Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə89/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   85   86   87   88   89   90   91   92   ...   173

198
Milli Qəhrəmanlar
40 
illiyi
Arif Qədiməliyev
1975-1995
İYUL
Arif Maasif oğlu Qədiməliyev 1975-
ci il iyul ayının 13-də    Ağstafa rayo-
nunun Dağ Kəsəmən kəndində anadan 
olmuşdur. 
1992-ci ildə burada məktəbi bitirmiş 
və sovxozda işləmişdir. 
1993-cü ildə  Ağstafa rayonun-
dan Milli Ordu sıralarına çağırılmış-
dır. 1994-cü ildə 18 yanvar tarixində 
cəbhəyə göndərilmişdir.
Arif “N” saylı  hərbi hissənin 
tərkibində Füzuli, Kəlbəcər, Murovdağ 
uğrunda gedən döyüşlərdə iştirak etmiş-
dir. O, həm kəşfiyyatçı, həm də nişançı-
atıcı kimi komandirlərin hörmətini qa-
zanmışdır. 
1995-ci il  mart ayının 17-də   dövlət 
çevrilişinə  cəhdin qarşısını alarkən 
həlak olmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin 4 aprel 1995-ci il tarixli 307 saylı 
Fərmanı ilə  Qədiməliyev Arif Maasif 
oğluna ölümündən sonra “Azərbaycanın 
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür.
Dağ  Kəsəmən kəndində  dəfn edil-
mişdir.
Ağstafa  şəhərində büstü qoyulmuş
mədəniyyət evinə  qəhrəmanın adı ve-
rilmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi 
haqqında: [Qədiməliyev Arif Maasif oğlu-Müdafiə Nazirliyi, sıravi-Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun 
müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və 
şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin  Fərmanı, 4 aprel  1995-ci il //Azərbaycan.- 1995.- 5 aprel.- S.1.- 
(Ölümündən sonra).
Əsgərov, V. Qədiməliyev Arif Maasif oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- S.157.
Qədiməliyev Arif Maasif oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / 
Azərbaycan Milli Kitabxanası; 
tərt. H.Həmidova.- 
Bakı, 2008.- S.117.
Seyidzadə, M. Qədiməliyev Arif Maasif oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.120.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.muallim.edu.az
13
Milli Qəhrəman


199
Milli Qəhrəmanlar
45 
illiyi
Əsəd Əhmədov
1970-1992
İYUL
Əsəd Cəlal oğlu  Əhmədov 1970-ci 
il iyul ayının 15-də Qərbi Azərbaycanın 
Pəmbək mahalının Saral kəndində ana-
dan olmuşdur. 
Doğma kənddə orta məktəbi 
bitirdikdən sonra Bakıdakı 5 saylı 
texniki-peşə məktəbində oxumuşdur. 
1989-cu ildə Almaniyada tank qo-
şunlarında hərbi qulluğa başlamışdır. 
1992-ci ilin martında Milli Ordu sı-
ralarına qoşulmuş, Əsəd Əhmədov Şuşa 
rayonunun Zarıslı, Salatınkənd, Turşsu 
məntəqələrində, Laçın  ətrafında, Ağ-
dam rayonunun Şelli, Abdal-Gülablı, 
Güllücə, Papravənd, Naxçıvanlı 
kəndləri uğrunda döyüşlərdə  iştirak 
etmişdir. O, 1992-cı il iyul ayının 31-
də Papravənd kəndi  ətrafında döyüşdə 
qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin 5 fevral 1993-cü il tarixli 457 saylı 
Fərmanı ilə Əsəd Cəlal oğlu Əhmədova 
ölümündən sonra “Azərbaycanın Milli 
Qəhrəmanı” fəxri adına layiq görül-
müşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında 
dəfn edilmişdir.
Bakı  şəhəri Yasamal rayonundakı 
küçələrdən biri qəhrəmanın adını daşı-
yır. 
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbacanın Milli Qəhrəmanı adı verilməsi haqqında: 
[Əhmədov Əsəd Cəlal oğlu-starşina-Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin 
təhlükəsizliyinin təmin edilməsində şəxsi igidlik və şücaətgöstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 5 fevral 
1993-cü il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1993.-  № 3.- S. 11.- (Ölümündən sonra).
Əsgərov, V. Əhmədov Əsəd Cəlal oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşr.- Bakı, 2010.- S.67-68.
Əhmədov Əsəd Cəlal oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / 
Azərbaycan Milli Kitabxanası; 
tərt. H.Həmidova.- Bakı, 
2008.- S.49-50.
Seyidzadə, M. Əhmədov Əsəd Cəlal oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.73.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az
www.muallim.edu.az
15
Milli Qəhrəman


200
Ədəbiyyatşünas
Mədəniyyət.Maarif.Elm
90 
illiyi
Pənah Xəlilov
1925
İYUL
Pənah  İmran oğlu Xəlilov 1925-ci 
il iyul ayının 1-də Gürcüstanın Borça-
lı rayonunun Sadaxlı  kəndində ziyalı 
ailəsində anadan olmuşdur. 
İbtidai təhsilini kənddə almış, 
1934-cü ildə ailəlikcə  Gəncəyə 
köçdüklərindən M.Ə.Sabir adına 5 
saylı şəhər orta məktəbini bitirmişdir. 
1943-1948-ci illərdə ADU-nun filo-
logiya fakültəsində təhsil almış, 1948-
1951-ci illərdə orada Azərbaycan 
ədəbiyyatı tarixi kafedrasının aspiran-
tı, sonra həmin kafedrada baş müəllim
dosent (1951-1969), SSRİ xalqları 
ədəbiyyatı tarixi kafedrasının müdiri 
(1969-1989) olmuşdur. 
1948-ci ildən fəal  ədəbi yaradı-
cılığa başlamışdır.  Ədəbi tənqid, 
ədəbiyyatşünaslıq və  bədii tərcümə 
ilə  məşğul olmuşdur. Azərbaycan 
ədəbiyyatı  və keçmiş SSRİ xalqları 
ədəbiyyatı sahəsində ixtisaslaşmışdır. 
“Azərbaycan sovet ədəbiyyatı tari-
xi” (üç cilddə) və “Azərbaycan sovet 
ədəbiyyatı tarixi oçerkləri” (rusca) 
kitablarının müəlliflərindən biridir. 
Azərbaycan yazıçılarının VI qurulta-
yında idarə heyətinə seçilmişdir.
1954-cü ildə “Böyük Vətən 
müharibəsi illərində Azərbaycan po-
eziyası” mövzusunda namizədlik dis-
sertasiyası müdafiə etmişdir.
Professor Pənah Xəlilov məhsuldar 
fəaliyyət göstərən alimlərdən ol-
muşdur. Uzun müddət Azərbaycan-
Özbəkistan universitetləri arasında 
kafedra ixtisasına uyğun professor-
müəllim mübadiləsi yaratmış, hər iki 
universitetdən tələbələrin qarşılıqlı 
təhsil almasına nail olmuşdur. Alim 
15-dən artıq elmlər namizədi, 5 elmlər 
doktoru yetişdirmişdir. 
Ötən 
əsrin 70-ci illərində 
Azərbaycan Dövlət Televiziyasın-
da “Ədəbi üfüqlər” verilişinin apa-
rıcısı olmuş,  ədəbiyyatımızın və 
incəsənətimizin nailiyyətlərini təbliğ 
etmişdir. 
Onun yaradıcılığında tərcüməçilik 
fəaliyyəti əsas yer tutur. M.Servantesin 
“Lamançlı Don Kixot”, Herodotun 
“Tarix” kimi qiymətli  əsərlərini rus 
dilindən dilimizə tərcümə etmişdir.
Pənah Xəlilov 20-dən çox kitabın, 
300-ə  qədər məqalənin müəllifidir. 
Onun “Nəsrimizin üfüqləri”, “Əhməd 
Yasəvi”, “Kitabi-Dədə Qorqud”-
intibah abidəsi”, “Qədim adlar da ta-
rixdir”, “Əli və Nino  problemləri” 
və s. monoqrafiyaları dəyərli tədqiqat 
işləridir.
1981-ci ildən Azərbaycan Yazıçılar 
Birliyinin üzvü, 1969-cu ildən  filolo-
giya elmləri doktoru, 1971-ci ildən isə 
professordur. 
Bakı Dövlət Universitetinin 80 illiyi 
münasibətilə, 2000-ci ildə  “Əməkdar 
müəllim” fəxri  adına layiq görülmüş-
dür. 
Pənah Xəlilov 2002-ci ildən Prezi-
dent təqaüdçüsüdür.
Ə d ə b i y y a t
Nəsrimizin üfüqləri: 
məqalələr /P.Xəlilov.- Bakı: 
Yazıçı, 1982.- 183 s.
X sinifdə ədəbiyyat 
dərsləri... /P.Xəlilov, 
B.Bağırov.- Bakı: Maarif, 
1979.- 218 s.
SSRİ xalqları ədəbiyyatı: 2 
hissədə: ali məktəblərin filo-
logiya fakültəsi üçün dərslik 
/P.Xəlilov.- Bakı: Maarif, 
1975-1977.
Sən bizimləsən, əzizim...: 
[prof.F.Hüseynov haq.] 
/P.Xəlilov //Ədəbiyyat 
qəzeti.- 2013.- 15 noyabr.- 
S. 6.
Professor Pənah Xəlilov       
/tərt. və red. K.Nəcəfova.- 
Bakı: Elm və təhsil, 2010.- 
142 s.
Əhmədov, T. Pənah Xəlilov 
/T.Əhmədov //Azərbaycan 
yazıçıları: (XX-XX1 
yüzillikdə): ensiklopedik 
məlumat kitabı.- Bakı, 
2011.- S.744.
İ n t e r n e t d ə
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
www.mapyourinfo.com
1


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə