Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə105/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   101   102   103   104   105   106   107   108   ...   173

234
Mustafa Topçubaşov
1895-1981
AV
Q
U
S
T
Mustafa Ağabəy oğlu Topçubaşov 1895-
ci il avqust ayının 5-də Qərbi Azərbaycanın 
Göykümbət kəndində anadan olmuşdur. 
1904-cü ildə gimnaziyaya daxil olmuş, 
1914-cü ildə Kiyev Universitetinin tibb 
fakültəsinə qəbul olmuşdur. 
1919-cu ildə  təhsilini başa çatdırmış, 
Naxçıvan və Bakı xəstəxanalarında cərrahlıq 
etmişdir. 1920-1923-cü illərdə ADU-nun 
tibb fakültəsinin Cərrahiyyə kafedrasında 
koordinator, 1923-1930-cu illərdə isə assis-
tent vəzifələrində çalışmışdır. 1930-cu ildə 
doktorluq dissertasiyası müdafiə etmişdir. 
Bu işin əhəmiyyətinə görə ona professor adı 
verilmiş və o, ATU-nun Cərrahiyyə kafedra-
sının müdiri seçilmişdir.
1937-ci ildə dünya anesteziologiya elmi 
tarixində ilk dəfə olaraq orijinal keyitmə 
üsulunu - inyeksion efir-yağ narkozunu - 
anelgeziya üsulunu kəşf etmişdir. Bu metod 
sadəliyinə, hazırlanma və  tətbiq texnikası-
nın asanlığına, inhalyasion narkoz zamanı 
rast gəlinən bir sıra mənfi halların (dərin 
narkoz yuxusu, qanda narkotik maddələrin 
yüksək konsentrasiyada toplanması  və s.) 
aradan qaldırılmasına imkan verdiyinə görə 
geniş  tətbiq edilməyə başlanmışdı. 1945-
ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı 
Elmi Tibbi Şurası tərəfindən Farmakologiya 
Komitəsinin iclasında efir-yağ qarışığının 
“Analgezin” adı altında istehsal edilməsinə 
icazə verilmişdi.
Müharibə illərində Azərbaycan Xalq 
Səhiyyə Komissarlığı  Hərbi Xəstəxanalar 
İdarəsinin baş cərrahı vəzifəsində çalışmış-
dır. SSRİ-də ilk dəfə olaraq təxliyə hospital-
larının yaradılmasının təşəbbüskarı olmuş-
dur. Müharibədən sonra Azərbaycan SSR 
Səhiyyə Nazirliyinin baş cərrahı vəzifəsinə 
təyin edilmişdir. 1945-ci ildə Azərbaycan 
EA-nın həqiqi üzvü seçilmiş, 1947-1949-
cu illərdə Eksperimental Tibb İnstitutunda 
direktor vəzifəsində çalışmışdır.  İki dəfə 
(1951-1956 və 1969-1981) AEA-nın vitse-
prezidenti vəzifəsini daşımışdır. 1954-cü 
ildə özü işlədiyi kafedrada operasion-
auditoriya təşkil etmişdir.
Ümumittifaq Cərrahlar Cəmiyyətinin, 
Azərbaycan Cərrahlar və Uroloqlar Cəmiy-
yətinin fəxri sədri olmuşdur. Dəfə-lərlə 
Azərbaycan Ali Sovetinə deputat seçilmiş, 
1955-1959-cu illərdə Ali Sovetin sədri ol-
muşdur.
Əsas elmi tədqiqatları “Ürək-damar xəs-
təlikləri və onların profilaktikası”, “Xüsusi 
cərrahlıq”, “Yad cisimləri çıxaran aparat 
və onun tətbiqi”, “Normal hipertenziya və 
onun cərrahi müalicəsi”, “Uzunmüddətli 
analgeziyanın tibbdə tətbiqi” əsərləridir.
M.Topçubaşov 1940-cı ildə  “Əməkdar 
elm xadimi” fəxri adını almış, 1953-cü ildə 
Stalin mükafatı laureatı olmuş, 1960-cı ildə 
SSRİ Tibb EA-nın akademiki seçilmiş, 
1975-ci ildə “Sosialist Əməyi Qəhrəmanı” 
adına layiq görülmüşdür.
M.Topçubaşov 1981-ci il noyabr ayının 
20-də Bakı şəhərində vəfat etmişdir.
Azərbaycan Respublikasının Preziden-
ti, ulu öndər Heydər  Əliyev 31 iyul 1995-
ci il tarixində Azərbaycanda tibb elminin 
inkişafında xüsusi xidmətlərini nəzərə ala-
raq akademik Mustafa Topçubaşovun ana-
dan olmasının 100 illik yubileyinin dövlət 
səviyyəsində keçirilməsi haqqında sərəncam 
imzalamışdır.
AMEA Elmi-Tədqiqat Eksperimen-
tal Klinik Təbabət  İnstitutuna və Bakıdakı 
küçələrdən birinə onun adı verilmiş, 2011-
ci ildə akademik haqqında sənədli televiziya 
filmi çəkilmişdir. 
5
Ə d ə b i y y a t
Baş və üzün cərrahi 
xəstəlikləri: Tibb Uni-
versiteti tələbələri üçün 
dərslik /M.Topçubaşov.-
Bakı, 2010.- C.1.-348 
s.; C.2. Ağız boşluğu, 
çənə, əng və boynun 
cərrahi xəstəlikləri.-
Bakı, 2010.- 347 s.; C.3. 
Qalxanabənzər vəzi, 
yemək borusu, süd vəzisi, 
döş qəfəsi, orqanları və 
diafraqmanın cərrahi 
xəstəlikləri.- Bakı, 2010.- 
671 s.; C.4. Qarnın ön 
divarının və qarın boşluğu 
orqanlarının cərrahi 
xəstəlikləri.-Bakı, 2010.-
664 s.; C.5. Sidik-cinsiyyət 
sistemi orqanlarının 
cərrahi xəstəlikləri.-Bakı, 
2010.-397 s.
Mustafa Topçubaşov: 
Fotoalbom /müəllif 
v. tərt. Ş.Qədimov; 
rəyçi. N.Rzayev; red.: 
Q.Rəhimov, S.Quliyev.- 
Bakı : İşıq, 1989.-101 s. 
Məhərrəmova, T. Musta-
fa Topçubaşovun Nobel 
almasına kim mane olub? 
/T. Məhərrəmova //Kaspi.-
2013.- 24 yanvar.- S.15.
www.az.wikipedia.org
www.science.az
120 
illiyi
Kimya.Biologiya.Tibb 
Akademik
1


235
4
Tarixdə bu gün
Azərbaycan Əlifbası və Azərbaycan 
Dili Günü 
2001
AV
Q
U
S
T
1 avqust ölkəmizdə  ən  əziz 
günlərdən biri kimi qeyd olunur. Çünki 
milli varlığımızın əsas atributlarından 
olan Ana dilimizlə bağlıdır. Dil millətin 
simasını  səciyyələndirən amillərdən 
biri, onun milli sərvətidir. Millətin di-
linin dövlət dili statusuna yüksəlməsi 
isə tarixi hadisə, milli dövlətçilik tari-
xinin qızıl səhifəsidir. Ulu öndər milli-
mənəvi dəyərlərimizin  ən qiymətlisi 
və bir millət kimi milli varlığımızın 
rəmzi olan Azərbaycan dilinin saflaş-
dırılması və inkişafı istiqamətində çox 
mühüm addımlar atmışdır. Ölkəmizdə 
Azərbaycan dilinin hərtərəfli inkişa-
fı, işlək dilə çevrilməsi, beynəlxalq 
münasibətlər sisteminə yol tapması 
Ana dilimizin gözəl bilicisi, mahir 
natiq, ulu öndər Heydər  Əliyevin di-
lin qorunmasına yönələn düşünülmüş 
siyasətinin nəticəsidir.
Azərbaycan SSR-in 1978-ci il 
Konstitusiyasında  Azərbaycan dili-
nin dövlət dili kimi qəbul edilməsi isə 
həmin dövr üçün əhəmiyyətli hadisə 
idi. 1993-cü ildə Heydər  Əliyevin 
Azərbaycanda ikinci dəfə hakimiyyətə 
qayıdışından sonra Azərbaycan dili 
öz inkişafında yeni mərhələyə qədəm 
qoymuşdu. 1995-ci ildə ümumxalq 
səsverməsi yolu ilə  qəbul edilən 
müstəqil dövlətimizin ilk Konstitusi-
yası ilə dövlət dilinin adı bərpa edildi. 
Bu, ulu öndərin Ana dilimizə dəyişməz 
mövqeyinin daha bir parlaq nümunəsi 
olmuşdu.
Bundan sonra hökumət  səviy-
yəsində Ana dilinin inkişafı  və qo-
runması istiqamətində  əhəmiyyətli 
sənədlər qəbul edilmişdi. “Dövlət dili 
işinin təkmilləşdirilməsi haqqında” 18 
iyun 2001-ci il tarixli Fərman, yeni 
əlifbaya keçidin 2001-ci ilin avqustu-
na kimi ölkəmizdə bütünlüklə  təmin 
edilməsi ulu öndərin öz doğma dilinə 
bağlılığını bir daha təsdiq etmişdi. 
Ümummilli liderin 9 avqust 2001-
ci il tarixli Fərmanı ilə avqustun 
1-i ölkəmizdə “Azərbaycan dili və 
Azərbaycan əlifbası günü” kimi qeyd 
olunur. 2002-ci il 30 sentyabr tarixində 
“Azərbaycan Respublikasında Dövlət 
dili haqqında” Azərbaycan Respub-
likasının Qanununun qəbul edilməsi 
Azərbaycan dilinin dövlət dili kimi 
işlədilməsi, onun tətbiqi, qorunması 
və inkişaf etdirilməsi istiqamətində 
daha bir addımdır. Bu ənənələri ölkə 
Prezidenti  İlham  Əliyev uğurla da-
vam etdirməkdədir. Dövlət başçı-
sının müxtəlif vaxtlarda imzaladığı 
“Azərbaycan dilində latın qrafikası ilə 
kütləvi nəşrlərin həyata keçirilməsi 
haqqında” və “Azərbaycan Milli en-
siklopediyasının hazırlanması haqqın-
da” Sərəncamları  və bu istiqamətdə 
görülən işlər də dilimizin inkişafına 
böyük qayğının təzahürüdür.
12
1
Ə d ə b i y y a t
Abbasov, İ. Azərbaycan 
dili milli dövlətçiliyimizin 
əsas atributlarından biridir 
/İ.Abbasov //Xalq qəzeti.- 
2013.- 2 avqust.- S.3.
Abbasov, İ. Ana dilimiz 
müqəddəsdir 1 avqust 
Azərbaycan əlifbası və 
Azərbaycan dili günüdür 
/İ.Abbasov //Respublika.- 
2013.- 30 iyul.- S.3.
Qocayev, Ə. 1 avqust-
Azərbaycan Əlifbası və 
Azərbaycan Dili Günü        
//Qocayev Ə. Bayramlar və 
tarixi günlər.- Bakı, 2006.-
S.42-43.
Mahmudov, M. Azərbaycan 
əlifbası türk kontekstində. 1 
avqust Azərbaycan əlifbası 
və Azərbaycan dili günüdür 
/M.Mahmudov //Respubli-
ka.- 2013.- 31 iyul.- S.5.
İ n t e r n e t d ə
www.anl.az
www.azterm.az
www.aztv.az


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə