Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə28/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   24   25   26   27   28   29   30   31   ...   54

daxili sxemləri, mövzuları , xarakterik  tipləri və  konfliktləri  müvafiq  formalarda  
təzahürünü tapdı. 
İkinci  səbəb    teatr  terminlərinin  tarixi  inkişaf    prosesində  məna  etibarı  ilə 
transformasiya olunması  müxtəlif   dövrlərdə  fərqli anlaşmasıyla  bağlıdır.Misal 
olaraq “ dram”  termin anlayışını  tarixi- etimoloji  transformasyalarını göstərək : 
Aristotel zamanında “ dram “  yalnız  “ əməl” (  deystvie ) kimi mənalanırdı.Daha 
sonra  “ dram” termini genişlənib, hər hansı üzücü hadisə  sarsıdıcı əməl mənasını 
qazandı.D.Didronun səhnə əsərləri meydana gəldikdən sonra “ dram” termini əlavə 
olaraq  “    üçüncü  təbəqəyə  mənsub  insanların  həyatından  bəhs  edən  üzücü  
əhvalatların səhnə variantı , dramaturji növ  , üsul “  mənasını əldə etdi. Nəhayət  
XIX  əsrin  sonunda    bu  termin  maksimal  genişlənərək  “  hər  hansı  səhnə  əsəri”  
anlayışına  gəldi.  Bu  gün  biz  bu  termini  yalnız  iki  mənada  işlədib,  hadisələrin 
xassəsi  və teatr janrı   ,  növü kimi  mənlandırırıq. 
Əlamətdar haldır ki, pyeslərinin  ajnr təyinlərində  M.F.Axundov  bircə dəfə  
də  dilimizdə  (  türkcə,  ərəbcə,  farsca  )  olan    “  komediya  “    terminini  
ekvivalentlərindən istifadə etməyib  işlətdikləri təyinlər “  təmsili -  qisseyi – vaqiə 
“    və    “  təmsili-  guzarişi  -    əcib”  (  nəsihət    üçün  göstərilən  qəribə,  təəccüblü 
əhvalat,  xəbər  ,    nəql  etmə    )  olub.Təbii  ki,    söz  ustası    və  zəngin  dil  ehtiyatına 
malik  olan  M.F.Axundov  üçün  “  komediya”  termininə    türkcə  (  ərəbcə,  farsca) 
mənalı  və dolğun  ekvivalent tapmaq  problem deyild. Amma  bu halda  müəllifin  
başlıca  niyyəti    tam  əks  tərəfə  yönələcəkdi  :  mənəvi  tərbiyə  məqsədləri    əyləncə 
məqsədləri  ilı  qapanacaqdı  .Çünki    burada  da    “komediaya”    termin-  anlayışının 
fərqli  mənaları      tokkuşub  informasiya  xaosunu    yaradacaqdı.Məsələ  ondadır  ki, 
M.F.Axundov dövründə rus  dilində (komediya ) anlayışı  ikimənalı idi : həm  “ 
alçaq “  janrları  aid idi (” komediya del-Arte “),  həm də  ali janrlara ( Dantenin  “ 
İlahi    komediyası”  ).Bu  səbəbdən    terminin    semantik  çalarlarını  yalnız    yüksək  
səviyyəi  düşüncə  seçə  bilərdi.Hər  iki    semantik  amlandan  istifadə  edən  
M.F.Axundov  əsərlərində gülüç  stixiyasını  Ali  dəyərlərlə  nizamlayıb  hər ikisini  
xalqın mənəvi - əxlaqi  tərbiyəsinə  yönəltmək niyyəti ilə “  gülməli” deyil “ əcaib” 
terminindən  faydalandı  (  beş  əsəri  bu  terminlə  təyin  olunur  )  .Müqayisə  üçün 


göstərək ki H.B.Qoqol öz “ Ölü canlar”  satirik romanına  “ poema “  janr  təyinini   
vermiş,    A.P  Çexov    hamıya    dramatik  (    üzücü  ,  sarsıdıcı)  görünən  “  Qağayı”  
pyesinin  janrını  “komediya  “    olaraq    göstərmişdi.Bu    üç  böyük  sənətkarı  
birləşdirən onların “ komediya “  termin anlayışına  özəl  münasibətləridir : hər üçü  
üçün vacib olan  gülüşün özü deyil , gülüşün görə biləcəyi mənəvi- psixoloji təsirin 
nəticələridir! Hər üçü  “ komediya “ , “ yumor”, “ satira” termin anlayışlarını dərin 
,    əzəli    mənalarını  dərk  etdikləri  üçün  poetikalarının  təməlinə  onların    ilkin  
funksyanal  keyfiyyət  və imkanlarını daxil etmişdilər . 
M.F.Axundovun    komediya  poetikasına    müraciət  etməsinin    üçüncü 
səbəbini    mövcud  olan  siyasi-  ictimai    gerçəkliyin    şərtlərində  görürük.  Çar 
imperiyasının  ideologiyası    və  ortodoksal,  rəsmi  İslamın  mənəvi  çərçivələrində  
yaradıcılıqla  məşğul olan  və maarifçilik ideyalarını həyata  keçirmək niyyətində 
olan      hər  kəs    bu  üş  amilin  xesusiyyətlərini    həssaslıqla  duyub,  anlayıb,  onları 
əzərə almalı idi. Yazılı sözün üstünlüyü ondadır ki,  müxtəlif stilistik  fənlərlə  söz 
oyunları  və  məcazlarla    ən    təzadlı    fikirləri  bəyan  etmək  mümkündür.”  Seyr  “  
poetikasına söykənən və səhnədə  realistik  formada təsvir  olunmaq  üçün nəzərdə  
tutulan  hadisələri,  situasiyaları,  konfliktləri    və  onlarda  əxz    olunan    ideyaları  
təqiblərdən  qorumaq  üçün  ən  əlverişli  variant  bunları  məişət  kontekstində    həll 
etməkdir.  Digər  tərəfdən  “  geniş  xalq    kütləsinin  “  intellektual    və  estetik 
səviyyəsini  nəzərə alanda  yenə də  komediyadan əlverişli janr tapmaq  çətindi.Şer 
,  publisistika    və  nəsr    yaradıcılığında  mürəkkəb  dil  ilə  mürəkkəb  məsələlərin 
həllini  verməyi    bacaran    M.F.Axundov  demək  olar  ki,  eyni  məsələləri    məna 
etibarı ilə  adekvat ( eyni), poetika  ( mövzu , sujet, komflikt , dil- ifadə vasitələri 
və s..)  qatında  siyasi- ictimai ,dini- konfessional  və  intellektual  adoptasiyada  ( 
uyğunlaşdırma)  populyarlaşdırılmış  forma  və üslubda həll etməyə  cəhd etmişdi. 
Demək  artıqdır  ki,    elmi  əsərlərində  ,   poeziya  ,    nəsr  ,   publisistik  və  dramaturji 
yaradacılığında      M.F.Axundov    vahi  dünya  görüşü    və  dünya  duyumu  
mövqeyindən  çıxış  edirdi,  odur  ki,  onun    məhz    Aristotelin”  seyr”  poetikasını  
seçməsi  və rassional düşüncənin  nəzəri  konseptual sistemiylə bağlılığı təsadüfi 
deyil. 


Bu  mənada  M.F.Axundovla    M.Ə.Sabir  poetikalarını    müqayisə  edəndə  
onları    əksliklərin    vəhdəti    və  mübarizəsi    sitemində  araşdırmaq    daha  səmərəli 
olardı. 
Bu  məsələni araşdırarkən    T.Hacıye    belə  yazır    :  “  Şübhəsiz ki, bu  sahədə 
zərurilik  dərəcəsinə görə  ən az toxunulmuş məsələ  M.F.Axundov  və M.Ə.Sabir 
xəttinə  aiddir”.Müəllifin  bu  tezisi  ilə  tam  şərik  olaraq    irəli  sürdüyü  məsələnin  
teatr prosesimiz  üçün də  zəruri  olmasını təsdiqləyirik.Tutarlı dəlillərlə  və dəqiq 
elmi  araşdırma    aparatının  alətləri    ilə    hər  iki    sənətkarın    estetik  ideal  
ümumiliyini,    üslub  və  janr  uyğunluğunu  ,    şahlara  münasibətini,    dövrün,  ətraf 
mühitin təsirini  çox  gözəl təhlil edən. Alim sənətşünaslıq  və ümumiyyətlə teatr  
düşüncəmiz üçün olduqca  dəyərli  qənaətlərə gəlir. 
Amma  araşdırma predmetimizə  teatr  prosesimizin  təzahürü olan  poetika 
əsasları  prizmasından baxanda bu iki dahinin  məğz etibarı ilə  fərkli mövqelərdə  
durması  aşkarlanır.Belə    ki,  M.F.Axundovun    altı  komediyası    gerçəkliyin 
müəyyən    rakursda    təsviridirsə  ,    Sabirin  “  Hophopnamə”si    daha  əski  və  ilkin 
ənənəyə  söykənərək    gerçəkliyin  “  tərs  üzünü  “  ,    “  astarını  “    əks  etdirir 
.M.F.Axundovdan  fəqli olaraq Sabir üçün müsbət qəhrəman ( hal, ideya , təlim və 
s..)    yoxdur  .Ali  ideal    pənah  və  meyar    yalnız  Allahdır.Bu  məqam  onu  nəinki  
M.F.Axundovdan,  hətta    çağdaşları    olan    inqlabçı  demokrat  əqidəli  və  ruhlu    “ 
Mollanəsrəddinçilərdən  “  də    fərqləndirirdi.  Baş  vermiş  tarixi  hadisələr  ,  
inqlabların  xalq    və  mədəniyyətlərimiz    üçün  acı    və  dəhşətli  nəticələri  məhz 
Sabirin haklı olmasını sübut etdi. 
M.F.Axundovun    yaratdığı    ,  daha    doğrusu    milli    teatr    düşüncəmizə 
yaradıcı    tərzdə  köçürtdüyü    “  seyr”    poetikasının    milli  teatr  prosesi    arxasında  
inkişafına  və  konkret    üslublarında    səciyyələndirilməsi    məsələlərinə    sonrakı  
fəsillərdə  diqqət  yetirəciyik. Burada isə xüsusilə  vurğulayaq ki,  teatr sənətimizin  
sonrakı      fəsillərdə  diqqət  yetirəciyik.Burada  isə  xüsusilə    vurğulayaq  ki,    teatr  
sənətimizn  sonrakı    tarixi    aşağıdakıları  sübut  etdi    :  milli  sənət  təfəkkürümüzdə  
teatr  sənəti    ,  yaradıcı  düşüncənin      yaranması      və  inkişafı    üçün    münbit  zəmin  
olmasaydı    ,  ənənəvi  mədəniyyətin    tərkibində    özünəməxsus    teatr-  “oyun” 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə