Teqvim-2015. pdf


Milli Qəhrəmanlar Milli Qəhrəman 40



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə100/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   96   97   98   99   100   101   102   103   ...   173

223
Milli Qəhrəmanlar
Milli Qəhrəman
40 
illiyi
Elnur Nuriyev
1975-1994
AV
Q
U
S
T
Elnur Eyvaz oğlu Nuriyev 1975-ci 
il avqust ayının 22-də  Zəngilan rayo-
nunun Cahangirbəyli kəndində dünya-
ya göz açmışdır. 
1982-1992-ci illərdə burada kənd 
orta məktəbində təhsil almış, 1993-cü 
ildə Zəngilan rayon Hərbi Komissarlı-
ğı tərəfindən Milli Ordu sıralarına ça-
ğırılmışdır.
Bir müddət təlim keçdikdən sonra 
Elnur Nuriyev cəbhəyə göndərilmişdi. 
O, Füzuli rayonunun Kürdmahmud-
lu, Alxanlı  kəndlərində  rəşadətlə vu-
ruşmuşdur. Elnur minaaxtaranlar 
bölüyünə komandir təyin edilmişdi. 
Tərtər cəbhəsində ermənilər güclü 
əks hücuma keçərək bir neçə  kəndi 
işğal etmişdi. Elnur bölüyü ilə  həmin 
əraziyə göndərilmiş, Qapanlı, Sey-
sulan kəndləri azad edilmişdi. Elnur 
döyüşlərdə  şücaət göstərərək vuruş-
muşdu. 
1994-cü il 4-5 oktyabr hadisələri 
zamanı onu Gəncəyə göndərmişdilər. 
Dövlət çevirilişinə  cəhd edən silah-
lı  dəstənin zərərsizləşdirilməsi za-
manı Elnur döyüş tapşırığını yerinə 
yetirərkən həlak olmuşdur.
Azərbaycan Respublikası Prezi-
dentinin 5 oktyabr 1994-cü il tarixli 
215 saylı  Fərmanı ilə Nuriyev El-
nur Eyvaz oğluna ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adı verilmişdir.
Kürdəmir şəhərinin Şəhidlər Xiya-
banında dəfn edilmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusuna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi 
haqqında: [Nuriyev Elnur Eyvaz oğlu - çavuş - Azərbaycan Respublikasının Konstitusiya, dövlət quruluşunun müdafiəsi 
zamanı göstərdiyi şəxsi qəhrəmanlıq və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 5 oktyabr 1994-cü il                   
//Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.- 1994.- № 19.- S.10.- (Ölümündən sonra).
Əsgərov V. Nuriyev Elnur Eyvaz oğlu //V. Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- 
S.233.
Nuriyev Elnur Eyvaz oğlu (1975-1994) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. 
ed. H.Həmidova.-Bakı, 2008.- S.167-168.
Seyidzadə, M. Nuriyev Elnur Eyvaz oğlu  /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.180.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
22


224
Milli Qəhrəmanlar
Milli Qəhrəman
65 
illiyi
Əjdər Babayev
1950-1995
AV
Q
U
S
T
Əjdər Xalıqverdi oğlu Babayev 
1950-ci il avqust ayının 26-da Qazax 
rayonunun Mollacəfərli kəndində ana-
dan olmuşdur. 
Sonradan onun ailəsi Ağstafaya 
Xətai kəndinə köçmüşdür. 
1958-ci ildə burada məktəbə getmiş 
və 1967-ci ildə  həmin məktəbi bitir-
mişdir. 
1969-cu ildə hərbi xidmətə çağırıl-
mış, sonra isə ordudan tərxis olunan 
Əjdər Nərimanov rayon polis şöbəsinə 
işə qəbul edilmişdir. Polis orqanların-
da işlədiyi dövrdə 1978-1981-ci illərdə 
Sumqayıt Politexnik Texnikumunda 
təhsil almışdır. 
Dörd il Qazax Rayon Polis 
Şöbəsində çalışmış, sonra isə  iş ye-
rini Ağstafa Rayon Polis Şöbəsinə 
dəyişmişdir.
Nümunəvi polis işçisi kimi dəfələrlə 
Daxili İşlər Nazirliyinin mükafatlarına 
layiq görülmüşdü.
1995-ci il 13-17 mart hadisələrində 
dövlət çevrilişinə  cəhd edən silah-
lı  dəstələrin zərərsizləşdirilməsində 
Əjdər Babayev böyük şücaət göstərmiş 
və həlak olmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin 4 aprel 1995-ci il tarixli 307 saylı 
Fərmanı ilə Babayev Əjdər Xalıqverdi 
oğlu ölümündən sonra “Azərbaycanın 
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür.
Ağstafa rayonunda dəfn edilmişdir. 
Rayonda qəhrəmanın adını daşıyan 
məktəb var.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupuna “Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi 
haqqında: [Babayev Əjdər Xalıqverdi oğlu - Daxili İşlər Nazirliyi, polis starşinası, Ağstafa Rayon Polis Şöbəsi - Azərbaycan 
Respublikasının Konstitusiya, dövlət quruluşunun müdafiəsi, onun müstəqilliyinin qorunub saxlanılması və dövlət çevrilişi 
cəhdinin qarşısının alınması zamanı şəxsi qəhrəmanlıq və şücaət göstərdiyinə görə]: Azərbaycan Respublikası Prezidentinin 
Fərmanı, 4 aprel 1995-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-1995.- №2.- S.38; Azərbaycan.- 1995.- 5 aprel.-
(Ölümündən sonra).
Babayev Əjdər Xalıqverdi oğlu (1950-1995) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; 
tərt. ed. H.Həmidova.-Bakı, 2008.- S.37.
Əsgərov, V. Babayev Əjdər Xalıqverdi oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 
2010.- S.47.
Seyidzadə, M. Babayev Əjdər Xalıqverdi oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.41.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
26


225
Milli Qəhrəmanlar
Milli Qəhrəman
50 
illiyi
Eldar Məcidov
1965-1992
AV
Q
U
S
T
Eldar Tofiq oğlu Məcidov 1965-ci 
il avqust ayının 26-da Bakı şəhərində 
dünyaya göz açmışdır. 
1972-1982-ci illərdə Yasamal ra-
yonu 52 saylı  məktəbdə  təhsil almış, 
1983-cü ildə ordu sıralarına hərbi 
xidmətə çağırılmışdır. Eldar hərbi 
xidmətini Almaniya Demokratik Res-
publikasında keçmişdir. 
1985-ci ildə ordudan tərxis olunmuş 
və 1989-cu ildə Azərbaycan İncəsənət 
İnstitutuna imtahan verərək mədəni-
maarif fakültəsinə daxil olmuş-
dur. Ermənilərin Dağlıq Qarabağda 
törətdikləri vəhşiliklərə dözə bilməyən 
Eldar könüllü olaraq cəbhəyə getməyi 
qərara almışdır.
1992-ci il may ayının 9-da “N” say-
lı hərbi hissəyə qeyd olunaraq cəbhəyə 
yola düşmüşdür. O, cəbhədə tezliklə 
öz  şücaətini göstərmiş, yaralıların və 
mülki əhalinin təhlükəsizliyinin təmin 
edilməsində müstəsna xidmətləri ol-
muşdur. 
1992-ci il may ayının 15-də  Şuşa 
rayonunun Zarıslı  kəndində gedən 
döyüşlərdə Eldar rəşadətlə vuruşmuş, 
yoldaşlarını xilas edərkən sağ aya-
ğından yaralanmışdır. Onu Qubadlı 
xəstəxanasına çatdırsalar da, çoxlu 
qan itirdiyindən Eldarın həyatını xilas 
etmək mümkün olmamışdı.
Azərbaycan Respublikası Prezi-
dentinin 16 sentyabr 1994-cü il ta-
rixli 202 saylı  Fərmanı ilə Eldar To-
fiq oğlu Məcidova ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanın-
da dəfn edilmişdir. Yaşadığı binanın 
önünə xatirə lövhəsi vurulmuşdur.
Ə d ə b i y y a t
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haq-
qında: [Məcidov Eldar Tofiq oğlu - çavuş - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, 
Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi 
şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərinə 
görə]: Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 16 sentyabr 1994-cü il //Azərbaycan.- 1994.- 21 sentyabr.- (Ölümündən 
sonra).
Əsgərov V. Məcidov Eldar Tofiq oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.- Bakı, 2010.- 
S.182.
Məcidov Eldar Tofiq oğlu (1965-1992) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. 
ed. H.Həmidova.- Bakı, 2008.- S.130-131.
Seyidzadə, M.  Məcidov Eldar Tofiq oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.155.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
26


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə