Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə51/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   52

Azərbaycan çaylarının istifadəsi və su hövzələrinin qorunması məsələləri (R.B.Abdullayev, F.Y.Fətullayev, 

N.Ə.Məmmədov), su anbarlarının ətraf mühitə təsiri (Ş.B.Xəlilov, 1991) Abşeron göllərinin ekoloji vəziyyəti 

(A.A.Əliyev, 1991) və s. məsələlərin kompleksli tədqiqi aparılmışdır.  

Bakı Dövlət Universitetinin Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasının 

əməkdaşları Abşeronun neftlə çirklənmiş torpaqlarının bioloji rekultivasiyası (N.K.Mikayılov), Xəzərsahili 

zonaların mühafizəsi və ətraf mühitin optimallaşdırılması (Ş.Y.Göyçaylı) və s. üzrə geniş elmi-tədqiqat işləri 

aparmışdır. Kafedranın təşəbbüsü ilə 1990-1997-ci illərdə ekologiya üzrə respublika miqyaslı elmi-metodiki 

konfranslar keçirilmişdir. Konfransların materiallarında maraqlı məlumatlar verilmiş və faydalı təkliflər irəli 

sürülmüşdür. 

Ətraf mühitin mühafizəsi üzrə iri həcmli təşkilatı-idarəetmə və elmi-layihələşdirmə işləri görülmüşdür. 

Azərbaycan Respublikasının Dövlət Ekologiya Komitəsi, Azərbaycan Milli Aerokosmik Agentliyi və onun nəzdində 

Ekologiya İnstitutu yaradılmışdır. Kosmosdan ətraf mühitin müntəzəm öyrənilməsi, mühafizəsi və onda baş verən 

dəyişiklikləri izləyən müşahidələrin aparılması və s. istiqamətində iri həcmli tədqiqat işləri həyata keçirilir. 

Azərbaycan EA Coğrafiya İnstitutunun müvafiq şöbələri və BDU-nun Ətraf mühitin mühafizəsi kafedrasının 

əməkdaşları «Azərbaycanda təbiətin mühafizəsinin (1986-2000-ci illər) kompleks sxemi»nin və «Təbii ehtiyatlardan 

səmərəli istifadə olunmasının kompleks proqramı»nın və digər çox mühüm dövlət layihələrinin hazırlanmasında 

yaxından iştirak etmişlər. 

Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli 

istifadə və coğrafi ekologiya ixtisasları üzrə bakalavr və magistr səviyyəsində ixtisaslı kadr hazırlığı aparılır. 1981-ci 

ildən isə müvafiq kafedra yaradılmışdır. 

Azərbaycan təbiətinin öyrənilməsində, təbliğində və ətraf mühitin mühafizəsi sahəsində bir çox alimlərin 

danılmaz əməkləri olsa da, akademiklərdən H.Ə.Əliyevin və B.Ə.Budaqovun apardıqları işlər xüsusi qeyd 

olunmalıdır. 

Azərbaycanın təbiətinin qorunması haqqında ilk həyəcan təbilini vuran akad. H.Ə.Əliyev olmuşdur. Özünün 

«Həyəcan təbili» (1982) kitabında akademik yazmışdır: «Torpaq dilə gəlib şikayətləndi. Kimdir? Özünün süd verib, 

bəslədiyi insanlardan, sinəsinə yara vuranlardan, gözlərinə zəhər tozu üfürənlərdən. Mən isə torpağın övladlarından 

birisi kimi haray saldım... dedim ki, qoy səsimi hamı eşitsin. Həyəcan təbili»ni insanların qulağının dibindən asmaq 

lazımdır»

1

. Digər müəlliflərlə şərikli yazdığı «Kənd təsərrüfatı və təbiətin mühafizəsi» (1980), «Azərbaycanın 



torpaq fondu və onların səmərəli istifadəsi və mühafizəsi» (1982) və b. əsərlərində Həsən Əliyev təbiətin ən böyük 

keşikçisi olaraq qalmışdır. 

B.Ə.Budaqovun bu istiqamətdə apardığı tədqiqatlar onun «Təbiəti qoruyaq» (1977), «Dözümlü və dözümsüz 

təbiət» (1990) və b. kitab və məqalələrində öz əksini tapmışdır. Müəllif bizim ədəbiyyatda ilk dəfə olaraq üç aparıcı-

təbii, təbii-antropogen və antropogen amilləri nəzərə alaraq Azərbaycan ərazisini 22 ekoloji-coğrafi rayona 

ayırmışdır. Hər bir rayonun ətraf mühitinin gərginlik dərəcəsindən asılı olaraq kompleks tədbirlər hazırlanıb həyata 

keçirmə haqqında dəyərli tövsiyyələr verilmişdir.  

Azərbaycanın yeni iqtisadi şəraitə keçməsi, onun təbii ehtiyatlardan xüsusilə, neft – qazdan istifadəyə 

beynəlxalq şirkətlərin cəlb edilməsi ətraf mühitin qorunması və bərpasının dünya standartları səviyyəsində 

qurulması işləri ciddi dövlət nəzarəti altında saxlanılmalıdır. Beynəlxalq təbiəti mühafizə təşkilatları – BMT ətraf 

mühitin mühafizəsi üzrə Proqramı (UNEP-inqilis.) və digərləri ilə əlaqələrin genişləndirilməsi böyük fayda verərdi. 

 

6.7. Məktəb coğrafiyası 

Xalqın təhsilinin və ümumi dünyagörüşünün inkişafında tarix, dilçilik və coğrafiya elmləri müstəsna rol 

oynayırlar. Bu üç amil sırasında fəal mövqe tutan coğrafiya ali və orta məktəblərdə təhsil alan gənclərin və 

bütövlükdə xalq kütləsinin maariflənməsində müntəzəm iştirak edir.  

O, böyük bir elm sahəsi kimi dünyanın coğrafi mənzərəsi, iqtisadiyyatı, ekologiyası, kartoqrafiyası və s. 

haqqında köklü və əlaqəli biliklər verir. Burada söhbət hər şeydən əvvəl ümumbəşəri mədəniyyətinin tərkib hissəsi 

olan coğrafi mədəniyyətə ölkə əhalisinin və onun hər bir vətəndaşının qovuşmasından, təhsil və tədrisin 

əhəmiyyətinin artırılmasından gedir.  

Azərbaycanda coğrafiyanın tədrisi tarixində xalqımızın tanınmış maarifçi alimlərindən Qafur Rəşadın, 

Həsənbəy Zərdabinin, Məhəmməd Baharlının və b. böyük əməkləri olmuşdur. Onların yazdıqları coğrafi dərslik və 

kitablar Azərbaycan məktəb coğrafiyası üçün yazılmış ilk qiymətli nümunələr idi.  

Məktəb coğrafiyasının sistemli inkişafı 1934-1935-ci illərdən başlanmışdır. Həmin dövrdə keçmiş İttifaq 

dövləti ali və orta məktəblərdə coğrafiyanın tədris olunması, dərsliklər və kartoqrafiya materiallarının hazırlanması 

haqqında əhəmiyyətli qərarlar qəbul etmişdir.  

                                                 

1

 Ùÿñÿí ßëèéåâ «Ùÿéàúàí òÿáèëè», Áàêû, Àçÿðíÿøð, 1982, ñÿù.5 



 

89



Bu qərarlar əsasında ölkədə ixtisaslı coğrafiya kadrları hazırlamaq məqsədilə 1935-ci ildə Azərbaycan Pedaqoji 

İnstitutunda və 1944-cü ildə isə Azərbaycan Dövlət Universitetində coğrafiya və geologiya-coğrafiya fakültələri 

yaradıldı. Pedaqoji İnstitutun ilk məzunlarından M.Zülfüqarov, S.Şükürov, H.Sadıxlı, O.Osmanov, B.Axundov və b. 

həm orta və həm də ali məktəblərdə geniş pedaqoji fəaliyyətə başladılar. M.Zülfüqarov coğrafiyanın tədrisi 

metodikasına dair ilk dissertasiya müdafiə edir və həmin əsaslı tədqiqatlarını davam etdirir. 

Sonrakı illərdə fəaliyyətə başlayan ADU-nun geologiya – coğrafiya fakültəsinin ilk 10-15 ildə coğrafiya 

ixtisası üzrə mütəxəssisləri yox dərəcəsində idi.  

Əvvəllər təkcə H.B.Əliyev coğrafiya ixtisası üzrə fəaliyyət göstərirdi. Daha sonra Ə.M.Hacızadə, 

N.K.Kərəmov namizədlik işi müdafiə edib tədris fəaliyyətinə başladılar. 40-50-ci illərdə ADU-nun coğrafiya 

şöbəsində tədris işinin yerinə yetirilməsində Azərbaycan EA Coğrafiya, Geologiya, Botanika, Torpaqşünaslıq və b. 

institutlarının əməkdaşları, Pedaqoji İnstitutun coğrafiya fakültəsinin alim və pedaqoqları yaxından iştirak etdilər. 

Bu alimlərin hər biri o zamanlar öz sahəsinin çox görkəmli mütəxəssisləri idilər və məhz universitet coğrafiyasının 

yaranmasının ilk mənbəsini təşkil edirdilər. 

Q.K.Gül, H.B.Əliyev və Ə.M.Hacızadənin müəllifliyi ilə dalbadal orta və ali məktəblər üçün dərsliklər 

yazılırdı, müxtəlif xəritə və atlaslar tərtib olunurdu. Orta məktəb coğrafiyasının 40-50-ci illərdə inkişaf 

etdirilməsində Azərbaycan EA Coğrafiya İnstitutu və ali məktəb alimləri yaxından iştirak edirdilər. 

Məktəb coğrafiyası fənnləri V-IX siniflərin hər birində xüsusi proqram və dərslik üzrə tədris edilir və metodiki 

məsələləri həll olunurdu. Keçmiş Sovet ittifaqının Pedoqoji Akademiyasının görkəmli metodist alimləri tərəfindən 

yazılmış mükəmməl dərsliklər (1960-1980-ci illər) və tərtib olunan xəritələr Azərbaycan dilinə tərcümə edilib 

müntəzəm olaraq məktəblərə çatdırılırdı. 

Sabit dərsliklərə əlavə olaraq azərbaycan dilinə tərcümə edilən «Coğrafiyanın yeni proqram üzrə öyrənilməsi» 

(Bakı, 1974), «SSRİ-nin fiziki və iqtisadi coğrafiyasına dair metodiki vəsaitləri» (Bakı, 1981), «Materiklər 

coğrafiyasına dair» (Bakı, 1988) və b. metodiki vəsaitlər müəllimlərə böyük köməklik göstərirdi. 

Respublikamızda coğrafiyanın tədrisi metodikası əsas sahə kimi həmişə diqqət mərkəzində durmuşdur. Uzun 

illər bu sahədə işi və əməli fəaliyyəti olmuş M.Zülfüqarovun rəhbərliyi altında bir dəstə metodist alimlər 

yetişmişdir. Onlardan N.N.Allahverdiyevi, B.Paşayevi, O.Alxasovu, M.Quliyevi, D.Ələsgərovu, H.Ağayevi, 

A.Qarayevi, N.Seyfullayevanı və b. göstərmək olar. Bu alimlərin əsərləri, gündəlik fəaliyyəti məktəb coğrafiyasının 

metodikası qarşısında qoyulmuş çox ciddi məsələlərin həllinə yönəldilmişdir. 

Coğrafiyanın ali və orta məktəblərdə tədris olunmasında gündəlik və aylıq qəzet və jurnalların müntəzəm çap 

edilməsi lazımdır. Bu baxımdan «Tarix, ictimaiyyət və coğrafiya tədrisi» metodiki məcmuənin nəşr edilməsi 

müəllimlərin elmi-coğrafi və metodik inkişafı üçün xüsusi əhəmiyyət kəsb edirdi. Orta məktəb müəllimlərinin 

böyük ehtiyacı olan bu jurnalın hazırda nəşri dayandırılmışdır. Fəaliyyətdə olan «Azərbaycan müəllimi» qəzeti 

məktəblər üçün ən yeni məlumat və rəsmi sənədlərin maarif ocaqlarına çatdırılmasında mühüm rol oynayır. Son illər 

«Araz» hazırlıq mərkəzinin müntəzəm nəşr olunan «Zirvə» və Dövlət Tələbə Qəbul Komissiyasının «Abituriyent» 

jurnalında yüksək elmi-metodik səviyyəsi ilə seçilən nümunə testləri, analitik məqalələr, sonuncuda isə həm də 

qəbul proqramları verilməyə başlanıbdır. 

Uzun illərdən bəri alimlərimiz orta məktəblər üçün Azərbaycan coğrafiyası (fiziki və iqtisadi) dərslikləri və ali 

məktəblər üçün isə bütün istiqamətlərdə tələb olunan dərslik və tədris vəsaitləri yazılmasında yaxından iştirak 

etmişlər, hazırda bu işi davam etdirirlər. Bunlardan orta məktəblər üçün əvvəllər çap olunmuş Q.K.Gülün 

«Azərbaycan SSR-nin coğrafiyası» (1962), H.B.Əliyevin «Azərbaycan SSR-nin iqtisadi coğrafiyası» (1963), 

B.Ə.Budaqov və E.F.Apoyev «Azərbaycan Respublikasının coğrafiyası»nı – 8-9-cu siniflər (1991) göstərmək olar. 

Ali məktəblər üzrə hazırlanan dərslik və tədris vəsaitləri coğrafiyanın daha geniş istiqamətlərini əhatə edir. 

Bunlar aşağıdakılardır:  

- fiziki coğrafiya üzrə – Q.K.Gülün redaktorluğu ilə «Azərbaycan SSR-nin fiziki coğrafiyası» (1959),   

- V.Kalesnik «Ümumi yerşünaslıq» (Ş.B.Kərimovun tərcüməsi, 1968),  

- M.A.Müseyibov, B.A.Budaqov, N.Ş.Şirinov «Ümumi Geomorfologiya» (1967, 1986),  

- M.A.Müseyibov «Azərbaycan SSR-nin landşaftı» (rus dilində, 1981),  

- M.A.Müseyibov, M.S.Çobanzadə, F.Ə.Əhmədov «Qitələrin fiziki coğrafiyası», I və II hissələr, 1974, 1976),  

- M.S.Çobanzadə «Ümumi yerşünaslığın əsasları» (1988), F.Milkov, N.Qvozdetski «SSRİ-nin fiziki 

coğrafiyası» (R.H.Muğalovun tərcüməsi, 1990),  

- M.A.Müseyibov «Azərbaycanın fiziki coğrafiyası» (1998); 

- Hidrometrologiya üzrə – N.A.Vəliyev, M.Ə.Məmmədov «Hidrologiya» (1982,1984),  

 

90




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə