226
Milli Qəhrəmanlar
Milli Qəhrəman
55
illiyi
Çingiz Mustafayev
1960-1992
AV
Q
U
S
T
Çingiz Fuad oğlu Mustafayev 1960-
cı il avqust ayının 29-da Həştərxan
vilayətinin Vladimir rayonunda hərbçi
ailəsində dünyaya gəlmiş, 1964-cü ildə
ailəsi ilə Bakıya köçmüşdür. O, 1977-
ci ildə Tibb İnstitutunun Sanitariya-
Gigiyena fakültəsinə qəbul olmuş, 1983-
cü ildə oranı bitirmiş, təyinatla Dəvəçi
rayonunda üç il həkim işləmişdir. 1985-
ci ildə yaratdığı “Cəngi” birliyindəki
fəaliyyəti ilə Azərbaycan
gənclərinin li-
deri səviyyəsinə yüksəlmişdir.
Qarabağ müharibəsi başlayandan
sonra Çingiz jurnalistikaya üz tutmuş-
du. O, 1991-ci ildən Azərbaycan Dövlət
Televiziyasında reportyor kimi çalışma-
ğa başlamışdır. Onun reportajları, infor-
masiya blokadasında olan Azərbaycan
haqqında gerçəklikləri Amerika və Av-
ropanın aparıcı teleagentlikləri və tele-
viziyalarına çatdırırdı.
Dövlət televizi-
yasında mövcud olan senzura və ciddi
yasaqlar səbəbindən Çingiz əlahiddə ola-
raq “215 kl” studiyası kimi muxtar qu-
rumun yaradılmasının təşəbbüskarı və
yaradıcısı olmuşdu. O, Azərbaycan-
Ermənistan mühari-bəsinin 1992-ci ilə
qədər olan dövrünün əsl salnaməsini
yaratmışdı. Ölkənin döyüş gedən bütün
bölgələrindən operativ xəbərlər, ayrı-
ayrı əsgərlər
haqda xüsusi reportajlar
və bütün bunlarla yanaşı Azərbaycanda
gedən siyasi proseslər barədə ətraflı in-
formasiyalar onun müəllifliyi ilə pərvəriş
tapmışdı. Dünya onu daha çox Xocalıda
çəkdiyi filmlə tanımışdı. Onun məhz bu
filmi ilə Ermənistanın imici bütün dün-
yada ciddi sarsıntıya məruz qalmışdı. O,
döyüş zonalarına yalnız reportyor kimi
yollanmırdı. O, cəbhədə bir əsgər, bir
zabit və hətta bir komandan kimi çox
vəzifəni öz üzərinə götürmüşdü. Laçın-
dan çıxan əsgərlərlə onun geri qayıtmaq
barədə verdiyi kəskin və qısa
göstərişlər,
bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə
Çingizin emosional davranışı ən yeni
teletarixin ən dramatik səhifələri olmuş-
dur.
1992-ci il iyun ayının 15-də Xoca-
lı yaxınlığındakı Naxçıvanik kəndində
çəkiliş zamanı aldığı mərmi qəlpəsindən
həlak olan Çingiz sonadək kameranı
söndürmədi. Bu həm də onun öləndən
sonra da yaşayacağına işarə idi.
Azərbaycan Respublikası Prezidenti-
nin 6 noyabr 1992-ci il tarixli 294 say-
lı Fərmanı ilə Mustafayev Çingiz Fuad
oğlu ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adına
layiq gö-
rülmüşdür.
Bakı şəhərində Şəhidlər Xiyabanın-
da dəfn edilmişdir. Daxili İşlər Nazirli-
yinin Şüvalandakı istirahət guşəsi, Bakı
küçələrindən biri, ANS-ÇM radiostan-
siyası, Azərbaycan gəmilərindən biri
qəhrəmanın adını daşıyır. Yaşadığı bi-
nanın önündə barelyefi vurulmuşdur.
C.Naxçıvanski adına Hərbi Litseydə
büstü qoyulmuşdur. 2011-ci ilin avqust
ayında Almaniyada 3 min nüsxə ilə onun
təsviri olan poçt markası buraxılmışdır.
29
Ə d ə b i y y a t
S.Ə.Əskərovaya,
A.M.Mustafayevə
və Ç.F.Mustafayevə
“Azərbaycanın Milli
Qəhrəmanı” adı
verilməsi haqqında:
Azərbaycan Respub-
likası Prezidentinin
Fərmanı, 6 noyabr
1992-ci il //Azərbaycan
Respublikası Ali
Sovetinin Məlumatı.-
1992.- № 21.- S.27.-
(Ölümündən sonra).
Ağa Ramiz qızı, K.
Ölümdə yaşanan həyat
/K.Ağa Ramiz qızı.-
Bakı: Qanun, 2005.-
184 s.
Mustafayev Çingiz
Fuad oğlu (1960-
1992) //Azərbaycanın
Milli Qəhrəmanları:
biblioqrafiya /tərt. ed.
H.Həmidova.-Bakı,
2008.- S.155-158.
Seyidzadə, M. Musta-
fayev Çingiz Fuad oğlu
/M.Seyidzadə //Milli
Qəhrəmanlar zirvəsi.-
Bakı, 2010.- S.167.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.muallim.edu.az
227
Milli Qəhrəmanlar
Milli Qəhrəman
55
illiyi
Əmiraslan Əliyev
1960-1995
AV
Q
U
S
T
Əmiraslan Rza oğlu Əliyev 1960-cı il
avqust ayının 30-da Naxçıvan şəhərində
anadan olmuşdur.
1967-1977-ci illərdə Ü.Hacıbəyov
adına Naxçıvan şəhər 1 saylı orta
məktəbdə təhsil almışdır.
1977-1979-cu illərdə Naxçıvan
Şərabçılıq zavodunda fəhlə işləmişdir.
1979-1981-ci illərdə SSRİ Silahlı
Qüvvələrində hərbi xidmətdə olmuşdur.
Bir müddət Ukrayna Respublikasında,
sonra Polşada hərbi xidmətini davam
etdirmişdir.
1981-1982-ci illərdə Naxçıvan Şüşə
Qablar zavodunda, 1982-1992-ci illərdə
isə Vayxır Su-Tikinti İdarəsində fəhlə
işləmişdir. İstehsalda çalışmaqla ya-
naşı, o, təhsilini də davam etdirməyi
unutmamış, 1982-1987-ci
illərdə Nax-
çıvan Dövlət Pedaqoji İnstitunun tarix-
filologiya fakültəsində təhsil almışdır.
1992-ci ildə Azərbaycan Respubli-
kası Milli Təhlükəsizlik Nazirliyinin
sərhəd qoşunlarında hərbi xidmətə çağı-
rılmışdır. Nümunəvi xidmətlərinə görə
Əmiraslan Əliyev qərərgahın baş zabiti
kimi yüksək vəzifəyə təyin olunmuşdur.
Baş leytenant Əmiraslan Əliyev xidmət
etdiyi hərbi hissə tərəfindən 8 oktyabr
1994-cü ildə Fəxri
fərmanla təltif edil-
mişdir.
Əmiraslan Əliyev 17 mart 1995-ci
ildə Mart hadisələri zamanı Azərbaycan
Respublikasında dövlət çevrilişi cəhdinin
qarşısının alınmasında qəhrəmancasına
həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidenti-
nin 4 aprel 1995-ci il tarixli 307 saylı
Fərmanı ilə Əliyev Əmiraslan Rza oğlu-
na ölümündən sonra “Azərbaycan Milli
Qəhrəmanı” fəxri adı verilmişdir.
Naxçıvan şəhərindəki Şəhidlər Xiya-
banında dəfn edilmişdir.
“N” saylı sərhəd zastavasında
qəhrəmanın xatirə otağı açılmış və
büstü qoyulmuşdur. “N” saylı sərhəd
məntəqəsinə Ə.Əliyevin adı verilmiş-
dir.
Ə d ə b i y y a t
Əliyev Əmiraslan Rza oğlu (1960-1995) Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna
“Azərbaycanın Milli Qəhrəmanı”adı verilməsi haqqında: [Əliyev Əmiraslan Rza oğlu –Milli Təhlükəsizlik Nazirliyi, baş leytenant -
Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi
cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 4
aprel 1995-ci il //Azərbaycan.-1995.- 5 aprel.- S.1.- (Ölümündən sonra).
Əliyev Əmiraslan Rza oğlu (1960-1995) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. ed.
H.Həmidova.-Bakı, 2008.- S.58-59.
Əsgərov V. Əliyev Əmiraslan Rza oğlu /Əsgərov V. //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.-Bakı, 2010.- S.82.
Seyidzadə, M. Əliyev Əmiraslan Rza oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.57.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.muallim.edu.az
30