilən təyyarələr, vertolyotlar, süni peyklər, kosmik və s. 

vasitələrlə öyrənilməsi kosmik tədqiqatlar metodu adlanır. Geniş geoinformasiya məlumatlarına malik olan bu 

metodun bizim elmdə istifadəsi sanki ona yeni həyat verdi, canlandırdı, biliklərin lap dərinliklərinə baş vurmağa 

imkan yaratdı. 

Azərbaycanda kosmik tədqiqatların materiallarından hələ 70-ci illərdən istifadə olunmağa başlanmışdır. 

Moskvadan sonra Bakıda ilk dəfə olaraq 1974-cü ildə akad. T.G.İsmayılovun rəhbərliyi altında Azərbaycan SSR EA 

 

86




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə