Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə97/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   93   94   95   96   97   98   99   100   ...   173

216
AV
Q
U
S
T
1
Teatr.Kino
60 
illiyi
Fəxrəddin Manafov 
1955
AV
Q
U
S
T
Fəxrəddin Manaf oğlu Manafov 1955-
ci il avqust ayının 2-də Xankəndidə ana-
dan olmuşdur. Orta təhsilini başa vur-
duqdan sonra Nərimanov rayonundakı 
12 saylı texniki peşə  məktəbinə daxil 
olmuş və oranı kino mexanikliyi ixtisa-
sı üzrə bitirmişdir. 1971-1974-cü illərdə 
A.M.Şərifzadə adına Aktyor evində ki-
nomexanik kimi çalışmışdır.  İlk dəfə 
orada “Yuğ” Teatrının təməlini qoyan 
bədii rəhbər, baş rejissor, direktor Vaqif 
İbrahimoğlunun köməyi ilə səhnə danı-
şığını, səhnə mədəniyyətini, səhnə plas-
tikasını öyrənmişdir. Hələ “Yuğ” Teatrı 
yaranmamışdan, 1976-cı ilin sonu, 1977-
ci illərin  əvvəllərində Vaqif müəllimlə 
Aktyorlar evində tədris teatrında bir akt-
yor kimi fəaliyyətə başlamışdır.
1975-1980-ci illərdə M.Əliyev adına 
Azərbaycan Dövlət İncəsənət İnstitutun-
da təhsil almış, 1976-1978-ci illərdə 
Tədris teatrında aktyor kimi fəaliyyət 
göstərmişdir. 1978-ci ildən bu günədək 
C.Cabbarlı adına “Azərbaycanfilm” 
kinostudiyasında aktyor kimi filmlərə 
çəkilir.  İlk dəfə  “İşgüzar səfər” adlı 
bədii  filmə  çəkilmiş, 1989-1993-cü 
illərdə “Yuğ” Dövlət Teatrında aktyor 
vəzifəsində çalışmışdır.
Tamaşaçıların böyük rəğbətinə səbəb 
olan maraqlı, xarakterik obrazlar yarat-
mışdır. “Ölsəm, bağışla”, “Gecə qata-
rında qətl” filmləriylə insanların qəlbini 
fəth etməyi bacaran aktyor, Anarın “Beş-
mərtəbəli evin altıncı mərtəbəsi” roma-
nı  əsasında ekranlaşdırılan “Təhminə” 
filmində tamaşaçıların yaddaşına Zaur 
obrazı ilə həkk olundu. 
İfa etdiyi rəngarəng obrazlar bir-bi-
rindən xarakter baxımından tamamilə 
fərqlidir: Teymur (“Göz qabağında 
şeytan balası”),  Şəfibəyov (“İşarəni 
dənizdən gözləyin”),  İsgəndər (“Qəm 
pəncərəsi”), Rüstəm (“Gecə qatarında 
qətl”), Marat (“Park”), Eldar (“Köhnə 
bərə”), Tahirbəyov (“Özgə ömür”), 
Zaur (“Təhminə”), Rza (“Əlvida, cənub 
şəhər”) Yusif (“Ölsəm Bağışla”),  İbra-
him xan (“Hökmdarın taleyi”), Profes-
sor (“Otel Otağı”), Narkobaron Sadıxov 
(“Dronqo” (serial))-, Abbasqulu ağa Ba-
kıxanov (“Sübhün səfiri”)  və s.
F.Manafovun  ən maraqlı obrazların-
dan biri Xalq yazıçısı Elçinin eyniadlı 
romanı  əsasında çəkilmiş, Azərbaycan 
və Türkiyə arasında ilk müştərək kino 
layihəsi olan “Mahmud və  Məryəm” 
filmində baş qəhrəman Mahmudun atası 
Ziyad xan roludur. Ziyad xan rolu aktyo-
run tarixi bir filmdə canlandırdığı ilk ob-
raz deyil. Onun 2008-ci ildə “Hökmdarın 
taleyi”  filmində yaratdığı  İbrahimxəlil 
xan obrazı da öz milli kaloriti, tarixiliyi 
və həyatiliyi ilə seçilir. Hətta aktyor İb-
rahim xan roluna görə “Zirvə” mükafatı 
ilə təltif edilmişdir.
Fəxrəddin Manafovun yaradıcılığı 
dövlət tərəfindən yüksək qiymətləndi-
rilmiş, o, 1987-ci ildə “Azərbaycan Res-
publikasının  Əməkdar artisti”, 2000-ci 
ildə isə “Xalq artisti” fəxri adlarına layiq 
görülmüşdür. 
Ə d ə b i y y a t
“Tənhalıq mənim həyat 
obrazımdır” /F.Manafov         
//Şərq.-2011.- 4 iyun.- 
S.7.
Əhmədoğlu, M. Sən-
sevimli Fərhadımız... 
/M.Əhmədoğlu              
//Ədalət.-2010.- 3 
avqust.- S.4.
“Şah Qacarın obra-
zını yaratsam...” //Üç 
nöqtə.-2009.- 18 mart.- 
S.3.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.kino-teatr.ru
www.az.wikipedia.org
2
Aktyor


217
Teatr.Kino
100
illiyi
Məmmədrza Şeyxzamanov 
1915-1984
AV
Q
U
S
T
Məmmədrza İsa oğlu Şeyxzamanov 
1915-ci il avqust ayının 4-də  Gəncə 
şəhərində anadan olmuşdur. 1934-cü 
ildə C.Cabbarlı adına Gəncə Dövlət 
Dram Teatrının rejissoru Həbib  İsma-
yılovun təşəbbüsü ilə teatra dəvət edil-
mişdir. Burada aktyor studiyasında oxu-
muş, eyni zamanda yardımçı heyətin 
tərkibində teatrın tamaşalarında iştirak 
etmişdir.  İlk dəfə  Ə.Həmidin “Hind 
qızı” tamaşasında Brahma adlı kiçik 
rolda çıxış etmişdir.
1954-cü ilədək Gəncə teatrında 
işləyərək bir sıra maraqlı obrazlar ya-
ratmışdır. Sonra Bakı şəhərinə köçmüş, 
Akademik Milli Dram Teatrının aktyor 
truppasına daxil olmuşdur. Aydın dik-
siyaya, geniş diapazona malik sənətkar 
olan aktyorun yaradıcılığı üçün milli ori-
jinallıq, yaratdığı xarakterlərin psixoloji 
xüsusiyyətlərinə nüfuz edə bilmək ba-
carığı səciyyəvi idi. Onun səslər içində 
seçilən  əsl səhnə  və kino səsi olmuş, 
qəhrəman obrazlarını, komik rolları daha 
məharətlə ifa etmişdir. Ümumiyyətlə, 
yumşaqlıq, kövrəklik, humanistlik və 
sülhsevərlik M.Şeyxzamanova xas olan 
cəhətlər idi.
Teatrda “Göz həkimi”ndə Şahbazov, 
“Qış nağılı”nda Poliksen, “Hamlet”də 
Poloni, “Fərhad və  Şirin”də Xosrov, 
“Vaqif”də Qacar, Eldar, “Otello”da 
Otello, “Aydın”da Aydın, “Qaçaq 
Nəbi”də Qaçaq Nəbi, “Səyavuş”da 
Rüstəm, “Xəyyam”da Müfti, “Şeyx 
Sənan”da Şeyx Mərvan, “Od gəlini”ndə 
Altunbay kimi bir-birindən fərqlənən, 
psixoloji, dramatik obrazları yaddaşlara 
həkk olunmuşdur.
Aktyorun dramatik rolları C.Cabbar-
lının “Almaz” (Hacı Əhməd), C.Məm-
mədquluzadənin “Ölülər” (Hacı Həsən 
ağa),  İ.Əfəndiyevin “Mahnı dağlar-
da qaldı” (Həsənalı), komedik rolları 
S.Rəhmanın “Küləklər” (İmanqulu), 
“Xoşbəxtlər” (Bərbərzadə) və “Yalan” 
(Saleh), R.Vivianinin “Çarəsiz dələduz” 
və s. alqışlarla qarşılanmışdır.
Aktyor böyük ekrana ilk dəfə 1955-
ci ildə, “Bəxtiyar”  filmində  Rəcəbov 
rolu ilə  çıxmışdır. 1963-cü ildə böyük 
sənətkar A.İsgəndərovun S.Rəhmanın 
ssenarisi  əsasında quruluş verdiyi 
“Əhməd haradadır?” adlı musiqili ko-
mediya  filmində  Şirin kişi rolunda çə-
kilmişdir. 1976-cı ildə o, R.Ocaqovun 
İ.Hüseynovun ssenarisi əsasında çək-
diyi “Tütək səsi”  filmində  İsfəndiyar 
kişi rolunda çıxış etmişdir. “Qızmar gü-
nəş altında” (Əmir dayı), “Bir qalanın 
sirri” (Həkim baba) və s. filmlərə  də 
çəkilmişdir.
Aktyorluq sənətindəki nailiyyətlərinə 
görə ona 10 iyun 1959-cu ildə “Əməkdar 
artist”, 1 iyun 1974-cü ildə isə “Xalq 
artisti” fəxri adları verilmiş, H.Cavidin 
“İblis” faciəsindəki İxtiyar roluna görə 
1984-cü ildə (ölümündən sonra) Dövlət 
mükafatı ilə təltif edilmişdir. 
Məmmədrza Şeyxzamanov 1984-cü 
il yanvar ayının 21-də Bakıda vəfat et-
mişdir.
Ə d ə b i y y a t
Aygün. Əsl sənətkarların 
yaradıcılığı öyrənilməlidir: 
“Məmmədrza Şeyxzama-
nov Azərbaycanın kino 
mədəniyyətində böyük rolu 
olan insanlardandır” /Ay-
gün //Üç nöqtə.-2013.- 25 
yanvar.- S.13.
Əhmədalılar, T. 
Başdan-başa tama-
şa kişi /T.Əhmədalılar                                      
//Mədəniyyət.- 2014.- 24 
yanvar.- S.12.
Kinomuzun unudulmaz 
Şirin dayısı: Kiçik rollar-
dan böyük səhnəyə doğru           
//Azadlıq.- 2011.- 10 iyun.- 
S.14.
Məmmədrza Şeyxzamanov 
zəngin dünyagörüşünə 
malik sənətkar idi //Səs.-
2013.- 3 avqust.- S. 12.
Şeyx Nizaminin varisləri-
Şeyxzamanovlar 
Azərbaycan üçün önəmli bir 
soyad //Azadlıq.-2012.- 15 
fevral.- S.14.
“Yaxşı kişi”- Məmmədrza 
Şeyxzamanov: Kino 
qəhrəmanları //Ekran-efir.-
2013.- 28 iyun.- S.9.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
4
Aktyor


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə