Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə29/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   25   26   27   28   29   30   31   32   ...   54

etnopsixoloji   və etnomədəni  sistem və təzahürləri  “ mürgüləməsəydi” , narattiv ( 
müəlliflik)  ədəbiyyatda  –klassik    poeziya      və  aşıq    yaradıcılığında    bitkin  
strukturlarla  zaman- məkan   sənətinin  ünsürləri  aşkarlanmasaydı  və başlıcası , 
istedadlı  fərdlərin  yaradıcı tələbatı  nəzərə çarpmasaydı  M.F.Axundovun  cəhdi  
elə  cəld  olaraq  milli sənət  təfəkküründə  əks təsir  doğurub  rədd  olunacaqdı. 
Bu    hal    baş  vermədiyi  üçün    biz  Aristotel  poetikasının    milli  sənət  
təfəkkürümüzdə    yer  almasını    üzvi  mədəni  hadisə    kimi  dəyərləndirib  .  onu  
mədəniyyətlər    arası    mübadilə  və    milli  teatr    düşüncəsinə    yaradıcı    müdaxilə  
sistemliyində  araşdırmağı  səmərəli  hesab edirik. 
İnstitusional  mədəniyyətimizin  fəal  yaradıcı təsisatı olan  teatr  sənətinin 
yeni tarixi  dövrlərdə yeni məqsədlərini  aydınlaşdırmaq işində  bu baxım  bucağı  
fikrimizcə  aktual  və      məhsuldar  imkanlar  açmağa  qadirdir,  çünki    milli  teatr 
prosesinin başlıca   göstəricisi – onun dinamikası nəzərdən yayınmır. 
Bəlli  olduğu  kimi  ,  prosesi    araşdırarkən  onun  dəqiq  ,  tarixi-  xromoloji   
dövrləşdirilməsi    önəmlidir  ,  amma    daha  mühüm  olan  məsələ    prosesin  hərəkət  
enerjisi, dinamikası  və İdealına , uzaq məqsədə , proqnozuna  yönəlməsidir .Milli   
teatr  prosesimizin  M.F.Axundovla  başlanan mərhələsi  bütün başqa  səciyyələrlə  
yanaşı  potensial    enerjisinə    yiyələnməsiylə    xarakterizə  olunur.Belə  ki,  bir 
sənətkar  kimi  M.F.Axundov    öz    məqsədinə  -  milli  teatr    təsisatını  (  institutunu)  
yaratmaq məqsədinə çatmasa da , milli mədəni təfəkkürümüzə  haçansa açıq-aşkar  
hərəkətə    gələn  ,  törəyən  və  dəyişən    tam  yeni  enerji  növünü    daxil  etməyə  
müyəssər oldu.Yalnız zaman məsafəsindən , bəlli  mədəni distansiyadan  görünür 
ki, obyektiv olaraq bu enerji  çox dinamik , təzadlı , amma tədricən milli  xarakter 
alan  teatr  prosesinə  təkan  verdi.Sırf  elmi  baxım  bucağından  bu prosein cari , 
aktual  ,  vizual    məqamları  önəmli    deyil  :  bu  dəyərləndirmə    sistemi    prosesi  “ 
durduraraq “  hər hansı bir mərhələni  statikada   araşdıranda mühüm olur .Yalnız  
bu  araşdırmada    “  qənaətbəxş  “  ,  “  gözəl”  ,  “  təsirli”  ,  “  populyar”      və  sairə  
meyarlar  önə  çıxır.  Dinamika    baxımından    isə  biz  müəyyən  mənada    metafizik 
təyinlərdən    istifadə  edərək  təyinlərdən    istifadə  edərək  prosesin    özünəməxsus  
xassələrini açıqlaya bilərik.Bu  iş olduqca  mürəkkəb  və uzunmüddətli olduğundan  


əminik ki,  onu teatrşünaslığımızın yeni  nəsilləri uğurla  yerinə  yetirəcəkdir ,  indi 
isə  qısa    bir  konstotassiya    ilə    kifayətlənək    :  özünü  “  seyr”    poetikasında    ilk 
olaraq  biruzə  verən    milli,  peşəkar    (  institussional  )  teatr    prosesini    dinamika  
potensialı    (  enerjisi)    teatrprosesinin    dinamika    potensialı  (  enerjisi)  tarixi  
inkişafın  surət  və  təzaherlərini  tələb  olunan  qədər  təmin etmiş oldu. 
 
 
 
2.   AZƏRBAYCAN  MİLLİ TEATR  PROSESİNİN  
      İNKİŞAFINDA  YARANAN  TEATR  DÜŞÜNCƏSİNDƏ   
                    “ SEHR” POETİKASI 
 
 
“...BƏŞƏR! 
BƏDBƏXTSƏN 

GİRYAN, 
PƏRİŞAN BİR 
                         HƏYATIN 
VAR, 
  MÜSİBƏT  TORPAĞINDAN    YOĞRULAN 
BƏDBƏXT 
                                    ZATIN VAR.... 
 
          MƏHƏMMƏD  HADİ 
 
 
“İnsanların tarixi faciələri  
 və yaxud əlvahi –intibah” 
 
Ekzistensional    konflikt    anlayışı    ənənvi    sənət    təfəkkürümüzə  “  Kitabi 
Dədə  Qorqud  “  dastanlarından      bəllidir    və  onun  bədii,  mənəvi    psixoloji  
təzahürlərini  “  Dəli  Domrul”    boyunda  ,  bir    də  ki,  Dədə  Qorqudun    dua    kimi 


təkrarladığı  “  qanı  dediyim  bəy  ərənlər  ,  dünya  mənimdir  deyənlər  ?”əbədi 
sualında  görə  bilərik.”Gəlimli  –  gedimli  ...son  ucu  ölümlü    ölümlü  Dünya  “da  
insanın var olmadan   yoxluğa keçməyinin  qaçılmazlığı həyatın , varlığın mənası, 
bu Dünyanın  “ zatı “ hakkında  düşüncələr  və bu  düşüncələrdən  doğan  bədii  
əsərlər  sənət  təfəkkürümüzn , mədəniyyət  xəzinəmizin  ən  dəyərli  inciləri kimi  
bu  gün də  öz əhəmiyyətini  itirməyibdir. 
Dünyanın  bir çox sirlərinə  agah  olan  ulu  Füzuli  bu  səpkili  düşüncələrin  
üzücü  və insan  üçün  həlledilməz  məsələ  olduğunu dərk edib : 
-
 
Əndişeyi –zat  qılmaq olmaz 
-
 
Bilmək    bu  yetər    ki,    bilmək  olmaz-    deyə    sonrakı    nəsillərə    nəsihət  
etmişdir. 
Amma  bu  ciddi    xəbərdarlıqdan    xoflanmayıb  yaradıcılıqlarını    ,  həyatlarını 
“zatın”- ekzistensional  konfliktin  həllinə sərf  edən  sənətkar Azərbaycan   sənət  
təfəkkürünün    fəlsəfini  qatını  təşkil  edərək  bu  məsələyə    münasibəti  ,  dil-  ifadə  
vasitələrini  və onların  həlli  yollarını   bədii-estetik  sistemliyini –fəlsəfi  poetika  
ənənəsini  yaşadıb  günlərimizə qədər  davam etdirmişlər. 
 
Əvvəliki    fəsildə    göstərdiyimiz    kimi,  bu  ənənə    mifoliji    təfəkkürdən  
qaynaqlanır , ənənəvi  İslam  mədəniyyətinin  dini və  fəlsəfi dəyərlər  sistemiylə  
zənginləşdirilir    və  özünəməxsus      bədii    yaradıcılıq      formalarında    təsvir 
edilir.Aşıq    sənəti  ,  klassik  poeziyamızın    ən  böyük  sənət  əsərləri    məhz 
ekzistensional 
 
məsələlərə 
mayalanıb 
müxtəlif 
tendensiyaları  
müəyyənləşdirmişdir.Bu    tendensiyalar    milli  teatr    prosesimizin    inkişaf 
istiqamətlərini aktuallaşdırıb “ Sehr” adlandırdığımız  poetikanın yaranması  üçün 
səmərəli    şərait    yaratmışdırşTəbii  ki,    bu  prosesdə  də    mədəniyyətlər  arası  
mübadilə  və qarşılıqlı  təsir  fenomeni  öz işini görmüşdür və  artıq institussional  
mədəniyyətin faktı  olan teatr üçün özünəməxsus ədəbi  örnəklər dram   və faciələr  
yaratmağa  güclü  təkan  rolunu  oynamışdır. 
 
Burada   biz   xronoloji    prinsipi   pozaraq   birbaşa   H.Cavid    yaradıcılığına  
müraciət  edəciyik.bunun  səbəbləri  həm Cavid  poetikasının  sistemliyi , zəngin  
faktoloji    materialı  ,  həm  də  başqa    dramaturqlarımızın    yaradıcılığında    hər  iki 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə