Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə99/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   95   96   97   98   99   100   101   102   ...   173

220
Milli Qəhrəmanlar
60
illiyi
Əli Məmmədov 
1955-1992 
AV
Q
U
S
T
Əli Hüseyn oğlu Məmmədov 
1955-ci il avqust ayının 11-də Naxçı-
van  şəhərində anadan olmuşdur. Orta 
təhsilini Bakı  şəhərindəki 255 saylı 
məktəbdə almışdır. 1975-ci ildə ordu 
sıralarına çağırılmış, Macarıstanda 
xidmətini başa vurmuşdu.
 1982-ci ildə Polis Akademiyasına 
daxil olmuş, 1992-ci ildən cəbhəyə 
getməyə başlamışdı. 
1992-ci ilin sentyabr ayında La-
çın cəbhəsində vuruşmağa başla-
yır. Qızartı yüksəkliyini  ələ keçirən 
döyüşçülərimiz oktyabr ayının 1-də, 
səhər tezdən güclü hücuma məruz qa-
lırlar. Yaralıları təhlükəsiz yerə çıxaran 
və döyüşün qaynar nöqtəsində vuruşan 
Əli başından ağır yaralanır, cəsur dö-
yüşçü bu yaradan da, əbədiyyətə qo-
vuşur.
Ailəli idi, iki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezi-
dentinin 19 oktyabr 1992-ci il tarixli 
273 saylı  Fərmanı ilə polis kapita-
nı  Məmmədov  Əli Hüseyn oğluna 
ölümündən sonra “Azərbaycanın Milli 
Qəhrəmanı” fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanın-
da dəfn edilmişdir.
Bakı küçələrindən biri qəhrəmanın 
adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının əməkdaşlarına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında: 
[Məmmədov Əli Hüseyn oğlu – polis kapitanı – Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasın-
da, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidliyə və şücaətə görə]: Azərbaycan Respublikası Prezi-
dentinin Fərmanı, 19 oktyabr 1992-ci il //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.-1992.- № 20.- S.18.- (Ölümündən 
sonra).
Əsgərov, V. Məmmədov Əli Hüseyn oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri. -Bakı, 
2010.- S.195.
Nazim, N. Məmmədov Əli Hüseyn oğlu //Nazim N. İstiqlal ulduzları.- Bakı,1995.- S.111.
Seyidzadə, M. Məmmədov Əli Hüseyn oğlu /M.Seyidzadə //Milli qəhrəmanlar zirvəsi.-Bakı, 2010.-S.142.
Məmmədov Əli Hüseyn oğlu //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; tərtib edəni 
H.Həmidova.- Bakı, 2008.-S.137.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az 
www.milliqahraman.az
www.muallim.edu.az
11
Milli Qəhrəman


221
Milli Qəhrəmanlar
55
illiyi
Sərdar Səfərov
1960-1991 
AV
Q
U
S
T
Sərdar Mədəd oğlu Səfərov 1960-cı 
il avqust ayının 12-də Kəlbəcər rayo-
nunda anadan olmuşdur. 
1977-ci ildə burada məktəbi bitir-
miş və kolxozda işləmişdir. 
1979-cu ildə hərbi xidmətə gedərək, 
Ermənistan və Gürcüstan respublika-
sında xidmət keçmişdir. 
1981-ci ildə ordudan tərxis oluna-
raq, 1982-ci ildə Bakı Avtomobil zavo-
duna işə düzəlmişdir. 3 il Daxili İşlər 
Şöbəsinin mühafizə bölməsində milis 
nəfəri kimi fəaliyyət göstərmişdir. 
1987-ci ildə SSRİ-nin Kaunas 
Xüsusi Milis Məktəbini bitirmişdir. 
1991-ci ildə Vətənə dönmüş və Qusar 
rayonunda sahə müvəkkili işləməyə 
başlamışdır.
1991-ci il sentyabr ayının 25-də 
erməni terrorçuları  Əsgəran rayonu 
ərazisində “QAZ-53” markalı sərnişin 
avtomobilinə hücum etmişdilər. 
Buraya göndərilən istintaq qrupu-
nun müstəntiqi Sərdar Səfərov idi. 
Hadisə yerindən qayıdan istintaq 
qrupu Xankəndi yaxınlığında “Ağa 
körpüsü”ndə erməni yaraqlılarının 
hücumuna məruz qalmış, Sərdar yol-
daşlarını xilas edərək qəhrəmancasına 
həlak olmuşdu.
Azərbaycan Respublikası Prezi-
dentinin 8 oktyabr 1992-ci il tarixli 
264 saylı  Fərmanı ilə  Sərdar Mədəd 
oğlu Səfərov ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adına layiq görülmüşdür.
Kəlbəcər rayonunda dəfn edil-
mişdir. Kəlbəcər küçələrindən biri 
qəhrəmanın adını daşıyır.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqın-
da: [Səfərov Sərdar Mədəd oğlu - polis mayoru - Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, 
dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidenti-
nin Fərmanı, 8 oktyabr 1992-ci il //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (Ölümündən sonra).
Əsgərov V. Səfərov Sərdar Mədəd oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.-Bakı, 2010.- 
S. 261.
Seyidzadə, M. Səfərov Sərdar Mədəd oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.202.
Səfərov Sərdar Mədəd oğlu (1960-1991) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya / Azərbaycan Milli Kitabxanası; tərt. 
ed. H.Həmidova.-Bakı, 2008.- S.188-189.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.e-qanun.az 
www.milliqahraman.az
www.muallim.edu.az
12
Milli Qəhrəman


222
Milli Qəhrəmanlar
Milli Qəhrəman
45 
illiyi
Hidayət Rüstəmov
1970-1991
AV
Q
U
S
T
Hidayət Eldar oğlu Rüstəmov 
1970-ci il avqust ayının 19-da Ağdam 
rayonunun Xıdırlı kəndində anadan ol-
muşdur. 
Burada orta məktəbi bitirən Hidayət 
daha sonra Ağdam rayon 50 saylı 
texniki-peşə  məktəbində  təhsilini da-
vam etdirmişdir. 
1988-1990-cı illərdə Sovet Ordu-
sunda hərbi xidmətdə olmuşdur. 
1991-ci il Ağdam rayon Daxi-
li  İşlər  Şöbəsinin post-patrul alayına 
daxil olmuşdur.  Şərəfli döyüş yolu 
keçən Hidəyət bu yolda çox yürüyə 
bilməmişdir...
1991-ci il dekabr ayının 23-də 
erməni işğalçıları Meşəli kəndinə hü-
cum edərək ağlasığmaz vəhşiliklər 
törədirdilər. Boş evlərin birini özünə 
istehkam seçən cəsur polis çavuşu 
Hidayət qəfil sərrast atəşlərlə erməni 
quldurlarının xeyli qüvvəsini məhv 
etmişdi. Murdar erməni faşistləri 
Hidayətin sığındığı evə od vurmuş-
du. Qorxunun nə olduğunu bilməyən 
Azərbaycan döyüşçüsü son nəfəsinə 
qədər vuruşmuş  və  qəhrəmancasına 
həlak olmuşdur.
Azərbaycan Respublikası Preziden-
tinin 8 oktyabr 1992-ci il tarixli 264 
saylı  Fərmanı ilə Rüstəmov Hidayət 
Eldar oğluna ölümündən sonra 
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri 
adı verilmişdir. 
Ağdam rayonunun Şəhidlər Xiya-
banında dəfn edilmişdir.
Ə d ə b i y y a t
Azərbaycan Respublikası Daxili işlər orqanlarının bir qrup əməkdaşına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqın-
da: [Rüstəmov Hidayət Eldar oğlu - polis nəfəri - Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, 
dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə]: Azərbaycan Respublikası Prezidentinin 
Fərmanı, 8 oktyabr1992-ci il //Azərbaycan.- 1992.- 9 oktyabr.- S.1.- (Ölümündən sonra).
Əsgərov, V. Rüstəmov Hidayət Eldar oğlu /V.Əsgərov //Azərbaycanın Milli Qəhrəmanları.- Yenidən işlənmiş II nəşri.-Bakı, 2010.-
S.245.
Rüstəmov Hidayət Eldar oğlu (1970-1991) //Azərbaycanın Milli Qəhrəmanları: biblioqrafiya /Azərbaycan Milli Kitabxanası; 
tərt. ed. H.Həmidova.-Bakı, 2008.- S.175-176.
Seyidzadə, M. Rüstəmov Hidayət Eldar oğlu /M.Seyidzadə //Milli Qəhrəmanlar zirvəsi.- Bakı, 2010.- S.187.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.milliqahraman.az
www.muallim.edu.az
19


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə