Teqvim-2015. pdf


Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq 85



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə124/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   120   121   122   123   124   125   126   127   ...   173

275
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
85 
illiyi
Elmira Şaxtaxtinskaya 
1930-1996
 
OKTY
ABR
Elmira Həbibulla qızı  Şaxtaxtinska-
ya 1930-cu il oktyabr ayının 25-də Bakı 
şəhərində anadan olmuşdur. Onun ana-
sı Leyla xanım Cənubi Azərbaycanın 
hökmdarı Bəhmən Mirzə Qacarın nəvəsi 
olmuş, atası Həbibulla Şaxtaxtinski adlı-
sanlı kimyaçı olmuşdur. Belə bir ailədə 
dünyaya gəlmiş Elmira xanım hələ uşaq 
yaşlarından milli incəsənətimizin vurğu-
nu olmuşdur.
Orta təhsilini Bakı  şəhərində al-
mış, 1950-cı ildə  Ə.Əzimzadə adına 
Azərbaycan Dövlət Rəssamlıq Məktə-
binin təsviri incəsənət şöbəsini bitirmiş-
dir. 1956-cı ildə V.İ.Surikov adına Mosk-
va Dövlət Rəssamlıq  İnstitutuna daxil 
olmuşdur. Qrafika şöbəsində oxuyan El-
mira xanım siyasi plakat janrı üzərində 
seçim etmişdi.
1956-cı ildə Moskvada təhsilini başa 
vuran Elmira xanım Bakıya dönərək fəal 
surətdə yaradıcılığa başlamış, yorulmaq 
bilmədən çalışdığı 40 illik yaradıcılığı 
ərzində o, müxtəlif mövzulara həsr olun-
muş 100-dən artıq plakat yaratmışdır. 
Əməyə, sülhə, mübarizəyə, idmana və 
digər mövzulara həsr olunmuş  əsərlər 
arasında “Bizə sülh lazımdır”, “Yeni 
rekordlara doğru”, “Təcavüzə son qoy-
maq - mədəniyyəti müdafiə etmək” və b. 
əsərlərinin adını çəkmək olar. 
O, ekologiya mövzusunda - “İnsan, 
Yer üzündə həyatı qoru”, “Bakı ən yaşıl, 
ən gözəl olacaq” və s. silsilə plakatlar ya-
ratmışdı.
Dəzgah rəsmləri və akvarellərindən 
“Çexoslovakiyada”, “Sosialist Bakısı” 
seriyası, “Bolqarıstanda”, “Qutablar” və 
“Novruz bayramı” tabloları rəssama bö-
yük şöhrət gətirmişdir.
XX əsrin 70-ci illərində çəkdiyi “Azər-
baycan qədim mədəniyyət diyarıdır” pla-
kat silsiləsində Azərbaycanın orta əsrlərdə 
yaşamış elm, ədəbiyyat və incəsənət 
xadimlərindən N.Tusi, M.Gəncəvi, 
İ.Nəsimi, C.Urməvi,  Ə.Naxçıvani, Sul-
tan Məhəmməd və b.-nın, XX əsrin 80-
ci illərində isə Ü.Hacıbəyli, S.Vurğun, 
H.Cavid, S.Bəhlulzadə, Q.Qarayev, 
F.Əmirov və b. portretlər qalereyasını 
yaratmışdır.
Elmira xanım bir sıra məsul vəzi-fələrdə 
çalışmış, SSRİ və Azərbaycan Rəssamlar 
İttifaqının  İdarə Heyətinin üzvü, Azər-
nəşrin bədii redaktoru, Nəşriyyat və Po-
liqrafiya üzrə Dövlət Komitəsinin baş 
rəssamı, eləcə də “Plakat” nəşriyyatının 
Zaqafqaziya üzrə komissiyasının üzvü 
olmuşdur. E.Şaxtaxtinskaya yaradıcılı-
ğının əsas mövzusu “Azərbaycan qədim 
mədəniyyət diyarıdır” adlı silsilə əsərləri 
olmuşdur.
Rəsmləri dünyanın bir sıra şəhərlərində 
nümayiş olunmuşdur. 
Görkəmli rəssam “Şərəf” ordeni ilə 
təltif edilmiş, 1963-cü ildə “Azərbaycan 
SSR-in  Əməkdar incəsənət xadimi”, 
1977-ci ildə isə “Azərbaycanın SSR-in 
Xalq rəssamı” fəxri adlarına layiq görül-
müşdür.
Şaxtaxtinskaya Elmira 1996-cı il okt-
yabr ayının 15-də Moskvada vəfat etmiş, 
Bakıda, Fəxri Xiyabanda dəfn olunmuş-
dur.
Ə d ə b i y y a t
Elmira Şaxtaxtinskaya 
(1930-1996) //Sava-
lan.- 2013.- 21-23 may.- 
№35.- S.2.
Elmira Şahtaxtinskaya 
1930-1996 /layih. rəhb. 
Ç.Fərzəliyev.-Bakı, 
2013.-104 s. 
Quliyev, Ə. Elmira 
Şahtaxtinskayanın 
yaradıcılığı /Ə.Quliyev               
//Qobustan.- 2012.- 
№2.- S.40-43.
Şaxtaxtinskaya Elmira      
//Azərbaycan qadını 
ensiklopediyası.- Bakı, 
2002.- S.365.
Şərifov, A. Azərbaycanın 
Xalq rəssamı Elmi-
ra Şahtaxtinskaya 
/A.Şərifov //XX əsr 
Azərbaycanın yaradıcı 
nəsilləri.- Bakı, 2007.-
S.67.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
25
Rəssam


276
Milli Qəhrəmanlar
65 
illiyi
İmamverdi Əliyev
1950-1991 
OKTY
ABR
İmamverdi Barat oğlu Əliyev 1950-ci 
il oktyabr ayının 1-də İmişli rayonunun 
Qulubəyli kəndində anadan olmuşdur. 
1969-cu ildə Kürdmahmudlu kənd 
orta məktəbini bitirmiş, sonra İmişli ra-
yonu Hərbi Komissarlığının göndərişi 
ilə Saatlı rayonunda sürücülük kursuna 
getmişdir.
1970-ci ildə həqiqi hərbi xidmətə ça-
ğırılmışdır. 
1972-ci ildə ordudan tərxis olunduq-
dan sonra Bakı şəhəri Yasamal rayonu-
nun Daxili İşlər Şöbəsində sürücü-milis 
nəfəri kimi işə başlamış, oxumaq arzusu 
ilə 1973-1977-ci illərdə Bakı Maliyyə-
Kredit Texnikumunda təһsil almışdır. 
1978-ci ildə isə Bakı Xüsusi Milis 
məktəbinin kursantı olmuşdur. Zabit 
rütbəsi ilə 1980-ci ildə  İmişli rayon 
DİŞ-də mühafizə bölməsində baş ins-
pektor vəzifəsində çalışmışdır. 
1987-ci ildən  İmişli rayonunda qa-
nunçuluğun keşiyində durmuşdur.
Daһa sonra məlum Qarabağ 
hadisələri başladıqda, 1991-ci il 15 
noyabr tarixində  Cəbrayıl rayonunun 
müdafiəsində dörd erməni tankını məһv 
etmiş, Hadrud rayonunun Şaqax kəndi 
yaxınlığında iki yüz azğın düşmənə qar-
şı on altı saat döyüşmüş, 28 nəfər erməni 
quldurunu məhv etmişdir. Bu döyüşdə 
İmamverdi Əliyev özü də şəһid olmuş-
du.
Azərbaycan Respublikası Prezidenti-
nin 8 oktyabr 1992-ci il tarixli 264 say-
lı Fərmanı ilə Əliyev İmamverdi Barat 
oğlu ölümündən sonra “Azərbaycanın 
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür.
İmişli rayonunda dəfn edilmişdir. 
Rayonda İmamverdi Əliyevin adını da-
şıyan küçə var.
Doğulub boya-baş çatdığı Qulubəyli 
kənd orta məktəbi hal-hazırda igid dö-
yüşçünün adını daşıyır. İmişli rayon Da-
xili İşlər Şöbəsi binasının önündə büstü 
qoyulmuşdur.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı”adı verilməsi haqqında: 
[Əliyev İmamverdi Barat oğlu – polis baş leytenantı – Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc 
əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 8 
oktyabr 1992-ci il //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (Ölümündən sonra).
Əliyev İmamverdi Barat oğlu (1950-1991) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. ed. 
H.Həmidova.-Bakı, 2008.- S.61.
Əsgərov, V. Əliyev İmamverdi Barat oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.85.
Seyidzadə, M. Əliyev İmamverdi Barat oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.60.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
1
Milli Qəhrəman
5


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə