Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə26/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   22   23   24   25   26   27   28   29   ...   54

mənada    modernləşdirilmiş    bu  sistem  mövcud    dövlətçilik    ideyasına    qulluq  
edərək  onun  anlaşıqlı  , emosional , doğma  olmasına  xidmət  edirdi.” Hekayəti- 
xırs quldurbasan” pyesinin finalı buna briz nümunədir : 
”  Divanbəyi.Ey camaat  sizdən ötrü indi ibrət  olsun !  Dəxi vaxtdır  iananasınız 
ki,  siz    vəhşi  tayfa  deyilsiniz  !    Sizə  eyibdir  yaman  işlərə  qoşulmaq  .Bəsdir 
,oğurluğa ,tülkülüyə həris olmaq! Heç bilirsiniz ki,rus dövləti sizə  nə yaxşılıqlar 
edir    və  sizi  nə  bəlalardan  saxlayır  ?Lazımdır  ki,    böyüyünüzü  tanıyıb  həmişə  
əmrinə itaət edəsiniz .. 
 
Tamam olur.” 
 
Burada  böyük  sənətkarın  çağdaş  opponentlərinə  xatırlatmaq  istərdik  ki , 
dövlətçilik    ideyasının    müqəddəsliyi  hələ    “  Kitabi  –dədə  Qorqud  “  dastanında  
xüsusi  vurğulanır və  məhz dövlətçilik ideyasının  dağılması oğuzların  oğuzların 
ən böyük  fəlakəti  kimi  təsvir olunur. Tarixi gerçəkliyi nəzərə  almayanda   çox 
qərəzli    qənaətlərə  gəlmək  olar    :    bu    mövqedən  mədəniyyətimizin    tarixinə 
yanaşsaq  yetmiş illik  dövrümüzdən birmənalı  imtina etməliyik.Başqa məsələ ki,  
elmi  obyektivlik    naminə  deməliyik  ki,  məhz  M.F.Axundovun  teatr  poetikası  
sonrakı  mərhələlərdə  hər  hansı  rejimə    uyğunlaşmaq  üsullarının  parlaq  örnəyi  
oldu. 
 
Bununla    yanaşı  ,  yenə    orada    obyektivlik    naminə    qeyd  etməliyik    ki,  
Molyer  poetikasında  faydalanan  M.F.Axundov  fransız həmkarından  “  yamaq 
final” priyomunu  da mənimsəmişdi və əslində M.F.Axundov  komediyalarını final 
monoqrafiyalarını  asanlıqla, kompozisiya quruluşuna  zərrə qədər ziyan  vermədən 
, mənəvi dəyərlər sistemini  təhrif etmədən ixtisar etmək  mümkündür.Hərçənd ki,  
bəzi  finallar  konkret  tarixi-  siyasi  səciyyələrdən  azad  olduğundan  onları    ənənəvi 
nəsihət    kimi  də  qəbul  etmək  mümkündür.”  Sərgüzəşti  –  mərdi  –xəsis”  (  “  Hacı 
Qara”)  komediyasının final monoloqunu  bu mənada misal  göstərmək olar : 
 
“  Naçalnik  .  ...Padşahın  əmrindən  çıxan  -    Allahın  əmrindən  çıxan 
kimidir.Allahın əmrindən çıxana  o dünyada qəzəb  yetişər,  padşahın  əmrindən 
çıxana  bu dünyada ;Allahın  əmrin bitirənə behişt var , padşahın  əmrini bitirənə  


mərhəmət və şəfqət .Ümanayi- dövlətin  rəhmi çoxdur , odur ki , sizin bu təqsirinizi  
bağışlayırlar.Amma  bundan sonra gərəkdir  niyyəti- xalis  ilə  dövlətə sədaqətli 
olub, hər bir xüsusda , yaman xəyalları başınızdan  çıxardasınız !“ 
Bu  qısa  parçadan  görünür  ki,    Naçalniki    nəsihətində    mənəvi  dəyərlər  
ənənəvidir  ,  sosial    məqsədlər    isə    univesaldır    :  hər  hansı  dövrdə    dövlətçiliyi 
təbliğ edən  terminlərdir. 
M.F.Axundovun    teatr    poetikasının    özülündə  “  seyr  “    xassəsi  
durduğundan  bütün  digər  kateqoriyalar  onun  tələbi  ilə  realizə  olunur.”  Seyr  “  
xassəsi bütün mənaların , hətta məna çalarlarının   əyaniləşməsini təyin edir , buna 
görə  də    M.F.Axundov    poetikasının    dil-  ifadə  vasitələri    sırasından  eyham  , 
mətnaltı məna ,məcaz , müəyyən mənada hər cür “ qıfılbəndlər “ , sirlər tamamilə 
xaric olunur .Hər şey sözlə ifadə olunmalıdır :  personajları, düşüncələri  duyğuları, 
müəllifin  mövqeyi , ideyaları bəyan olmalıdır .Mənəvi nəsihətləri  daha anlaşıqlı , 
daha doğma   etmək üçün M.F.Axundov  ənənəvi  xalq gülüş mədəniyyətinin  (  “ 
karnaval  estetikasının “) lətifə,  mövzu və kompozisiyalarından  faydalanmışdı. Bu  
arxetipik  mövzuların təsir  enerjisi  son dərəcə güclü olduğundan  M.F.Axundov  
bu enerjini didaktik  məqsədlərinə uyğun qabarıq ,əyaniləşmiş  xarakterik  tiplərin  
“  sərgüzəştlərində”    istifaə  edirdi.M.F.Axundov  poetikasının    personajları    məhz  
personifikasiya  olunmuş  mənəvi-  psixoloji  kateqoriyalar olduğundan  biz onalrı  
“  xarakterik    tiplər  “  adlandırırıq  :    sırf  xalis  tip  plmaq  üçün    onlara  mane  olan  
canlılıqdır  ,  dolğun  xarakter    səviyyəsinə    yüksəlişi    əngəlləyən  isə  “  müəllif  
idarəsi” nə  möhkəm bağlılıqlardır. 
“ Seyr “ xassəsi  əsərin  zahiri quruluşunu – kompozisiyasını  da təyin  edir :  
bir  qayda  olaraq    pyeslərin    hamısı  qısadır  ,  kiçik    həcmlidir  ,  altı    komediyadan  
üçü  4 məclis  (pərdə ),  ikisi üç və yalnız  “ Hacı Qara “ 5 məclisdən ibarətdir .bu 
da  M.F.Axundov    poetikasının    ənənəvi    sənət    təfəkkürünün    bədii-  psixoloji 
qavrayış mexanizmləri  ilə dialektik  təzadda  olamsından  xəbər  verir: tamaşaçı  
bütün önəmli informasiyanı  əsərdən alır , ideya və duyğular ona səhnədən  təlqin 
olunur,  odur  ki,  onun  fərdi  yaddaşı  ,  iç  dünyasının    yaradıcılıq  potensialı  nəzərə 
alınmır  .Buna  görə  də  bu    “  təlqin”  zamanını    M.F.Axundov    ölçüb-  biçib    :  bu 


poetikalı əsərlər  “ uzun” olsa təlqin  gücü azalır , əsəri böyütmək istəyi isə mütləq 
əyləncəli  “ güldürməli” elemtlərin artırılması məcburiyyəti ilə  bağlıdır.Bu halda  
isə    əsərin  tərbiyəvi  ,didaktik  gücü  azalır  –  komediya  didaktik  mənada    amorf  ( 
yöndəmsiz)  olur,  “ gülüşün” artması  nəsihəti  yüngülləşdirir .Yeri gəlmişkən  , 
sovet dövrünün  komediyaları  məhz bu hal isə  səciyyəlidir : didaktik  başlanğıc  ( 
satirik  hədəf , mənəvi  dəyərlər  sistemi,  konflikin  sərbəst  üzvi  inkişafı  və həlli , 
fərdi subyektlərin , konfliktin  sərbəst üzvi inkişafı  və həlli , fərdi  subyektlərin  (  
personajların)    məhdudiyyəti  və  s.)  zəif  olduğundan  daha    çox  gülüşün    zahiri  
formalarına  üstünlük verilirdi. 
“  Seyr  “    başlanğıcının    poetikaya    bir  təsiri    də    ondan  ibarətdir  ki,    o, 
yaradıcı  ,  bədii təxəyyülün    forma    yaradıcılığını    məhdudlaşdırır  ,  əvəzində    isə  
maarifləndirici  funksyasını    artırır  :  bu  poetika    vasitəsilə    ənənəvi  teatr 
düşüncəsində    yer  almayan  konkret    bilgi,    bilik  vermək  imkanı    son  dərəcə 
genişlənir .Bu  imkandan sonradan , teatr prosesinin  növbəti mərhələsində  milli 
maarifçilərimiz    gen-  bol  istifadə  edib,  müvafiq    teatr    poetikasını  yaratmağa  
müyəssər  oldular. 
M.F.Axundovun    komediyalarını  vahid    bir  sistem    kimi    götürsək  ,  onun 
çərçivəsində    sosial    düşüncəmizin  başlıca    mövzularının    əhatə  olunduğunu 
görərik.Bu mövzuları  ümumiləşdirsək  universal bir sitem  yaranır :a) hiyləgərlik 
və  hərislik  ;  b)  elm  və  mövhumat;  v)igidlik    və  qorxaqlıq    ;  q)  idarəçilik    və  
intriqabazlıq  ;  ğ)  ticarət  və  mənəviyyat  ;  d)    hüquq    və  riyakarlıq  .Mövzuların 
həllini  stimullaşdıran “ məkr  və məhəbbət “  motivləri bir qayda olaraq  ornament 
fuksyasını  yerinə  yetirir    və  həlledici  amil  olmur  .Ənənəvi  teatr  düşüncəsiylə  
müqayisədə  “  eşq”  ,  “ehtiras”  ,  “  eşq  yolunda    fədailik  “  motivləri  son  dərəcə 
yumşaldılmış , “ abır –həya”  kontektində  realizə olunur. Məhəbbət səhnələrində 
sevənlərin  hisslərindən dah çox qayğıları  ön plana çəkilir , münasibətləri  platonik 
xarakter  daşıyır,  seksual    başlanğıc  isə    demək  olar  ki,  heç  nəzərdə    tutulmur 
.Aydın məsələdir  ki,  “ seyr”  tələbatı ənənəvi  sənət  təfəkkürünü eotik , şəhvətli , 
son dərəcə çılğın  ehtirasları təsvir etməkdən  imtina  etməyə  məcbur edir , odur 
ki,  çoəsirlik ənənəylə  müqayisədə göstərilən poetikada  dediyimiz məqam sönük 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə