Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə103/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   99   100   101   102   103   104   105   106   ...   173

230
Şahbaz Muradov
1940 
AV
Q
U
S
T
Şahbaz Musa oğlu Muradov 1940-
cı il avqust ayının 10-da Laçın rayonu-
nun Xumarta kəndində doğulmuşdur.
1961-ci ildə Azərbaycan Dövlət Uni-
versitetini fərqlənmə diplomu ilə bitir-
miş, gənc mütəxəssis kimi Azərbaycan 
SSR EA-nın  İqtisadiyyat  İnstitutuna 
elmi işçi kimi göndərilmişdir. 
1961-1966-cı illərdə kiçik elmi 
işçi, 1966-1968-ci illərdə baş elmi 
işçi vəzifələrində çalışmış, 1968-ci 
ildən isə  İnstitutun Demoqrafiya və 
iş qüvvəsinin təkrar istehsalı şöbəsinə 
rəhbərlik etmişdir. 1965-ci ildə iqti-
sad elmləri namizədi, 1972-ci ildə iq-
tisad elmləri doktoru alimlik dərəcəsi 
almış, 1977-ci ildə isə professor elmi 
rütbəsinə layiq görülmüşdür. 1991-ci 
ildən institutun elmi işlər üzrə direktor 
müavini vəzifəsində çalışmış, 1999-cu 
ilin  əvvəlindən instituta rəhbərlik et-
mişdir.
1966-cı ildən BDU, ADİU, ADNA 
və s. təhsil ocaqlarında “Siyasi iqti-
sad”, “İqtisadi nəzəriyyə”, “Demoq-
rafiya”, “Əməyin iqtisadiyyatı  və so-
siologiyası” fənlərindən dərs deməklə, 
ali təhsil sahəsində kadr hazırlanması 
işinə  köməkliyini göstərməkdədir.
Professor apardığı başlıca tədqiqat 
işlərinin nəticələri 350 çap vərəqi 
həcmindən çox olan 300 əsərdə öz 
əksini tapmışdır. Həmin əsərlərin 25-i 
iri həcmli monoqrafiyalar, kitab və 
broşürlardan ibarətdir. 
Əsas elmi fəaliyyəti demoqrafi-
yanın sosial iqtisadi problemləri, iş 
qüvvəsinin təkrar istehsalı  və  əmək 
ehtiyatlarından istifadənin sosial iq-
tisadi problemləri; məşğulluq, iş-
sizlik və demoqrafiya siyasətinin 
nəzəri-metodoloji əsasları  və regional 
aspektlərinin, habelə müxtəlif sosial-
demoqrafik qruplardan olan əhalinin 
məşğulluq problemlərinin tədqiqi ol-
muşdur.
2001-ci ildən AMEA-nın müxbir 
üzvü seçilmişdir.  Onun rəhbərliyilə 
50 nəfərdən çox namizədlik və 10 
nəfər doktorluq dissertasiyası müdafiə 
etmişdir. 40-dan çox namizədlik və 
doktorluq dissertasiyasına rəsmi op-
ponentlik etmiş, onlarca elmi kitabın 
redaktoru və rəyçisi olmuşdur.
O, AMEA İqtisadiyyat İnstitutunun 
nəzdində fəaliyyət gostərən İxtisaslaş-
dırılmış doktorluq elmi şurasının sədri, 
YUNESKO-nun Azərbaycan Respub-
likasında “Bioetika elmi bilikləri və 
texnologiyaların etikası” üzrə Milli 
Komitənin üzvü, bir sıra elmi şurala-
rın və jurnalların redaksiya şuraları-
nın üzvü və s. kimi də mühüm ictimai 
fəaliyyət göstərir. 
Şahbaz Muradov 2000-ci ildə 
Beynəlxalq  İslam Xeyriyyə  Təşkilatı 
Asiya Müsəlmanları Komitəsinin Elmi 
Şurasının I dərəcəli mükafatı ilə, 2004-
cü ildə isə Azərbaycan Respublikası 
Prezidentinin müvafiq sərəncamı ilə 
“Şöhrət” ordeni ilə təltif edilmişdir. 
10
Ə d ə b i y y a t
İnsan potensialı: əsas 
meyllər, reallıqlar, 
problemlər /Ş.Muradov; 
red. A.Nadirov; AMEA, İq-
tisadiyyat İn-tu.-Bakı: Elm, 
2004.-660 s. 
Azərbaycan Respublikası 
əhalisinin dinamikası və 
quruluşu: əsas demoq-
rafik və etno-demoqrafik 
dəyişikliklər (1897- 
2007- ci illər): [monoq-
rafiya] /Ş.Muradov; red. 
A.Gözəlova.-Bakı: Elm, 
2008.-235 s.
Azərbaycan Respublika-
sında etno-demoqrafik 
proseslər: tarixi 
dəyişikliklər və reallıqlar 
/Ş.Muradov, Ç.Baxış; red. 
A.Gözəlova.- Bakı: [Avro-
pa], 2013.- 135 s.
Глобализация, 
демографическое 
развитие и трудовая 
активность населения 
в Азербайджане: 
[монография] 
/ Ш.Мурадов, А.Гёзалова, 
Р.Эфендиев; ред. 
А.Алескеров.- Баку: Элм,  
2007.- 264 с.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
www.science.az
 
75  
illiyi
Fəlsəfə.İqtisadiyyat
Alim


231
Mədəniyyət.Maarif.Elm
Akademik
60 
illiyi
Rafael Hüseynov
1955
AV
Q
U
S
T
Rafael Baba oğlu Hüseynov 1955-
ci il avqust ayının 12-də Kürdəmir 
şəhərində anadan olmuşdur. 1971-ci ildə 
burada 12 saylı şəhər orta məktəbini bi-
tirmiş, 1971-1976-cı illərdə ADU-nun 
şərqşünaslıq fakültəsində, fars filologi-
yası ixtisası üzrə təhsil almışdır.
Əmək fəaliyyətinə 1976-cı ildə, 
AMEA Fəlsəfə  və Hüquq İnstitutunun 
Fəlsəfə tarixi şöbəsində başlamışdır. 
1978-1982-ci illərdə  həmin institutun 
İran  filologiyası  şöbəsində kiçik elmi 
işçi, 1982-1988-ci illərdə isə Orta əsrlər 
Şərq yazılı  mən-bələrinin tədqiqi və 
nəşri şöbəsində baş elmi işçi vəzifəsində 
çalışmışdır. 1980-ci ildə namizədlik, 
1992-ci ildə doktorluq elmi dərəcələrini 
almışdır. Bir neçə il AMEA-nın Nizami 
Gəncəvi adına Azərbaycan  Ədəbiyyatı 
Milli Muzeyinin şöbə müdiri işləmiş, 
1993-cü ildən muzeyin direktorudur.
Ədəbi fəaliyyətə 1975-ci ildə Kürdə-
mir rayonunda çıxan “İrəli” qəzeti 
səhifələrində  dərc olunan şeirləri ilə 
başlamışdır. Dövri mətbuatda vaxtaşı-
rı məqalələri dərc edilmiş, Azərbaycan 
xalq musiqisi və onun görkəmli ifaçıları 
haqqında hazırladığı “Nəğməli ömürlər” 
və “Axşam görüşləri” adlı  həftəlik 
verilişlər silsiləsi efirdə  səslənmişdir. 
“Qobustan” incəsənət toplusunda 
“Görməyən gözlərin aydınlığı”, “Əsas 
odur ki, xalq sizi sevir”, “Həsrət qatarı” 
və s. publisistik yazıları çap olunmuş-
dur. Orta əsrlər fars və türkdilli poeziya-
nın müxtəlif problemlərinə həsr edilmiş 
30-dan artıq ədəbiyyatşünaslıq əsərinin 
müəllifidir. AYB-nin və Teatr Xadimləri 
İttifaqının üzvüdür.
M.Gəncəvinin rübailərini, R.Rza 
və N.Rəfibəyli haqqında “İki ömrün 
işığı” (1987) adlı xatirələr kitabını 
tərtib etmişdir. ADU-da “Fars ədəbiy-
yatı” (1987-1989), konservatoriya-
da “Mədəniyyət tarixi” (1990-1991), 
Xəzər Universitetində “Azərbaycan 
ədəbiyyatı” və “Azərbaycan mədəniy-
yəti” (1995) fənlərindən dərs demişdir. 
1995-1998-ci illərdə  Xəzər Uni-
versitetində Azərbaycan filologiyası və 
şərqşünaslıq kafedrasının müdiri olmuş-
dur. Onlarla monoqrafiyanın, dərslik və 
dərs vəsaitinin, 300 elmi araşdırmanın, 
500-dən çox publisistik məqalənin, 3 
tammetrajlı  sənədli-publisistik  filmin 
ssenarisinin, 200-dən çox televiziya və 
radio verilişinin və proqramın müəllifi-
dir.
Hacıqabul-Kürdəmir seçki dairəsin-
dən deputat seçilmişdir. Milli Məclisin 
Mədəniyyət məsələləri daimi komissi-
yası  sədrinin müavinidir. Azərbaycan-
Bosniya-Hersoqovina, Azərbaycan-İs-
paniya, Azərbaycan-İsveç,  Azərbaycan 
- İtaliya parlamentlərarası əlaqələr üzrə 
işçi qrupunun, Avropa Şurasının Par-
lament Assambleyasında Azərbaycan 
nümayəndə heyətinin üzvüdür.
2005-ci ildə “Əməkdar incəsənət xa-
dimi” fəxri adına layiq görülmüşdür. 
2014-cü ildə AMEA-nın həqiqi üzvü 
seçilmişdir.  
Ə d ə b i y y a t
Əbədi Cavid 
/R.Hüseynov;  AMEA, 
N.Gəncəvi adına 
Azərbaycan ədəbiyyatı 
Milli Muzeyi.- Bakı: 
[Nurlan], 2007.- 840 s.
Məhsəti Gəncəvi - özü, 
sözü, izi /R.Hüseynov; 
N.Gəncəvi adına 
Azərbaycan Ədəbiyyatı 
Muzeyi.-Bakı: Nurlan, 
2005.-560 s.
Mehseti Gencevi Edebi 
portre (portret-oçerk) 
/R.Hüseynov.- Bakü: 
Şərq-Qərb, 2013.-100 s.
Sabirin saatı 
/R.Hüseynov.- Bakı: Elm 
və təhsil, 2012.- 48 s
Şirvan şairləri 
/R.Hüseynov; [rəssam 
S.Şatikov].-Bakı: [Elm və 
təhsil], 2012.- 107 s.
Yurdun adındakı can 
/R.Hüseynov; red. 
C.Həsənli, L.Kərimli 
(Rəfibəyli).- Bakı: Elm, 
2010.- 903 s.
Rafael Hüseynovun “Söz 
heykəli” //Kaspi.- 2012.- 
14-16 iyul.- S.13.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.rafaelhuseynov.com
12


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə