Teqvim-2015. pdf



Yüklə 42,04 Kb.
Pdf görüntüsü
səhifə112/173
tarix13.11.2017
ölçüsü42,04 Kb.
#10093
1   ...   108   109   110   111   112   113   114   115   ...   173

249
7
Musiqi.Opera.Balet
Əbdül Müslüm Maqomayev
1885-1937
SENTY
ABR
Əbdül Müslüm Məhəmməd oğlu Ma-
qomayev 1885-ci il sentyabr ayının 18-
də Qroznı  şəhərində anadan olmuşdur. 
1899-1904-cü illərdə Qroznıda ikiillik 
şəhər məktəbini bitirdikdən sonra Qori 
Müəllimlər Seminariyasında oxumuş-
dur. Təhsil illərində musiqiyə böyük 
maraq göstərmiş, burada ilk əsərlərini 
yazmış, Ü.Hacıbəyli ilə tanış olmuşdur.
1905-1911-ci illərdə  Şimali Qaf-
qazın Bekoviç kəndində, Lənkəran 
şəhər məktəbində müəllimlik etmişdir. 
Məktəbdə xor, dram dərnəyi, orkestr 
təşkil etmiş, bir çox xalq mahnılarını 
nota yazmışdır. 1911-ci ildə Bakıya köç-
müş, Azərbaycan opera teatrında skrip-
kaçı  işləmişdir. 1912-ci ildən etibarən 
opera tamaşalarına dirijorluq edən Müs-
lüm Azərbaycanın ilk opera dirijoru ol-
muşdur.
1916-cı ildə yazdığı ilk əsəri “Şah İs-
mayıl” operası onun fitri istedada malik 
olduğunu aydın göstərmişdi. Azərbaycan 
opera repertuarında görkəmli və  şərəfli 
yer tutan “Şah  İsmayıl”  əsəri, onun 
gözəl melodiyaları, əsərdə gördüyümüz 
surətlərin musiqi səciyyəsi, mahir usta-
dın sənətə  bəslədiyi saf və  səmimi bir 
məhəbbətin gözəl nümunəsidir.
1927-ci ildə onun ümumi redaktəsi 
ilə “Azərbaycan türk el nəğmələri” 
məcmuəsi nəşr edilmişdir. 1929-cu ildən 
Azərbaycan radio verilişlərinin musiqi 
şöbəsinə  bədii rəhbər təyin olunmuş, 
1934-cü ildən Azərbaycan Opera və Ba-
let Teatrının direktoru, bədii rəhbəri və 
baş dirijoru vəzifələrində çalışmışdır.
Bəstəkarın yaradıcılığında 
ən 
önəmlisi, yeni musiqi əsərinin “Nərgiz” 
operasının yaradılması olmuşdu. Bu 
operada ilk dəfə olaraq baş  qəhrəman 
rolunda sadə kəndli qızı çıxış etmişdir. 
1935-ci ildə böyük yaradıcılıq 
müvəffəqiyyəti olan “Nərgiz” operası 
ictimaiyyətin diqqətini cəlb etmiş, mu-
siqi mütəxəssislərinin yüksək qiymətinə 
layiq görülmüşdür. Klassik opera 
ənənələri əsasında bəstələnmiş “Nərgiz” 
operasının musiqi dili Azərbaycan xalq 
musiqisi intonasiyaları ilə  aşılanmış-
dır. 1938-ci ildə Moskvada keçirilən 
Azərbaycan mədəniyyəti ongünlüyündə 
bu opera çox böyük müvəffəqiyyət qa-
zanmışdır. 
O, həmçinin “Ölülər”, “1905-ci 
ildə” dram tamaşalarına, “Azərbaycan 
incəsənəti”, “Bizim raport” və s. sənədli 
filmlərinə musiqi bəstələmişdir. O, bö-
yük sənətkar, tarzən Q.Pirimovun çalğı-
sından “Rast” muğamını nota yazmış və 
bu, Azərbaycan musiqisində muğamın 
nota yazılması sahəsində ilk təcrübə he-
sab edilmişdir. Həmçinin, 300-dən artıq 
xalq mahnı və rəqslərini nota köçürmüş-
dür. Onun son əsəri “Xoruz bəy” mü-
siqili komediyasına yazmağa başladığı 
musiqi idi, lakin bu iş tamamlanmamış 
qalmışdır.
O, 1936-cı ildə “Azərbaycan SSR 
Əməkdar incəsənət xadimi” fəxri adına 
layiq görülmüşdür. 
Müslüm Maqomayev 1937-ci il iyun 
ayının 28-də Nalçik şəhərində vəfat et-
miş, Bakıda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezi-
denti  İlham  Əliyev 2005-ci il sentyabr  
ayının 20-də Müslüm Maqomayevin 
120 illik yubileyinin keçirilməsi haqqın-
da Sərəncam imzalamışdır.
Ə d ə b i y y a t
Hüseynova, A. Müslüm 
Maqomayev: oçerklər 
/A.Hüseynova; elmi red.  
S.Qasımova.- Bakı: Çinar-
Çap, 2003.- 92 s. 
Müslüm Maqomayev: 
biblioqrafiya /Azərb. 
Resp. Mədəniyyət və 
Turizm Nazirliyi, M.F. 
Axundov ad. Azərb. Milli 
Kitabxanası; tərt. ed. 
L.Şirinova; burax. məsul 
və ixt. red. K.Tahirov; red. 
M.Vəliyeva.- Bakı, 2011.-
168 s.
Çəmənli, M. Müslüm Ma-
qomayevi xatırlayarkən 
//Çəmənli M. Sənət 
hekayələri.- Bakı, 2014.-
S.53-67.
Gülər. Müslüm Maqo-
mayevin 125 illiyinə həsr 
olunmuş konfrans /Gülər 
//Mədəniyyət.- 2010.- 12 
noyabr.- S.7.
İlk Avropasayağı operanın 
bəstəçisi...: Azərbaycan 
musiqisinin korifeyi 
Müslüm Maqomayev               
//Azadlıq.- 2011.- 3 de-
kabr.- S.14.
www.adam.az
www.anl.az
www.az.wikipedia.org
18
130 
illiyi
Bəstəkar


250
Musiqi.Opera.Balet
Ə d ə b i y y a t
“Kamança mənim 
dünyamdır” /F.Dadaşov         
//Mədəniyyət .- 2010.- 24 
sentyabr.- S.7.
Kamança musiqi 
alətinin bədii-texniki 
ifaçılıq imkanlarına dair 
/F.Dadaşov //Musiqi 
dünyası.- 2011.- №2/47.- 
S.67-69.
Muğamımızı dünya-
ya daha geniş açdı: 
F.Dadaşov: “Mənə görə 
qadın-kişi fərq etməz, 
alət onu ifa edənindir...” 
/F.Dadaşov, müsahibəni 
apardı G.Camalqızı        
//Ekran-efir.- 2013.-1 
noyabr.- S.10.
Səmədov, A. Ürəkləri 
titrədən kaman: 
Fəxrəddin Dadaşov-
60 /A.Səmədov //Xalq 
qəzeti.- 2010.- 10 okt-
yabr.- S. 8.
Tanınmış kaman ustasının 
yubileyi qeyd olunub       
//Mədəniyyət.- 2010.- 6 
oktyabr.- S.6.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.kino-teatr.ru
Fəxrəddin Dadaşov
1950
SENTY
ABR
Fəxrəddin  Əlisahib oğlu Dadaşov 
1950-ci il sentyabr ayının 26-da Bakıda 
dünyaya göz açmışdır. 
1963-cü ildə 2 saylı  uşaq musiqi 
məktəbini bitirdikdən sonra, Bülbül 
adına orta-ixtisas musiqi məktəbinə da-
xil olmuş  və 1972-ci ildə  həmin sənət 
ocağını bitirmişdir.
O, 1977-ci ildə Ü.Hacıbəyli adına 
Azərbaycan Dövlət Konservatoriyasını 
kamança ixtisası üzrə bitirmişdir. Hələ 
məktəbli olarkən, 1966-cı ildə tarzən 
Həbib Bayramov tərəfindən Azərbaycan 
Dövlət Radio və Televiziyasının Əhməd 
Bakıxanov adına xalq çalğı alətləri an-
samblına dəvət edilmiş dir və hazırda 
ansamblın konsertmeysteridir. Eyni 
zamanda, 1989-cu ildən tarzən Möhlət 
Müslümovla birgə yaratdığı Cabbar 
Qaryağdıoğlu adına muğam üçlüyünə 
rəhbərlik edir.
Dünyanın bir neçə ölkəsində, o 
cümlədən Hollandiya, Fransa, Alma-
niya,  İtaliya və Kanadada kompakt 
diskləri çıxmışdır.
1988 və 1998-ci illərdə Fransada 
keçirilən Beynəlxalq festivalın laureatı 
olmuşdur.
Mahir kamança ifaçısı 49 xarici 
ölkədə, o cümlədən Kanada, ABŞ-ın Te-
xas ştatında, Nikaraqua, Kuba, Braziliya, 
Meksika,  İngiltərə, Almaniya, Fransa, 
İsveç, İsveçrə, İtaliya, İspaniya, Norveç, 
Avstriya, Tayland, Tayvan, Hindistan, 
Mərakeş və s. ölkələrdə konsertlərlə çı-
xış etmiş, onun solo və müşayiətlə olan 
ifaları ilə Azərbaycan musiqisi dünya 
səviyyəsində konsertlərin, festivalların 
yaraşığına çevrilmişdir.
Klassik xanəndələrdən başlamış, 
hazırda səsi efiri bəzəyən görkəmli 
sənətkarlara qədər, ayrı-ayrı  nəsillərin 
nümayəndələri ilə saysız-hesabsız çıxış-
ları olmuş, Xan Şuşinski, Yaqub Məm-
mədov, Mütəllim Mütəllimov,  Əbülfət 
Əliyev, Rübabə Muradova, Zeynəb 
Xanlarova, Nəzakət Məmmədova, Ha-
cıbaba Hüseynov, Tükəzban  İsmayılo-
va,  Şövkət  Ələkbərova, Arif Babayev, 
Ağaxan Abdullayev, Alim Qasımov, 
Ruzə  İbişova, Səkinə  İsmayılova, Za-
bit Nəbizadə, Mələkxanım  Əyyubova, 
Qəndab Quliyeva, Aygün Bayramova, 
Nəzakət Teymurova kimi sənətkarları 
məharətlə müşayiət etmişdir.
F.Dadaşov gərgin ifaçılığı ilə yanaşı, 
həm də pedaqoq kimi Azərbaycan mu-
siqi mədəniyyətinə xidmət göstərir. İlk 
pedaqoji fəaliyyətə 13 saylı Uşaq Mu-
siqi Məktəbindən başlayan ifaçı Bülbül 
adına Orta İxtisas Musiqi Məktəbində, 
Asəf Zeynallı adına Musiqi Kollecində
Bakı Musiqi Akademiyasında, Milli 
Musiqi Konservatoriyasında neçə-neçə 
tələbəyə kamançanın dərinliklərini 
öyrətmişdir. Azərbaycan Milli Konser-
vatoriyasının dosenti F.Dadaşov 2010-
cu ildə Milli Musiqi Konservatoriya-
sının professoru elmi rütbəsinə layiq 
görülmüşdür. 
Azərbaycan Radio və Televiziya 
fondunda onun ifasında “Mahur Hindi”, 
“Şüştər”, “Çahargah”, “Bayatı-Şiraz”, 
“Rahab”, “Vilayəti-Dilkəş”, “Şur” mu-
ğamlarının lent yazıları saxlanılır.
Fəxrəddin Manafov 2000-ci ildə 
“Əməkdar artist”, 2005-ci ildə “Xalq 
artisti” fəxri adlarına layiq görülmüşdür. 
2009-cu ildən Azərbaycan Respublikası 
Prezidentinin fərdi təqaüdçüsüdür.
26
65 
illiyi
Kamança ifaçısı


Yüklə 42,04 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə