Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə125/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   121   122   123   124   125   126   127   128   ...   173

277
5
Milli Qəhrəmanlar 
55 
illiyi
Elşad Hüseynov
1960-1992 
OKTY
ABR
Elşad Eynulla oğlu Hüseynov 1960-
ci il oktyabr ayının 8-də Masallı rayo-
nunun Xıl kəndində anadan olmuşdur. 
1978-ci ildə burada məktəbi bitirib 
sovxozda işləmiş, 1979-1981-ci illərdə 
Batumidə  hərbi xidmətdə olmuşdur. 
1981-ci ildə ordudan tərxis olunduq-
dan sonra Vətənə dönmüş və Bakının 
Səbail rayonunda DİŞ-nin nəzdindəki 
mühafizə  şöbəsində milis nəfəri kimi 
işə qəbul olunmuşdur. 
1986-cı ildə N.Rzayev adına Bakı 
Xüsusi Orta Milis məktəbinin qiyabi 
şöbəsinə daxil olmuş və 1989-cu ildə 
təhsilini başa vurmuşdur.
Ermənilərin doğma torpaqlarımıza 
basqınlarını görən Elşad müharibəyə 
getmək istəyi ilə bir neçə dəfə müraciət 
etdikdən sonra cəbhəyə yola düşmüş-
dür.
Elşad Cuvarlı, Ağbulaq və bir çox 
başqa kəndlərin azad edilməsində 
rəşadətlə vuruşmuşdu. Onun şücaəti 
erməni qəsbkarlarını lərzəyə salmışdı. 
15 iyun 1992-ci il, döyüşçülərimiz 
Fərrux kəndini düşməndən azad 
edərkən, Elşad döyüşün qızğın yerində 
olmuş, mövqeyini dəyişmək istəyərkən 
düşmən gülləsinə tuş gəlmişdi. 
Cəsur polis işçisi 1992-ci il iyun ayı-
nın 15-də Ağdam-Fərrux istiqamətində 
gedən döyüşdə qəhrəmancasına şəhid 
olmuşdur.
Azərbaycan Respublikası Prezi-
dentinin 8 oktyabr 1992-ci il tarixli 
264 saylı  Fərmanı ilə Hüseynov El-
şad Eynulla oğlu ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adına layiq görülmüşdür.
Masallı rayonunda adını daşıyan 
küçə var və Xıl kəndində büstü qoyul-
muşdur.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 
[Hüseynov Elşad Eynulla oğlu – polis baş serjantı – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc 
əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 8 
oktyabr 1992-ci il //Azərbaycan.-1992.- 9 oktyabr.-S.1.- (Ölümündən sonra). 
Əsgərov, V. Hüseynov Elşad Eynulla oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.-Bakı, 2010.- S.121.
Hüseynov Elşad Eynulla oğlu (1960-1992) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərt. ed. 
H.Həmidova.-Bakı, 2008.- S.87.
Seyidzadə, M. Hüseynov Elşad Eynulla oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.93.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
8
Milli Qəhrəman


278
Siyasət.Hüquq.Hərbi iş
160 
illiyi
Səməd bəy Mehmandarov 
 
1855-1931
OKTY
ABR
Səməd bəy Sadıq bəy oglu Mehman-
darov 1855-ci il oktyabr ayının 16-da 
Lənkəranda anadan olmuşdur.  Əslən 
Şuşalıdır. Bakıda ibtidai təhsil almış, 16 
yaşında Peterburqdakı II Konstantin ar-
tilleriya məktəbinə daxil olmuşdur. 1875-
ci ilin dekabrında podporuçik rütbəsi 
almış  və üçüncü dərəcəli “Muqəddəs 
Stanislav” ordeni ilə  təltif olunmuş-
dur. 1890-cı ildə kapitan, 1898-ci ildə 
podpolkovnik, 1901-ci ildə polkovnik, 
1904-cü ildə general-mayor rütbəsi al-
mışdır. Rus-Yapon müharibəsində bö-
yük rəşadət göstərdiyinə görə 1908-ci 
ildə ona general-leytenant rütbəsi veril-
mişdir.
I Dünya müharibəsi başlanarkən 
Varşava ətrafında xidmət edən general 
S.Mehmandarovun komandir oldugu 
21-ci piyada diviziyasının tərkibində 
dörd alay var idi: 81-ci Abşeron ala-
yı, 82-ci Dağıstan alayı, 83-cü Samur 
alayı və 84-cü Şirvan alayı. Visla çayı 
yaxınlığındakı  İvanoqorod  şəhərində 
21-ci diviziya 52-ci piyada diviziya-
sı  tərkibində 205-ci Şamaxı  və 206-cı 
Salyan alayları da var idi.
Diviziya komandiri S.Mehmandarov 
Lodz istiqamətində aparılmış döyüşdə 
alman generalı Makenzenin ordusu 
üzərində qələbə əldə etmişdi.
1915-ci ildə korpus komandiri təyin 
edilmişdi. 1917-ci ilin əvvəlində Rusi-
yanın bütün hərbi ordenləri ilə, eləcə 
də  İngiltərənin, Fransanın, Rumıniya-
nın bir neçə hərbi ordeni ilə təltif edil-
mişdi.
1917-ci il fevral burjua inqilabı baş 
verərkən S.Mehmandarov Qafqazda 
idi. Həmin ilin aprel ayında o, vəzifəsini 
həmişəlik tərk edib istefaya çıxmış, bir 
müddət Vladiqafqaz şəhərində yaşamış, 
sonra Azərbaycana gəlmişdir.
S.Mehmandarov AXC hökumətində 
1918-ci ildən hərbi nazir vəzifəsini 
tutmuş  və  qısa müddətdə 30 min-
lik ordu yaratmağa nail olmuşdu. 
1919-cu ilin yazında ingilis hərbi 
hissələri Azərbaycanda oldugu dövrdə 
S.Mehmandarov AXC hökuməti baş-
çısı N.Yusifbəyliyə göndərdiyi rəsmi 
məktubda, ingilis hərbi dəstələrinin 
Azərbaycanda talanlar etməsi, kəşfiyyat 
işi aparmalarına etiraz olaraq İngiltərə 
hökumətinin I Dünya müharibəsi 
illərində ona verdiyi ordenləri geri qay-
tarmağı xahiş etmişdi.
Sovet hakimiyyəti qurulduqdan 
sonra N.Nərimanovun  şəxsi zəmanəti 
əsasında hərbi fəaliyyətini davam etdir-
miş  və Azərbaycanda yaradılmış  hərbi 
komandirlər məktəbində 1921-1928-ci 
illərdə müəllimlik etmişdir. 
S.Mehmandarov 1924-1927-ci 
illərdə Azərbaycanda hərbi sahədə aparı-
lan geniş islahatlarda və tədbirlərdə fəal 
iştirak etmişdir. 1928-ci ildə  səhhətinə 
görə ordudan tərxis olunmuş  və ona 
fərdi dovlət təqaüdü verilməsi müəyyən 
edilmişdir.
General-polkovnik türk və fars 
dillərini yüksək səviyyədə bilirdi. Öm-
rünün son üç ilində islam tarixi və 
fəlsəfə ilə məşğul olmuşdur.
General Səməd bəy Mehmandarov 
1931-ci il  fevral ayının 12-də Bakı 
şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Nəzirli, Ş. Tam artilleriya 
generalı Səməd bəy Meh-
mandarov /Ş.Nəzirli.- Bakı: 
Hərbi, 1997.- 120 s.
Süleymanov, M. Mehman-
darov: Həyatı, xidmət 
yolu və silahdaşları 
/M.Süleymanov; ön söz. 
müəl. S.Əbiyev; elmi red.: 
P.Darabadi, N.Maksvel; 
rəyçi: T.Qaffarov.-Bakı,
 
2000.- 376 s.
Azərbaycanın ilk hərbi 
naziri: O, rus ordusunda 
önəmli yer tutan hərbçi idi 
//Azadlıq.- 2011.- 3 iyun.- 
S.14.
Qədim soylu Mehmanda-
rovlar: Nəslin ulu babası 
mehmandar Mirzə Əli bəy 
//Azadlıq .-2013.- 12 sent-
yabr.- S.14.
Tahirqızı, Ü.Azərbaycanın 
dəmir intizamlı ordusunun 
müəllifi /Ü.Tahirqızı //Xalq 
cəbhəsi.- 2013.- 11 sent-
yabr.- S.13.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
16
Hərbi xadim


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə