Teqvim-2015. pdf


Siyasət.Hüquq.Hərbi iş Siyasi xadim 75



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə126/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   122   123   124   125   126   127   128   129   ...   173

279
Siyasət.Hüquq.Hərbi iş
Siyasi xadim
75 
illiyi
Həsən Həsənov
1940 
OKTY
ABR
Həsən  Əziz oğlu Həsənov 1940-cı il 
oktyabr ayının 20-də Tbilisi şəhərində 
anadan olmuşdur. 1958-ci ildə orada 
43 saylı orta məktəbi bitirərək Bakıya 
gəlmiş və Azərbaycan Politexnik İnstitu-
tuna daxil olmuşdur. 1963-cü ildə təhsilini 
başa vuraraq komsomol işində çalışmış, 
1966-cı ildə Tikinti Materialları və Kons-
truksiyaları Elmi-Tədqiqat  İnstitutunda 
aspiranturaya qəbul olmuşdur. 1967-ci 
ildə Azərbaycan KP MK-ya təlimatçı 
vəzifəsinə irəli çəkilmişdir.
1969-1971-ci illərdə 
Moskvada    
Ümumittifaq Komsomolu MK-da məsul 
təşkilatçı  vəzifəsində çalışmış, 1971-ci 
ildə Bakıya qayıdıb Azərbaycan KP MK-
da təlimatçı, bölmə müdiri, şöbə müdiri-
nin müavini vəzifələrində işləmişdir.
1975-ci ildən Bakının Səbail rayonu 
Partiya Komitəsinin, 1978-ci ildə Sum-
qayıt şəhər Partiya Komitəsinin, 1979-cu 
ildə Gəncə şəhər Partiya Komitəsinin bi-
rinci katibi vəzifələrində çalışmışdır.
1981-ci ildə Bakı Ali Partiya məktəbini 
bitirmişdir. Tələbəlik dövründə Komso-
mol Komitəsinin katibi olmuşdur. 1962-ci 
ildə Azərbaycan tələbələrinin təmsilçisi 
kimi Moskvada keçirilən XIV Ümumit-
tifaq Komsomol Qurultayına nümayəndə 
seçilmiş, Azərbaycanın və SSRİ-nin bir 
sıra gənclər təşkilatının üzvü olmuşdur.
1981-1983-cü illərdə Azərbaycan KP 
MK-nın ideoloji məsələlər üzrə, 1983-
1988-ci illərdə tikinti məsələləri üzrə
1988-1990-cı illərdə iqtisadiyyat məsələ-
ləri üzrə katibi vəzifələrində çalışmışdır. 
1990-1992-ci illərdə Azərbaycan Res-
publikasının Baş naziri olmuşdur.
1992-ci ildən xarici siyasət və diplo-
matiya sahəsində  fəaliyyət göstərmişdir. 
1992-1993-cü illərdə Azərbaycan Res-
publikasının BMT-də (Nyu-York) ilk 
daimi nümayəndəsi və ilk fövqəladə  və 
səlahiyyətli səfiri, 1993-1998-ci illərdə 
Azərbaycan Respublikasının Xarici İşlər 
naziri, 2004-cü ildən Azərbaycan Respub-
likasının Macarıstan Respublikasında və 
2010-cu ildən isə Polşa Respublikasında 
fövqəladə və səlahiyyətli səfiri vəzifəsində 
çalışır. 
Macarıstan və bir neçə SSRİ ordeni, 
Azərbaycan, Qazaxıstan medalları ilə təl-
tif olunmuşdur.
H.Həsənov 23 il müxtəlif parlament-
lərin nümayəndəsi olmuşdur. 1977-1995-
ci illərdə Azərbaycan Ali Sovetinin, 
1979-1984-cü illərdə SSRİ Ali Soveti-
nin, 1995-2000-ci illərdə Milli Məclisin 
nümayəndəsi və Milli Məclisin Beynəlxalq 
əlaqələr üzrə Komissiyasının üzvü kimi 
fəaliyyət göstərmişdir.
Müstəqil Azərbaycanın ilk Əsas Qanu-
nunu hazırlayan Konstitusiya komissiya-
sının üzvü olmuşdur. 
H.Həsənov elmi və  bədii yaradıcılıq-
la da məşğuldur. O, Azərbaycan Dövlət 
Dram Teatrının səhnəsində tamaşa-
ya qoyulmuş M.F.Axundovun həyat və 
fəaliyyətinə  həsr edilmiş “Brüsseldən 
məktublar” pyesinin müəllifidir. “Tari-
xin hədəfi” (Tarixin fəlsəfəsi), “Nəriman 
Nərimanovun milli dövətçilik baxışları və 
fəaliyyəti”, “Türklüyümüz, Misir amuleti 
və ieroqlifləri Azərbaycanda” adlı monoq-
rafiyaların, “Azərbaycanın Avropaya in-
teqrasiyası” əsərinin və məqalələr toplula-
rının müəllifidir.
2004-cü ildə Bakıda namizədlik, 2006-
cı ildə Tiflisdə doktorluq dissertasiyasını 
müdafiəsi etmişdir.
Ə d ə b i y y a t
Brüsseldən məktublar: 
Proloq, epiloq və on altı 
şəkildə iki hissəli psixoloji 
dram /H.Həsənov.-Bаkı: 
Əbilov, Zeynalov və oğul-
ları, 2003.-76 s. 
Nəriman Nərimanov- milli 
təmayüllü kommunist 
/H.Həsənov.-Bakı: Peda-
qogika, 2004.-80 s. 
Nəriman Nərimanovun ta-
rixi missiyası /H.Həsənov; 
elmi red. F. İbrahimli; ön 
söz. müəl. Q.Bayramov.-
Bakı: Pedaqogika, 2005.- 
88 s.
Türkiyənin Azərbaycanın 
müstəqilliyini tanıması 
tarixindən: Mətbuat 
xəbərləri /H.Həsənov; 
tərt.: N.Tanrıqulu, 
F.Süleymanoğlu.- Bakı : 
Pedaqogika, 2005.- 72 s. 
Tikən, quran, yaradan 
insan: Həmkarları 
Həsən Həsənovun tikinti 
sahəsindəki fəaliyyəti haq-
qında /red. İ.Akifqızı; topl. 
və tərt. ed.: B.İbrahimov, 
Z.Allahverdiyev.- Bakı: 
Pedaqogika, 2006.- 142 s.
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
20


280
Siyasət.Hüquq.Hərbi  iş
60 
illiyi
Səttar Mehbalıyev 
1955 
OKTY
ABR
Səttar Suliddin oğlu Mehbalıyev 1955-
ci il oktyabr ayının 28-də Naxçıvan Mux-
tar Respublikası Şərur rayonunun Qıvraq 
kəndində anadan olmuşdur.
1979-cu ildə D.Bünyadzadə adına 
Azərbaycan Xalq Təsərrüfatı  İnstitutunu 
(indiki ADİU) bitirmiş, 1973-cü ildə Bakı 
şəhərində  dəmir-beton məmulatı zavo-
dunda qəlibçi, 1976-cı ildən Bakı  İsteh-
salat Tikiş Birliyində  fəhlə,  əmtəəşünas, 
mühəndis-iqtisadçı və baş mühasibin mü-
avini vəzifələrində çalışmışdır.
1980-1993-cü illərdə Avtonəqliyyat 
və  Şosse Yolları  İşçiləri Həmkarlar  İtti-
faqı Respublika Komitəsində müfəttiş-
təlimatçı, maliyyə  şöbəsinin müdiri 
işləmişdir.
Respublikamız müstəqillik qazan-
dıqdan sonra ölkənin bütün sahələrində 
olduğu kimi həmkarlar ittifaqlarında da 
islahatların həyata keçirilməsi zərurəti 
yaranmışdır. 1992-ci ildə S.Mehbalıyevin 
rəhbərliyi ilə Azərbaycan Həmkarlar  İt-
tifaqları  Şurasının və ümumilikdə  həm-
karlar ittifaqlarında struktur islahatlarının 
aparılması  və yeni nizamnamənin hazır-
lanması  məqsədi ilə  təşkilat komissiya-
sı yaradılmış  və 1993-cü ilin fevralında 
Azərbaycan Həmkarlar  İttifaqı Konfede-
rasiyasının (AHİK) təsis qurultayı keçiril-
mişdir. Təsis qurultayının iştirakçılarının 
yekdil təklif və səsi ilə Səttar Möhbalıyev 
AHİK-in sədri seçilmişdir. 1998, 2003, 
2008, 2013-cü illərdə AHİK-in I-II, III və 
IV qurultaylarında yenidən bu vəzifəyə se-
çilmişdir. 2006-cı ildə Təhsil İşçiləri Azad 
Həmkarlar İttifaqının Məclisində İttifaqın 
sədri olmuşdur.
S.Mehbalıyev AHİK-in sədri seçil-
dikdən sonra həmkarlar ittifaqında isla-
hatların aparılmasında, onun əmlakının 
qorunub saxlanılmasında, “Həmkarlar 
İttifaqları haqqında” Azərbaycan Res-
publikası Qanununun qəbul edilməsində, 
həmkarlar ittifaqlarının nüfuzunun 
möhkəmləndirilməsində, transmilli 
şirkətlərdə  həmkarlar ittifaqının yaradıl-
masında müstəsna  əmək sərf etmişdir. 
S.Mehbalıyevin səyi nəticəsində AHİK 
MDB məkanında Beynəlxalq Həmkarlar 
İttifaqları Konfederasiyasına ilkin üzv 
olan təşkilatlardan biridir.
O, Azərbaycan Respublikasının ictimai-
siyasi həyatında fəal iştirak edir.
Milli Məclisin deputatı, respublika-
da aparılan islahatlarla bağlı yaradılmış 
bir sıra dövlət komissiyalarının üzvüdür. 
Elmi məqalələri var. Bir sıra dərsliklərin 
və  tədris metodiki vəsaitlərin müəllifidir. 
İqtisad elmləri doktoru, professordur.
Polşa-Azərbaycan parlamentlərarası 
əlaqələr üzrə  işçi qrupunun rəhbəri, 
Azərbaycan-Fransa, Azərbaycan-Moldova 
parlamentlərarası  əlaqələr üzrə  işçi qru-
punun üzvü, Azərbaycan Respublikası 
Milli Məclisinin  İqtisadi Siyasət Daimi 
Komitəsinin, Beynəlxalq Həmkarlar  İtti-
faqları Konfederasiyasının Sədrlər Şurası-
nın, Ümumhəmkarlar İttifaqları Konfede-
rasiyasının İcraiyyə Komitəsinin üzvüdür.
“Şöhrət” ordeni, Ümumhəmkarlar İtti-
faqları Konfederasiyasının gümüş medalı, 
Rusiya Federasiyasının Rabitə  İşçilərinin 
Ümumrusiya Həmkarlar  İttifaqı  Mərkəzi 
Komitəsinin Rəyasət Heyətinin qızıl or-
deni, Neftqaztikinti həmkarlar ittifaqları 
Beynəlxalq Federasiyasının diplomu və 
mükafatı ilə təltif edilmişdir.
Ə d ə b i y y a t
Əmək bazarı və əhalinin 
sosial müdafiəsi: 
dərslik /S.Mehbaliyev, 
R.İsgəndərov; elmi red. 
H.Qaraşov; Əmək və 
Sosial Münasibətlər 
Akademiyası.- Bakı: 
Çaşıoğlu, 2002.-544 s.
Azərbaycan cəmiyyətində 
həmkarlar ittifaqları-
nın nüfuzu əhəmiyyətli 
dərəcədə artır: 
Azərbaycan Həmkarlar 
İttifaqları Konfedera-
siyasının sədri, Milli 
Məclisin deputatı Səttar 
Mehbalıyevin müsahibəsi 
/S. Mehbalıyev //İki sa-
hil.- 2013.- 6 iyul.- S.12.
Azərbaycan regionda 
iqtisadi və siyasi baxım-
dan əsas söz sahibinə 
çevrilib /S.Mehbalıyev    
//Azərbaycan.-2012.- 30 
sentyabr.- S.3.
Səttar Mehbalıyev 
yenidən Azərbaycan 
Həmkarlar İttifaqları 
Konfederasiyası-
nın sədri seçilmişdir                      
//Azərbaycan.- 2013.- 6 
fevral.- S.3.
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
28
İctimai xadim


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə