Taptıq Həsənov


Professor Ə.A.Mədətzadənin



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə45/52
tarix08.10.2017
ölçüsü1,14 Mb.
#3789
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   52

Professor Ə.A.Mədətzadənin rəhbərliyi ilə ölkəmizdə uzun müddət sinoptik meteorologiyaya dair 

tədqiqatlar aparılmışdır. Azərbaycan coğraflarının respublika, Şimali Qafqaz, Xəzər dənizi üçün qısa və uzun 

müddətli hava proqnozlarının verilməsində əməyi böyükdür. Azərbaycandakı sinoptik proseslərin tipləri, sinoptik 

iqlim rayonları müəyyənləşdirilmişdir. Meteoroloqlar ekstremal iqlim hadisələri törədən atmosfer proseslərini və 

onların proqnozlarını öyrənmişlər. Ölkə kurortlarının mikroiqlimləri tədqiq edilmiş və onların müalicə-sağlamlıq 

işlərinə təsiri araşdırılmışdır. Respublika sənaye mərkəzlərinin iqlim şəraitinin və hava hövzələrinin çirklənmə 

dərəcələrinin öyrənilməsinə xeyli fikir verilmişdir. 

BDU-nun coğrafiya fakültəsində Azərbaycan ərazisində meteoroloji kəmiyyətlərin müxtəlif təminatlarının 

təyini, aqroiqlim, bioiqlim və konkret ərazilərin (Naxçıvan MR, Qarabağ regionlarının) kompleks iqlim 

xarakteristikası, atmosferin mühafizəsi və iqlim dəyişmələrinə  dair sanballı tədqiqatlar yerinə yetirilmişdir 

(V.A.Nadirov, B.H.Məmmədov, B.Ə.Məmmədov, Ə.S. Məmmədov). 

Əməkdar elm xadimi, professor S.H.Rüstəmovun rəhbərliyi ilə Azərbaycanda geniş hidroloji tədqiqat işləri 

aparılmışdır. Ən müasir metodlarla çay və göllərin coğrafi xüsusiyyətləri öyrənilmişdir. Çayların su rejimi, balansı, 

su ehtiyatları, axımı, enerji ehtiyatları, göllərin xüsusiyyətləri, onların təsnifatı, su anbarları, çay və göl sahillərinin 

dinamikası və s. məsələlər dərindən tədqiq edilmiş və hidroloji xəritələr tərtib olunmuşdur. Hazırda institutun 

hidrologiya şöbəsinə S.H.Rüstəmovun tələbəsi R.N.Qaşqay rəhbərlik edir. 

Azərbaycanda axım proseslərinin öyrənilməsi üzrə son illər intensiv tədqiqatlar aparılmış, yeni təhlil 

metodlarından, o cümlədən riyazi statistikadan istifadə edilməyə başlanmışdır. M.Ə.Məmmədov statistik sıranın hər 

birinin təminatını hesablamaq üçün mövcud düsturlarda səmərəli düzəlişlər etməklə dağ çaylarının maksimal su 

sərfinin hesablanmasını aparmışdır. (M.Ə.Məmmədov «Dağ çaylarının maksimal  su sərfinin hesablanması» L.1989, 

rus dilində). 

Qurunun hidrologiyasına dair aparılan yeni aktual tədqiqatlar sırasına F.Ə.İmanovun «Qafqaz çaylarının 

minimal su sərfi». (Bakı, 2000),  M.Ə.Məmmədov, F.Ə.Məmmədov, N.Ş.Hüseynovun «Quraqlığın meteoroloji 

əsasları və hidroloji proseslər» (Bakı, BDU, 2000) M.Ə.Məmmədov, F.Ə.İmanov, R.N.Məmmədov «Hidrometriya» 

(dərslik, Bakı, 2000) və b. daxildir. Bu sahədə aparılan tədqiqatların istehsalla daha sıx əlaqələndirilməsi işləri 

(M.Ə.Məmmədov, H.Y.Fətullayev «İnsanın təsərrüfat fəaliyyətinin su sərfinə təsiri», Bakı, 1992) son illər xeyli 

genişləndirilmişdir. 

Aparılan tədqiqatlar aşağıdakı problemlərin: su anbarları və hidroelektrik stansiyalarının su sərfi və səviyyə 

rejiminə olan tələbatının müəyyən edilməsi, tikilən iri su anbarlarının ətraf mühitə təsiri və su anbarları kadastrının 

tərtibi və s. həllində geniş istifadə olunur. 

Azərbaycanda hidrologiya elminin əsas istiqamətlərindən biri olan dağ çaylarında baş verən sel hadisələri, 

ekoloji axım, məcra prosesləri və s. tədqiq edilməkdədir. Dağ çaylarından ən narahatları olan Kişçay, Kümrükçay və 

Baş Qafqazın digər belə rejimli çayları üzərində sel hadisələrinin öyrənilməsi işləri aparılmışdır. Bu tədqiqatlar 

nəticəsində sellərin formalaşma xüsusiyyətləri, təsərrüfat baxımından ərazilərin sel təhlükəsizliyinin 

qiymətləndirilməsi və sel-təhlükəli çay hövzələrinin təsnifləşdirilməsi və rayonlaşdırılması, sellərlə mübarizə 

tədbirləri işlənib hazırlanmışdır. 

 

6.2.5 Xəzər dənizinin öyrənilməsi 

Xəzər dənizi Azərbaycan Respublikası tarixi-coğrafiyasına, təbiətinə və müasir iqtisadi həyatına önəmli təsir 

göstərir. Ona görə də bu unikal dəniz-gölün öyrənilməsi respublika xəzərşünaslarının daim diqqət mərkəzində 

olmuşdur. 

Xəzərin planlı və ardıcıl öyrənilməsinin əsasını professor Q.K.Gül qoymuşdur. Onun rəhbərliyi altında Xəzərə 

aid geniş tədqiqat işləri aparılmış və çoxsaylı elmi əsərlər yazılmışdır. 

1972-ci ildə Xəzərin açıq hissəsində tərpənməz özül üzərində dünyada birinci olaraq dəniz observatoriyası 

yaradıldı. Bu observatoriyanın təşkilində, ümumiyyətlə Xəzərin bir sıra yeni problemlərinin tədqiq olunmasında 



T.M.Tatarayevin əvəzsiz xidmətləri olmuşdur. 

Müxtəlif adlar və tabeçiliklər altında fəaliyyət göstərən və nəhayət 1988-ci ildən yenidən Azərbaycan EA 

Coğrafiya İnstitutuna verilən «Xəzər dənizi problemləri mərkəzi» dənizin hərtərəfli öyrənilməsinin əsl qərargahı 

rolunu oynamağa başladı. Bu mərkəzdə: Xəzərin rejimi, axımları, temperaturu və duzluluğun şaquli və üfüqi 

istiqamətdə paylanması, səth və daxili dalğaları atmosferlə dənizin qarşılıqlı təması, bioloji aləmi, dənizdəki 

təsərrüfat fəaliyyətinin hidrometeoroloji və ekoloji şəraiti və s. müntəzəm olaraq öyrənilirdi. 

Sinoptik iqlim baxımından Xəzərin rayonlaşdırılması, onun üzərində hava şəraitini yaradan atmosfer prosesləri, 

küləklərin qruplaşdırılması və s. Ə.A.Mədətzadə tərəfindən öyrənilmişdir. 

Ölkə xəzərşünasları dəniz səviyyəsinin tərəddüdləri və onun başlıca amillərinin tədqiq olunmasında yaxından 

iştirak edirlər. Belə tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Xəzərin səviyyə tərəddüdləri 80-90 faiz  

hidroklimatoloji 10-20 faizi isə geoloji və antropogen amillərlə bağlıdır. 

 

79




Xəzərin axınlarının daxili strukturunu, onda baş verən pulsasiyaların ölçülməsi işlərini ilk dəfə 

R.M.Məmmədov tədqiq etmişdir. Onun Xəzərlə bağlı son illər hazırladığı bir sıra beynəlxalq əhəmiyyətli layihələr 

həyata keçirilmişdir. 

Xəzərin dibinin relyefi, Abşeron yarımadasının, cənubi Xəzərin Azərbaycan sahillərinin geomorfologiyası və 

dinamikası ətraflı öyrənilmiş və rayonlaşdırılması aparılmışdır. Ümumiyyətlə, Xəzər dənizinin sahillərinin 

formalaşmasında təbii amillərin rolu təhlil edilmiş və morfometriyası öyrənilmişdir. (N.Ş. Şirinov, A.İ.Xəlilov, 

N.M.Mehdiyev, X.Ə.Əliyev, R.X.Priyev). N.Ş.Şirinovun, X.Ə.Vəliyevin, Q.Q. Əliyevin, «Xəzərin, onun 

sahillərinin təbiəti və ekologiyası» (Bakı, 1998) kitabında Xəzərin mənşəyi, təbiəti, sahillərinin relyefi və onda baş 

verən dəyişikliklər, dəniz və sahillərinin ekologiyası ətraflı tədqiq edilmişdir. 

Xəzər dənizinin ekoloji vəziyyətinin öyrənilməsi istiqamətində son illər aparılan tədqiqatların, hazırlanan 

layihələrin sayı xeyli artmışdır. Dənizin neft məhsulları, fenol və digərləri ilə çirklənməsinin  paylanması təsnifatı 

verilmiş, Azərbaycanın sahil zonasına axıdılan çirkab sularının miqdarı və tərkibi haqqında ətraflı məlumat toplanıb 

təhlil edilmişdir (N.M.Ağalarova). 

Xəzərin öyrənilməsində aerokosmik metodların tətbiqi xeyli genişləndirilib və dəqiq hesablamaların sayı 

artmışdır. 

 

6.3 İqtisadi və sosial coğrafiya 

Azərbaycan EA Coğrafiya İnstitutunun təşkili (1945) coğrafiya elminin bütün sahələri kimi iqtisadi 

coğrafiyanın da inkişafına güclü təkan verdi. 

Tədricən bu elmin ayrı-ayrı sahələrinə – məhsuldar qüvvələrin, əhalinin, şəhərlərin inkişafı və 

yerləşdirilməsinə, təbii ehtiyatların istifadəsinə, iqtisadi-coğrafi rayonların səciyyəsinə və s. aid müntəzəm elmi-

tədqiqat işləri aparılmağa başlandı. İlk gündən bu işlərin təşkilində və aparılmasında professor H.B.Əliyevin 

müstəsna xidmətləri olmuşdur. Ali məktəblərdə iqtisadi coğrafiya kafedralarının açılması, tədris kurslarının 

təşkili və sistemli elmi tədqiqat işlərinin aparılması onun adı  ilə bağlıdır. Azərbaycanda iqtisadi və sosial coğrafiya 

elminin aşağıdakı istiqamətləri üzrə elmi-tədqiqat işləri həyata keçirilmişdir. 

Azərbaycanın təbii şəraiti və təbii ehtiyatlarının əhatəli öyrənilməsi və ilk dəfə onun balla qiymətləndirilməsi 

işləri Ə.M.Hacızadənin «Azərbaycan SSR sənayesinin inkişafının təbii ehtiyat potensialı» (Bakı, 1983, rus dilində) 

monoqrafiyasında verilmişdir. Təbii ehtiyatların iqtisadi-coğrafi qiymətləndirilməsi, istehsalın inkişafı və 

yerləşdirilməsinin təbii zəmini, ayrı-ayrı təbii ehtiyat növləri ilə Azərbaycanın təmin olunması və ekoloji mühitin 

qorunması və s. məsələlər N.A.Nəbiyevin  «İqtisadiyyat, cəmiyyət və ekoloji mühit» (Bakı, 2000) adlı iri həcmli 

monoqrafiyasında ətraflı şəkildə öyrənilmişdir. 



B.T.Nəzirovanın müştərək müəllifliyi ilə yazılan «Böyük Qafqazın təbii ehtiyat potensialı» (Bakı, 1992, rus 

dilində) əsərində bu iri regionun təbii ehtiyatları ümumi, ayrı-ayrı növləri ilə xüsusi halda dərin təhlil edilmişdir. 

Azərbaycanın  ayrı-ayrı regionlarının təbii ehtiyatlarının iqtisadi-coğrafi baxımından  öyrənilməsi istiqamətində  də 

mühüm işlər görülmüşdür. Naxçıvan MR (Z.S.Məmmədov, 1999), Gəncə-Qazax, Şəki-Zaqatala və digər regionların  

təbii ehtiyatlarının iqtisadi-coğrafi səciyyəsi verilmişdir. 

Təbii fəlakətlər və onların iqtisadi coğrafi qiymətləndirilməsinə  dair Azərbaycanda yazılmış ilk əsər  

N.B.Babaxanovun «Azərbaycanda təbii fəlakət və ona qarşı mübarizə tədbirləri» (Bakı, 1985, rus dilin) olmuşdur. 

Burada təbii fəlakət hadisələrinin əsas anlayışları şərh olunur, təsərrüfat sahələrinə  və əhaliyə vurduğu ziyanların  

hesablama metodu göstərilir, təbii fəlakətlərin yayılması coğrafiyası, rayonlaşdırılması və ona qarşı mübarizə  

tədbirləri təhlil olunur. Günün çox aktual olan bu mövzusu öz davamını Böyük Qafqazın təbii fəlakətlərinin iqtisadi-

coğrafiya qiymətlənidirilməsində (N.A.Paşayev) tapmışdır  

Azərbaycan Respublikasının təsərrüfat sahələrinin iqtisadi coğrafi öyrənilməsi daim diqqət mərkəzində 

olmuşdur. Belə ki, bütün mülkiyyət növlərini öz əlində cəmləşdirən sosialist iqtisadi sistemi buna maraqlı idi. 

Bununla əlaqədar olaraq respublikanın təsərrüfat  sahələrinin-sənaye, kənd təsərrüfat və nəqliyyatın coğrafiyasına 

dair çoxlu əsərlər yazmışdır. 

Ə.M.Hacızadənin «Azərbaycanın sənaye kompleksi, onun coğrafi problemləri» (Bakı, 1975, rus dilində) adlı 

iri həcmli əsəri elmimizin xəzinəsinə sanballı tədqiqat nümunəsi kimi daxil edilmişdir. Burada Azərbaycan 

sənayesinin inkişafının təbii-iqtisadi zəmini, formalaşması mərhələləri, enerji-istehsal silsilələri, müxtəlif sənaye-

ərazi qovşaqları və kompleksləri yaratması və s. kimi coğrafi problemləri geniş təhlil olunmuşdur. 

Məhsuldar qüvvələrin yerləşdirilməsi aspektində akademik A.A.Nadirov tam bir məktəb yaratmış və bu 

problemə aid geniş elmi tədqiqat işləri aparmış, monoqrafiyalar və elmi məqalələr yazmışdır. Bunların ən başlıcaları 

«Azərbaycanda sənayenin yerləşdirilməsinin iqtisadi problemləri» (1976), «Naxçıvan MR» (1959, iqtisadi coğrafi 

oçerk), «Naxçıvan iqtisadiyyatı XX əsrdə» (2000) və başqalarıdır. 

B.T.Nəzirova tərəfindən yazılmış «Azərbaycanın kənd təsərrüfatının coğrafiyası» (Bakı, 1975, rus dilində) 

kimi sanballı tədqiqat işində kənd təsərrüfatı coğrafiyası daha da inkişaf etdirilmiş, kənd təsərrüfatı rayonları 

 

80



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə