Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə115/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   111   112   113   114   115   116   117   118   ...   173

255
Mahmud İsmayılov 
1920-2002
Alim
95 
illiyi
Tarix
SENTY
ABR
1
Mahmud  Əliabbas oğlu  İsmayılov 
1920-ci il sentyabr ayının 1-də  Şəki 
şəhərində anadan olmuşdur. 1941-ci 
ildə ADU-nun tarix fakültəsini bitir-
miş, 1949-cu ildə namizədlik, 1961-ci 
ildə doktorluq dissertasiyasını müdafiə 
etmişdir. 1963-cü ildə professor elmi 
rütbəsini almışdır.
1983-cü ildə Azərbaycan EA-nın 
müxbir üzvü seçilmişdir.
Əmək fəaliyyətinə 1946-cı ildə Azər-
baycan EA-nın Tarix İnstitutunda labo-
rant kimi başlamış, sonra aspirant, kiçik 
elmi işçi, baş elmi işçi olmuş, 1952-ci 
ildə Azərbaycanın yeni tarixi şöbəsinin 
rəhbəri, 14 ilə yaxın (1954-1968) Tarix 
institutunda direktor müavini, 1968 - 
1983-cü illərdə  şöbə müdiri işləmişdir. 
1983-cü ildən yenidən elmi hissə üzrə 
direktor müavini olmuşdur.
Onun elmi yaradıcılığının  əsas 
istiqaməti XIX-XX əsrin  əvvəllərində 
Şimali Azərbaycanda kapitalizmin ge-
nezisi və inkişafı, kənd təsərrüfatının 
tarixi problemlərinin tədqiqi olmuşdur. 
Onun “Azərbaycan dövlət kəndliləri 
XIX  əsrin sonunda” (1957), “XX 
əsrin  əvvəllərində Azərbaycanın kənd 
təsərrüfatı” (1960), “XIX əsrin sonu və 
XX  əsrin  əvvəllərində Azərbaycanın 
kənd təsərrüfatında kapitalizm” (1964), 
“İmperializm dövründə Azərbaycanın 
sosial-iqtisadi strukturu” (1982) və 
başqa  əsərlərində  Şimali Azərbaycanın 
kənd təsərrüfatı və iqtisadiyyatının dün-
ya sivilizasiyasına müvafiq olaraq qanu-
nauyğun inkişaf etdiyi sübut olunmuş-
dur.
Alim onlarla monoqrafiyanın, 40-dan 
artıq elmi-kütləvi məqalənin müəllifidir. 
Onun redaktəsi ilə 30-a yaxın kitab çapa 
hazırlanmışdır. 3 cildlik “Azərbaycan ta-
rixi” kitabının əsas müəlliflərindən biri, 
7 cildlik “Azərbaycan tarixi” kitabının 
IV və V cildlərinin məsul redaktoru ol-
muşdur. Onun 1992-ci ildə çapdan çıx-
mış “Azərbaycan tarixi” əsəri dəfələrlə 
nəşr olunmuşdur.
O, eyni zamanda yeddi: “Ağ yapın-
cı”, “Xaqani”, “El üçün yan”, “İki od 
arasında”, “Sənin ulu baban”, “Qara Yu-
sif”, “Uzun Həsən” tarixi romanlarının 
müəllifidir.
M.Ə.İsmayılov Moskvada nəşr olun-
muş “SSRİ-də tarix elminin tarixi” 
(1955), “Qafqaz xalqları” (1962) və b. 
əsərlərin yazılmasında yaxından iştirak 
etmişdir. O, bir sıra respublika, ümumit-
tifaq və beynəlxalq elmi konfransların, 
simpoziumların və sessiyaların iştirak-
çısıdır. Ankara, Kayseri, Paris, Roma, 
Moskva və başqa  şəhərlərdə keçirilən 
beynəlxalq elmi konfranslarda iştirak 
etmişdir.
Tarixçi alimin rəhbərliyi ilə 25-dək 
namizədlik və doktorluq dissertasiyası 
müdafiə olunmuşdur. 
M.Ə.İsmayılov “1941-1945-ci illərdə 
Almaniya üzərində  qələbəyə görə”, 
“Qafqazın müdafiəsinə görə” medalları 
və Fəxri fərmanlarla təltif olunmuşdur.
Mahmud İsmayılov 2002-ci il avqust 
ayının 16-da vəfat etmiş və Fəxri Xiya-
banda dəfn olunmuşdur.
Ə d ə b i y y a t
Azərbaycan tari-
xi /M.İsmayılov; red. 
E.Məmmədyarova.- Bakı: 
Azərnəşr, 1992.-260 s.
Qara Yusif: roman 
/M.İsmayılov; red. 
N.Bayramova.-Bakı:       
Yazıçı, 1991.- 286 s.
Şəki: tarixi oçerk 
/M.İsmayılov; elmi red. 
S.Əliyarov.-Bakı:Azərnəşr, 
1982.- 150 s.
Məmmədova, N. Unudul-
maz alim /N.Məmmədova 
//Respublika.-2011.- 28 
yanvar.- S.7.
İ n t e r n e t d ə
www.anl.az
www.adam.az
www.az.wikipedia.org


256
Mədəniyyət.Maarif. Elm
65 
illiyi
Kamil Allahyarov
1950
SENTY
ABR
Kamil Hüseyn oğlu Allahyarov (Hü-
seynoğlu) 1950-ci il sentyabr ayının 22-
də Naxçıvan Muxtar Respublikasının 
Babək rayonunda anadan olmuşdur. 
1973-cü ildə Azərbaycan Dövlət Uni-
versitetinin (İindiki BDU) şərqşünaslıq 
fakültəsinin fars filologiyası  şöbəsini 
bitirmiş  və Azərbaycan Milli Elmlər 
Akademiyasının  Əlyazmalar institutu-
nun aspiranturasına qəbul olmuş, 1979-
cu ildə bitirmişdir. 
1979-1990-cı illərdə  Əlyazmalar 
institutunda elmi işçi və baş elmi işçi 
vəzifələrində çalışmışdır. 1990-cı ildə 
Azərbaycan Milli Elmlər Akademiya-
sının Nizami adına  Ədəbiyyat  İnstitu-
tunun baş elmi işçisi olmuşdur. 1997-ci 
ildə  uğurla müdafiə edərək  filologiya 
elmləri doktoru elmi dərəcəsini almış-
dır. 
Azərbaycan ədəbiyyatı, mədəniyyəti 
və etnoqrafiyasına, o cümlədən  şifa-
hi xalq poeziyası  və klassik yazılı  şe-
irin formalaşması  və inkişafına, orta 
əsrlər  əlyazma sənətinə, qədim türk 
xalqlarının mənşəyinə, türk toponim 
və etnonimlərinin etimologiyasına dair 
araşdırmaların müəllifidir. Bu elmi araş-
dırmalar “Nizami Gəncəvi  əsərlərinin 
əlyazmaları dünya kitab xəzinələrində” 
(1987, rus dilində), “Azərbaycan  şeir 
mədəniyyəti (yaranma və təkamül döv-
rü)” (1996), “Qədim Turan: mifdən 
tarixə doğru” (2006) kitablarda öz əksini 
tapmışdır.
120-dən çox elmi əsərin, bir neçə 
monoqrafiya, Azərbaycanda və xarici 
(Rusiya, İran, Türkiyə) dövri mətbuatda 
dərc edilmiş onlarla elmi məqalənin 
müəllifidir.
Hazırda AMEA-nın  Nizami Gəncəvi 
adına Azərbaycan  Ədəbiyyat Muzeyi 
Folklor nəzəriyyəsi  şöbəsinin müdiri 
vəzifəsində çalışır. 
Ə d ə b i y y a t
Azərbaycan şeir mədəniyyəti: Yaranma və təkamül dövrü /K.Hüseynoğlu; red. A.Rüstəmli; AEA, Nizami ad. Ədəbiyyat İnstitutu Folklor 
Sarayı Elmi-Mədəni Mərkəzi.- Bakı: Ozan, 1996.- 88 s. 
Qədim Turan: mifdən tarixə doğru /K.Hüseynoğlu; elmi red. A.Hacıyev; AMEA, Folklor İnstitutu.-Bakı: MBM, 2006.-120 s.
Bayrağımızdakı ay-ulduz rəmzlərinin mənası nədir? /K.Hüseynoğlu //Kredo.- 2011.- 10 dekabr.- S.6.
Dilimizin inkişaf etdirilməsi zamanın tələbidir /K.Hüseynoğlu //Kredo.- 2011.- 17 sentyabr.- S.12.
Füzuli poeziyasında eşq və onun təkamül mərhələləri /K.Hüseynoğlu //Kredo.- 2011.- 10 dekabr.- S.6.
Nizami əsərlərinin ideya-üslubi xüsusiyyətləri /K.Hüseynoğlu //Kredo.- 2012.- 7 yanvar.- S.13.
Novruz Güney Azərbaycanda /K.Hüseynoğlu //Kredo.- 2012.- 10 mart.- S.7.
Allahyarov Kamil Hüseyn oğlu //Naxçıvan ensiklopediyası.-Bakı, 2002.- S.22.
İ n t e r n e t d ə
www.az.wikipedia.org
22
Ədəbiyyatşünas


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə