Teqvim-2015. pdf


Tarixdə bu gün Cəbrayıl rayonunun işğalı günü



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə107/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   103   104   105   106   107   108   109   110   ...   173

238
Tarixdə bu gün
Cəbrayıl rayonunun işğalı günü
1993
AV
Q
U
S
T
Ərazisi : 1049  
km² 
Əhalisi: 54430 nəfər
İşğal tarixi: 23.08.1993 
1993-cü il avqust ayının 23-də  
Cəbrayıl rayonu işğalçı erməni si-
lahlı qüvvələri tərəfindən zəbt edil-
mişdir.
1994-cü il  Horadiz əməliyyatı   
zamanı Milli Ordunun hərbi si-
lahlı qüvvələri şəhər mərkəzinə və 
Xudafərin körpüsü istiqamətində 
irəliləsə  də, Cəbrayılın yalnız Co-
cuq -Mərcanlı kəndi düşmən işğa-
lından azad olunmuşdu.
İşğaldan əvvəl  rayonda 72 orta 
və natamam orta məktəb, 3 musi-
qi məktəbi, 12 mədəniyyət evi, 32 
klub, 10 mədəni çadır və avtoklub, 
78 kitabxana, 3 daimi, 4 səyyar 
kinoqurğu fəaliyyət göstərmişdi. 
Zəngin eksponatları olan tarix-
diyarşünaslıq muzeyi olmuşdu. 
Əhaliyə 210 çarpayılıq mərkəzi 
xəstəxana və ümumi çarpayı sayı 
245 yer olan kənd xəstəxanaları, 
Dağ Tumas, Quycaq, Balyand 
kəndlərində 11 həkim, 52 feld-
şer - mama məntəqəsi xidmət 
göstərirdi.
Cəbrayıl rayonunda respubli-
ka və rayon əhəmiyyətli 120-dək 
tarixi memarlıq abidəsi, qiymətli 
ağac növlərindən ibarət meşələr, 
böyük ehtiyata malik yeraltı 
sərvətlər, qeyri-adi flora və faunası 
ilə seçilən Diridağın özünəməxsus 
təbiət guşələri, mineral maddələrlə 
zəngin su mənbələri erməni işğal-
çıları  tərəfindən dağıdılaraq məhv 
edilmişdir. 
Ümumiyyətlə, döyüşlərdə 
180, atəşkəs dövründə isə 16 
nəfər həlak olmuş, 14 nəfər po-
lis, 60 nəfər mülki şəxs dünyasını 
dəyişmiş, 90 nəfərə yaxın isə  əsir 
və itkin düşmüşdür. Cəbrayıllılar 
içərisində 180 nəfərə yaxın Qara-
bağ müharibəsi əlili statusu almış, 
6 nəfər isə “Azərbaycanın Milli 
Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür. Cəbrayıllılar arasında 
351 nəfər şəhid ailəsi var.
2006-2007-ci illər ərzində erməni 
işğalçıları  tərəfindən rayonun 16 
min hektardan artıq ərazisində yan-
ğınlar törədilmişdir. 
Ölkənin 58 bölgəsinə səpələnən 
cəbrayıllılar daha çox Beyləqan
İmişli, Sabirabad, Saatlı, Biləsuvar 
rayonlarında məskunlaşmışlar. 
Biz inanırıq ki, qələbə uzaq-
da deyil. Ali baş komandanın 
yürütdüyü uzaqgörən siyasət, 
apardığı danışıqlar nəticəsində tor-
paqlarımız işğaldan azad olacaq, 
bütün həmvətənlərimiz öz yurd-
yuvalarına dönəcəklər.
23
Ə d ə b i y y a t
Abuzərov, A. Cəbrayılın qəm 
karvanı /A.M. Abuzərov.-
Bakı: Ulu, 2000.-180 s
Cəbrayıl: sabaha inamla 
/T.Hüseyn //Respublika.-
2011.- 5 noyabr.- S.5.
Xalid.Bu gün iki rayonun 
işğal tarixi anılır Cəbrayıl və 
Füzulinin işğalı ilə daha 191 
600 Azərbaycanlı məcburi 
köçkün düşüb /Xalid //Üç 
nöqtə .-2013.- 23 avqust.- S. 
10.
Hacımusalı, O. Füzuli 
və Cəbrayıl rayonları-
nın işğalından 20 il ötür 
/O.Hacımusalı //Yeni 
Azərbaycan .-2013.- 23 
avqust.- S.5.
Yaqubzadə, M.“Cəbrayıla, 
Qarabağa dönəydim kaş...” 
/M.Yaqubzadə //Xalq qəzeti.-
2013.- 24 avqust.- S.6.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.files.preslib.az


239
Tarixdə bu gün
Füzuli rayonunun 
işğalı günü
1993                              
 
AV
Q
U
S
T
23 avqust 1993-cü ildə ümumi sahəsi 1386 
km²
 
hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 
kənd) 125368 hektar ərazinin erməni bədxahları 
tərəfindən işğal olunmasından 22 il ötür.
Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin 
adı Qarabulaq olmuşdur. Rayon 8 avqust 1930-cu 
ildə yenidən təşkil olunmuş və Qaryagin adlandı-
rılmışdır. 1959-cu ilin aprelində böyük şairimiz 
Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi 
şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli 
rayonu adlandırılmışdır.
Qarabağımızın dilbər guşəsi olan Füzuli rayonu 
ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə
Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay 
sahillərində  və digər yerlərdə  tədqiqatlar apa-
rılmış, Azərbaycanın qədim kökə sahib olduğu 
sübut edilmişdir. 1968-ci ilin yayında mərhum 
arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən 
aşkar olunmuş preneandertal – Azıxantrop ada-
mının alt çənəsinin sümükləri rayon mərkəzindən  
15 km aralı məsafədə yerləşən Azıx mağarasında 
tapılmışdır. Azərbaycan arxeologiya elminin bö-
yük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli 
ərazisində vaxtilə  qədim paleolit dövrünün möv-
cudluğunu aşkarlamışdı.
İşğaldan  əvvəl rayonda 1 şəhər, 1 şəhər tipli 
qəsəbə, 75 kənd, 70 kitabxana, 20 mədəniyyət evi, 
45 klub, xalq və dövlət dram teatrları, 685 çarpa-
yılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, 
vərəm və dəri - zöhrəvi xəstəlikləri dispanseri, 20 
kinoqurğu, texnikum, 2 texniki peşə  məktəbi, 38 
məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kol-
xoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektlər 
var idi.
Məhsuldarlıq baxımından kənd təsərrüfatına ya-
rarlı boz, şabalıdı, boz-qəhvəyi kimi torpaq sahələri 
olan rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, 
qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf 
etmişdi. Kənd təsərrüfatı ilə yanaşı, tikinti tresti, 
6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. 
fəaliyyət göstərirdi.
1988-ci ildən başlayan erməni təcavüzünə qar-
şı mübarizədə minlərlə füzuli sakini döyüşmüş, 
yüzlərlə insan şəhid olmuş, yaralanmış, itkin düş-
müşdür. Qarabağ müharibəsində ölkəmizdə ən çox 
itkin və şəhid verən Füzuli rayonunun əhalisi ol-
muşdur. Füzulinin 1100-dən çox şəhid və itkini, 
113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var.  
Füzuliyə erməni təcavüzü nəticəsində 36 361 nəfər 
uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qal-
mışdır. Müharibənin əsas ağırlığını Qacar, Divan-
nalar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, 
Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, 
Gorazıllı, Cəmilli, Dilağarda, Yağlıvənd, Govşad, 
Xələfşə, Mollavəli kəndlərinin əhalisi  çəkmişlər. 
Hazırda 51 kənd və rayon mərkəzi erməni tapda-
ğı altında zillət çəkir, 55 min nəfərə yaxın füzulili 
köçkün həyatı yaşayır.
Rayonun işğaldan azad olunmuş  ərazisində 
13 qəsəbə və 20 kənd vardır. Qəsəbələrdən 12-si 
işğaldan azad olunmuş  ərazidə yeni salınmış  və 
məcburi köçkün ailələri müvəqqəti olaraq bura-
da yerləşdirilmişlər. Hazırda ərazidə 51 min nəfər 
məcburi köçkün məskunlaşmışdır.
2006-2009-cu illər  ərzində rayonun 35 000 
hektardan artıq ərazisi ermənilər tərəfindən yandı-
rılmışdır.
Ümid edirik ki, işğal olunmuş torpaqlarımız ya-
xın zamanlarda erməni zülmündən azad ediləcək. 
Minlərlə köçkün öz yurd-yuvalarına qayıdacaq-
dır. O gün gələcək  ki, Füzuli rayonu yenidən öz 
əvvəlki qüdrətini, əzəmətini bərqərar edəcək.  
23
Ərazisi: 1386 
• km² 
Əhalisi: 105 000 
• 
125368 hektar ərazisi işğal olunub
• 
İşğal tarixi: 23.08.1993
• 


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə