Teqvim-2015. pdf


Ədəbiyyatşünas Mədəniyyət.Maarif.Elm 70



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə90/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   86   87   88   89   90   91   92   93   ...   173

201
Ədəbiyyatşünas
Mədəniyyət.Maarif.Elm
70 
illiyi
Timuçin Əfəndiyev
1945
İYUL
Timuçin İlyas oğlu Əfəndiyev 1945-
ci il iyul ayının 17-də Bakı şəhərində 
ziyalı ailəsində anadan olmuşdur.
1963-cü ildə Bakı  şəhər 7 saylı 
orta məktəbi bitirdikdən sonra o, Bakı 
Dövlət Universitetinin Şərqşünaslıq 
fakültəsinə daxil olmuşdur.
1968-ci ildə Respublika Gənclər 
Təşkilatında çalışmışdır. 1969-cu ildə 
Azərbaycan Milli Elmlər Akademi-
yasının aspiranturasına qəbul olmuş, 
1972-ci ildə aspiranturanı bitirərək 
“Hüseyn Cavidin yaradıcılığı” möv-
zusunda dissertasiya müdafiə etmiş və 
elmlər namizədi adını almışdır.  1987-
ci ildən professordur. Elə həmin ildən 
Azərbaycan Milli Elmlər Akademiya-
sında elmi katib vəzifəsində çalışmış-
dır.
Timuçin  Əfəndiyev 1977-ci ildən 
Azərbaycan Dövlət Mədəniyyət və 
İncəsənət Universitetində çalışmışdır. 
O, burada əvvəlcə baş müəllim, son-
ra dosent vəzifəsini tutmuş, 1978-ci 
ildən 1987-ci ilədək fakültə dekanı 
olmuş, 1987-ci ildən 2014-cü ilədək 
Azərbaycan Dövlət Mədəniyyət və 
İncəsənət Universitetinin rektoru 
vəzifəsində çalışmışdır.
1999-cu ildə “Romantik dramatur-
giyada tarixilik və  bədiilik” mövzu-
sunda doktorluq dissertasiyası müdafiə 
etmişdir.
İlk  ədəbi-tənqidi məqalələri 1973-
cü ildə “Ulduz” jurnalı  səhifələrində 
çap olunan Timuçin Əfəndiyev rek-
tor vəzifəsində çalışdığı dövrdə 
Azərbaycan Dövlət Mədəniyyət və 
İncəsənət Universiteti simpoziumla-
rında məruzəçi kimi iştirak etmişdir. 
O, Azərbaycanda və xaricdə  nəşr 
olunmuş bir çox kitabın (“Rus teat-
rı (XVII-XVIII əsrlər xalq teatrı)” 
(1998), “Cəfər Cabbarlı  və roman-
tik dramları” (1999), “Azərbaycan 
kino tarixi oçerkləri” (2001), 
“Azərbaycan dramaturgiyasında me-
todlar”, “Azərbaycan mədəniyyəti və 
incəsənəti” (2002)), monoqrafiya və 
elmi məqalələrin müəllifidir.
1987-ci ildən Azərbaycan Yazıçılar 
Birliyinin üzvüdür.
Professor T.Əfəndiyev pedaqoji 
fəaliyyəti ilə yanaşı, ədəbi-elmi yara-
dıcılığını da ardıcıl davam etdirmiş, 
Azərbaycan sovet ədəbiyyatının ak-
tual nəzəri və ədəbi-tarixi problemləri 
ilə  məşğul olmuşdur. 1991-ci ildən 
“Tanıtım” jurnalı redaksiya heyətinin 
və Türkiyə “Vəqfi”nin üzvüdür.
2004-cü ildə “Humay”, 2005-ci ildə 
“Akademik Yusif Məmmədəliyev”, 
“Yaddaş” milli mükafatlarının lau-
reatı, “Teatr xadimi”, 2006-cı ildə 
Azərbaycan Milli İdman Assosiasi-
yası  qızıl müdalına layiq görülmüş, 
2005-ci ildə elm və  təhsil sahəsində 
dünyanın aparıcı  təşkilatçı-pedaqoqu 
nominasiyasında Beynəlxalq Diplo-
mu, “Jurnalistlərin dostu” fəxri media 
Diplomu, 2008-ci ildə “Vətənə sevgi” 
diplomu almışdır. 
Timuçin  Əfəndiyev 2000-ci ildə 
“Əməkdar incəsənət xadimi” fəxri 
adı ilə, 2005-ci ildə  “Şöhrət” orde-
ni ilə  təltif edilmişdir. Azərbaycanda 
təhsilin inkişafındakı xidmətlərinə 
görə 2013-cü il dekabr ayının 10-da 
isə “Əməkdar elm xadimi” fəxri adına 
layiq görülmüşdür.
Ə d ə b i y y a t
Heydər Əliyev-mədəniyyət 
və əbədiyyət /T.Əfəndiyev.- 
Bakı: Təhsil, 2013.- 125 s.
Hüseyn Cavidin ideyalar 
aləmi /T.Əfəndiyev.- Bakı: 
Yazıçı, 1985.- 204 s.
Mədəniyyət və 
incəsənətimizin məbədgahı 
ADMİU-90 /T.Əfəndiyev.- 
Bakı: [ADMİU], 2013.- 250 
s.
Mədəniyyətdə tarixilik və 
müasirlik /T.Əfəndiyev.- 
Bakı: Təhsil, 2011.- 391 s.
İlham Əliyev və Azərbaycan 
dövlətinin teatr tarixi 
/T.Əfəndiyev //Xalq qəzeti.- 
2010.- 30 noyabr.- S. 5.
Əməkdar incəsənət xadimi, 
filologiya üzrə elmlər dokto-
ru, professor Timuçin İlyas 
oğlu Əfəndiyev: biblioq-
rafik göstərici /tərt. müəl.: 
V.Əliyev, X.Zeynalov.- Bakı: 
Elm, 2013.- 359 s.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.mapyourinfo.com
www.mechmath.bsu.edu.az
17


202
Akademik
Geologiya.Goğrafiya
65 
illiyi
Fəxrəddin Qədirov
1950
İYUL
Fəxrəddin  Əbülfət oğlu Qədirov 
1950-ci il iyul ayının 19-da Şəki 
şəhərində anadan olmuşdur.
1967-ci ildə Azərbaycan Dövlət Uni-
versitetinin (hazırda Bakı Dövlət Uni-
versiteti) fizika fakültəsinə daxil olmuş 
və 1972-ci ildə oranı bitirmişdir.
F.Qədirov əmək və elmi fəaliyyətinə 
1975-ci ildə AMEA Geologiya İnsti-
tutunda başlamışdır. O, 1981-1986-cı 
illərdə kiçik elmi işçi, 1986-1988-ci 
illərdə böyük elmi işçi, sonralar “Qravi-
metriya” laboratoriyasının rəhbəri, “Ge-
odinamika və Seysmologiya” şöbəsinin 
müdiri vəzifələrində çalışmışdır.
O, 1984-cü ildə  fizika-riyaziyyat 
elmləri namizədi, 2002-ci ildə isə 
geologiya-mineralogiya elmləri dokto-
ru alimlik dərəcələrini almışdır.
1998 və 2000-ci illərdə ABŞ-ın 
Massaçusets Texnologiya İnstitutunda 
GPS tədqiqatları ilə  məşğul olan alim 
bu texnologiyanı dərindən mənimsəmiş 
və 1998-ci ildə onun təşəbbüsü ilə 
Azərbaycan  ərazisində ilk dəfə olaraq 
GPS müşahidə sistemi qurulmuş  və 
GPS texnologiyası əsasında Azərbaycan 
ərazisinin müasir geodinamikasının 
tədqiqinin əsası qoyulmuşdur.
F.Qədirovun rəhbərliyi altında 
Azərbaycanda 10 ildən artıq müddətdə 
aparılan GPS monitorinqi nəticəsində 
Yer qabığının üfüqi hərəkətləri 
öyrənilmiş, zəlzələ  təhlükəsini daha 
dəqiq dəyərləndirmək üçün deforma-
siya enerjisinin akkumulyasiya qanu-
nauyğunluqları müəyyənləşdirilmiş, 
Qafqaz blokunun saat əqrəbinin əksinə 
dönməsi və Azərbaycan ərazisinin geo-
dinamik şəraitinə təsiri tədqiq olunmuş, 
Abşeron yarımadasının cənub hissəsinin 
şərqə  tərəf hərəkət etməsi və intensiv 
yer qabığı qısalmalarının sürəti və baş 
verdiyi ərazilər müəyyən edilmiş və bü-
tün bunların seysmik proseslərdəki rolu 
aydınlaşdırılmışdır.
Alim ilk dəfə olaraq Azərbaycanın 
neftli-qazlı vilayətlərinin çöküntü 
təbəqələrindəki qravitasiya tarazlığı 
proseslərini nəzəri olaraq öyrənmişdir.
F.Qədirov tərəfindən Qafqaz-Xəzər 
regionunun litosfer quruluşunun 3D 
qravitasiya modeli hazırlanmış  və  qı-
rılmaların səth və  dərinlik paylanması 
öyrənilmişdir. Onun təcrübi və  nəzəri 
tədqiqatları  nəticəsində  Cənubi Xəzər 
hövzəsində Moho sərhədi altında sıxlığı 
böyük olan təbəqənin olduğu müəyyən 
edilmiş və bu təbəqənin regionun geo-
dinamikasındakı rolu öyrənilmişdir.
2007-ci ildə geofizika ixtisası üzrə 
AMEA-nın müxbir üzvü, 2014-cü ildə 
həqiqi üzvü seçilmişdir.
150-dən çox elmi məqalə  və mo-
noqrafiyanın müəllifi olan F.Qədirov 
9 beynəlxalq elmi-tədqiqat layihəsinin 
rəhbəri olmuş, ABŞ  və Avropada 
keçirilən beynəlxalq elmi konfranslarda 
dəfələrlə Azərbaycanı müvəffəqiyyətlə 
təmsil etmişdir.
Onun elmi rəhbərliyi ilə 10 elmlər 
namizədi hazırlanmışdır. Bir çox dokto-
rantın elmi rəhbəridir. F.Qədirov bir sıra 
elmi cəmiyyətlərin, o cümlədən Avropa 
Geoloq Alim və Mühəndislər Assosia-
siyasının (EAGE), Amerika Geofiziklər 
İttifaqının (təşkilatının) (AGU), Ameri-
ka Neftçi-Geoloqlar İttifaqının (AAPG) 
üzvüdür.
Ə d ə b i y y a t
Abşeronda müasir geo-
dinamik şərait amerikalı 
mütəxəssislərlə birgə 
izlənilir /F.Qədirov            
//Azərbaycan.- 2002.- 5 
iyul.- S.5.
Elmə həsr edilmiş ömür: 
[A.M.Quliyev haq.] 
/F.Qədirov //Respublika.- 
2013.- 15 dekabr.- S. 7.
İsayeva, M. Elmə xidmət 
etmək bəşəriyyətə 
xidmətdir /M.İsayeva        
//Xalq qəzeti.- 2010.- 10 
iyul.- S.7.
Численные 
гравитационные модели 
глубинного строения 
Азербайджана: дис. ... 
д-ра геол.-минерал.наук: 
04.00.12. /Ф.А.Кадиров; 
НАН Азерб. Ин-т 
Геологии.- Баку, 2001.- 
293 с. 
«Земля во все времена 
была динамически 
активной системой» 
/Ф.Кадиров                             
//Азербайджанские 
известия. 2012. - 5 мая.- - 
С.1,3. 
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
19


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə