192
Musiqi.Opera.Balet
65
illiyi
Məmmədbağır Bağırzadə
1950-2005
İYUL
Məmmədbağır
Məmmədəli oğlu
Bağırzadə 1950-ci il iyul ayının 21-
də Bakının Nardaran kəndində dün-
yaya gəlmişdir.
Orta məktəbi bitirdikdən sonra,
1975-ci ildə Asəf Zeynallı adına Bakı
orta ixtisas musiqi məktəbinin muğam
şöbəsinə daxil olmuşdur. Burada oxu-
duğu müddətdə muğam sənətimizin
bilicisi Əlibaba Məmmədovdan ifaçı-
lıq sənətinin sirlərinə yiyələnmişdir.
Musiqi məktəbini bitirdikdən sonra,
1980-ci
ildə Azərbaycan Dövlət Kon-
sert Birliyinə dəvət olunmuş, burada
özünün rəhbərlik etdiyi “Dilkəş” an-
samblını yaratmışdır. “Azkonsert
“birliyində işlədiyi illərdə saysız-
hesabsız qastrol səfərlərində olmuş,
muğamımızın təbliğində xeyli əmək
sərf etmişdir.
Məmmədbağır Bağırzadənin sənət
yolu toylardan və el şənliklərindən
başlamışdır. O, adətən öz mahnıları-
nı oxusa da, klassik, müasir bəstəkar
və şairlərin yaradıcılığına
müntəzəm
müraciət etmişdir. Xüsusilə də, şairə
Zivər Ağayeva ilə qurduğu yaradıcı-
lıq əlaqələri nəticəsində Azərbaycan
milli musiqi sənətinə çoxlu sayda
gözəl mahnılar bəxş etmişdir.
Məmmədbağır Bağırzadəni te-
leviziyaya gətirən və onun ya-
radıcılığında xüsusi rol oynayan
bəstəkar Ələkbər Tağıyev olmuşdur.
Müğənninin repertuarına Oqtay Ka-
zımovun, Nəriman Məmmədovun,
Tahir Əkbərin və digərlərinin mahnı-
ları da daxil idi.
Radionun fondunda
onlarca mahnısı saxlanan müğənninin
ifa etdiyi bəstələr “Melodiya” firması
tərəfindən vala yazılaraq geniş yayıl-
mışdır.
1979-cu ildə Ələkbər Tağıyevin
mahnıları, 1981-ci ildə isə öz bəstələri
kütləvi tirajla buraxılmışdır.
1985-ci ildən müğənni Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri
Şirkətinin solisti, “Dilkeş” instrumen-
tal ansamblının rəhbəri olmuşdur.
Repertuarında 200-dən çox mah-
nı olan müğənni M.Əliyev adına
Azərbaycan Dövlət İncəsənət Univer-
sitetinin
mədəni-maarif fakültəsinə
daxil olmuş, 1987-ci ildə oranı bitir-
mişdir.
M.Bağırzadə 2002-ci ildə
Azərbaycan Milli Konservatoriyası
nəzdində Musiqi Kollecinin xanəndə
sinfində 3 il müəllim işləmişdir. O,
300-ə yaxın təsnifin, bir çox qəzəllərin
müəllifidir.
Müğənninin yaradıcılığı dövlət
tərəfindən yüksək qiymətləndirilmiş,
o, “Azərbaycanın Əməkdar artisti”,
2002-ci il dekabr ayının 24-də isə
“Xalq artisti” fəxri adlarına layiq gö-
rülmüşdür.
Məmmədbağır Bağırzadə 2005-ci
il oktyabr ayının 30-da vəfat etmiş-
dir.
Ə d ə b i y y a t
Əhmədov, T. Azərbaycan
oğluyam /T.Əhmədov.- Bakı:
Azərbaycan, 2007.- 383 s.
Azəri, L. “Düşünərsən”
/L.Azəri //Mədəniyyət.-
2012.- 20 iyul.- S.12.
Əsədova, İ. Ayrılığın üzü
dönsün bu dünyada...
/İ.Əsədova //Mədəniyyət.-
2010.- 29 oktyabr.- S.12.
Xəlilzadə, F. Sahili
görünməyən dənizlər
/F.Xəlilzadə //Yazdıqlarım:
7 cilddə.- C.2. Mədəniyyət-
mənəviyyat.- S.207-209.
Məhərrəmova, T.
Azərbaycan oğlu
/T.Məhərrəmova //Kaspi.-
2010.- 27 iyul.- S.15.
Nizamqızı, H. “Bizim
mahnılar”ın nəğməkarı
/H.Nizamqızı //Mədəniyyət.-
2013.- 18 oktyabr.- S. 13.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.librarything.com
21
Müğənni
193
Musiqi.Opera.Balet
80
illiyi
Vasif Adıgözəlov
1935-2006
İYUL
Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-
ci il iyul ayının 28-də Bakıda məşhur
muğam ustası Zülfü Adıgözəlovun
ailəsində anadan olmuşdur. İlk musiqi
təhsilini konservatoriyanın nəzdindəki
10 illik Musiqi məktəbində pianoçu kimi
almışdır. 1953-cü ildə Ü.Hacıbəyov adı-
na Azərbaycan Dövlət Konservatoriya-
sına daxil olaraq bəstəkarlıq üzrə Qara
Qarayevin,
fortepiano üzrə Simuzər
Quliyevanın sinfində təhsilini davam
etdirmiş, 1959-cu ildə həmin təhsil oca-
ğını iki ixtisas üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 1958-ci ildən
Radio və Televiziya Komitəsində mu-
siqi redaktoru kimi başlamışdır. Son-
ralar Azərbaycan Bəstəkarlar İttifaqı-
nın məsul katibi, M.Maqomayev adına
Dövlət Filarmoniyasının baş musiqi re-
daktoru, A.Zeynallı adına Bakı Musiqi
məktəbinin direktoru və s. vəzifələrdə
çalışmışdır. 1972-ci ildən Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Konservatori-
yasında əsas
işçi kimi müəllimlik etmiş,
1990-ci ildə Azərbaycan Bəstəkarlar İt-
tifaqının I katibi seçilmişdir. Bakı Mu-
siqi Akademiyasında Xor dirijorluğu
kafedrasına rəhbərlik etmişdir.
Bəstəkar musiqinin müxtəlif janr-
larında əsərlər yaratmışdır; simfonik,
vokal-simfonik, irihəcmli instrumental
əsərlər yaradıcılığında əsas yer tutur.
2 opera: “Ölülər” (1963), “Natəvan”
(2003), 5 musiqili komediya: “Hacı
Qara” (operetta, 1957) (həmmüəllifi
R.Mustafayev), “Nənəmin şahlıq quşu”
(1971), “Boşanaq - evlənərik” (1976),
“Lənət şeytana” (1984), “Aldın payı-
nı, çağır dayını”, (2005), 4 oratoriya:
“Odlar yurdu”, “Qarabağ şikəstəsi”,
“Çanaqqala-1915”, “Qəm karvanı”, 3
kantata, 4 simfoniya, 6 instrumental kon-
sert,
kamera-instrumental musiqinin,
kino-teatr musiqisinin, romans və mah-
nıların müəllifidir. Vasif Adıgözəlovun
yaradıcılığı üçün parlaq melodizm,
muğamın improvizasiyalı inkişafından
irəli gələn forma xüsusiyyətləri, polirit-
miya, tembr effektləri səciyyəvidir. Bir
çox filmlərə: “Xidmət lifti”, “Cazibə
qüvvəsi”, “Şərikli çörək”, “Skripka-
nın sərgüzəşti”, “Həyat bizi sınayır”,
“Kişi sözü” və s. musiqi bəstələmişdir.
O, həmçinin fortepiano üçün 24 pre-
lüd, orqan üçün “Muğam-sonata”
və s. kamera-instrumental əsərlərin
müəllifidir. Bəstəkar “Don Juan”, “Üç
nağıl”, “Qəribə əhvalat”, “Çahargah
fantaziyası” və s. dram tamaşalarına da
musiqi bəstələmişdir.
Bəstəkarın yaradıcılığı dövlət
tərəfindən yüksək qiymətləndirilmiş, o,
1973-cü ildə “Əməkdar
incəsənət xa-
dimi”, 1989-cu ildə “Xalq artisti” fəxri
adlarına layiq görülmüşdür. 1980-ci ildə
professor elmi rütbəsini almış, 1991-ci
ildə Dövlət Mükafatı laureatı olmuşdur.
1995-ci ildə “Şöhrət”, 2006-cı ildə “İs-
tiqlal” ordenləri ilə təltif olunmuşdur.
Vasif Adıgözəlov 2006-cı il sentyabr
ayının 9-da vəfat etmişdir.
Ə d ə b i y y a t
Violençel və fortepiano
üçün sonatina [Notlar] :
(viola və fortepiano üçün
A.Y.Əlizadənin işləməsi)
/V.Adıgözəlov; [tərt. və işl.
A.Əlizadə; red. T.Aslanov;
rəyçilər R.Nərimanbəyli
[və b.]]; Azərb. Resp.
Təhsil Nazirliyi,
Ü.Hacıbəyli adına Musiqi
Akademiyası.- Bakı: [s.n.],
2011.- 32 s.
Babayeva, H. Vasif
Adıgözəlov /H.Babayeva.-
Bakı: Ergün, 1995.- 24 s.
Tahirov, K. Vasif Zülfü
oğlu Adıgözəlov /K.Tahirov
//Muğamın sədası.- Bakı,
2008.-S.72-80.
Xəlilzadə, F. Laylası da
muğam idi /F.Xəlilzadə
//Mədəniyyət.- 2011.- 29
iyul.- S.13.
Эфендиева, И.
Васиф Адигезалов
/И.Эфендиева; предисл.
Т.Кулиев.- Баку, 1999.-
323 s.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.librarything.com
28
Bəstəkar