247
Musiqi.Opera.Balet
Ə d ə b i y y a t
Leyli və Məcnun [Notlar]:
Partitura [5 pərdəli, 6 şəkilli
opera: Füzulinin eyni adlı
poeması əsasında] libret-
to /Ü.Hacıbəyli; Heydər
Əliyev Fondu; Azərbaycan
Mədəniyyət Fondu.- [Bakı]
[Şərq-Qərb], [2010].- 373 s.
Nəşrlərdə kənara qoyulmuş
mətbu əsərləri (1904-1912)
/Ü.Hacıbəyli; topl., ərəb
əlifb. latın qrafik. çevir., ön
sözün müəl. və lüğətin tərt.
Ş.Hüseynov.- Bakı: Elm,
2009.- H.1.- 298 s.
Üzeyir Hacıbəyli: bib-
lioqrafiya /tərt. ed.:
R.Orucəliyeva, H.Haşımova
və başq.; baş red. və burax.
məsul K.Tahirov; red.:
G.Səfərəliyeva; M.F. Axundov
ad. Azərbaycan Milli Kitab-
xanası.- Bakı, 2009.- 368 s.
(“Azərbaycanın görkəmli
şəxsiyyətləri” seriyası).-
Azərbaycan və rus dillərində.
Üzeyir Hacıbəyov ensiklo-
pediyası /müəlliflər və red.
heyəti: E.Abbasova və b.;
Azərbaycan Mədəniyyətinin
Dostları Fondu.-Bakı: Şərq-
Qərb, 2007.-264 s.
Çəmənli, M. Ürəyimdə qalan
sözlər //Çəmənli M. Sənət
hekayələri.-Bakı, 2014.-
S.33-45.
www.anl.az
Üzeyir Hacıbəyli
1885-1948
SENTY
ABR
Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli
1885-ci il sentyabr ayının 18-də
Azərbaycanın dilbər guşələrindən
olan Şuşada anadan olmuşdur. İlk
təhsilini buradakı ikisinifli rus-türk
məktəbində almışdır. Şuşanın zəngin
musiqi-ifaçılıq ənənələri Hacıbəylinin
musiqi tərbiyəsinə müstəsna təsir
göstərmişdir.
Onun ilk müəllimi Azərbaycan
musiqisinin
gözəl bilicisi, dayısı
A.Əliverdibəyov olmuşdur. O, 1899-
1904-cü illərdə Qori Müəllimlər Se-
minariyasında təhsil almış, dünyagö-
rüşünün formalaşmasında seminariya
böyük rol oynamışdır. Hacıbəyli se-
minariya illərində qabaqcıl dünya
mədəniyyəti ilə yaxından tanış ol-
muşdur. O, burada Avropa musiqi
klassiklərinin əsərlərini mənimsəmiş,
skripkada çalmağı öyrənmiş, xalq
mahnı nümunələrini nota köçürmüş-
dür. Seminariyanı bitirdikdən sonra
1904-cü ildə Cəbrayıl qəzasının Had-
rut kəndinə müəllim təyin edilmişdir.
Üzeyir bəy Hacıbəyli Rusiyada
1905-1907-ci illər inqilabı ərəfəsində
Bakıya gəlmiş, Bibiheybətdə, sonra-
lar isə “Səadət” məktəbində dərs de-
miş, 1907-ci ildə Bakıda Azərbaycan
türkcəsində “Hesab məsələləri” və
“Mətbuatda
istifadə olunan siyasi, hü-
quqi, iqtisadi və əsgəri sözlərin türki-
rusi və rusi-türki lüğəti”ni nəşr etdir-
mişdir.
Bədii yaradıcılığa publisistika ilə
başlamışdır. O, “Kaspi”, “Həyat”, “İr-
şad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”,
“Yeni iqbal” qəzetlərində və “Mol-
la Nəsrəddin” jurnalında “Ordan-
burdan”, “O yan-bu yan” və s. başlıqlar
altında “Ü”, “Filankəs”, “Behmankəs”
və s. gizli imzalarla dövrün mühüm
ictimai-siyasi, maarifçilik məsələlərinə
dair çoxlu məqalə, felyeton və satirik
miniatürlər dərc etdirmişdir.
Dahi bəstəkar, pedaqoq, ictimai
xadim, musiqişünas-alim və publisist
Üzeyir Hacıbəyli
milli musiqimizdə
köklü dönüş yaratmışdır. Onun 1908-
ci il yanvar ayının 12-də Bakıda Hacı
Zeynalabdin Tağıyevin teatrında
göstərilən “Leyli və Məcnun” opera-
sı ilə təkcə Azərbaycanda deyil, bütün
müsəlman Şərqində opera sənətinin
əsası qoyulmuşdur. O, operanın lib-
rettosunu Füzulinin eyniadlı poeması
əsasında yazmışdır.
1909-1915-ci illərdə bir-birinin ar-
dınca “Şeyx Sənan” (1909), “Rüstəm
və Söhrab” (1910), “Şah Abbas və
Xurşud banu” (1912), “Əsli və Kərəm”
(1912), “Harun və Leyla” (1915) mu-
ğam operalarının librettosunu xalq
dastanları və rəvayətlər, Firdovsi-
nin “Şahnamə” əsərinin motivləri
əsasında yazmışdır. Xalq dastanı
əsasında bəstələdiyi “Əsli və Kərəm”
operasında muğamatla bərabər aşıq
musiqisindən də istifadə etmişdir.
Azərbaycanda musiqili komediya
janrının yaradıcısı (komediyalarının
mətnini də özü yazmışdır) olmuşdur.
Onun “Ər və Arvad” (1909, ilk tama-
şası: 1910), “O Olmasın, bu Olsun”
(1910, ilk tamaşası: 1911), “Arşın Mal
Alan” (1913) musiqili komediyala-
rında inqilabdan əvvəlki Azərbaycan
məişəti, xalq adət və ənənələri əksini
tapmışdır. Üzeyir bəy 1911-ci ildə
18
130
illiyi
Bəstəkar
musiqi təhsilini artırmaq
üçün Moskvaya getmiş,
həmin il burada filarmonik cəmiyyətin musiqi kurs-
larında, 1913-cü ildə isə Peterburq konservatoriya-
sında oxumuşdur. Peterburq dövrü Hacıbəylinin
yaradıcılığında mühüm rol oynamış, o, “Arşın mal
alan” musiqili komediyasını məhz burada yarat-
mışdır.
Görkəmli bəstəkar 1921-ci ildə Bakıda
Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini
- Azərbaycan Dövlət Türk Musiqi Məktəbini
(sonralar texnikum) təşkil etmişdir. 1926-cı
ildən Azərbaycan Dövlət Konservatoriyasında
fəaliyyət göstərmiş və burada nəzəriyyə, harmo-
niya, Azərbaycan musiqisinin əsasları fənlərindən
dərs demiş, konservatoriya yanında ilk çoxsəsli
Azərbaycan xor kollektivini yaratmış, 1931-ci ildə
Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq
çalğı alətləri orkestrini təşkil etmişdir.
1937-ci ildə Ü.Hacıbəyli Avropa operası-
nın prinsiplərini milli musiqimizin üslubu ilə
mükəmməl səviyyədə əlaqələndirərək xalq dastanı
əsasında özünün şah əsəri - “Koroğlu” operasını
yazmışdır. Bu operada ilk dəfə olaraq klassik opera
formasına
riayət edərək bitkin ariyalar, kütləvi xor
səhnələri, müxtəlif ansambllar, balet nömrələri,
reçitativlər yaratmışdır.
Onun musiqi səhnə əsərləri içərisində məhəbbət
və xeyirxahlığı tərənnüm edən, cəhalətə qarşı çıxan
“Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal
alan” musiqili komediyaları xüsusi qeyd olunma-
lıdır. Bəstəkarın “Arşın mal alan” musiqili kome-
diyası ingilis, alman, çin, ərəb, türk, fars, polyak,
ukrayna, rus, belarus, gürcü və s. dillərə tərcümə
edilmiş, Moskvada, Nyu Yorkda, Parisdə, London-
da,
Tehranda, İstanbulda, Qahirədə, Berlində, Var-
şavada, Pekində, Sofiyada, Budapeştdə, Buxarestdə
və s. şəhərlərdə tamaşaya qoyulmuş, dəfələrlə ek-
ranlaşdırılmışdır.
O, həmçinin bir neçə kantatanın xalq çalğı
alətləri orkestri üçün “Çahargah” və “Şur” fanta-
ziyalarının, “Aşıqsayağı”, “Şəfqət bacısı”, “Yax-
şı yol” və digər mahnıların, Nizaminin sözlərinə
məşhur “Sənsiz” və “Sevgili canan” romansları-
nın müəllifidir. Azərbaycan Respublikasının ha-
zırki, eləcə də keçmiş himnini məhz Üzeyir bəy
Hacıbəyli bəstələmişdir.
Azərbaycanda, eləcə də müsəlman Şərqində ilk
musiqi təhsil ocağı - konservatoriya (hazırki Bakı
Musiqi Akademiyası) 1921-ci ildə məhz onun
səyi nəticəsində yaradılmışdır. Üzeyir bəy özü də
konservatoriyada dərs demiş, 2 dəfə Azərbaycan
Dövlət Konservatoriyasının rektoru (1928-1929,
1939-1948) vəzifəsində çalışmışdır. Azərbaycan
musiqisinin görkəmli xadimləri Qara Qarayev,
Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov, Ağaba-
cı Rzayeva, Şəfiqə Axundova və başqaları Üzeyir
Hacıbəylinin sinfində təhsil almışdır. Ölkəmizdə
ilk çoxşaxəli xoru, notla çalan ilk çalğı orkestrini
də Üzeyir bəy yaratmışdır.
Hacıbəyli həm də böyük musiqişünas alim idi.
O, müasir Azərbaycan elmi musiqişunaslığının
əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr
yazmış, tədqiqatlar aparmışdır. Milli musiqimizin
tədqiqinə son dərəcə böyük əhəmiyyət verən dahi
bəstəkar 1927-ci ildə Müslüm Maqomayevlə birgə
Azərbaycanda ilk dəfə el nəğmələrinin not yazıla-
rını dərc etdirmişdir. “Azərbaycan xalq musiqisi-
nin əsasları” adlı sanballı elmi əsərin müəllifidir.
1935-ci idə “Azərbaycanın əməkdar incəsənət
xadimi”, 1938-ci ildə “SSRİ Xalq artisti” fəxri ad-
larına
layiq görülmüş, 1941-ci ildə Stalin Müka-
fatı, “Lenin Ordeni” və “Qırmızı Əmək Bayrağı”
ordeni laureatı olmuşdur.
O 1940-cı ildə professor, 1945-ci ildə Elmlər
Akademiyasının (indiki AMEA) akademiki olmuş-
dur. 1938-1948-ci illərdə Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, 1945-1948-ci illərdə Azərbaycan
EA (indiki AMEA) İncəsənət İnstitutunun direkto-
ru olmuşdur.
Ü. Hacıbəyli təmiz qəlbli, yüksək mənəviyyatlı,
təvazökar və xeyirxah bir insan kimi də xüsusi
məhəbbətlə xatırlanır.
Dünya şöhrətli bəstəkar, görkəmli musiqişü-
nas alim,
publisist, dramaturq, pedaqoq və icti-
mai xadim, müasir Azərbaycan professional mu-
siqi sənətinin və milli operasının banisi Üzeyir
Hacıbəyli 1948-ci il noyabr ayının 23-də vəfat et-
mişdir.
Üzeyir bəy Hacıbəylinin anadan olmasının
100 illik yubileyi böyük təntənə ilə keçirilmişdir.
UNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü
və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən
Ü. Hacıbəylinin yubileyi beynəlxalq miqyasda da
qeyd edilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyevin 23 fevral 2010-cu il tarixli
Sərəncamı ilə Üzeyir Hacıbəylinin 125 illik yubi-
leyi təntənəli şəkildə keçirilmişdir.
7