Taptıq Həsənov



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə49/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   52

nəzdində Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu yaradıldı. Bu institut o zamanlar Qafqaz-Xəzər regionunun 

geoloji quruluşu və faydalı qazıntılarını, meşə və torpaq örtüyünü, hidrosferin və ətraf mühitin mühafizəsi 

məsələlərini öyrənirdi. Həmin təşkilat hazırda Azərbaycan Milli Aerokosmik Agentliyinə (AMAKA) çevrilmiş və 

bu adla da fəaliyyət göstərir. Agentlikdə coğrafiyaya aid tədqiqatlar Ekologiya İnstitutu tərəfindən aparılır. Kosmik 

geoinformasiyadan istifadə yolu ilə təbii-ərazi komplekslərinin öyrənilməsində və onların proqnozlarının 

verilməsində bu institut əhəmiyyətli işlər görür.  

Hazırda İnstitutda 6 şöbə və 8 laboratoriya fəaliyyət göstərir. Həmin struktur vahidləri atmosferdə, su 

hövzələrində, torpaq və bitki örtüyündə gedən istər təbii və istərsə də antropogen mənşəli zərərli proseslərin tədqiqi 

ilə məşğul olur. Aparılmış tədqiqatlar nəticəsində sel axınları, sürüşmə, uçqun və s. kimi təbii dağıdıcı proseslərin 

qarşısının alınması kimi vacib məsələlər öyrənilmiş və müvafiq orqanlara konkret tövsiyələr verilmişdir. Aparılan 

bu tədqiqatların nəticələri YUNESKO, «İnterkosmos» və b. təşkilatlar tərəfindən bəyənilmişdir. 

Aerokosmik tədqiqatların genişlənməsində 1977-ci ildə Azərbaycan EA Coğrafiya İnstitutu nəzdində 

«Aerokosmik metodların coğrafiyaya tətbiqi laboratoriyasının təşkil edilməsi mühüm rol oynayır. 

Aerokosmik metodlar fiziki coğrafiyanın ən mühüm  sahələri olan geomorfologiya və landşaftşünaslıqda daha 

böyük əhəmiyyət kəsb edir. Ayrı-ayrı dövrlərdə çəkilmiş kosmik şəkillərin müqayisəsi əsasında Böyük Qafqazın 

şərq və Kiçik Qafqazın Azərbaycan hissələrinin tektonik qırılmalarına uyğun gələn və qanunauyğun şəkildə 

istiqamətlənmiş mürəkkəb şəbəkəsi aşkar edilmişdir. Həmin ərazilərdə aparılan kosmik təhlillər əsasında iri və 

kiçikmiqyaslı morfostruktur xəritələr tərtib olunmuşdur (B.Ə.Budaqov, E.K.Əlizadə, A.Mikayılov 1984-1998). 

Bütün bu kosmik tədqiqatlar E.K.Əlizadənin yazdığı «Azərbaycan və ətraf dağlıq ərazilərin morfostruktur 

quruluşu» (1998) monoqrafiyasında ətraflı şəkildə təhlil olunmuş və ümumiləşdirilmişdir. 

Azərbaycanın landşaftlarının kosmik tədqiqat materialları əsasında öyrənilməsi xeyli genişləndirilmişdir. Belə 

tədqiqatlar ilk növbədə Böyük Qafqazın cənub yamacları və Acınohur-Ceyrançöl alçaq dağlıq ərazilərini əhatə 

etmişdir. (B.A.Seyfullayev, 1980). Bu tədqiqatların nəticəsində antropogen landşaftların ərazidə qarşılıqlı 

yayılmasının qanunauyğunluqları, onların struktur xüsusiyyətləri aşkar edilmişdir. Ağ-qara kosmik şəkillər əsasında 

landşaft vahidlərinin (tip-yarım tip növ) və landşaft tiplərinin xəritələri tərtib edilmişdir. 

Aerokosmik şəkillərin deşifrələnmə materiallarının tətbiqi əsasında Kiçik Qafqazın yeni tektonik hərəkətlərin 

və morfostrukturların müasir landşaftların formalaşmasına təsiri aydınlaşdırılmışdır.  

Kosmik tədqiqatlardan digər fiziki-coğrafi proseslərin-sel ocaqlarının yaranması (Məmmədquluzadə, 1986), 

ekzogen proseslərin inkişaf dinamikası və yayılma coğrafiyası öyrənilib və xəritələşdirilməsi aparılıbdır (Əlizadə, 

Tarixzadə 1997, 1998). 

Kosmik şəkillərdən istifadə edərək aqroirriqasiya landşaftları vəziyyəti, müasir inkişaf dinamikası öyrənilmiş 

və Kür çayının sağ sahili düzənliklərinin aqroirriqasiyası landşaftları xəritəsi tərtib edilmişdir. (Yusifov 1990, 1998). 

Bundan başqa, göstərilən materialların köməyi ilə Azərbaycanın palçıq vulkanlarının landşaftları öyrənilmişdir. 

(Mikayılov, Zeynalov 1997, 1998). 

Aerokosmik metodlar vasitəsi ilə müxtəlif məzmunlu iqtisadi coğrafi tədqiqatlar da aparılmışdır. Lakin 

respublikamızda bu istiqamətdə aparılan tədqiqatları qənaətbəxş hesab etmək olmaz. 

Hazırda sərhədyanı ərazilərdən və qonşu respublikalardan Azərbaycana daxil olan su ehtiyatlarının tədqiqi 

sahəsində geniş işlər aparılır. Müəyyən edilmişdir ki, Ermənistan ərazisindən bizə axan çaylar – Araz, Oxçuçay, 

Debet, Ağstafaçay, Tovuzçay və b. həddən artıq çox çirklənirlər. Bəzi maddələrin (Ca, Na, HCO

3

, NH



3

 və s.) 


miqdarı beynəlxalq normalardan 10 dəfələrlə artıqdır. Bundan başqa, Agentliyin nəzdindəki institutlar Abşeron 

torpaqlarının neft məhsulları ilə çirklənməsi, şoranlaşması, bataqlıqlaşması və s. kimi ekoloji məsələlərin tədqiqi 

sahəsində və kartoqrafiya kafedrasında aerokosmik materiallar əsasında Abşeron yarımadasının ekoloji, topoqrafik 

xəritələrinin tərtibi və təhlili üzərində elmi-tədqiqat işləri aparılmağa başlanmışdır. (Ə.T.Talıbov 1999). 

Beləliklə, göründüyü kimi aerokosmik metodlar Azərbaycanın təbii, ekoloji və təsərrüfat-ərazi-məskunlaşma-

kommunikasiya sistemlərinin öyrənilməsi istiqamətlərini daha da genişləndirməyə imkan verəcəkdir. 

 

6.6. Ətraf mühitin mühafizəsi 

Azərbaycanın coğrafiya tarixində ətraf mühitin mühafizəsi inkişaf etməkdə olan yeni və əhəmiyyətli elm 

sahəsidir. Bu sahənin adı hələlik tam sabitləşməyibdir., ona görə də «Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlarda 

istifadə», «Ekoloji coğrafiya» və başqa adlar işlədilir. Müxtəlif adların işlədilməsi bu elmin nisbətən cavan olması, 

elmlər arası sintez xarakteri daşıması və s. ilə bağlıdır. 

Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə elm sahəsinin mahiyyətini təbiət-insan-

təsərrüfat üçlüyünün arasındakı qarşılıqlı əlaqələr təşkil edir. Bu əlaqələr Azərbaycan ərazisində elə ahəngdar 

qurulmalıdır ki, onun təbiəti və ehtiyatları xalqımızın həm indiki və həm də gələcək nəsillərinin maddi və mənəvi 

tələbatını tam ödəyə bilsin. Ona görə də Azərbaycan təbiətinin mühafizəsi, bərpası və səmərəli istifadə olunmasının 

öyrənilməsi sahəsində digər elmlərlə yanaşı, coğrafiya elmi də fəal iştirak edir. 

 

87



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə