Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə88/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   84   85   86   87   88   89   90   91   ...   173

196
Milli Qəhrəmanlar
60 
illiyi
Etibar Əliyev
1955-1993
İYUL
Etibar Böyükağa oğlu Əliyev 1955-ci 
il  iyul ayının 11-də Lənkəran şəhərində 
anadan olmuşdur. 
Burada 5 saylı orta məktəbdə 8-ci 
sinfi bitirmiş, 1969-cu ildə 34 saylı 
texniki-peşə  məktəbində dülgər ixtisa-
sına yiyələnmişdir. 
1973-cü ildə  hərbi xidmətə çağı-
rılmışdır. Etibar Əliyev 1975-ci ildə 
Saratov vilayətində  əsgəri xidmətini 
başa vurub doğma yurduna qayıdaraq 
Lənkəran şəhər Əhaliyə Məişət Xidməti 
İdarəsində işləməyə başlamışdır. 
1993-cü il avqustun 23-də “Talış-
Muğan Respublikası” yaratmaq iddiası 
ilə çıxış edənlərə qarşı mübarizə apar-
mış, bu mübarizədə igidlik göstərərək 
həlak olmuşdur. 
Ailəli idi. İki qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezi-
dentinin 24 avqust 1993-cü il tarix-
li 740 saylı  Fərmanı ilə  Əliyev Etibar 
Böyükağa oğluna ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adına layiq görülmüşdür.
Etibar  Əliyev Lənkəran  şəhərinin 
Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Lənkəran  şəhərindəki küçələrdən 
biri qəhrəmanın adını daşıyır.  Şəhərin 
“23 Avqust” meydanında büstü qoyul-
muşdur. 
Ə d ə b i y y a t
Etibar Böyükağa oğlu Əliyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Lənkəran şəhər əhaliyə məişət xidməti 
idarəsinin dülgəri - Azərbaycan Respublikasının dövlətçiliyinin və ərazi bütövlüyünün qorunmasında, Azərbaycan xalqına təcavüz edən 
cinayətkar ünsürlərə qarşı mübarizədə göstərdiyi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin  Fərmanı, 24 avqust  
1993-cü il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı- 1993.- № 16.- S. 19.- (Ölümündən sonra).
Əsgərov, V. Əliyev Etibar Böyükağa oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.78.
Əliyev Etibar Böyükağa oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / 
Azərbaycan Milli Kitabxanası; 
tərt. H.Həmidova.- 
Bakı, 2008.- S.55.
Seyidzadə, M. Əliyev Etibar Böyükağa oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.53.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.muallim.edu.az
11
Milli Qəhrəman


197
Milli Qəhrəmanlar
50 
illiyi
Rafiq  Alıcanov
1965-1993
İYUL
Rafiq Cəfər oğlu Alıcanov 1965-ci 
il iyul ayının 11-də Qazax rayonunun 
Kəmərli kəndində dünyaya göz açmış-
dır. 
Muğanlı  kənd orta məktəbini 
bitirdikdən sonra Kalininqrad şəhərinə 
gedərək Ali Hərbi Məktəbə daxil ol-
muşdur. 
1988-ci ildə  təhsilini bitirib Ukray-
nada ixtisası üzrə  işə başlamışdır. La-
kin Qarabağ müharibəsi başladığı üçün 
Azərbaycana geri dönmüşdür. Qazax, 
Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, 
Ağdam, Tərtər, Füzuli, Zəngilan rayon-
larında və Naxçıvan MR-da döyüşlərdə 
iştirak etmiş, kapitan rütbəsinə 
yüksəlmişdir. 
5 noyabr 1993-cü ildə Füzuli rayo-
nunun Kürdmahmudlu kəndi uğrunda 
gedən döyüşlərdə qəhrəmancasına həlak 
olmuşdur.
Ailəli idi, bir qızı və bir oğlu var.
Azərbaycan Respubliksı Preziden-
tinin 16 sentyabr 1994-cü il tarixli 
203 saylı  Fərmanı ilə kapitan Alıca-
nov Rafiq Cəfər oğlu ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adına layiq görülmüşdür.
Köçəvəlli kəndində dəfn edilmişdir.
Köçəvəlli kənd orta məktəbi 
qəhrəmanın adını daşıyır. Məktəbdə 
və Ağstafa şəhərinin mərkəzində büstü 
var. Büstün qoyulduğu ərazidə yerləşən 
park onun adını daşıyır. Eyni zamanda 
Bakı  şəhəri Suraxanı rayonu Qaraçu-
xur qəsəbəsində  və Ağstafa rayonunun 
mərkəzindəki küçəyə onun adı verilmiş-
dir.
Rafiq Alıcanovun qəhrəmanlığından, 
keçdiyi həyat yolundan bəhs edən 
Güləmail Muradla Salatın  Əhmədlinin 
“Vətən sağ olsun” şeir kitabı və Fəridə 
Ləmanın “Lalələr  şəhid qanı” poeması 
işıq üzü görmüşdür. Qarabağ  uğrunda 
gedən döyüşlərdə göstərdiyi igidliyə 
görə (ölümündən sonra) bir sıra diplom-
larla təltif olunmuşdur.
2013-cü ildə onunla yanaşı Qazax ra-
yonundan olan digər iki Milli Qəhrəman 
- Mərifət Nəsibov və  Şamoy Çobano-
vun həyat və döyüş yollarından bəhs 
edən “Qartal yuvası” sənədli-bədii filmi 
çəkilmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: [Alı-
canov Rafiq Cəfər oğlu-kapitan-Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaq-
larının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz 
müqəddəs əsgəri və xidməti borcunun yerinə yetirilməsində misilsiz xidmətlərə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 
16 sentyabr 1994-cü il //Azərbaycan.- 1994.- 21 sentyabr.- (Ölümündən sonra).
Əsgərov, V. Alıcanov Rafiq Cəfər oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.30.
Alıcanov Rafiq Cəfər oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / 
Azərbaycan Milli Kitabxanası; 
tərt. H.Həmidova.- Bakı, 
2008.- S.26-27.
Seyidzadə, M.  Alıcanov Rafiq Cəfər oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.33.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.muallim.edu.az
11
Milli Qəhrəman


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə