228
Siyasət.Hüquq.Hərbi iş
Hərbi xadim
120
illiyi
Cəmşid Naxçıvanski
1895-1938
AV
Q
U
S
T
Cəmşid Cəfərqulu oğlu Naxçıvanski
1895-ci il avqust ayının 10-da Naxçıvan
şəhərində anadan olmuşdur. 1915-ci ildə
Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya
məktəbini bitirmişdir.
1914-1918-ci
illərdə Birinci Dünya
müharibəsində müsəlmanlardan təşkil
olunmuş süvari eskadronun komandiri ol-
muş, “Brusilov cəbhəsi” nin yarılmasında
iştirak etmiş, 4-cü dərəcəli “Müqəddəs
Georgi” ordeni ilə təltif olunmuşdur.
Avstriya-Rumıniya cəbhəsində üç dəfə
yaralanan Naxçıvanski igid süvari zabiti
kimi gümüş silahla mükafatlandırılmış,
II, III, IV dərəcəli Anna, II dərəcəli Sta-
nislav ordenləri ilə təltif olunmuşdur.
Cənub-Qərb cəbhəsi dağıdıldıqdan
sonra ştab-rotmistri başçılıq etdiyi alay-
la birlikdə Azərbaycana qayıtmış, 1918-
ci il sentyabrın 15-də türk qoşunları və
Azərbaycan Əlahiddə korpusu ilə birgə
Bakını daşnaq,
eser-menşeviklərdən
ibarət olan və ingilislərə arxalanan
“Sentrokaspi diktaturası” qüvvələrindən
təmizləmişdir. Azərbaycanın müstəqilliyi
uğrunda da inamla vuruşmuşdur. 1920-
ci ilin martında onun Qarabağda (Şuşa-
da) yerləşən alayı daşnaklara və daxili
düşmənlərə qarşı döyüş əməliyyatlarında
fəal iştirak etmişdir.
1920-ci il Aprel işğalından sonra
onun süvari alayı bolşeviklərin tərəfinə
keçmişdir. N.Nərimanov Şuşaya, onun
dərhal Bakıya qayıtması, milli ordu his-
sələrinin təşkilinə başlaması haqqında
teleqram gondərmişdi. O, Azərbaycanda
baş verən antisovet üsyanların yatı-
rılmasında iştirak etmişdir. O, Bakıda
yaradılmış Azərbaycan Birləşmiş Ko-
manda Məktəbinin rəisi, 1921-ci ilin de-
kabrında isə Azərbaycanın ilk milli atıcı
diviziyasının
komandiri təyin edilmiş,
yüksəkixtisaslı hərbi kadr hazırlığında
mühüm rol oynamışdır.
1923-1928-ci illərdə Moskvada Ali
Hərbi Akademiyanın qısa müddətli kurs-
larında oxumuş, Azərbaycana qayıtdıq-
dan sonra yenidən diviziya komandiri
olmuşdur.
1923-1929-cu illərdə “Hərbi bilik”
jurnalının redaktorlarından biri olmuşdur.
1931-ci ildə Moskvaya M.V.Frunze adı-
na Ali Hərbi-Siyasi Akademiyaya oxu-
mağa göndərilmişdi. 1933-cü ildə oranı
fərqlənmə diplomu ilə bitirdikdən sonra,
orada müəllim saxlanılmış, üç il Ümumi
taktika kafedrasına rəhbərlik etmiş, aka-
demiyada əsas fakültənin kurs rəisi ol-
muşdur. 1935-ci ildə Naxçıvanski briqa-
da komandiri (Kombriq)
hərbi vəzifəsinə
təyin olunmuşdu. 1938-1939-cu illərdə o,
repressiyaya məruz qalmışdır.
Naxçıvanski Azərbaycan SSR və Za-
qafqaziya SFSR Mərkəzi İcraiyyə Komi-
tələrinin üzvü idi. “Qırmızı bayraq”, “Qır-
mızı Əmək Bayrağı”, “Qırmızı Ulduz”
ordenləri ilə təltif edilmişdir.
Cəmşid Naxçıvanski 26 avqust 1938-
ci ildə Moskvada güllələnmişdir. 1956-
cı ildə Cəmşid Naxçıvanski tam bəraət
almışdı. Adına Bakıda hərbi lisey (Nax-
çıvanda filialı) açılmışdır. Bakıda və
Naxçıvanda adına küçə vardır. Həmçinin
Naxçıvanda ev-muzeyi yaradılmışdır.
Ə d ə b i y y a t
Naxçıvanski Cəmşid
Cəfərqulu oğlu
//Azərbaycan Xalq
Cümhuriyyəti Ensiklope-
diyası: 2 cilddə.- Bakı,
2005.- C.2.- S.253-254.
Nəzirli, Ş. General Cəmşid
xan Naxçıvanski (Sonuncu
Kəngərli generalı) /Nəzirli
Ş. 1920-ci ildə Qarabağ
döyüşləri.- Bakı, 2009.-
S.317-330.
Nəzirli, Ş. General Cəmşid
xan Naxçıvanski: (So-
nuncu Kəngərli generalı)
/Ş.Nəzirli //Ədalət.-2013.-
16 yanvar.- S. 5.
Иванов, Р.Н. Именем
Союза советских...
Жизнь и гибель комбрига
Нахичеванского
/Р.Н.Иванов.-М.: Герои
отечества, 2007.- 832 с.
Рустамов, Р. Генерал,
сын и отец генерала:
Верный присяге
/Р.Рустамов //Зеркало.-
2012.- 8 мая.- С.3.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.muallim.edu.az
10
229
Şıxəli Qurbanov
1925-1967
AV
Q
U
S
T
Şıxəli Qurban oğlu Qurbanov 1925-
ci il avqust ayının 16-da Bakıda, qulluq-
çu ailəsində doğulmuşdur. 1941-ci ilin
iyul ayında könüllü cəbhəyə getmiş, ön
cəbhədə döyüşmüşdür.
O, 1950-ci ildə Azərbaycan Pedaqoji
İnstitutunda (indiki ADPU) təhsil aldıq-
dan sonra, orada Azərbaycan ədəbiyyatı
kafedrasında aspirant, eyni zamanda
rus ədəbiyyatının tədrisi üzrə müəllim
kimi çalışmışdır. 1956-cı ilin iyununda
“A.S.Puşkin və Azərbaycan poeziya-
sı” mövzusunda dissertasiya müdafiə
edib filologiya
elmləri namizədi alimlik
dərəcəsi almışdır.
O, həm də dövlət xadimi idi. 1954-
1955-ci illərdə Azərbaycan KP Bakı
Komitəsi təbliğat və təşviqat şöbəsinin
müdiri olmuşdur. 1955-1957-ci illərdə
Bakı şəhəri indiki Səbail rayonu parti-
ya komitəsinin birinci katibi, 1958-ci
ilin yanvarından Pedaqoji İnstitutda baş
müəllim, dosent vəzifələrində çalışmış-
dır.
1957-1961-ci illərdə Azərbaycan KP
MK təbliğat və təşviqat şöbəsinin müdi-
ri işləmiş, 1966-cı ildən Azərbaycan KP
MK katibi və büro üzvü olmuşdur.
Onu müasirlərindən fərqləndirən
cəhət,
heç bir üstünlüyü, imtiyazı, maaşı-
muzdu olmayan, əksinə, fədakarlıq və
məhrumiyyət tələb edən vətəndaşlıq
vəzifəsini daşıdığı titulların hamısından
yüksək tutması olmuşdu.
Məlumdur ki, sabiq SSRİ dönəmində
imperiya xalqların əksəriyyətinə milli
dəyərləri unutdurmağa, yaddan çıxar-
mağa cəhd göstərirdi. Mərkəzin təkid
və tələbi ilə ölkəmizdə Orucluq, Qurban
və Novruz bayramının qeyd olunma-
sına qadağa qoyulmuşdu. İmperiyanın
bu ədalətsiz, hegemon qadağasına ilk
dəfə barışmaz mövqe tutan, milli adət-
ənənəyə sadiq Şıxəli Qurbanov olmuş-
dur. O,
uzunmüddətli fasilədən sonra
1967-ci ildə Azərbaycanda ilk dəfə
dövlət səviyyəsində Novruz bayramının
keçirilməsinə müvəffəq olmuş və sübut
etmişdir ki, Novruz bayramı heç də dinlə
əlaqəli bayram deyil və Azərbaycan xal-
qının tarixi ənənələrə söykənən milli
bayramıdır.
1958-1961-ci illər ərzində o, bir sıra
səhnə əsərləri “Rəis məşğuldur”, “Əcəb
işə düşdük”, “Özümüz bilərik”, “Olma-
dı elə, oldu belə”, “Sənsiz” pyeslərini,
“Bahadır və Sona” librettosunu qələmə
almışdır. 1966-cı ildə yazdığı “Milyon-
çunun dilənçi oğlu” komediyasında
burjua əxlaqı və ailə münasibətləri ifşa
olunmuşdur. Onun lirik şeirləri, poe-
ma, hekayə və tənqidi
məqalələri dövri
mətbuatda müntəzəm çap olunmuşdur.
Şıxəli Qurbanov 1967-ci il may ayı-
nın 24-də Bakıda vəfat etmiş, Fəxri Xi-
yabanda dəfn olunmuşdur.
Ölümündən sonra “Lenin” ordeni və
medallarla təltif edilmişdir. Azərbaycan
Musiqili Komediya Teatrına, Bakı
küçələrindən birinə onun adı verilmiş-
dir.
16
Ə d ə b i y y a t
Zərif tellər /Ş.Qurbanov;
tərt. ed. İ.Qurbanov.-
Bakı: Yazıçı, 1991.-264 s.
Budaqov, B. Novruz
yaşarlı ömür /B.Budaqov;
red. R.Kərimova.- Bakı:
Elm, 1996.- 48 s.
Əhmədov, Ə. Sağalmaz
yara /Ə.Əhmədov.- Bakı:
Adiloğlu, 2004.-45 s.
42 illik həyat... Şıxəli
Qurbanov çox işlər gör-
müşdü //Şərq.- 2012.- 9
iyun.- S.17.
Mustafa, Ə. Şıxəli
Qurbanov: sovet rejminə
meydan oxuyan şəxs
/Ə.Mustafa //Zaman.-
2012.- 29 mart.- S.13.
Şıxəli Qurbanov: yazıçı-
dramaturq, alim və dövlət
xadimi //Mədəniyyət.-
2010.- 18 avqust.- S. 14.
İ n t e r n e t d ə
www.adam.az
www.az.wikipedia.org
www.science.az
90
illiyi
Siyasət.Hüquq.Hərbi iş
İctimai-siyasi xadim