Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə27/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   23   24   25   26   27   28   29   30   ...   54

və    solğun  görünür.Əvəzndə  isə  məhz  bu  poetika    çərçivəsində  “  qadın0  kişi” 
münasibətləri  demək olar ki,  eyni hüquqlu  şəxslərin “ mübarizə-  işbirliyi “ kimi  
təqdim  olunur. Münasibətlər  cinsiyyətlə  təyin olunmur , müəyyənləşdirilmir  və  
dəyərləndirilmir.Qadın    və  kişi    arasındakı    münasibətlərin      meyarı    sağlam 
düşüncə  şərtləridir    ki,    burada  heç  kimə  əvvəldən    güzəştli  şərait  yaradılmır,  
hadisələrin  gedişatı  və  məntiqi    əsas    dəyərləndirici    meyar  kimi  çıxış  edir  . 
Məsələn :          “ Eh,  xanım, kişilərin əgər ağlı var , niyə biz onları  hər qədəmdə 
min yol aldadırıq . öz bildiyimizi edirik ?”( “ Müsyo- Jordan”) “... biçarənin heç 
təqsiri  yoxdur.O,   neyləsin ki bu viranolmuş  ölkənin qızları  quldurluq, oğurluq 
bacarmayanı  sevmirlər  .Divanbəyinə    deyən  gərək  ki,  biçarə  gədələri  niyə 
oğurluqdan  ,  quldurluqdan  ötrü  incidirsən?  Bacarırsan  ölkəmizin    qızlarına 
qadağan    elə  ki,  quldur  olmayan    oğlanlardan  zəhlələri  getməsin  “  (  “  Xırs  
quldurbasan” ) ; “ Bir  qız ki,  onun bacısının  haqqında  bədgüman olalar , xana 
layiq olmaz .Bu  üzüyü anar, xana  layiq  bir  qız  tap, onun  barmağına  tax!” (“ 
Lənkəran    xanının    vəziri  “)  ;  “  Yəni    sən  bu  yaraqları    qurşanıb  olar  ilə  adam  
qorxudacaqsan?  Bu    tüfəng  –  tapancanın  iyirmisini  üstünə  götürsən  ,  mən      bu 
arvadlığımla  səndən   qormaram...”(“Hacı  Qara”). 
Misalları  artırmaq  olar , amma  məsələ  aydındır : “ seyr” poetikası bu və 
ya  başqa  mövzularda    demokratik    dəyərlərdən    çıxış    edərək    hər  cür  
bərabərsizliyə  qarşı  çıxır .. 
Yuxarıda  göstərdiyimiz    mövzular    konkret    pyeslərdə    parlaq    və  əyani  
şəkildə    həll    olunduğundan    teatr  prosesimizin    yeni  ənənəsinə  həyat  verdi  : 
M.F.Axundovun “ seyr “  poetikasında  inkişaf edən dramaturgiya  demək olar ki,  
prinsipial yeni mövzular  açmadı, təqdim olunan mövzular tipologiyasından kənara 
çıxmayıb , mövzuların kofiqurasiyalarıyla  məşğul old.Aydın məsələdir ki,  xalqın 
mədəni-  mənəvi    tərbiyəsi  işində    bu  hal  nə  qədər  təqdirə    layiqdirsə  ,  teatr 
düşüncəsinin    özəl  inkişafı  baxımından    qənaətbəxş  sayıla  bilməz  ,  çünki  irəli 
getməkdənsə    epiqonçuluq  (  kor  –koranə  təkararçılıq  )  üçün    əlverişli    şərait  
yaradır. 


M.F.Axundovun  “  seyr”    poetikasının  peşəkar    sənət    düşüncəmiz    üçün  
örnək  olması  bir  vacib amilə də toxunmalıyıq.İlk baxışdan  bu amil  paradoksal  
görünə  bilər.Amma    M.F.Axundovun    fəlsəfi    və  elmi  düşüncəsi    kontekstində  
göstərəcəyimiz    amil  paradoksionallığını    itirib  dialektik  mənasını    açıqlayır 
.Söhbət M.F.Axundov  əsərlərinin  janrının  komediya  olmasından  gedir.məlum  
olduğu    kimi    dünya    teatr    tarixində    birincilik    “  ciddi”  mövzulu    əsərlərə 
məxsusudur  : qədim  Yunan  teatrında  öncə Esxil,  Sofokl , Evripidin  faciələri , 
daha sonra  Aristofanın  komediyaları  səhnə üzü  gördü .Bəs nədən M.F.axundov “ 
ciddi” ədəbi şair  və üslublarda  usta ola ola teatr  örnəyini , poetikasını yaradanda  
komediya janrına üstünlük verdi? 
Bizcə  bu halın bir neçə səbəbi var ki,  onları açıqlamazdan öncə qeyd  edək 
ki,  tarixi  saələflərindən  fərqli  olaraq    M.F.Axundovun  vəziyyəti    daha  çətin  və 
mürəkkəb  idi.Dünya  teatrının    böyük  sənətkarları  bir    qayda  olaraq    ictimai- 
psixoloji prosesləri həssaalıqla  duyub , onları “ ərz və  tələbat “ qanununa  uyğun  
sənət meydanına çıxarırdılarr.Başqa sözlə  ,  misal üçün,  dövrün Şekspirə ehtiyacı 
var  idi  və  Şekspir    dövrünün  tələlərinə    cavab  olaraq  əsərlərini  “  ərz”  
etdi.M.F.Axundov  isə    dövrünün  inkişaf  istiqamətlərini”  ər  etdi”  (  onun    başqa 
sahələr  də    təşəbbüslərini  xatırlayaraq)    və  bu    istiqamətləri    o,    Qərbin  rassional  
dünya  görüşündən,  tarixi  və  elmi  ənənəsindən  mənimsədi.Təbii  olaraq  ,    teatr 
tarixinin  qaynaqlarını    M.F.Axundov    Qədim  Yunan    teatr    anlayışlarında  
görürdü.Bu anlayışların ən parlaq və aydın olanı  komediya – “ komos  oda “  ( “ 
keçi  nəğməsi”)  janrıdır  ki,  onun  tərbiyəvi  əhəmiyyətini  ,  Qərbi  Avropa    sənət 
təfəkkürü    yarandığı  gündən  dəərləndirmişdi.Daxili    strukturunda  əski  ritual  – 
mərasimlərin  rudimentləri    olan(    kokret:  Dionis    oyunlarını    mifo-  epik 
sistemliyini  elementləri)  komediya    gülüş  vasitəsi  ilə  təmizlənmək,  dəyişmək,  “ 
ölüb- dirilmək”  ideyasını  yeni çağın formalarında  bərpa edib, onu yaradıcı tərzdə  
yaşatmaq  iddiasındadı.Buradaca    qeyd  eləyək    ki,    M.F.Axundov  “    karnaval  
estetikasının  “    bir  çox    parlaq    kateqoriyalarından  şüurlu  tərzdə  istifadə 
etmədi.Bunların içində xalq  gülüş mədəniyyətinə  doğma olan   biədəb (“ maddi – 
bədən , aşağı hissə”)  vəziyyət  və anlayışlar , dolaşıq situasiyalar, qetyri normativ 


leksika  və ya onlara eyhamlar  böyük əhəmiyyətə malikdirlər.Aydın məsələdir ki,  
didaktik, tərbiyəvi məqsədləri önə çıxaran  M.F.Axundov  bu “ riskli” vasitələr əl 
atmadı  .O,  çox  gözəl    anlayırdı  ki,  azad  gülüş  stixiyası    idərəolunmaz  ,  ləzzətlə 
gülən  insan    bu  ləzzətlə  kifayətlənməyib  mənəvi  dəyərləri    əxz    etməkdən  
yayınacaq  .Bildiyimiz  kimi    hər  hansı    “  karnaval  estetkasının  “  gülüş 
kateqoriyaları  ambivalent  ( ikili xassə)  xarakterə  malikdir, yəni  eyni  zamanda  
mənfi    və  müsbət    dəyərləri    özündə    cəm  edir    və  klassik    komediyaların    ideya  
qayəsi    də birmənalı omur  .Məhz    teatr    prosesinin    obyektiv  qanunu  olan  bu  hal 
mənəvi- əxlaqi,  tərbiyəvi  məqsədlərə köklənmiş hər hansı institut( təsisat)  üçün 
təhlükəli  entropik(  dağıdıcı  )    amildir  ,  çünki    mənəvi  nəsihətlərin  danılmazlığını  
mütləq xarakterini zəiflədir, nisbiləşdirir.Bu  cür ehtiyatla davranan M.F.Axundov  
yenə  də    “    gülüş  stixiyasını    “  əbədi  qanunlarının  təsirinə  məruz  qaldı  : 
komediyalarının  situasiya  və personajları iki xassəli oldular, eyni zamanda  mənfi 
-  müsbət  dəyərləndirilmək üçün  əsas verdilər . Hacı Qara  xəsisdir.Bu  təbii ki,  
mənfi  insan  keyfiyyətidir,  amma    taciri  qaçaqmalçılığa    sövq    edən  yalnız  onun  
naqisliyi  deyil :    qeyri-normal    siyasi- iqtisadi vəziyyətidir ki,   yaxşı  mal  əvəzinə  
zay  mal  satmağa  məcbur  edir  .Tanrıverdi  qorxaqdır  ,  gənc  oğlan  üçün  bu  mənfi 
xasiyyətdir,    amma    quldurluğa,  soyğunçuluğa    məcbur  edən  səbəblər  obyektiv  
gerçəkliyin  şərtləridir.Bütün komediyalarda müəllifin birbaşa  müdaxiləsinə, açıq 
bəyənatlarına  baxmayaraq    baş  qəhəmanlar  birmənalı    mənfi  kimi  qavranılmır  ,  
onlara qarşı yaranan oxucu- tamaşaçı  simpatiyası nəsihətin ali məqsədi, mənəvi - 
əxlaqi  təsir  gücünü  də  azaldır  .Nəticədə    mövzunu  da    xarakterləri  də  ,  yozum 
imkanlarını da  xeyli   genişləndirib, bəsit, məhdudu mənada anlaşılan komediyanı 
daha yüksək  qata qaldırmış olur. 
Bundan  beləbir  qənaətə  gələ  bilərik  ki,  komediya    janrına  müraciət 
M.F.Axundov  üçün  konseptual    poetika  yaratmaq  işində  ən  səmərəli,  hər  məada 
əlverişli  üsul    və  bəhanə  oldu.Azərbaycan  milli  teatr  düşüncəsi  üçün  klassik  
(Yunanca- örnək)  olan  altı komediya  yalnız komediya  janrının deyil,  vahid teatr  
potikasının  örnəyi,  nümunəsi  konsepsiyası  oldu..Sonrakı  inkişaf  mərhələlərində 
yaradılan    dram,  faciə  və  s..  janrlı    səhnə  əsərlərində  M.F  Axundov  poetikasının 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə